Xəbər lenti

 Şrift:


Hər şeydən əvvəl insan orqanizmi üçün istirahət, mümkünsə yataq istirahəti əhəmiyyətlidir. Yatarkən başın yuxarıda tutulması (İki və daha çox yastıq ilə yatmaq) burun axıntısının yaratdığı narahatlığı azaldır.


Sağalmağa doğru dərhal normal fəaliyyətə dönmək məsləhət deyil, bir müddət istirahət etmək vacibdir. Qrip xəstəsi olan mühitin normal istilikdə olmasına və yaxşı havalandırılmasına diqqət etmək lazımdır.

Ardını oxu...

 Şrift:


Müasir insanın əsaslı problemlərindən biri normal yuxu tsiklinin pozulmasıdır. Yuxusuzluq xəstəlik olsa da onun əhatə dairəsinin hədsiz genişlənməsi bu xəstəliyi normaya çevirib. Yuxu rejiminin pozulması bir çox insanların iş fəaliyyətində məcburi fasilələr yaradır. Unutmaq olmaz ki, yuxusuzluq bir yerdə dayanmır, ona əlac tapılmadıqda ciddi fiziki və psixi pozğuntular qaçılmaz olur. 

Əgər siz demək olar ki səhərə qədər oyaq qalıb yalnız səhər vaxtı yuxulayırsınızsa və qəfildən zəngli saatın çağırışına durub işə tələsirsinizsə bu problemi təcili aradan qaldırın.

Ardını oxu...

 Şrift:
Yaş, stres, gündəlik qayğılar yaddaşın da pozulmasına yol açan səbəblərdən biridir

 
Yaş, stres, gündəlik qayğılar yaddaşın da pozulmasına yol açan səbəblərdən biridir. Amma bunun qarşısını almaq üçün asan vasitələr var. 

Persona.az güclü yaddaşa sahib olmaq üçün sadə və effektiv yolları təqdim edir.
 
İspanaq - B qrupu vitaminlər və fol turşusu, E vitamini ilə zəngindir. Beyin hüceyrələrini sərbəst radikallardan qoyurur.

Ardını oxu...

 Şrift:

Bəzi qidalar var ki, insanın ovqatına yaxşı təsir edir, əhval-ruhiyyəsini yüksəldir. Amma belə qidaların özü də iki qrupa bölünür: Faydalı və zərərli.  İnsanı xoşbəxt edən, sağlamlığının qayğısına qalan qida məhsulları haqqında maraqlı faktları təqdim edirik:
 
 
Şərbətli şirniyyatlar yerinə tünd şokolad
 
Bir çox insan kədərini şirniyyat yeyərək aradan qaldırmağa çalışır. Halbuki son dərəcə ağır və sağlamlığınız üçün zərərli bu qidalar əvəzinə  tünd şokoladın sizin əhval-ruhiyyənizi daha da yaxşılaşdıracağını  bilirsinizmi? Stressin bir nömrəli düşməni tünd şokoladdır.

Ardını oxu...

 Şrift:

Ətrafında heç bir narahatlıq olmadığı halda birdən ard-arda dəfələrlə asqırmağa başlayan, gözləri qızarıb-sulanan, təngnəfəs olan və ya dərisində qızartılar, səpki yaranan insanları görmüsünüz.


Bəzən ən sadə qidalardan, arılardan, hətta çiçəklərdən də uzaq duran bu şəxslərin narahatlığının adı allergiyadır.

Ardını oxu...

 Şrift:

1) Artıq çəki almanın ən ciddi səbəblərindən biri yemək aralarında atışdırmaqdır. Atışdıracağınız zamanlarda su için. Artıq çəki qazanmaqdan uzaq olarsınız.

2) Soyuducunuzdan qəlyanaltılıq yeməkləri boşaldın. Beləcə həm pul xərcləməzsiniz, həm də sizi atışdırmağa itələyən səbəb yox olar.
3) Kifayət qədər yatın. Bununla yeyərək götürəcəyiniz enerjini yatarkən yığmış olarsınız.

Ardını oxu...

 Şrift:

Beyinin maqnit stimulyasiyası yaddaşın funksiyasını yaxşılaşdırır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, amerikalı alimlər belə bir qənaətə gəliblər.


  Alimlərin apardıqları araşdırmada yaşı 24-dən 40-a qədər olan 16 nəfər könüllü iştirak edib. Onlara 5 gün ərzində 20 dəqiqəlik transkranial maqnit stimulyasiyası keçməyi təklif ediblər. Tədqiqatın əvvəlində həmin şəxslərə 20 insanın sifət fotolarını göstəriblər. Fotolara baxarkən ucadan sözlər oxuyublar. Stimulyasiya keçdikdən sonra yenidən onlara həmin fotoları göstəriblər və həmin sözləri yada salmağı tapşırıblar. Stimulyasiya keçməyən könüllülərdən fərqli olaraq həmin proseduru keçənlərin nəticələri yüksək olub.

  Neyrobioloqları, ilk növbədə, stimulyasiyanın yaddaşın əsas mərkəzlərindən olan hippokampa təsiri maraqlandırıb. Yaddaş testləri edərkən hippokam və beyin qabığı arasındakı impuls mübadiləsi sürətlənir. Bu mübadilə pozulduqda isə öz adı ilə xarici görkəmini xatırlaya bilmir.

  "Science" jurnalının məlumatına görə, tədqiqat göstərib ki, transkranial maqnit stimulyasiyası beyinin müxtəlif hissələri arasındakı işi sinxronizasiya edir. Bu da, öz növbəsində, yaddaşın 20-25% yaxşılaşmasına səbəb olur.
 Şrift:

Elm adamları bal arılarının mədəsində alternativ antibiotik kimi istifadə ediləcək bakteriya tapıblar.

Onlar bal arılarında olan bakteriyanın, infeksiyaya müqavimətli bakteriya (MRSA) növünə qarşı istifadə ediləcəyini açıqlayıblar. Çiy, tam yetişməmiş bal bu infeksiyanın müalicəsində istifadə ediləcək.

Laktik turşunun 13 tipinin tərkibi tək düstur olaraq, görünən bakteriyanın olduqca təsirli olduğuna inanılır. Marketlərdən alınan ballarda bakteriyanın olmadığını deyən elm adamları, təzə bal istehsalçılarından alınan balların da keyfiyyətliliyini yoxlamaq lazım olduğunu söyləyir.

İsveçdəki Lund Universiteti araşdırmaçıları arılardakı bakteriyanın infeksiyaları təsirsiz hala gətirdiyini sübut ediblər.

Persona.az

 Şrift:
 
 Niderland Krallığının paytaxtı Amsterdamda Tibb Mərkəzinin alimləri baş beynin tədqiqatı zamanı sübut etdilər ki, baş beynimizin daimi istehsal etdiyi müəyyən kimyəvi maddələr bəzi hallarda çox yeməyə gətirib çıxarır və piylənməyə səbəb olur. Bu qrupa hətta normal çəkidə olan insanlar da düşə bilər.

Ardını oxu...

 Şrift:


Ağır işdən və ya soyuqdəymədən sonrakı ağrılar

  İlk baxışda ağır işdən sonrakı ürək ağrıları təbii görünsədə bunun üstündən ötəri keçmək olmaz. Çünki bu zaman orqanizmin «motoru» sizə ürək əzələlərinin boşalmasından və a əzələlərin soyuqlaması barədə siqnal verir. Sözügedən şəraitdə ağrılar həmçinin revmatizmaya və ya mikrob toksinlərinə də işarə ola bilər.

Ardını oxu...

Sayğac