Xəbər lenti

 Şrift:
 
 

                          Şener DANYILDIZ
                          rejissor, şair, yazıçı
                          Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.">

 
                             Azərbaycan kinosu və serial sektoru
 
     28 dekabr 1895-ci ildə Paris Grand Cafedə Lumiere qardaşlarının çəkdiyi film göstərisi kinonun yaranması kimi qəbul edilmişdir. İlk illərdə panayırlarda əyləncə kimi göstərilən, sonralar ticarətləşdirilən film zamanla bir əyləncə sektoru olması ilə yanaşı, ən məşhur və ən sürətli inkişaf edən vizual sənət kütlələrindən birinə çevrildi.
    Kinonun yaranması hesab edilən 1895-ci ildən iki il yarımdan sonra, bir çox ölkələr hətta bu sahədə bir addım atmadıqları halda Azərbaycanda kino yarandı. 21 iyun 1898-ci ildə Bakıda üç qısa film yarandı. "Xalqın şəhər gəzinti", "Trenin dəmir yolu stansiyasına daxil olması" və "Bakı prospektləri" filmləri ilə Azərbaycan-Bakı kino tarixinin təməl daşları qoyuldu. və Azərbaycan kinosu, demək olar ki, dünya kinosu ilə ilə eyni vaxta yaranmağa başlayıb.
     1898-ci ildə yaranan Azərbaycanda kinosunun yaranmasının 100 illiyini qeyd edərkən ümummili lider Heydər Əliyevin Azərbaycan konosu haqqında dediyi bir cümləsində Azərbaycan xalqının kinoya verdiyi əhəmiyyət öz əksini tapıb.
     Heydər Əliyev “Ölkələrin mədəniyyət, sənət və elm sahəsində əldə etdikləri müvəffəqiyyətlər, o ölkənin dünya ölkələri arasındakı gücünü, nüfuz və hörmətini göstərir” - deyərkən Azərbaycan dövlətinin mədəniyyətə, sənətə və elmə verdiyin altını cızmışdir.
Uzun illər kino sektorunun öndə gedən ölkələrindən olan Amerika Birləşmiş Dövlətləri, Fransa, İngiltərə, Almanya və s. kimi ölkələrdə kinonun yaranma tarixi ilə  Azərbaycan kinosunun yaranma tarixinin üst-üstə düşməsi  Azərbaycan xalqının bu sahəyə nə qədər önəm verdiyini göstərir. Yenə 2 avqust 1898-ci ildə "Bibiheybətdə neft fontanı yanğını", Əlahezret Buxara Əmirinin “Yolasalma mərasimi”, "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" (sənədli) və "İlişdin" adlı  qısa metrajlı filmlər
 göstərilmiş və bu filmlər, 1900 ilində Parisdə düzənlənən Dünya sərgisində  göstərilmişdir.
Tarixə nəzərə alsaq, ortaya çıxan həqiqəti fərq etməmək mümkün deyil. Əgər dünya kinosunun yarandığı il 1895-ci ildirsə, 1900-cü ildə dünya kino bazarında artıq Azərbaycan filmləri də vardı. Bu rəsmi qeydlər Azərbaycan kinolarının dünya kinosuna paralel olaraq yarandığını və paralel olaraq inkişaf etdiyini bir daha sübut edir.
2 Avqust 1898-ci il tarixi Azərbaycan kinosu üçün bir başlanğıc tarixi olaraq qəbul edilmişdir ki, o tarixdən, daha doğrusu bir əsr sonra ümummilli lider Heydər Əliyevin 8 dkabr 2000-ci il tarixli fərman ilə 2 avqust kino işçilərinin peşəkar film və Azərbaycan kinosunun yaranması günü kimi qeyd olunur.
Azərbaycan kinosunun keçirdiyi mərhələlərə 1898-ci ildən günümüzə qədər keçən zaman içində baxmaq lazım olsa, qarşılaşdığımız məlumatlar, yenə dünya kinosu ilə bərabər bir dəyər görünüş sərgiləyir.
Xüsusilə, 1918-ci ilin may ayında, Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra yeni hökumət bir çox mədəni-siyasi islahatlar həyata keçirmişdir. Bu islahatların ən vacibi xarici ölkələrlə, eləcə də iqtisadi sahədə əlaqələrin inkişafı olmuşdur.
Xarici ölkələrlə qarşılıqlı mədəni mübadilələr sayəsində Azərbaycan xalqı dünya kino ilə tanışmaq şansına malikdir.
1920-ci ildə Azərbaycanın bolşevik Ordusu tərəfindən işğal edilməsi nəticəsində hökumətin çökməsi belə kino həvəskarlarının həvəsini qırmamış, film çəkilişləri davam etmişdir. "Şərq xalqlarının qurultayı" və "26 Bakı komissarlarının dəfinə" 1920-ci ilin istehsalı filmləri olaraq Azərbaycan film arxivindəki yerlərini almışlar. Bu tarixdən üç il sonra,  yəni 1923-ci ildə Azərbaycanda ilk professional film studiyasını qurulması və 1925-ci ildə, filmatoqrafiyanın yaranması ilə, siyasi təlatümlərə, işğallara və iqtisadi çətinliklərə baxmayaraq Azərbaycan xalqının mədəniyyətə və eyni zamanda kinoya verdiyi əhəmiyyətin bir dəlilidir.
1950-ci illərə gəldikdə, görürük ki, Azərbaycanda hind filmlərinə tələb artır. Çünki xalq müsiqili hind filmlərini özlərinə daha yaxın bilirlər. Bu vəziyyət Aərbaycan rejissorlarının da diqqətindən kəna rqlmır. Hünd filmləri həftəsi keçirilir. Rejissorlar
Hind filmləri həftəsindən sonra çəkdikləri filmlərə hind filmlərindən də çalarlar əlavə etməyə başlayırlar. Bunun nəticəsində, Azərbaycan kino tarixində hind filmlərindən ilhamlanan musiqili komediyalar yaranmışdı.
Ancaq uzun müddət eyni axın üzərində durulmuş olmasından ötəri olsa gərək 60-cı illərə gəlindiyində Azərbaycan kinosunda açıq-aydın bir durğunluq görülməkdədir. Bu durğunluq 70-ci illərin əvvəllərinə qədər davam etmiş, rejissor və ssenarist Həsən Seyidbəylinin Azərbaycan kinosuna, düşünən, istehsal edən çox yönlü qəhrəmanlar gətirməsiylə film sektorunda bir hərəkətlənmə, inkişaf başlamışdır.
Bir çox rejissor və ssenarist bu filmi həmin simvolla Azərbaycanda hazırlamışdır. Təbii bu xarakterlərin tutulmasının ən əhəmiyyətli səbəbi, o dövrün həyatını əks etdirən simvollar olması da diqqət çəkici bir xüsusiyyətdir. Azərbaycan kinosunun opera ilə görüşü 70-ci illərdədir. Aydındır ki, ölkələrin yaşadığı müharibələr və iqtisadi çətinliklər əvvəlcə sənətçilərin əsərlərində əks olunur. Çünki ölkələrin sənətkarları belə hallarda dövlət məmurlarından çox əvvəl öz incəsənətlərini daxil etməyə başlayırlar. bu həqiqət Azərbaycanda da dəyişmir. Belə ki, Sovet coğrafiyasının 80-ci illərdə Azərbaycana müdaxiləsi; ölkə rəsmiləri, rəssamlar tərəfindən kətan, kino ejissorlar tərəfindən kino çərçivələri... Bu illərdə çəkilmiş filmlərin məsələləri adətən bu müdaxiləni təsvir edir.
1991-ci ildə Azərbaycan müstəqilliyini elan edənə qədər keçən bir müddətdə çəkilən filmlər, bütövlükdə Azərbaycan xalqının üsyanını, hüznünü ve xəyallarını anladan filmlərdir. Azərbaycanın 1991-ci ildə müstəqilliyini elan etməsindən sonra çəkilən filmlər isə, daha yüksək coşqunluqla çəkilmiş və müstəqiliyin təsiri hiss edilməkdədir.
Bundan əlavə, o illərin filmlərində olan mövzular Dünya kinosunun mövzusu ilə demək olar ki, üst-üstə düşür. Cəmiyyətin toplumları arasındakı sinif fərqləri, dövlət, millət arasında yaşananlar və fərdi həyat hekayələri, bu mövzulara nümunə olaraq göstərilə bilər.
XX əsrdə isə, Azərbaycan kinosunda tamamilə fərqli bir dövrün başlandığı görünür. Ancaq bu vəziyyət Azərbaycan kinosunda mənfi vəziyyət yaradıb; əksinə hökumət tərəfindən dəstəklənən gənc rejissorlar və ssenaristlər müvəffəqiyyətli filmlər etdi. Buna baxmayaraq, fərdi sektorun kinoya əhəmiyyətli qatqılar təmin edəcəyi aydındır.
Dünya kinosunu yaxından təqib edən bu yeni nəsil, həm drama və həm də vizual olaraq, şöhrəti ölkə sərhədlərinin xaricinə çıxan filmlər çəkmiş, bununla da  hər mərhələsində olduğu kimi, dünya kinosu ilə Azərbaycan kinosunun yan-yana getdiyini sübut etmişlər. Buna nümunə olaraq Asif Rüstəmovun "Ev", Əli İsa Capbarov'un "Düyüm", Elçin Musaoğlunun "40 Qapı", Şamil Nəcəfzadənin" Qala", Çingiz Rəsulzadənin “Gəlinciklər”  filmlərini göstərmək olar. Bu filmlər beynəlxalq kinofestivallarda nümayiş etdirilib və böyük uğurlara imza atıb.
Azərbaycan kinosunun bugünkü vəziyyəti uğurlu  və çox başarılı sayılabilir. Əlbətdə, bu uğurun qazanılmasının səbəbləri vardır. Bunlardan birincisi və ən önəmlisi Azərbaycan xalqının mədəniyyətə, sənətə verdiyi önəmdirsə, ikincisi isə son illərdə dövlətin sənətə və sənətkara verdiyi maddi və mənəvi dəstəyidir.
Mərhum Cumhurbaşkanı Heydər Əliyevin zamanında başladılan bu dəstək, indi Azərbaycan Prezidenti İlham Əliyevin tərəfindən davam etdirilir.
Azərbaycan Mədəniyyət nazirliyindən verilən məlumatlara nəzər saldıqda Prezident İlham Əliyevin Azərbaycan kinosuna verdiyi maliyə dəstəyi 2004-cü ildə 850 min, 2005-ci ildə 1 milyon 400 min, 2006-cı ildə 2 milyon, 2007-ci ildə isə 3 milyon 300 min manat olduğunu və illər arasındakı artıma baxıldığında verilən dəstəyin harada isə 100% artaraq davam etdiyini görürük.
20 fevral 2007 tarixinde Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişafına dair” imzaladığı qərar da, Azərbaycan hökümətinin kinoya verdiği önəm və dəyərin ölçüsüdür.
Azərbaycan hökümətinin kinoya verdiyi bir başqa dəstək isə, gənç kino sənətkarı yetişdirəcək olan  təşkilatların sayının çoxaldılmasıdır. Burada təhsil alan tələbələrin kino,
drama, vizual və texniki məsələlərdə Dünya səviyəsində təhsil almaqda və çəkdikləri filmlərlə beynəlxalq  film arenasında boy göstərməkdədirlər.
Azərbaycan hökümətinin gərək öz ölkəsində, gərəksə də digər ölkələrin düzənlədikləri “Film həftələri” və “Film festivalları” içərisində yer alması da Azərbaycan xalqının və dövlətinin Azərbaycan kinosuna verdiyi dəstəyin sübutudur.
Qısacası, 1898-ci ildə adım atdığı kino dünyasına Azərbaycan sözün yaxşı mənasında
Çox şüylər vermişdir.  Özündə Azərbaycan mədəniyyətini yansıdan filmlər bugünə qədər olduğu kimi, bundan sonra da Dünya Kino Platformunda qazandığı yeri qoruyacaq kimi görünməkdədir.
Azərbaycan film sektorunda son illərdə sürətli bir dəyişim və inkişaf görülməkdədir. Gərək kino, gərəksə də teleserialların çəkilişində qazanılan uğurlar göstərir ki, kino sektoru
Azərbaycanın iktisadi dinamizminə və inkişaf dönəmində sratejik bir yardım edəcək bir dönəmə gelmişdir. Bu üzdən kino sektoru, stratejik bir sektor olaraq yeniden ələ alınmalı və Azərbaycanın xarici siyasət, mədəniyyət və turizmə potensialı baxımdan dəyərləndirilməlidir. Emənilərin Garabağda etdikləri soyqırımı dünyaya doğru bir şəkildə anlatılması üçün də kino sektorunun inkişaf etməsi cox əhəmiyyətlidir.
Türkiyə; dövlətin katkısı yanında, özəl sektorun da köməyi  ve yeni istehsallarla kino və teleserial sektoru sahələrində son 5 ildə  böyük uğurlar əldə etmişdi. Yeni çəkilən filmlər, xüsusən də, teleseriallar başda olmaqla Orta Doğu ölkələri olmaq üzərə Balkanlardakı müsəlman ölkələr arasında özünə bir xeyli alıcı tapmışdı. Həmçinin müsəlman olmayan ölkələr də bu teleserialları sevdi. Türk teleserialları bu gün 50-dən çox ölkəyə satılır.
Türk teleseriallarının ən önəmli xüsusiyyəti xalqın xoşuna gedəcək yeni üzlər tapmasıdır. Eyni zamanda, geniş kütlələrə xitab edən, onların hisslərinə tərcüman olan mövzuları ələ almasıdır. Maddi sıxıntılar yaşayan kəsimlərin; eşqləri, gündəlik problemləri, həyata baxışları bu teleseriallarda geniş şəkildə işlənmişdir. Diqqət etsək, görərik ki, bu mövzular yalnız Türk xalqını düşündürən mövzular deyildir. İnsanlığın ortaq dərdləri, gündəlik qayğı və maceraları və eşqləri təbii ki, bu teleserialların buluşduğu ortaq mövzulardır ki, bu mövzularda millət,  din və s. kimi insanlığın ortaq dəyərləri önə çıxmışdır. Bu  teleseriallardakı xarakterlər əlbəttə ki, öz milli dəyərlərini və mədəniyyətlərini əks etdirir, ancaq bu dəyərlər eyni zamanda,ümumi dəyərlərdir. Belə ki, insana aid olan hər şey işlənmışdir. Məsələn, Türk və Yunan arasında sevgi və ya mədəniyyət mübarizəsi və ya xalq və hökmdar arasında tarixi bir soyuqluq, münaqişələr və ortaq dəyərlər bu teleseriallarda  ez-tez xatırlanır.
Demək olar ki, hər bir ölkədə orta auditoriya bu siqmentlərdən ibarətdir; bu da böyük bir bazar tapır. Ən az 5 il qədər də bunu davam etdirəcəyi görülür. Həmən-həmən hər ölkədə teleserial seyriçisi orta hesabla bu kəsimlərdədir.
Türk teleseriallarına bir yandan da zənginlərin həyatı gətirilərək, zəngin, lüks içində yaşayanların acıları, bəzən məğlubiyyətə uğramaları, ədalətin zəfər çalması geniş xalq kütlələrinin xoşuna getmiş, böyük rəğbət görmüşdü. Televizyon və kino tənqidçilərinin təxminləri bu yöndədir ki, televizyon dünyası bu zamanın sonunda da yarışma və aile programlarına yönələcəkdir.
Azərbaycan kinosu xüsusən teleserial sektoru, xüsusilə müsəlman ölkələrində bir yer tapmaq məqsədi ilə, Türk teleserialının təcrübələrini nəzərə almalıdır. Kino sektorunun tanıdılmasında mədəniyyətə
Kino sektoru; mədəni, iqtisadi fəaliyyətlərdən irəli gələn təbliğat, bir çox ölçülərdə güclü təsir göstərən kütləvi ünsiyyətin vacib bir vasitədir. Azərbaycan film sənayesi, milli film sənayesini gücləndirmiş nümunəvi ölkələrdə olduğu kimi, Azərbaycan film sənayesinin maraqlı tərəfləri ilə yanaşı ideoloji hüquqlar, iş şəraiti, iqtisadi və maliyyə qaydaları kimi sahələrdə daha konkret və planlaşdırılmış addımlar atmalıdır. Bu, həm daxili bazarın dinamikasına fayda verəcək, həm də Azərbaycanın beynəlxalq arenada yeri və rolu güclənəcəkdir.
Kino sənayesi günümdə dünya, xüsusilə Amerika kinosunun hökmranlığı altında. Lakin, bir çox başqa ölkələr kimi, Azərbaycan kinorejissyorları texniki və estetik cəhətdən uğurlu istehsallarda böyük başarılar qazanmışlar.  Bununla birlikdə, dünyada kino sənayesinin kommersiya quruluşu və inhisarlığı səbəbiylə, bir çox ölkənin müvəffəqiyyətli filmləri tamaşaçıya çatmaqda çətinlik çəkir. Eyni şey Azərbaycan üçün də keçərlidir. Türk film sənayesində son illərdə yaşanan inkişaflar və yenidən qurulan bazarlar, Türk-Azərbaycan ortaq film istehsallarının şansını daha da artıracaq. İki qardaş ölkə kino sənayesində, eləcə də hər bir sahədə birlik, bərabərlik nümayiş etdirəcəklər.
Azərbaycan son on beş ildə hər bir sahədə inkişaf edir. Eyni zamanda kino sahəsində uğur qazanmaq üçün güclü imkanları vardır. Azərbaycan  “Avrovijin mahnı müsabiqəsi”ndə birincilik qazandığı zaman bir çox ölkələr bu müvəffəqiyyəti qısqanclıqla qarşılayarkən həmişə olduğu kimi Türkiyənin qardaşlığına şahid oldu. Azərbaycan xalqının eyni müvəffəqiyyəti kino sahəsində gözləmək hüququ var.
   Mən, Azərbaycan kinosunun inkişafını görür və “iki dövlət, bir millət“ kimi tanınan Türkiyə  Respublikasının vətəndaşı kimi alqışlamaqdan qürur duyuram .
 
 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac