Xəbər lenti

 Şrift:
İngiltərənin paytaxtı Londonda  Dünya Xərçəng Araşdırmaları Fondu qəhvəylə əlaqədar çox mühüm bir araşdırmanın nəticəsini açıqlayıb. Araşdırmaya görə davamlı olaraq hər gün bir fincan qəhvə içmək adamın qaraciyər xərçənginə tutulma riskini yüzdə 14 nisbətində salır. Daha əvvəl qəhvəylə bağlı aparılan 34 araşdırmanın nəticələri analiz edilərək və 24 min 500 qaraciyər xərçəngi xəstəsinin yemək - içmək vərdişlərinə baxılaraq hazırlanan araşdırma hesabatına görə davamlı qəhvə istifadəsi qan hüceyrələrindəki DNT pozğunluqlarının qarşısını alır. Eyni araşdırmada hər gün 3-4 stəkan spirtli içki qəbul edən birinin qaraciyər xərçənginə tutulma riskinin çox olduğu da bildirilib.
 Şrift:
 Gözlərin sağlam qalması, görmənin zəifləməməsi üçün istifadə olunan yerkökünün faydası böyükdür. Yerkökü həmçinin insanın düşünmə qabiliyyətini, gücünü, həyat enerjisini artırır. 
Mütəxəssislərin bildirdiyinə görə, seks hormonlarını aktivləşdirir, unutqanlığı aradan qaldırır, üzün dərisini təravətləndirir, gəncləşdirir. Erkən ağlını itirmə, Alzheimer, infarkt, ağciyər xərçənginə qarşı xeyirlidir.
 Üç ay boyunca hər axşam yeməyindən iki saat sonra, təzə sıxılmış bir stəkan kök suyu içilir. Üç aydan sonra, həftədə ən çoxu 2-3 dəfə yenə axşam yeməyindən iki saat sonra bir stəkan kök suyunu içməyi adət halına gətirmək lazımdır. Kök suyunu içdikdən sonra üstündən heç bir şey qəbul edilməməlidir. Hər axşam hazırlandıqdan sonra, çox gözləmədən, təzə-təzə içmək lazımdır.
 Şrift:


  Həyat tərzimiz, vərdişlərimiz, yediklərimiz və genlərimiz bizim, yalnız xarici görünüşümüzə deyil, zehni sağlamlığımıza da təsir edən faktorlar arasında yer alır.Vücüdunuz neçə yaşında olursa olsun, bu faktorlara görə təyin olunan “beyin yaşı”, Alzheimer (gündəlik həyat fəaliyyətinin zəifləməsi və bilik qabiliyyətlərində pozulma ilə xarakterizə edilən, nevropsixatrik simptomlar və davranış dəyişikliklərinin müşahidə edildiyi nevrodegenerativ bir xəstəlikdir) kimi xəstəliklərə tutulma riskinə də təsir edir. İngilis Səhiyyə Nazirliyinın hazırladığı 25 sualı cavablayaraq siz də “Beyin Yaşı”nızı öyrənə bilərsiniz. Beləliklə, sualları cavablandırın və testin sonunda verdiyiniz hər “bəli” cavabını 1 bal hesablayaraq beyninizin yaşını öyrənin...

 

  1. Hər gecə ən azı 7-8 saat yatıram.

2. Gündə ən azı 5 boşqab yüksək antioksidnlı meyvə yeyirəm.

3. Hər gün ən azı bir boşqab moruq və ya böyürtkən yeyirəm.

4. Həftədə ən azı 3 dəfə, yüksək miqdarda omeqa-3 yağ turşusu olan, sobada və ya duxovkada bişirilmiş balıq yeyirəm.

5. Həftədə ən azı 5 dəfə omeqa 3 yağ turşusu olan balıq yağı həbi qəbul edirəm.

6. Fol turşusu və gündəlik multivitamindən istifadə edirəm.

7. Hər gün kiçik dozada aspirin qəbul edirəm.

8. Həftədə ən azı 5 dəfə üzüm suyu və ya qırmızı şərab içirəm.

9. Həftənin günlərinin çoxunu ən azı 30 dəqiqə məşq edirəm.

10. Həftədə ən azı 5 dəfə krossvord həll edirəm.

11. Nəslimizdə “uzun ömür genləri” var. Nəslimizdən olanların çoxu 80 ildən çox yaşayır və yaddaş itkisinə məruz qalmır.

12. Ümumi xolesterinimin miqdarı 5.2 mmol - dur.

13. Pis xolestirinimin miqdarı 3.3 mmol – dur.

14.Gonbuldeyiləm.

15. Meyvə, tərəvəz, lobya, qoz-fındıq, taxıl və zeytun yağıyla qidalanıram, qırmızı ətdən az istifadə edirəm.

16. Kərə yağı və marqarin əvəzinə zeytun yağından və trans yağı (doymamış yağ) olmayan qidalardan istifadə edirəm.

17. Heç siqaret çəkmirəm.

18. Təzyiqim normaldır.

19. Şəkər xəstəliyim yoxdur.

20. Metobolik sindromum yoxdur. (Hipertaniya, mərkəzi piylənmə və ya triqliserid xəstəsi deyiləm).

 21. Yuxu pozuqluğu yaşamıram, xoruldama, yuxusuzluq kimi problemlərim yoxdur

 22. Nəzarət edilə bilməyən gündəlik stress mənim üçün bir problem deyil.

23. Dostlarım, ailəm və ətrafımdakı insanlarla çox aktif ünsiyyətdə oluram.

24. Qısa və ya uzun müddətli yaddaş problemim yoxdur.

25. Alzheimerin qarşısını almağa hazıram və bunun üçün nə lazımdırsa edirəm.

 

TEST SONA ÇATDI

 0-11 bal: Yüksək Alzheimer riski altındasınız. Xronoloji yaşınıza 10 yaş əlavə edərək beyninizin neçə yaşı olduğunu bilərsiniz. Həkimə müraciət edərək, yarana biləcək sağlamlıq problemləriniz üçün məsləhət almalısınız.

12-14 bal: Orta dərəcədə Alzheimer riskiniz var. Əsl yaşınız ilə beyin yaşınız arasında çox fərq olmasa da Alzheimerin artmaqda olduğunu da bilməlisiniz.

15-19 bal: Beyin yaşınız əsl yaşınızla bərabərdir. Yüngül də olsa Alzheimer riskiniz var.

“Xeyr” cavabı verdiyiniz sualları yoxlayın.

20-22 bal: Əsl yaşınızdan 10 yaş çıxaraq beyninizin yaşını öyrənə bilərsiniz. Fiziki və ruhi sağlamlığınıza önəm verirsiniz. Ancaq yenə də sizin “Xeyr” cavablarına  verdiyiniz diqqət, Alzheimer riskini azaltmağınıza yardım edəcək.

23-25 bal: Sağlam yaşlanırsınız. Xronoloji yaşınızdan 15 yaş çıxaraq beyninizin yaşını hesablaya bilərsiniz. Sağlam, gənc və məhsuldar bir beynə sahibsiniz ... Həyatınızı bu şəkildə davam etdirməyə davam etsəniz, Alzheimer riskini ən aşağı səviyyədə saxlayacaqsınız.

 Şrift:


    Çayın hər cür həzmsizlik, mədə ağrısı, dəri quruluğu və öskürəyə yaxşı təsir etdiyi bəllidir. Amma Yapon alimlərinin verdiyi bir açıqlama çox böyük marağa səbəb olub. Yapon alimlərinin açıqlamalarına görə qara çayın tərkibindəki antioksidantlar xüsusilə yaşlı insanlarda baş verən sümük zəifləməsinin qarşısını alır.Osteoporoz adı verilən və yaşlı insanlarda təsadüf olunan sümük itkisi və zəifləməsinə qarşı qara çay içməyin faydalı olduğu bildirilir.
Osaka Universitetində aparılan araşdırmada qara çayda "theaflavin-3" deyilən bir antioksidant maddənin sümük toxumasına zərər verən "metiltransferas" adlı fermenti yox etdiyi və bu şəkildə sümüklərin toxumasının güclü qaldığı təsbit olunub.

 Şrift:
ABŞ-dakı Yale Universitetində alimlər ürək böhranı keçirən, 18-55 yaşlarında 2397 qadın və 1175 kişinin sağlamlıq durumunu araşdırıb. Xəstəxanada müşahidə altındaykən xəstələrin stress səviyyəsi qiymətləndirilib və qadınların kişilərdən daha çox stressli olduğu təyin olunub. Bu vəziyyətin qadınların ürək böhranından sonra daha gec toparlanmasına yol açdığını bildirən alimlər, qadınların böhran yaşadıqları aylarda sinə ağrısından daha çox şikayətlənməsini və depressiyaya düşməsini də bildiriblər. Ürək böhranı depressiyaya düşmüş qadınların başlıca ölüm səbəbi kimi göstərilib.

Persona.az


 Şrift:

İnsanın su içməyini təyin edən sinir hüceyrələrinin iki tipi var. Susuzluq məhz onlardan bu və ya digərinin fəallığından asılıdır.


ABŞ-ın Kolumbiya Universitetinin alimləri son tədqiqatlarında insan beynində susuzluğun özünəməxsus açarını aşkar ediblər.

Xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər veririk ki, bu əlamət laboratoriya siçanlarının tədqiqi çərçivəsində təsdiqlənib. Alimlər müəyyən hüceyrə qruplarına təsir göstərməklə canlıların susuzluq hissini idarə etməyə nail olublar.

Əldə olunmuş təcrübə faydalıdır və çoxlu patologiyaların müalicəsində tətbiq oluna bilər. Susuzluğun tənzimlənməsi üsulları su balansının bərpası prosesində yararlı ola bilər. Bundan başqa, alimlərin fikrincə, gələcəkdə patoloji susuzluğun müalicəsi mümkün olacaq.

 Şrift:


Hər il dünyada 70 yaşından aşağı 16 milyon insan qeyri-yoluxucu xəstəliklər səbəbi ilə vaxsız dünyasını dəyişir.

 Publika.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesbatında bildirilir. Hesabata əsasən, bu xəstəliklər dünyada ölüm hallarının 63 faiizini təşkil edir. Təşkilatın hesabatında deyilir ki, milyonlarla insanın əsəs ölüm səbəbi ürək, ağ ciyər xəstəlikləri, iflic, xərçəng və diabetdir.

 

Ümumdünya Səhiyyə Təşkilatı tütün, spirtli işçilər, qeyri-sağlam pəhriz və fiziki fəaliyyətsizliyi əsas faktor kimi göstərir. Həyat tərzini dəyişməklə vaxtsız ölümlərə mane olmaq mümkündür.

Hesabatın aparıcı müəllifi Şanti Mendisin dediyinə görə, qeyri-yoluxucu xəstəliklər ən böyük səhiyyə fəlakətidir:

Ardını oxu...

 Şrift:

İnsan orqanizmində B12 vitamininin əskik olması iş və şəxsi həyata mənfi təsir göstərir. Özünü davamlı olaraq yorğun hiss etmə B12 vitamininin əskikliyində ən çox rast gəlinən əlamət hesab olunur. Yuxusuzluq və yorğunluq unutqanlığın əsas səbəblərindən biridir. Digər əlamətlərə qan azlığı, konsentrasiya problemləri, depressiya, qəbizlik, ürək bulanması, köpmə, əl və ayaqlarda üşümə və s. aid edilir. Bu problemin həlli zamanı ilk öncə düzgün qidalanmaya fikir vermək lazımdır. Unutqanlıq probleminin həlli yollarını təqdim edirik:

  Heyvan mənşəli qidalar B12 vitamini ilə zəngindir. Bura qırmızı ət, toyuq, balıq, dəniz məhsulları, yumurta, pendir, süd, qatıq gündəlik qida rasionunda uyğun miqdarda iştirak etməlidir.

Ardını oxu...

 Şrift:


Üzünüzdə qırışlar əmələ gəlməyə başlayıb? Bu sizi kədərləndirir? Gözlərinizin altında torbalar, qaraltılar, şişkinliklər yaranıb? Elə isə bu problemləri aradan qaldırmaq üçün gül suyundan istifadə edin. Gül suyu üz üçün möhtəşəm bir təbii qaynağdır. Gül suyunun bütün üz problemləri üçün faydalı olduğunu deyə bilərik.Üzünüz üçün saf gül suyu istifadə etməyinizi tövsiyə etmirik. Saf gül suyu üzü quruda bilər. Ona görə də satışda olan hər hansı bir gül suyundan bəhrələnmək olar. Bəs gül suyundan necə istifadə etmək olar? Gül suyu üz problemlərinə necə təsir göstərir? 

Ardını oxu...

 Şrift:

 Bədəninin enerjisini artırır və əhval-ruhiyyəni yüksəldir.Əgər şirniyyat sevirsinizsə, o zaman belə qidalardan imtina etmək sizin üçün çətin olacaq. Amma siz faydalı xüsusiyyəti olan şirniyyatı seçməklə həm həzz ala, həm də sağlamlığınızı nisbətən qoruya bilərsiniz. Faydalı şirniyyatlar arasında qara şokoladın xüsusi yeri var. Şokoladın tərkibində gənc qalmağınız və gözəlliyiniz üçün faydalı olan vitaminlər var.

Ardını oxu...

Sayğac