Xəbər lenti

 Şrift:


Qida mütəxəssisləri qeyd edirlər ki, günəbaxan tumunun tərkibi E vitamini ilə zəngindir. E vitamini insan orqanizimi üçün çox faydalıdır və selenium miqdarını insan bədənində artıraraq yaşlanmağın qarşısını alır.


Cinsindən və hansı yaşda olmasından aslı olmayaraq hər kəs cavan və gümrah qalmağa üstünlük verir. İnsanlar yaşadıqları illər boyunca hər zaman bu mövzuda axtarışlar edirlər. 

Mütəxəssislər qeyd edirlər ki, günəbaxan tumu göz sağlamlığı ilə bərabər həmçinin xərçəng və funksiya pozğunluğuna qarşı çox güclü vasitədir. 

Gündəlik olaraq günəbaxan tumundan az miqdarda qəbul etməyiniz məsləhətdir. Ancaq vaxtımızın az olduğunu nəzərə alaraq çox vaxt günəbaxan tumundan istifadə edə bilmirik. 

Günəbaxan tumu Xərçəngə yoluxmanı azaldır 
İnsan yaşlandıqca bədənində seleniumun miqdarı azalır. Bu isə dərinin qırışlanmasına səbəb olur. Selenium azlığı insanda ağ qan hüceyrəsi (leykosit) istehsalını artıraraq yaşlanmağı daha da tezləşdirir. Qida mütəxəssisləri qeyd edirlər ki, insan bədəni ən azı gündə 50 qram selenium qəbul etməlidir. 100 qram günəbaxan tumu bədənimizdə 79 ml seleniuma bərabədir. 

Gözləri sağlam saxlayır 
Maryland Medical mərkəzi universiteti bildirir ki, daha çox E vitamini qəbul edən insanlarda ürək xəstəliyinə tutulma riski qəbul etməyənlərə görə daha azdır. E vitamini gözlərin yaxşı görməsi üçün də faydalıdır.../kazyen.az/
 Şrift:



Sağlam həyat tərzi dedikdə səmərəli qidalanma nəzərdə tutulur. Qida rasionunda insanın 5 əsas tərkib hissəsinə ehtiyacı var: zülallar, karbohidratlar, yağlar, vitaminlər mineral duzlar (su nəzərə alınmır). Müxtəlif yaş dövrlərində heyvan və bitki məhsulları arasındakı nisbət dəyişə bilər. Bütün yaşlarda, xüsusən yeniyetmənin qida rasionunu maksimum meyvə və tərəvəz təşkil etməlidir. Bunlar yeməyi mineral maddələr və vitaminlərlə zəngin etməklə bərabər, asan həzmə də kömək edirlər.

Qidalanma mütəmadi olmalıdır. Yaxşı olar ki, gün ərzində 3 dəfədən az olmasın. Yemək vaxtı belə bölünür: səhər yeməyi - gündəlik normanın 30%-ni, nahar - 50%-ni, şam yeməyi - 20%-ni (xalq arasında deyilir: səhər yəməyini özün ye, naharı dostunla bölüşdür, şamı düşmənə ver). İkinci səhər yeməyi də xeyirlidir. Сох yemək piyləndirir. Bir çox qızlar davranış stereotipi və gözəllik etalonu artdıqca "90-60-90" göstəricisindən kənara çıxmamaq üçün pəhriz saxlayır və aclıq edirlər (oğlanlar əzələlərin inkişafı üçün çoxlu yumurta - zülal yeyirlər). Orqanizmə ən çox ziyan verən, xüsusən təşəkkül dövründə, tərkibində çoxlu kimyəvi

sağlam qidalanmaMaddələr olan süni gübrələrlə yetişdirilən məhsullardır (yaxud təsərrüfat məhsulları). Təbii qida qaydasına riayət etməli, məhsulu seçmək lazımdır. Dünyada elə preparat yoxdur ki, orqanizmi yaşatmaq üçün lazım olan qanı təmin etsin. Tam və mükəmməl qidanı heç bir vitaminlər və "həyat həbləri" əvəz edə bilmez. Gündə 4-5 defə yemək olar, amma qidada lazımi elementlər yoxsa və ferment balansı pozulubsa, hüceyrə və toxumalar aclıq hiss edecək. Yalnız tərəvəz və şirələrdən ibarət olan qidalanma rasionunda lazım olan vitamin və maddələr tam miqdarda olur. "Yeməsən - balaca qalacaqsan!" Yəqin ki, bu sözləri valideynlərdən dəfələrlə eşitmisən! Əslində, necə lazımdı qidalanmalısan, çünki inkişaf edən orqanizm böyük həcmdə həm fiziki, həm də psixi enerji işlədir. Lakin indi biz nə ilə, nə vaxt və necə qidalanmalı haqda danışayayıq.

Qidalanmanın düzgün rasionu hər bir yaşda vacibdir, xüsusilə də cinsi inkişaf mərhələsində. Qəbul etdiyin qida böyüməyinə kömək edir və enerji mənbəyi kimi xidmət edir. Onun komponentlər (tərkib hissələr) orqanizmində müxtəlif işi görürlər, buna görə də onların hamısı balanslaşdırılmalıdırlar.
Balanslaşdırılmış qidalanma - kəmiyyət göstəricisidir: yəni, nə qədər tələb olunur, o qədər də yeməlisən. Məsələn, fiziki işlə məşğul olan insanların; yarış zamanı idmançıların; imtahanlar vaxtı şagirdlərin də xüsusi qidalanmaya ehtiyacları vardır. Bu qida asan həzm olunmalı, vitaminlərlə zəngin olmalıdır; yağlı, istiotlu yeməklər məsləhət görülmür, çoxlu çiy meyvə və tərəvəzdən istifadə etmək tövsiyə olunur. Qidamız müxtəlif komponentlərdən ibarətdir. Bunlar aşağıdakılardır:
Zülallar
Zülalları sən heç görmüsənmi? Əlbətdə. Məsələn, saçların 78%-i keratin adlı zülaldan ibarətdir. Insan bədəninin 10% -dən çox hissəsi zülallardan ibarətdir. Onlar orqanizmin inkişafı və bərpası üçün lazımdırlar, xüsusilə cinsi inkişaf mərhələsində. Bu mərhələ pubertat mərhələsi adlanır. Zülalları insan lazımi qədər heyvani və bitki qidadan alır. Kəsmik, süd, yumurta, pendir və yağsız ət heyvan mənşəli zülalların mənbəyidir. Bitki mənşəli zülalları biz çörək, makaron və müxtəlif sıyıqlar vasitəsilə alırıq. Qoz və paxlalılar fəsiləsində də zülallar çoxdur.

Karbohidratlar
Karbohidratlar enerjinin əsas mənbəyidir. Onlar nişasta və qənd, şəkər tozunda var. Ən xeyirli nişasta tərkibli ərzaqlar bunlardır: ağ və qara çörək, un məmulatları, meyvə, giləmeyvə, düyü, kartof. Lakin tortlar, pirojnalar, şokolad, dondurma və şirin içkilər az xeyirlidirlər, çünki şəkər enerji mənbəyi olsa da, məsələn, dişlər üçün ziyandır.

Yağlar
Yağlardan orqanizm bir qədər enerji alır. Yağlar doymuş və doymamış olurlar. Doymuş yağlar heyvan mənşəli ərzaqlarda var: kərə yağı, qaymaq və marqarinin əksər növlərində. Doymamış yağlar əsasən bitki yağlarda, qozda və marqarinin bəzi növlərində var. Rasionda doymuş yağların çox miqdarda olması ürək damar xəstəliklərin yaranmasına gətirir.

Sellüloz
Sellüloz həzm edilməyən, lakin rasionun vacib hissəsi olan karbohidratların növüdür. Onlar fırça kimi həzm borudan keçir, bağırsaq əzələlərini hərəkət etməyə vadar edir, onların təmizlənməsinə kömək edirlər. Sellüloz bəzi ciddi xəstəliklərinin (məsələn, onkoloji) profilaktikasına kömək edir. Tərəvəz, meyvə, makaron, çörək, sıyıqlar, mərci, lobya və qoz sellülozla zəngindirlər.

Vitamin və minerallar
Necə zülallar, yağlar və karbohidratlar, eləcə də vitamin və mineralların çatışmazlığı nəticəsində insan özünü sağlam hiss edə bilmir. Inkişaf edən gənc üçün və onun orqanizmində vacib kimyəvi proseslərin düzgün gedişatı üçün 40-a yaxın vitamin və minaral lazımdır. Təbiətdə müxtəlif minerallar mövcuddur: dəmir, manqan, yod, mis, kükürd və s. Insan da təbiətin bir hissəsidir, və onun orqanizmində bütün bu elementlər az miqdarda var, lakin həyat fəaliyyəti prosesində onlar orqanizmdən çıxarılır, buna görə də orqanizmi onlarla daimi qidanandırmaq lazımdır. Bu mümkündürmü? Əlbəttə ki, sadəcə qidalanarkan lazımi ərzaqlardan istifadə etməlisən. Mikroelementlərin orqanizmə kifayət qədər daxil olması üçün, insanın qidası cürbəcür olmalıdır. Kalsium mineraldır. O, süd, kəsmik və pendir kimi ərzaqlarda var. Pubertat mərhələsində kalsium çox vacibdir, çünki diş və sümükləri bərkidir. Qlobal miqyasda ən böyük əhəmiyyətli üç çatişmazlıq dəmir, yod və А vitamini çatışmazlıqlarıdır.

Dəmir qanın sağlamlığının qorunması, anemiyanın profilaktikası üçün tələb olunur. Qadınlara kişilərlə müqaisədə daha çox dəmir lazımdır, çünki qadınlar dəmiri menstruasiya zamanı itirirlər. Dəmirin ən yaxşı mənbəyi ət, balıq, yumurta, nar, qara ciyər və çörək sayılır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə dünya miqyasında 4-5 milyarda yaxın adamda (dünya əhalisinin 66-80%-də) dəmir çatışmazlığı ola bilər, bunlardan da 2 milyardı anemik səciyyəlidir. Anemiyadan əziyyət çəkənlərin 90%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır

Natrium duzun tərkibində olan vacib bir mineraldır. Lakin bəzi insanlar duzdan həddindən artıq çox istifadə edirlər, bu da ürək xəstəliklərin yaranmasına gətirir. Yod çatışmazlığı depressiya, uşaqların əqli inkişafdan geri qalması, hamilə qadınlarda uşaqsalma, lal, kar, kor uşaqların doğulmasına səbəb ola bilər. Yod zobun profilaktikası üçün lazımdır, o, dəniz kələmi, qoz və dəniz məhsullarda çoxdur. Yer kürəsində yaşayan insanların ⅓ hissəsi yod çatışmayan ərazilərdə yaşayır.

Qidalanmada mütlək meyvə və tərəvəzlərin olması zəruridir. Qış və yaz fəsillərdə təzə meyvə və tərəvəz bizim rasionda o qədər də çox deyil. Vitamin və mineral maddələrin çatışmazlığı avitaminozun yaranmasına səbəb ola bilər. Məsələn, C vitaminin çatışmazlığı sinqa, A - gecə korluğu, D - raxit kimi xəstəliklərin yaranmasına gətirir. Qışda, xüsusilə də yazda hər gün draje şəklində vitaminlərdən istifadə etmək məsləhət görünür. Onlar apteklərdə satılır. Polivitaminləri müəyyən olunmuş qayda əsasında qəbul etmək lazımdır (gündə 1-2 dənə, yeməkdən sonra). Əks halda orqanizmə ziyan yetirə bilərsən.

Vitamin A ilə zəngin olan ərzaqlar bunlardır: balıq yağı, kərə yağı, ət, yumurta, kök, qırmızı istiot, quzuqulağı, soğan, ərik və alma.
В vitamini (maddələr mübadiləsi vitaminləri) ət, yumurta, noxut, lobya, kələm, kartof, qarabaşaq yarması və pendirdə var.
С vitamini (askorbin turşusu) - təzə giləmeyvə, xiyar, kartof, portağal, limon, turp, qara qarağat və kələmin tərkibində mövcuddur.
D vitamini balıq yağı, balıq kürüsü, yumurtanın sarısı, kərə yağı, ət, süd məhsulları, qırmızı istiot, quzuqulağı, kələm, pomidor, ərik, alma və mandarində var.

normal qidalanma"Xeyirsiz" qida
Həmin qidada xeyirli maddələrin miqdarı ya çox azdır, ya da ümumiyyətlə yoxdur, lakin duz, yağlar, şəkər və süni əlavələr olduqca çoxdur. Bu cür qidaya şirin içkilər (Fanta, Coca-cola, Pepsi və s.), konfet, şirniyyat, çipsılar aiddir. Belə qidadan bədən çəkisi tez artır.

Səhər yeməyi vacibdirmi?
Mütlək. Çunki yuxuda da bədən enerjisindən istifadə edir. Səhər isə, fəal həyata qoşulmaq üçün ona qida lazımdır. Sən bilməlisən ki, səhər yeməyi yeyən insanlar daha yaxşı oxuyur, idmanla məşğul olur və daha effektiv işləyir.


Qida davranışının pozulması
Anoreksiya və bulimiya adətən qızlarda müşahidə olunur, lakin bəzən oğlanlarda da inkişaf edə bilər. Hamımız qidalanarkan hərdən bir həddindən çox yeyirik, bulimiyadan əziyyət çəkən insan isə daimi yeyir və dayana bilmir. Anoreksiyalı xəstələri beyindən çıxmayan arıqlamaq fikri narahat edir. Onlar özlərini kök insan kimi göz qabaqlarına gətirirlər, əslində isə bu belə deyil. Anoreksiyalı xəstələri az yeyir və çox arıqlayırlar. Onlardan bəziləri bundan əlavə, fiziki məşğələlərlə də özünü yorur.

Hesab olunur ki, qida pozulmaları qismən irsi və əsasən psixoloji səbəblərdən baş verir. Emosional təəssüratlar da buna səbəb ola bilər. Bəzi insanlar fikirləşir ki, arıq olmaq dəbdədir, bunun günahı kütləvi informasiya vasitələrindədir, onlar arıq fiquranı ideal kimi qələmə verirlər. Lakin, heç bir televiziya reklamında deyilmir ki, arıq bədəndən üzgünlüyə qədər cəmi bir addım var.

Qida pozulmaları çox təhlükəlidirlər. Xəstələrdə qarın nahiyəsində ağrılar, yuxu pozulması, sızanaqlar, qeyri-müntəzəm menstruasiya - aybaşı müşahidə olunur. Onlarda depressiya inkişaf edə bilər, orqanizmin inkişafı və vacib üzvlərin işi pozula bilər. Nəhayyət, onlar üzgünlükdən həlak ola bilərlər...\kazyen.az\

 Şrift:



Küləkli Bakı küçələrində öskürən, heç kimsədən çəkinmədən istədiyi yerə tüpürcək ifraz edən insanlara hər dəqiqə rast gəlmək mümkündür. Bu mədəniyyət qaydalarından kənar davranış, həm də əhalinin sağlamlığı baxımından təhlükəlidir və vərəmin yayılması üçün münbit şərait yaradır. Bütün dünyada olduğu kimi Azərbaycanda da vərəm xəstəliyi geniş yayılıb. Hazırda Azərbaycanda 100 min əhaliyə 54-56 vərəm xəstəsi aşkar edilir. Mütəxəssislər vərəmin müalicəsi ilə yanaşı, xəstəlikdən qorunmağın da vacib amil olduğunu bildirirlər. Vərəmlə bağlı əhali arasında maarifləndirmə aparmaq məqsədilə "Səhhət" ictimai fondu vərəm və onun profilaktikası ilə bağlı layihə həyata keçirir. Məqsəd layihə çərçivəsində resbublikanın kənd və rayon məktəblərində orta məktəblərin yuxarı sinif şagirdləri arasında vərəm və onun profilaktikası haqqında ətraflı tədbirlər həyata keçirməklə gənclər və yeniyetmələri maarifləndirməkdir. Vərəmin sosial yönümlü xəstəlik olduğunu deyən birliyin rəhbəri Tariyel Həsənov bildirdi ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əmr və sərəncamlarına əsasən, görülən tədbirlərə baxmayaraq, 2012-ci ildə Azərbaycanda hər 100 000 (yüz min) əhalidən 56 nəfər xəstə aşkar edilib. 2012-ci ildə Azərbaycan Respublikası üzrə 11383 nəfər vərəmli xəstələr qeydə alınıb və ilkin 4616 nəfər olub. Bunlardan ağ ciyərin vərəmi cəmi kontingent 9687 nəfər, ilkin 3614 nəfər olub. Ondan 217 nəfər uşaq, qalanları isə böyük xəstələrdir. Ağ ciyərin BK + olan 2022 nəfər qeydiyyata alınıb ki, onlardan 78 nəfəri uşaqdır.

Nədir vərəm?

Vərəm xəstəliyi infeksion xəstəlik olduğu üçün xəstə insanlardan sağlam insanlara hava-damçı yolu ilə yoluxur. T.Həsənov bildirdi ki, bir aktiv vərəmli xəstə il ərzində 200-250 nəfəri yoluxdurur. Bu yoluxanlardan 10-15 yeni vərəm xəstəsi yarana bilir. Yoluxanların hamısı vərəm xəstəliyinə tutulmur. Sağlam həyat tərzi keçirən, qidalanmanı düzgün quran, yaşayış şəraiti normal olan, immun sistemi qüvvətli olan insanlarda yoluxanların hər birində vərəm yaranmır. Bunların əksi olduqda isə yoluxanlar potensial vərəm xəstələri kimi qeydiyyata alınır: "Dünyada vərəm xəstəliyinin artması bütün səhiyyə sisteminə bir siqnal kimidir. Müşahidələrimiz göstərir ki, yeniyetmə və gənclər arasında spirtli içkilərə meyilli, siqaret aludəçiliyi olan, narkotikdən istifadə edən gənclər xəstə kimi qeydiyyata alınır. Bu bizi narahat etməyə bilməz. Ona görə də builki layihəni Bakı şəhərinin Səbail rayonunda yerləşən məktəblərdə həyata keçirdik. Layihə çərçivəsində 49 və 50 nömrəli məktəbdə Təhsil Nazirliyi, Səbail rayon icra hakimiyyətinin dəstəyi ilə maarifləndirmə işləri aparılıb". Məktəbdə keçirilən sorğudan məlum oldu ki, 100 uşaqdan 5-6-sı vərəm haqqında məlumatlıdır. Uşaqların çoxu vərəmin necə yoluxması, ətrafa təsirləri ilə bağlı məlumata malik deyillər. Qeyd edək ki, layihə çərçivəsində kitabxanalara vərəmlə bağlı məlumatlar verilib. Vərəmlə bağlı film təqdim olunub ki, bu yolla şagirdlər maarifləndirilisin. Müəllimlərdən sinifə daxil olanda 2 dəqiqə ərzində vərəmlə bağlı məlumat vermələri xahiş olunub.

Dərmana davamlı vərəm yayılır

Hazırda Azərbaycanda vərəmin qorxulu formasi, yəni dərmana davamlı vərəmdən əziyyət çəkən 1169 xəstə qeydiyyatdadır. Bunlardan 573 nəfər iki preparata davamlı, 596 nəfər daha çox dərmana davamlı xəstələrdir: "Son vaxtlar, dünyada olduğu kimi vərəmin qorxulu forması dərmana davamlı vərəm Azərbaycan respublikasında da yayılmaqdadır. Azərbaycanda çoxsaylı dərmana davamlı vərəm xəstələrinin müalicəsi Yaşıl İşıq Komitəsinin təsdiqinə əsasən penitensiar sektorda 2007-ci ilin aprel, mülki sektorda isə 2008-ci ilin avqust ayından başlanılıb".

Həkim bildirdi ki, dərmana davamlı vərəmin müalicəsi digəri ilə müqayisədə çox bahadır. Sadə vərəmin müalicəsindən dəfələrlə bahalıdır və toksik təsirə malikdir: "Vərəm vaxtında aşkar olunduqda peşəkar həkimlər tərəfindən düzgün müalicə olunduda müalicəyə nail olmaq mümkündür. Təəssüf ki, dövlət və QHT-lər səviyyəsində vərəmlə bağlı maarifləndirmə aparılsa da əhali çox laqeyddir. Biz istəyirik ki, vərəmin ağırlaşmış formada gələnlərin qarşısını almaq üçün həkim olmayan insanlar da vərəmin nə olduğunu, necə yoluxduğunu, harada müalicə alınması haqqında ətraflı məlumatlı olsunlar".

Qeyd edək ki, 2011-ci ildən 2-ci sıra vərəm əleyhinə dərmanların təchizatı Qlobal Fond vasitəsi ilə maliyyələşdirilir. Mükli sektorda stasionar xəstələrin müalicəsi Bakıdakı 6 saylı dispanserdə, daha sonra isə pasiyentlərin yaşadığı xidmət göstərilmə sahələrində ambulator şəraitdə aparılır. Həbsxanalarda bütöv müalicə kursu, Bakıətrafı qəsəbə olan Binədə yerləşən 3 saylı Xüsusi Tibb Müəssisəsində həyata keçirilir. Hal-hazırda bütün ambulator pasiyentləri əhatə edən 223 DOT məntəqəsindən 23 kabinet Bakıda, 200 kabinet isə regionlarda yerləşir. Penitensiar sektorda müalicəyə cəlb edilən ÇDD vərəm xəstələrinin sayı 60 nəfərə çatıb. Məqsədlərə nail olunması, insan və infrastruktur bacarıqlarının möhkəmləndirilməsi, ölkə üzrə adi dərmana davamlılıq nəzarətinin aparılması, laborator xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və həkim göstərişlərinə ciddi riayət olunmasını təmin etmək məqsədi ilə dərmana davamlı vərəmin hallarının müvafiq pasiyent dəstəyi ilə müasir üsullarla müalicəsinin həyata keçirilməsi vasitəsi ilə təmin edilir. Qlobal Fondun Vərəm layihəsi bütün ölkə miqyasında həyata keçirilir və həm mülki, həm də penitensiar sektorların ehtiyaclarını əhatə edir. Baxmayaraq bu gün, Dövlət və Beynəxalq təşkilatlar tərəfindən bütün dünyada bu müalicə metodu tətbiq edilir, vərəmin bu qorxulu formasının insanlar arasında yayılmasının qarşısını almaq məqsədi ilə bu cür xəstələr vaxtında aşkar edilməli nəzarət altında ardıcıl və fasiləsiz olaraq dərmanla təmin olunmalı, uzun müddətli adi vərəmdən 100 dəfə bahalı olan olan bu müalicə yüksək səviyyədə həyata keçirilməlidir. Bu xəstəliklər haqqında tibb işçiləri və ictimaiyyət arasında daimi olaraq Səhiyyə Nazirliyi və QHT tərəfindən maarifləndirmə tədbirləri həyata keçirilir.

Vərəmin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir

T.Həsənov bildirdi ki, Bakı küləkli şəhərdir və əhali gigiyenik qaydalara əməl etmir: "Toz vərəm mikrobakterialarının nəqliyyat vasitəsidir. Şəhər tozludursa və insanlar hələ ətrafa bəlğəm ifraz edirsə, siqaret çəkən insanlar qalığını küçəyə atırsa, bu vərəm mikrobakterialarının quruyub toza hopduqdan sonra külək vasitəsilə hər kəsi yoluxdura bilər".

Həkim bildirdi ki, ictimai nəqliyyada bəzən xəstələr özlərinin xəstə olduqlarını bildikləri halda, elementar gigiyena qaydalarına əməl etmirlər. Qeyd etdi ki, hətta əhalinin sıx məskunlaşdığı yerlərdə bir vərəmli xəstə 300-400 xəstə də yoluxdura bilər. Dövlət səviyyəsində vərəm əleyinə mübarizə məqsədilə işlər aparıldıını deyən T.Həsənov müraciətlərindən sonra 3 saylı vərəm dispanserinin yüksək səviyyədə təmir olunduğunu da vurğuladı.../olaylar.az\

 

 Şrift:

 

    Qış aylarında ən sıx üzləşdiyimiz xəstəliklər arasında yer alan "farengit", boğazın arxa divarının bəzən mikrobik, bəzən metabolik, bəzən də insanların işlədikləri mühitin istiliyinə, tozuna reaksiya göstərməsiylə ortaya çıxır.
Farengit ortaya çıxdıqda, səs batıqlığı, boğazda quruluq, yanma, ağrı, udqunma çətinliyi, toz və yeməklərə qarşı həssaslıq yaranır. Farengit, yemək - içməyə diqqət etməyi, yəni, acı, qıcıqlandırıcı, turşulu qidalardan uzaq dayanıb, ilıq maye qidalar qəbul edilməsini tələb edir. Tozlu, dumanlı mühitlərdən uzaq durmalı və istirahət edilməlidir.

Ardını oxu...

 Şrift:

Картинки по запросу dr.psk. meltem özkan
                                 Psk. Dr. Məltəm Özkan


 

 
                          Yeniyetmələrdə kliptomaniya

    Mövzumuza başlarken ilk önce kliptomaniya nedir və diaqnozu nece qoyulur ona nezer salaq.Kliptomaniya:oğurlama xesteliyidir.Kliptomaniya maddi dəyər ilə əlaqəsiz şəkildə ehtiyac olmadığı halda əşyaları oğurlama hissinin qarşısını ala bilməməsidir.İnsanlar içində ağlımıza gəlməyəcək bir çox şəxsdə öz hisslərini kontrol edə bilməmə narahatlığı ilə rastlaşırıq.

Ardını oxu...

 Şrift:



1 yer. Çipslər və limonad

Biz tez-tez eşidirik ki, çipslər çox ziyanlı məhsuldur. Bəs onların ziyanı nədədir?

Çipslər yüksək dozalarda rəng və dadvericilər əlavə olunmuş ucuz yağlar və karbotidratların qarışığıdır. Çipslərdə külli miqdarda kanseroqen (xərçəng əmələ gətirən) maddələr var. Çipslərin tərkibində olan yağlar qanda xolesterinin səviyyəsini artırır ki, bunun nəticəsində insult və infarktın riski artır. Hamı bilir ki, çipslərin qəbulu piylənməyə səbəb olur. 200 qr çipslərin energetik dəyəri 1100 kkal təşkil edir ki, bu böyüklərin gündəlik normasının yarısını təşkil edir.

Limonadlar da çipslərlə eyni pillədə yerləşir. Limonad şəkər, qazlar və kimyəvi maddələrin qarışığıdır. Adətən limonadların tərkibinə sintetik şəkər əvəzedicisi "aspartam" daxildir. Belə hesab olunur ki, aspartam insanlarda depressiyanın, panikanın inkişafına səbəb olur.

Bundan əlavə aspartam susuzluğu azaltmır. Limonadların qəbulundan sonra ağızda şirin dad qalır ki, insan bu dadı aparmaq üçün limonadın növbəti porsiyasını qəbul etməli olur. Nəticədə limonadlar susuzluğu azaltmır, əksinə artırırlar.

Limonadların tərkibinə çoxlu miqdarda şəkər daxildir (0,33 ml-lik bankada 6-7 çay qaşığı şəkər var). Daim belə yüksək miqdarlarda qəbul olunan şəkər orqanizmdə müxtəlif pozulmalara yol açır.

Limonadın tərkibində olan konservantlar, rəngvericilər və s. ziyanlı maddələr orqanizmdə yığılır və müxtəlif pozulmalara (qəbizlik, dəri xəstəlikləri, mədə xəstəliklıri və s.) səbəb olur.

2 yer. Fast fud

Bütün tez hazırlanan qidalar (qamburger, dönər, kartof-fri, və s.), yarımfabrikatlar (dükanlarda satılan hazır suplar, vermişel, püre və s.), müxtəlif suxarı çox ziyanlıdır.

Tez-tez qəbul olunduqda belə qidalar müxtəlif həzm proseslərin pozulmalarına səbəb olur.

3 yer. Kolbasa, sosiska və s. hazır ət məhsulları.

Sosiska, kolbasa, dükanlarda satılan hazır düşbərə, farş, kotlet və s. qidalara külli miqdarda müxtəlif kimyəvi maddələr (rəng- və dadvericilər, emulqatorlar və s.) daxildir. Bu məhsulların tərkibində olan "fenol" maddəsi yüksək toksiki xüsusiyyətlərinə malikdir.

Hal hazırda belə məhsulların bir çox hissəsinə genlər səviyyəsində modifikasiya olunmuş hammal daxildir. Belə transgen məhsullar insanın orqanizminə genlər səviyyəsində təsir edir və müxtəlif mutasiyalara səbəb olur. Belə hesab olunur ki, 70% kolbasa və sosiskaların tərkibinə transgen paxla daxildir.

Hisə verilmiş hazır qidaların (kolbasa, ət, balıq və s.) tərkibində çoxlu miqdarda kanserogenlər var ki, bu maddələr xərçəng xəstəliklərin inkişafında böyük rol oynayır.

4 yer. Marqarin, hazır pirojnalar, peçenye və s.

Marqarin transgen yağdır. Tərkibində marqarin olan bütün hazır tortlar, pirojnalar, peçenye, vafli və s. məhsullar orqanizmdə maddələr mübadiləsi proseslərini pozur və piylənməyə səbəb olur.

5 yer. Energetik içkilər.

Bu içkilərin tərkibində külli miqdarda kofein, şəkər, rəngvericilər və s. daxildir.

Saglamolun.az

 Şrift:
“İstanbul Florence Nightingale” xəstəxanasının Sağlam Həyat Mərkəzi qırmızı çuğundurun şirəsinin ən güclü qan tənzimləyicilərdən biri və sağlamlıq üçün olduqca faydalı olduğunu təsdiqləyib. Kök suyu ilə yarıbayarı qarışdırılaraq qəbul edilən qırmızı çuğundur suyu qırmızı qan hüceyrələrinin sayını az bir vaxtda yüksəldir. Soyuq vaxtlarda, infeksiyaların artdığı zamanlar qırmızı çuğundurun istifadə edilməsi bədənin müqavimətini artırır. Qırmızı çuğundur A, B, C və P vitaminləri ilə zəngindir. Beta karoten və folat baxımından zəngin quruluşuyla immunitet sistemini gücləndirib qan yaranmasına dəstək verir. Bir stəkanı insanı bir həftə qoruyan təbii içkinin hazırlanma üsulu belədir: 1 narın dənələri, 1 qırmızı çuğundur, yarım limon suyu, 1 xörək qaşığı qırmızı üzüm çəyirdəyi. Hamısını blenderdən keçirin. Qabın 1/3-nə su əlavə edin. Və adi sudan hazırlanmış 5-6 parça buz atın. Bu qarışım qalın bağırsaq, mədə, sinir sistemi, ağciyər, döş, prostat xərçənginin qarşısını almaqda və inkişafını zəiflətməkdə təsirə malikdir. İnsanlarda pankreas, döş və prostat xərçənginin müalicəsində istifadə olunması üçün işlər aparılır. Qanın təmizlənməsinə və qaraciyərin zəhərlərdən müdafiə olunmasına kömək edir. Tərkibinə bir çox qidada olmayan, hüceyrələri, ferment və zülalları qoruyan betalain qrupuna aid bir maddə də daxildir. İdmandan əvvəl içilən çuğundur suyunun məşqə davamlılığı və performansı artırdığı, dinclik verdiyi sübut olunub. 

 Şrift:
 

      Zu San Li haqqında, bir zamanlar atasından öyrəndiyi və ona çox qiymətli bir miras kimi qalan bir yapon əfsanəsi var: "uzunömürlülük nöqtəsi".
Atasının tövsiyəsilə Zu San Li hər gün bu nöqtəni masaj edərək, onlarla imperatorun doğulmasına və ölümünə şahid olacaq qədər yaşamışdır. Bu nöqtəni masaj etmək, Uzaq Şərqin, min illərdir tətbiq olunan ən qədim müalicə metodlarından biridir.

Ardını oxu...

 Şrift:


Geç qalxıb, gec yemək

Acmadan yemək

Yatmadzan əvvəl yemək

Düzgün qidalanmamaq

Davamlı oturmaq, hərəkətsiz qalmaq

İdman etməmək

Davamlı, həddindən artıq stressə məruz qalmaq

Yağ toxuması artımı ilə kilo almaq

Həddindən artıq spirtli içki qəbul etmək

Siqaret çəkmək

Ürəyimizi, bir şikayət olana qədər heç ağılımıza gətirməmək.


İnsanın boyuna və çəkisinə baxaraq ürəyinin sağlam olduğunu söyləmək mümkündürmü? Yüngül və ya orta köklük də ürəyə yükdürmü?

Yağın qarın nahiyəsində yığılması ilə xarakterizə olunan yağ yığılması, tac arteriya xəstəliyi baxımından çox əhəmiyyətlidir. Bədən kütlə indeksi (kilo / metr kimi təyin olunan boyun kvadratı) ilə ölüm arasında xətti bir əlaqə vardır. 25-30 kq / m2 arası, çəki artımı, 30 kq / m2 isə piylənmə kimi qəbul edilir. Artmış bel / omba nisbəti, yəni abdominal piylənmə, tac arteriya xəstəliyi riskini xüsusilə artırır. Kişilərdə 0.9, qadınlarda 0.8 bel omba nisbəti normal qəbul edilir.

Sağlam olduğu fərz edilən bir adam ürək müayinəsini neçə ildən bir və nələr etdirməlidir?

Bir sağlam kişi 40 və sağlam qadın isə 50 yaşından sonra nizamlı ürək müayinəsi etdirməlidir. Bu müayinələr aşağı riskli kəslərdə hər iki ildən bir, yüksək riskli kəslərdə isə hər il edilməlidir. Çünki bundan əvvəlki məlumatlar, artıq keçmişdə qalmışdır və bu müddət ərzində maddələr mübadiləsi dəyişəvə bəzi xəstəliklər başlaya bilər.


 Şrift:

Dərinizdəki geniş məsamələr dərinin görünüşünə mənfi təsir edir. Bu, yağ və kir yığıntıları üçün uyğun mühit yaradır. Sızanaq, qara nöqtə və yağ vəzisi meydana gəlməsini artırır.Dəri məsamələri irsi olaraq geniş ola bilər, ancaq günəş şüalarına uzun müddət məruz qalmaq kimi ekoloji faktorlar üzündən də genişlənə bilər. Bunları aradan qaldırmaq, dərinizdəki məsamələri sıxlaşdırıb, arzuladığınız dəriyə sahib olmağınız üçün evdə hazırlaya biləcəyiniz praktik üsullardan istifadə etməyiniz məsləhətdir...

 Yaş maya, bir qədər süd, qarışdırmaq üçün kasa. Südlə mayanı kasada yaxşıca qarışdırdıqdan sonra xüsusilə duş qəbulundan sonra genişlənən dəri məsamələrinə pambıqla sürtün. Qoxusu bir az narahat edə bilər. Sürtdükdən, təxminən 10-15 dəqiqə sonra dəri məsamələrini yoxlayın. Fərqi görəcəksiniz. Maska dərinizdə 30 dəqiqə qaldıqdan sonra ilıq suyla durulanın. Sonra su su tərkibli bir nəmləndirici ilə nəmləndirin. Həftədə ən azı 1 dəfə bu maskanı tətbiq etsəniz dəri məsamələriniz daralacaqdır. Əgər qarışıq bir dəriniz varsa 1 yumurta ağıyla 2 çay qaşığı limon suyunu yaxşıca qarışdıraraq üzünüzə sürtün. 4-5 dəqiqə gözlədikdən sonra ilıq sudan istifadə edərək çıxarın. Xiyar suyunun içərisinə bir neçə damla gül suyu damızdırın və əldə etdiyiniz qarışığı üzünüzə sürtüb 15-20 dəqiqə gözləyin. Sonra bol su ilə yaxalayın. Bu əməliyyat açıq məsamələrinizi kiçildəcəkdir. Bundan başqa xiyarın içərisindəki silisium dərinizin quruluşunu yaxşılaşdıracaq və dərinizə xoş bir görünüş verəcək.

2 yemək qaşığı qatıq, 2 yemək qaşığı un, kifayət qədər gül suyunu krem konsistensiyası halına gələnə qədər qarışdırın və məsamələrin geniş olduğu bölgələrə tətbiq edərək 30 dəqiqə gözləyin. Sonra ilıq su ilə dərini durulayın. Bu maskanı həftədə 1 dəfə tətbiq etməklə məsamələrin kiçildiyini və bağlandığını görəcəksiniz.

4 stəkan alma və ya nanə sirkəsi, 4 stəkan distillə edilmiş su, 1 çay fincanı nanə yarpağını qarışdıraraq qaynadın. Soyuduqdan sonra, şüşə bir qaba qoyun. 5 gün saxlayıb, süzün. Bu qarışıq ilə dərinizi silin. Məsamələri sıxışdıraraq, kiçildəcək. Bütün bu üsulların tətbiqindən əvvəl əlinizin üzərində sınamaq daha yaxşıdır! Allergiyanız varsa üzünüzdə sınamayın!


Sayğac