Xəbər lenti

 Şrift:


      Zeytun nüvəsini illərdir udduğunu bildiyimiz insanlarda xərçəng hadisəsinə nadir rastlanılmıştır. Son günlərdə gələn sıx telefon trafikində belə bir neçə gündür zeytun nüvələrini udmağa başlayıb ta yuxarıdakı bənzəri rahatlamaları hiss etdiklərini söyləyən onlarla insan vardır.

Yeməli zeytun yağı normal şərtlər altında mühafizə edilsə pozulmadan yenilebilecek evsafta əsrlərlə qala bilən yeganə yağdır. Necə ki arxeoloji qazıntılarda 3 min, 5 min il əvvəl olduğu təxmin edilən məzarların yanında pozulmamış evsafta zeytun yağı da tapıla. Zeytunyağında 10 dərəcələrdə donmayı təmin edən də bu maddelerdir.Yani evinizə satın alacağınız zeytun yağının soyuducuda donabilen olmasına diqqət edin.

Zeytun yağından sabun hazırlanarsa yağlı dərilərdə yağ tarazlığını, quru dərilərdə isə yağlandırmanı təmin edən bir xüsusiyyəti olduğunu müəyyən etmək olar. Yağ içərisində antioksidan (xarab olmadan qalan), sabun içərisində re-oily (geri yağlandırıcı) kimi sadaladığımız xüsusiyyətləri təmin edən bu maddə və ya maddələrin nə olduğu bu gün hələ də məlum deyil.
Zeytun yağını digərlərindən fərqləndirən bu maddə və ya maddələr zeytun çəyirdəyinin içərisindədir. Hər hansı bir zeytun çəyirdəyinin hər iki ucunu yüngülcə törpülərkən onun içinin oyuq olduğunu və içərisində laxtalanmış və ya çox tünd konsistensiyalı bir yağ olduğunu görmək mümkündür.


 Şrift:


    Faringit boğazda, kiçik dil arxasında və badamcıqların olduğu bölgənin (farinks) iltihablanmasına deyilir. Faringiti yaradan səbəblərin başında viruslar və bakteriyalar durur. Uşaqlarda faringitin səbəbinin yüzdə 95-i viruslardır. Yetkinlərdə isə yüzdə 3-5 nisbətində bakteriyalardır. Bu cür mikroblarla olan faringitə kəskin faringit deyilir.
Burnun mexaniki olaraq tıxanıqlığı, sümük əyrilikləri və burundakı ətlərin böyük olması, spirt, siqaret, allergiya, qidalanma pozğunluqları, iqlim dəyişiklikləri xüsusilə üst tənəffüs yollarının digər xəstəlikləri kimi faktorlar faringitin inkişafını asanlaşdırır. Xəstəlik, bədəndə lokal və ümumi əlamətlər göstərir. Lokal əlamətlər; boğazda ağrı, yanma, batma hissi, öskürək, udma çətinliyi və boğazın o hissəsində şişkinlik və qızartı ilə özünü müəyyən edir. Bunlar lokal ifadə olunanlardır.

Ardını oxu...

 Şrift:


       Son aparılan araşdırmalara görə banan hər dərdə dəva olan bir meyvədir. Bir banan, yeyildiyi andan başlayaraq davamlı enerji verir. Bananın tərkibi, üç təbii şəkərdən- saxaroza, meyvə şəkəri (fruktoza) və qlükozadan ibarətdir. Araşdırmalara görə 2 banan, 90 dəqiqəlik yorucu bir məşqə yetəcək qədər enerji verir. Bir çox atletin də favorit meyvəsinin banan olmasından təəccüblənmək lazım deyil.

Ardını oxu...

 Şrift:

Limfa düyünləri oval və ya yumru formada olan törəmələrdir. Onların ölçüləri 1 mm-dən 2 sm qədər ola bilər.

Limfa düyünləri orqanizmin immun sisteminə aiddir. Onlar mikrobların, infeksiyaların və xərçəng hüceyrələrinin yayılmasına maneə yaradır. Bu düyünlərdə xüsusi hüceyrələr limfositlər yaranır ki, onlar orqanizm üçün yad və təhlükəli maddələr və hüceyrələrin məhv edilməsində aktiv şəkildə iştirak edir.

Orqanizmdə bir neçə limfa düyünləri qruplarlı mövcuddur. Belə ki, limfa düyünlər dirsək büküşündə, qoltuq altında, diz büküşündə, qasıq nahiyəsində yerləşir.

Ardını oxu...

 Şrift:

 



       Körpələrə kitab oxumağa nə vaxt başlamalı? Körpələrə kitab oxumağın faydaları nələrdir?

Bir çox valideynlər körpələrinə kitab oxumağın faydalarının fərqində deyil. Halbuki körpələrə kitab oxunması onların inkişaf sahələrinə təsir edir və valideynlərinə yaxınlaşmalarını dəstəkləyir. Körpənizlə birbaşa və yüksək səslə nə qədər çox danışsanız, inkişafı və böyüməsi baxımından bu, bir o qədər əhəmiyyətlidir. Kitab oxunmasıyla birlikdə körpənin dinləmə bacarığı və yaddaşı da inkişaf edir.

Ardını oxu...

 Şrift:


     Avstraliyada Krallığın Darvin Xəstəxanasında Çənə Baş və Boyun Cərrahiyyəsinin rəhbəri Dr. Maniban Thomas, öpüşərək keçən papilloma (HPV) virusunun baş və boyun xərçənginin artımına 70 faiz səbəb olduğunu ibildirərək, öpüşərkən diqqətli olmaq təklifini irəli sürüb.

HPV (Human Papiloma Virus) cinsi yoluxan viruslar sinfinə aiddir. Lakin bəzi mənbələr onun su hovuzunda çimərkən və məişət yoluyla da keçmək imkanı olduğunu söyləyirlər.

HPV  virusu infeksiyası həm qadında, həm də kişidə daha  çox tənasül alətində , anus ətrafında və nadir hallarda ağızda əmələ gələn virus mənşəli xəstəlikdir. Bu kondilomalar human papilloma virusu infeksiyası nəticəsində əmələ gələn gül kələmi görüntüsünə malik bəzən tək, bəzən çoxlu sayda, bəzən çox kiçik, bəzən 4 sm-ə çatan ölçülərdə ağrısız kütlələrdir. Lakin arada qaşınma və göynəmə hissi ola bilər.

Məlum olub ki, xərçəng xəstəliyinin bir sıra növlərinin səbəbi məhz elə papiloma virusudur. Xüsusilə, qadınlara məsləhət görülür ki, cinsi həyata qədəm qoyduqları ilk yaşlarından mütəmadi olaraq ginekoloq müayinəsindən keçsinlər. Mütəmadı müayinə sizi ağır nəticələrdən uzaq tuta bilər. Virusa yoluxmaq hələ xərçən olmaq demək deyil, lakin riski artırır, çox artırır,ona görə müayinəni unutmaq olmaz.

 Şrift:


    Bal, arılar tərəfindən bitkilərdən toplanan, şəfaverici təsiri çox güclü olan bir qidadır.

Arılar təbii balı çiçəklərdən sızan şirin şirədən – nektardan hazırlayırlar. Balın kimyəvi tərkibi 20% sudan, 75% şəkərdən və 5% başqa maddələrdən ibarətdir.

Bal yüksək kolori qida məhsulu olmaqla yanaşı, həm də əvəzsiz müalicəvi əhəmiyyətə malikdir. Bal yeganə qida məhsuludur ki, orqanizm tərəfindən tam mənimsənilir və heç bir qalıq saxlamamaqla yanaşı, orqanizmin şlaklardan təmizlənməsinə kömək edir.

Ardını oxu...

 Şrift:

Limonun faydaları saymaqla bitmir. Pəhriz saxlarkən  limonu suyunuza əlavə etsəniz həzmi asanlaşdırar.

Bir Neçə damla limon suyunu isti suya əlavə edib içdikdə həzm sistemi problemləri aradan qalxır və qaraciyəri təmizləyir.

Limonun tərkibindəki turşu infeksiyalarla mübarizə aparır.

İnfarkt, ürək-damar narahatlıqları və xərçəng kimi xəstəliklərdən bədəni qoruyan bir antioksidandır.

Çox az miqdarda qliserin ilə qarışdırılan limon suyu quru dərilərə yaxşı təsir edir.

Gərginliyi azaldır və müsbət xolesterinin miqdarını artırır.

Limon suyu dəniz canlılarının və ətin üstünə sıxıldıqda bakteriyaları öldürür. Bunun sayəsində həzm sistemindəki problemlərin qarşısı alınır.

 Prostat və sinə xərçəngini azaldan bir anti-kanserogen qidadır. Hüceyrələrdəki maddələr mübadiləsi problemlərini aradan qaldırır və bununla da xərçəngin yaranmasına mane olur.

Günəş altında qurudulmuş limon qabığı  bədəni sərinlədir və baş ağrısını alır.


 Şrift:

   Ağıza düzgün qulluq edilməzsə, ağız qoxusu qaçılmazdır. Ağız qoxusunun səbəbi, ümumiyyətlə ağız içindəki çürümüş yemək parçaları və bakteriyalardır.Buna görə dişlərin fırçalanması əsnasında, dilinizi də çox zərif formada fırçalamağa laqeyd yanaşmayın. Yemək parçaları və bakteriyalar dilimizin üzərindəki dad tumurcuqlarının ətrafında olur, tumurcuqlar sayəsində dilimiz bir qalın tüklü xalı kimidir. Həmin bu tüklərin arası eynilə xalının ilmələrinin arası kimi yemək parçalarının və bakteriyaların yerləşməsinə şərait yaradır. Bu üzdən ağız sağlamlığı naminə mütləq dilin təmizliyi də olmalıdır. Bu təmizlik üçün xüsusi aparatlar lazım deyil.

Ardını oxu...

 Şrift:

Quran-ı Kərimdə adı keçən və hər gün süfrələrimizdən əskik etmədiyimiz zeytunun o qədər çox faydası var ki ...
Quranın Nur surəsində zeytunun faydalarından bahs edilmişdir.Yoğun bağırsaq, prostat, mədə xərçənginə tutulma riskini azaldır.Ürək-damar xəstəliklərindən qoruyucu təsiri vardır.Qaraciyəri qoruyur. Sümükləri gücləndirir. Antioksidandır.Qəbzliyin qarşısını alır. Həzmsisteminin işləməsinə kömək olur.Virüs, bakteriya və göbələklərə qarşı qoruyucudur. Uşaqlarda sağlam diş inkişafının tamamlanmasına kömək olur.Hüceyrələri təzələyir, beləliklə qocalmanı ləngidir və ömrü uzadır.
Zeytun iştah açan xüsusiyyəti ilə yeməklərin baş tacıdır. Qaraciyərin nizamlı işləməsinə kömək edir. Böyrəklərdə qum və daş yaranmasına mane olur. Beynin və sümüklərin inkişaf güclənməsini saxlalayır.Bağırsaq qurdlarının salınmasına yardım edir. Qan şəkərini saldığı üçün şəkər xəstələrinə faydalıdır.
Zeytun sarılığa qarşı çox faydalıdır. Mədəni gücləndirir. Zeytun yağı yüksək təzyiqi salır. Enerji verən xüsusiyyəti ilə cinsi gücü arırır. Qaraciyər və baş ağrısını aradan qaldırır. Bağırsaqları yumşaldır və qəbizliyi aradan qaldırır.

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac