Xəbər lenti

 Şrift:


     Bu il Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti, “Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızının 60 yaşı tamam olur. Musiqili Teatr A. Bəşirqızının 60 illik yubileyi ilə bağlı bir sıra tədbirlər planlaşdırıb. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, yubiley tədbirləri çərçivəsində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Evində tədbir keçirilib. Tədbirdə çıxış edən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev Xalq artisti Afaq Bəşirqızının həyat və yaradıcılığından söz açaraq onun göstərdiyi xidmətdən, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Sonra Xalq artisti, “Şöhrət” ordenli, xalqımızın sevimli sənətkarı Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunub.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Salamova, rejissor assisenti Tamilla Aslanovadır. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa ediblər. 


 Şrift:


       Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, bu yaxınlarda “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüş Əzizağa Əzizov doğum gününü qeyd edir. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bu gün Əzizağa Əzizovun 55 yaşı tamam olur. “Təqribən 25 ildir ki, ad günümü təntənəsiz-təmtəraqsız – çox adi şəkildə evdə ailə üzvlərimlə birgə qeyd edirəm. Bu il də istisna olmayacaq. Dostlar, tanışlar, həmkarlarım, hətta tamaşaçılar zəng vurub təbrik edirlər. Hamıya “Sağ olun! Var olun!” deyirəm.

Ardını oxu...

 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatr daha bir premyeraya hazırlaşır. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət Xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” komediyasından gedir. Məşq prosesində olan tamaşanın quruluşçu-rejissoru, Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova “Baladadaşın toy hamamı”nda teatrla kinonun sintezini araya-ərsəyə gətirməyə çalışıb. “Məşqləri xeyli vaxtdır ki, davam edən bu səhnə əsəri Xalq yazıçısı Elçinin eyni adlı hekayəsi əsasında hazılanır. Əsərdə belə bir yer var ki, toy ərəfəsində olan Baladadaşla kənd hamamının müdiri arasında münaqişə yaranır. Bakı kəndlərinin adətinə görə evlənən oğlan toydan qabaq mütləq bəy hamamına getməlidir.Kənddə isə yanlız bir hamam var. Toy günü hamı gözləyir ki, Baladadaş kənd hamamına gedəcək və müdirdən xahiş-minnət edəcək. Amma Baladadaş öz qürurunu hər şeydən üstün tutaraq bir bəy kimi kənd hamamında deyil, Xəzər dənizində çimməyə qərar verir. Tamaşada bu çox vacib məqamlardan biridir. Biz epizodu tamaşaçılara daha dolğun formada çatdırmaq istədiyimiz üçün qərara gəldik bu səhnəni – Baladadaşın “bəy hamamını” - dənizdə çimməsini lentə alıb nümayiş etdirək. Belə də həm müəllif fikrini daha effektli şəklidə ifadə etmək, həm də teatrla kinonun sintezini yaratmaq mümkündür. Havaların soyuq keçməsinə baxmayaraq bir neçə gün öncə Mərdəkanda çəkilişlər apardıq. Baladadaş obrazının ifaçısı, teatrımızın gənc və istedadlı aktyorlarından biri Əmrah Dadaşov əsl fədakarlıq etdi. Havanın soyuq olmasına baxmayaraq dənizdə çimdi. Həmin kadrlar tamaşa zamanı monitor vasitəsilə nümayiş olunacaq”, - deyə Cənnət Səlimova bildirib.

Qeyd edək ki, tamaşanın bəstəkarı Firudin Allahverdi, drijoru Fəxrəddin Atayev, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənəcək manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Tamaşada əsas obrazları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov və başqaları ifa edəcəklər. 


 Şrift:


       Bu il Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti, “Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızının 60 yaşı tamam olur. Musiqili Teatr A. Bəşirqızının 60 illik yubileyi ilə bağlı bir sıra tədbirlər planlaşdırıb. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, yubiley tədbirləri çərçivəsində 20 oktyabr saat 18.00-da Mərdəkan Mədəniyyət Evində Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq. A. Bəşirqızı günümüzlə səsləşən, gülməli olduğu qədər də kədərli olan “Toya bir gün qalmış” tamaşasında baş qəhrəmanı – Qadın obrazını canlandırır.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Salamova, rejissor assisenti Tamilla Aslanovadır. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa edirlər. 

 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə 4 gün ərzində 6 tamaşa nümayiş olunacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 15, 16, 17, 18 oktyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “Ər və arvad” (Ü. Hacıbəyli), “Qızıl toy” (O. Kazımi, R. Heydər), “Düyməcik” (H.K. Andersen), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “O olmasın, bu olsun” (Ü. Hacıbəyli) tamaşalarından gedir. Tamaşaçılar 4 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Novruz Qartal, Ələkbər Əliyev, Nərgiz Kərimova, Əkbər Əlizadə, Şövqi Hüseynov, Svetlana Bulax, aktyorlar Ülviyyə Əliyeva, Şaban Cəfərov, Gültac Əlili, Möylə Mirzəliyev, Gülcahan Salamova, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Nadir Xasıyev, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər. Qeyd edək ki, Musiqili Teatr bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 17 oktyabr saat 12.00-da H.K. Andersenin “Düyməcik” əsəri rus dilində, 18 oktyabr saat 12.00-da isə O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” əsəri uşaqlar üçün nümayiş olunacaq. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla başa vurmaq istəyində olan hər kəsi bu bir-birindən maraqlı olan tamaşalara baxmağa dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.

 

 Şrift:


     Azərbaycan Dövlət Musiqili Teatrında 17 oktyabr saat 19.00-da “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) tamaşası nümayiş olunacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Xalq artisti, “Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızının oynadığı Güldəstə obrazını bu dəfə aktrisa Ülviyyə Əliyeva canlandıracaq. Çoxlarının televiziyadan “Keyxanım” kimi tanıdığı U. Əliyeva bundan böyük şərəf duyduğunu dilə gətirib. “Artıq səkkizinci dəfədir ki, “Mən dəyərəm min cavana” tamaşasında Güldəstə obrazını oynayacağam. Mənə qədər bu obrazı Azərbaycanımızın böyük aktrisası, mənim ustadım Afaq xanım Bəşirqızı ifa edib. Teatrdan bu rol mənə təklif olunanda ilk növbədə Afaq xanımla əlaqə saxladım, ondan halallıq aldım. Cünki belə bir obrazı oynamaq üçqat məsuliyyətdi. Birincisi ona görə ki, artıq Afaq xanım bu obraza öz oyunuyla möhür vurub. İkincisi, Afaq xaım mənim ustadımdır. Və üçüncüsü, Xalq artisti İlham Namiq Kamalla tərəf-müqabil olmaq daha bir böyük məsuliyyətdir. İnanıram ki, mənə göstərilən etimadı doğruldacaq, Güldəstə obrazını öz ifamda tamaşaçılara sevdirə biləcək və bu obrazın sevilən ifaçısı ola biləcəyəm”, - deyə Ülviyyə Əliyeva bildirib.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Rəsmiyyə Nurəhmədova, Gülçöhrə Abdullayeva, Nadir Xasıyev, Gülnarə Abdullayeva, Elxan İsmayılov, Elnarə Nağdəliyeva, Əlif Cahangirov və Rəşad Məmmədov ifa edirlər.


 Şrift:
 

            Kendzi Midzoquti.
Qadın fədakarlığının ekran yozumu

    Kasıb dülgər, çatı-kəndir toxuyan ailəsində böyüyən, Aoxasi institutunda qrafika rəssamlığı təhsili alıb reklamçılıqla məşğul olan, aktyor kimi qeyşa rolları oynayan Kendzi Midzoquti (1898-1956) atasının əhli-kefliyindən doğan kasıbçılıq ucbatından imkanlı ailəyə verilən böyük bacısı, 14 yaşlı Susomonun qeyşalığa satılmasını özünün sənək kredosuna çevirə bildi. Kendzi Midzaqutinin 17 yaşı tamam olmamış anasını itirməklə (1915) məhz bacısının qeyşalıqdan qazancı hesabına təhsil gördüyünə görə atasına nifrət etməsi, sənətkarın filmlərinin “qadın fədakarlığı” rüşeymindən cücərib, illərdən sonra boy atmasına təkan verdi. Rejissor kimi quruluş verdiyi “Sevginin intibah günü”, “Müasirliyin şahzadəsi” (1924), filmlərində (1923) fəhlə hərəkatına meydan verən Kendzi Midzoqutinin kürəyinə yaxınlıq etdiyi Qeyşa Yuriko İtidzenin iti bıçaq çəkməsi (1925) qəzet səhifələrinə çıxmaqla solçuluqdan uzaqlaşan rejissora arvadbaz imici qazandırdı. “Müasir yapon kinosu” kitabında: “O dövrdə yayılan “kino korlanmış gənclərin yığınağıdır” düşüncəsinə haqq qazandıran bu rejissor iyirmi yeddi yaşlı Midzoquti idi” yazan  kinoşünas Akira İvasakinin: “Əlbəttə Kendzi Midzoquti əxlaqcıl mamırlı kötük deyildi”[1] qənaəti özünün sənət yolunu ekran sənətində tapan kəsin sosial mövzuya bağlılığının mənbəyini göstərir.
Rejissor Kendzi Midzoqutinin “Müəllimənin sərsəm ehtirası” (1926), “Məzlum quşcuğaz” (1928) kimi ekran təcrübələrindən sonra quruluş verdiyi, ötən əsrin 40-cı illərinin ortalarında Fransada tapılıb bərpa olunan “Tokio marşı” filmi (ssenari müəllifi Syuiti Xatamoto, Çio Kimura. 1929) rejissorun mövzu axtarışlarını əks etdirir. Kasıb məhəllədə  xalası və dayısı ilə yaşayıb tennis oynayan gənclərə;  Yosiki Fudzimoto ( Kodzi Sima) ilə Yukiti Sakumaya (İsamu Kosiqi) maraq göstərən yeniyetmə qız Mitikonun (Sidzue Natsukava), dünyasını dəyişmiş anasının qeyşalıq peşəsini  davam etdirməyə məcbur qalması təklif olunan vəziyyəti yaradır. Orie adı altında çay evində qeyşa kimi fəaliyyət göstərən Mitikoya ilə evlənmək istəyən Yosikinin atasının - çay evinin daimi müştərisi cənab Fudzimotonun (Eyzi Takaqi) gənclərin bacı-qardaş olduğunu bildirməsi ilə qızın Yukiti Sakumanı seçməsi dramaturji həlli asan olmayan dolaşıq ziddiyyət yaradır.

Ardını oxu...

 Şrift:


     Azərbaycan Dövlət Musiqili Teatrı simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. Müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər Musiqili Teatrda qəbul edilir.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib ki, teatrın heyətində müəyyən dəyişikliklər etmək üçün belə bir müsabiqənin keçirilməsi çox vacibdir. “Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. İstər yaradıcı qrup üçün, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür. İstedadlı kadrlara hər yerdə, hər zaman ehtiyac var. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə yeniliklər nəzərə çarpacaq. Artıq teatrımız 106-cı mövsümünü yaşayır. Rəhbərlik isə bu mövsümdə də yaradıcılıq işlərinin yüksək səviyyədə qurulması üçün bütün qüvvəsindən istifadə edir”, - deyə Əliqismət Lalayev söyləyib.


 Şrift:
Azərbaycan Respublikası Prezidentinin 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Dövlət Musiqili Teatrında yeni teatr siyasətinin formalaşmasını, islahatların aparılmasını, gənc istedadların dəstəklənməsini, yaradıcılıq və kadr potensialının yüksəldilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən yaradılmış Komissiya Azərbaycan Dövlət Musiqili Teatrına işə qəbulla bağlı müsabiqə elan edir.

          
     Müsabiqənin şərtləri:

- Teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 20     
 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər;
 - Sənədlərin qəbulu 01 dekabr 2015-ci ilə qədər davam edəcək.

                   
                 Tələb olunan sənədlər:
 
       - Şəxsiyyət vəsiqəsinin surəti
       - Ali təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali  məktəbdən      
         arayış);
       - Əmək kitabçasının surəti;
       - Tərcümeyi-hal;
       - Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən);
       - 2 fotoşəkil (3x4);
       - Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların
və fəxri fərmanların surətləri.
 
 
          Əlaqə telefonları:

         Kadrlar şöbəsi:    (012) 493 88 37 (daxili nömrə: 194)
         Qəbul otağı:         (012) 498 13 21
         E-mail ünvanı:      musiqiliteatr-kadıBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 tamaşa nümayiş olunacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 9, 10, 11 oktyabr tarixlərində saat 19.00-da tamaşaçılara təqdim olunacaq “Qızıl toy” (O. Kazımi, R. Heydər), “Fransızsayağı qarnir” (M. Kamoletti) və “www.ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov) tamaşalarından gedir. Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Novruz Qartal, Səidə Şərifəliyeva, Əkbər Əlizadə,  Svetlana Bulax, aktyorlar Şaban Cəfərov, Marina Litvinenko, Rauf Babayev, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Əzizova, Ruslan Mürsəlov və başqalarının ifalarını izləyə biləcəklər. Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 10 oktyabr saat 19.00-da M. Kamolettinin “Fransızsayağı qarnir” əsəri rus dilində nümayiş olunacaq. Azərbaycan Dövlət Musiqili Teatrı həftə sonu asudə vaxtlarını səmərəli keçirmək istəyən və həftəni xoş notlarla başa vurmaq arzusunda olan hər kəsi bu bir-birindən maraqlı olan tamaşalara baxmağa dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır. 

Sayğac