Xəbər lenti

 Şrift:

Gicitkan otunun faydaları ...

Gicitkan çox qiymətli şəfalı bitkilərdəndir.

İllərdir, insanın bədəninə toxunduğu zaman daladığına görə sevilməyən gicitkən otunun zamanla ən məşhur şəfalı bitkilərdən biri olduğunu söyləmişdir, həkimlər " Gicitkan otu, az qala hər yerdə tapa biləcəyiniz bir şəfalı bitkidir.

Dəmir və c vitaminini saxlayan gicitkan otu kalsium, silik turşu və kalium baxımından zəngindir. Gicitkən otunun kökləri və torpaq üstündə olan qisimləri istifadə edilir. Təzə gicitkan otu, mikrobların və burun qanamalarının qarşısını alır".

Gicitkan otu çayının sağlamlıq baxımından gündə bir stəkan qəbul etmək lazımdır. Qansızlıq üçün gicitkan otu nun çayını içmək xeyirlidir. Dəmir əskikliyinə gicitkən otu qəbulu yaxşı təsir edir. Bədəndəki şiş və iltihabın atılmasında şəfalı bir bitki olaraq köməkçi olur. Ana südünün artmasına fayda verir. Qan təmizləyici, qurd və istilikverici təsirləri vardır. İştah artırıcı təsiri və işlətmə təsirləri də olur. Sidik yolları infeksiyası və iltihablarına qarşı da gicitkən otu tövsiyə edilir. Revmatizm ağrılarına qarşı, gicitkən otunun yerə yaxın olan hissəsindən kəsilərək ağrılı bölgələrə sürtmək lazımdır. Nəfəs yollarını açar, şiddətli baş ağrılarını aradan qaldırmağa kömək olur. Böyrək daşı və böyrək qumlarını tökməyə, qansızlıq və şəkər xəstəliyi üçün faydalıdır. Sədəf xəstəliyində gicitkən otu yarpaqları xaşlanılaraq istifadə edilir və xəstə dəri səthi üzərinə qoyulur.

Gicitkan yağının revmatizm ağrılarını sakitləşdirici, saç tökülməsinin qarşısını alıcı, bal ilə istifadə toxumunun isə immunitet sistemini gücləndirdici xüsusiyyətləri vardır.

Persona.az

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac