Xəbər lenti

 Şrift:


     Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasından gedir. Tamaşanın süjet xəttinin əsasında çəkməçi Maruf la onun ifritə arvadı Fatma arasındakı təzadlı, ziddiyyətli münasibətlər dayanır. Bu nağıl “1001 gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırmaq qərarına gəlib. Səhnə əsərinə gənc və istedadlı rejissor İradə Gözəlova quruluş verəcək. “Öncə onu bildirim ki, “Min bir gecə” nağıllarının əsasında belə bir tamaşa hazırlamaq çoxdankı arzum idi. “999-cu gecə” sırf böyüklər üçün nəzərdə tutulan nağıldı. Düşünürəm ki, böyüklərin də nağıla ehtiyacı var və arada bu ehtiyac da ödənməlidi. Gözlənilməz olaylarla zəngin olan tamaşada qeyri-adi dekorasiyadan istifadə olunacaq. Belə ki, dekorasiya 2 mərtəbəli olacaq və hər mərtəbə də simvolik məna daşıyacaq. Məsələn, üst mərtəbə cənnət, alt mərtəbə cəhənnəm anlamında olacaq. Beləcə, xeyir və şər, eşq və nifrət, işıq və zülmət, varlı və kacıb və s. təbəqələşəcək. Və bu fonda biz xeyirlə şərin əbədi qarşıdurması ilə yanaşı,  böyük bir eşq uğrunda mübarizənin şahidi olacağıq... Tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunacaq. Yeri gəlmişkən qeyd edim ki, bu mənim Musiqili Teatrda hazırlayacağım ikinci tamaşadır. Buna qədər mən burada Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” tamaşasını hazırlamışam. Fürsətdən istifadə edib teatrın direktoru, hər zaman gənclərə diqqət və qayğısıyla seçilən Əliqismət Lalayevə bir daha mənə göstərdiyi etimada görə minnətdarlığımı bildirmək istəyirəm”, - deyə İradə Gözəlova söyləyib.

Qeyd edək ki, tamaşanın quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeystri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elxan İsmayılov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər.

 Şrift:


        Azərbaycan Dövlət Musiqili Teatrı sevimli tamaşaçıları qarşısında fevral ayında da maraqlı və zəngin repertuarla çıxış edəcək. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, ilin ən qısa ayı olan fevralda Musiqli Teatrda təqribən 20 tamaşa nümayiş olunacaq. Bu ay da tamaşaçılara hər zaman maraqla izlədiyi bir sıra tamaşalar - “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Ər və arvad” (Ü. Hacıbəyli), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev) və başqa səhnə əsərləri təqdim ediləcək. Habelə rus dilli və balaca tamaşaçılar “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Skapenin kələkləri” (J.B. Molyer), “Düyməcik” (H.K. Anderson), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Bir dayan, canavar” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və başqa tamaşaları izləyə biləcəklər. Qeyd edək ki, hal-hazırda Azərbaycan Dövlət Musiqili Teatrında bir neçə yeni tamaşa hazırlanır. Fevral ayında həmin tamaşalardan birinin – Xalq yazıçısı Elçinin hekayələri əsasında səhnələşdirilmiş “Baladadaşın toy hamamı” lirik komediyasının (bəstəkar Firudin Allahverdi) premyerasının keçirilməsi nəzərdə tutulur. Hazırda tamaşanın son məşqləri gedir. Premyerayla bağlı əlavə məlumat veriləcəkdir.

Tamaşaçılar fevral ayı ərzində Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Cingiz Əhmədov, Nərgiz Kərimova, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, Əzizağa Əzizov, Emma Məlikova, Boris Qrafkin, Səmayə Musayeva, eləcə də gənc və istedadlı aktyorlar Ülviyyə Əliyeva, Emil Heydərov, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzimova, Əlif Cahangirov, Elnarə Nağdəliyeva və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı vaxtını səmərəli və xoş ovqatla keçirmək istəyən hər kəsi fevral ayında təqdim edəcəyi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. 5 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə etmək olar.

 

 Şrift:

                                                                                                
                                                                          Dünya kinosu

 

                        Jan Lyuk Qodar. Kino sənətinin inqilabçısı

 "Fotoqrafiya bir kadrın həqiqətidirsə, kino saniyədə 24 kadrın həqiqətidir" - Jan Lyuk Qodar

Həkim ailəsində doğulub (1930), orta məktəbi bankir ailəsindən olan anasının vətəni İsveçrədə bitirməklə Sarbonna universitetinin antropologiya fakültəsində oxusa da, vaxtını kinoklublarda keçirib filmlər haqqında bədii çalarlı məqalələr yazan Jan Lyuk Qodarın az büdcəli, tammetrajlı "Son nəfəsdə" debütü (ssenari müəllifləri Jan Lyuk Qodar, Fransua Tryuffo) mövcud kanonları rədd edən “Yeni Dalğa” cərayanının ilk  nümunələrindən sayılır. Sosial buxovlara, normalara qarşı çıxan bu filmin çəkiliş ərəfəsində “Detektiv” jurnalında çıxan qeydlər əsasında yazılmaqla ədəbi material kimi şərti səciyyə daşıyan ssenarisi süjetsiz poetik kinonun prinsiplərinə geniş meydan verir.

Ardını oxu...

 Şrift:

15 yanvar tarixindən etibarən Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start veriləcək. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət İmre Kalmanın “Silva” operettasından gedir. Dünyaca məşhur olan bu əsərin süjet xəttini saf, təmiz sevgi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan böyük sevgi ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Və məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir...

Qeyd edək ki, Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanacaq yeni tamaşanın quruluşçu-rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları Xalq artisti Hüseyn-Səfa Mirzəhəsənov, Əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Tural Ağasıyev, Yuliya Heydərova, Firuz Məmmədov, Aydan Həsənova, Rauf Babayev, Marina Litvinenko, Emil Heydərov, Elçin İmanov və Nicat Həbibov ifa edirlər.


 Şrift:

        Azərbaycan Dövlət Musiqili Teatrı Yeni İl şənliklərinə start verib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrında “Yeni İl” şənliklərinin 24 dekabr 2015-ci il tarixindən 6 yanvar 2016-cı il tarixinə qədər davam etməsi planlaşdırılır. Hər gün dörd senasın keçirilməsi nəzərdə tutulur. Seanslar saat 10.30, 12.30, 14.30 və 16.30- da baş tutacaq. Tamaşaçıları Azərbaycan Dövlət Musiqili Teatrında bu il tam fərqli, bir çox yenilik və sürprizlərlə zəngin olan əsl bayram şousu gözləyir. Balaca tamaşaçlar “Yeni İl” şənliklərində bir sıra maraqlı məqamlarla qarşılaşacaq, müxtəlif nağıl qəhrəmanları ilə birlikdə əylənə biləcəklər. Şaxtababa və Qarqız onlar üçün gözəl, sürpriz dolu hədiyyələr hazırlayıb.
Balacaların öz sevimli personajlarıyla canlı ünsiyyətdə olacağı nağıl-tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, rejissoru Anar Sadıqov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Mehman Fərəcova məxsusdur.
Azərbaycan Dövlət Musiqili Teatrı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2016-cı il – Yeni İl Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir və hər kəsi yeni ili birlikdə qarşılamağa dəvət eləyir.
Teatrın təşkil etdiyi “Yeni İl” şənliklərində iştirak etmək istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə edə bilərlər.
 Şrift:
Azərbaycan Dövlət Musiqili Teatrı qarşıdan gələn 2016-cı ilin ilk 3 ayı üçün repertuar planını açıqlayıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Bədii Şuranın üzvləri yeni ilin yanvar, fevral və mart ayları  üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 50 dəfəyə yaxın nümayiş etdiriləcək. Ötən il tamaşaçılarla sorğu əsasında daha çox reytinq qazanan tamaşalar - “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Ər və arvad” (Ü. Hacıbəyli), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Qızıl toy” (O. Kazimi, R. Heydər), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev) və başqa səhnə əsərləri təqdim ediləcək. Habelə rus dilli və balaca tamaşaçılar “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Fransız sayağı qarnir” (M. Kamoletti), “Skapenin kələkləri” (J.B. Molyer), “Düyməcik” (H.K. Anderson), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Bir dayan canavar” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və başqa tamaşaları izləyə biləcəklər.
Qarşıdakı üç ay ərzində tamaşaçılar Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Cingiz Əhmədov, Nərgiz Kərimova, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, Əzizağa Əzizov, Emma Məlikova, Boris Qrafkin, Səmayə Musayeva, eləcə də gənc və istedadlı, artıq tamaşaçıların rəğbətini qazanmış aktyorlar Ülviyyə Əliyeva, Emil Heydərov, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzimova, Əlif Cahangirov, Elnarə Nağdəliyeva və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı – 2016-cı ilin gəlişi münasibətilə xalqımızı təbrik edir və yeni ildə hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir.
 
 Şrift:


    Azərbaycan Dövlət Musiqili Teatrında yenidən fəaliyyətə başlayan Yaradıcılıq Studiyasının açılışı olub. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, studiyanın açılış mərasimində “Uğur və eşq” adlı konsert-tamaşa təqdim olunub. Bir sıra mötəbər qonaqların iştirak etdiyi mərasimdə çıxış edən Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev studiyanın yaradılmasının məqsəd və məramından söz açıb. “Milli teatr mədəniyyətimizin inkişafının təmin edilməsi, gənclərdə musiqili teatra marağın daha da gücləndirilməsi, müasir və milli səhnə sənətimizin hərtərəfli inkişafının istiqamətləndirilməsi qarşımızda duran ən vacib məsələlərdəndir. Biz Yaradıcılıq Studiyasını məhz bu məqsədlə yaratmışıq və inanırıq ki, bu studiya istedadlı gənclərimizin öz yaradıcı potensiallarını nümayiş etdirmək üçün bir meydan olacaq”, - deyə Əliqismət Lalayev bildirib. Daha sonra çıxış edən “Şöhrət” ordenli Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal da bu addımın nəinki Musiqili Teatra, ümumilikdə Azərbaycan teatr sənətinin inkişafına böyük töhfələr verə biləcəyinə inandıqlarını bildiriblər. Sonra Gültac və Hüseyn Əlililərin iştirakı ilə səhnələşdirilmiş konsert-tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu-rejissoru gənc rejissor Tamilla Aslanova “Uğur və eşq”in onun sərbəst hazırladığı ilk böyük iş olduğunu xüsusi şəkildə vurğulayıb. “Burada iki gəncin həyat yolundan – sevgisindən, bu sevgi uğrundakı fədakarlığından, xoşbəxt bir ailəyə sahib olmasından bəhs olunur. Həm Gültac, həm də Hüseyn çox böyük istedada malik gənclərimizdəndirlər. Çalışmışıq ki, ortaya gözəl bir iş qoymaqla Musiqili Teatrın rəhbərliyinin bizə göstərdiyi etimadı doğruldaq. İnanıram ki, hazırladığımız konsert proqramı maraqla qarşılanacaq”, - deyə Tamilla Aslanova bildirib.

Qeyd edək ki, Yaradıcılıq Studiyasının rəhbəri Əməkdar İncəsənət xadimi, Prezident mükafatçısı, rejissor Əsgər Əsgərovdur. Studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilimiş müsabiqə nəticəsində müraciət etmiş ölkənin bir sıra teatrlarının gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər təmsil olunurlar.  

 

 Şrift:


    İsveç Krallığının Bakıdakı Müvəqqəti İşlər Vəkili Tomas Danestad Azərbaycan Dövlət Musiqli Teatrında olub. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, cənab Tomas Danestadı Dövlət Musiqli Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Öncə mötəbər qonaq Musiqili Teatrın binası ilə – ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonra burada tamaşaçılar və teatrın kollektivi üçün yaradılmış bənzərsiz şəraitlə tanış olub. Cənab Tomas Danestad Əliqismət Lalayevə teatrda yaradılmış şəraitin çox yüksək səviyyədə olduğunu və çağdaş dünya standartlarına tam cavab verdiyini bildirib. Sonra səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib. Əliqismət Lalayev Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ölkə teatr sənətinin, ümumilikdə Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün çox mühüm işlər gördüyünü vurğulayıb. Teatr sənətinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsinin Azərbaycan teatrlarının inkişafında müstəsna rol oynadığı mötəbər qonağın diqqətinə çatdırılıb. Habelə görüş zamanı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Belə səmərəli təkliflərdən biri də yaradıcılıq mübadiləsi ilə bağlı olub. Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor və aktyorların müvafiq olaraq Azərbaycana və İsveç Krallığına dəvət edilərək səhnə əsərlərinə quruluş verməsi və iştirakı ilə bağlı məsələlərə, qarşılıqlı səfər və qastrolların təşkilinə toxunulub. Əliqismət Lalayev 130 illik yubileyini qeyd etdiyimiz dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının azərbaycanlı mütəxəssislər tərəfindən İsveç teatrlarından birində hazılanmasını təklif edib. İsveç Krallığının Bakıdakı Müvəqqəti İşlər Vəkili Tomas Danestad bunun çox dəyərli bir ideya olduğunu və bu ideyanın baş tutması üçün çalışacağını bildirib. Sonda bu cür görüşlərin və qarşılıqlı əməkdaşlığın xalqlarımız arasındakı mədəni əlaqələrin və münasibətlərin inkişafında xüsusi rol oynadığı qeyd olunub.     

 Şrift:
 
                                                                     Dünya kinosu – 120
 
            CƏFƏR CABBARLININ KİNO YARADICILIĞI
 
«Qız qa­la­sı» əf­sa­nə­lə­ri­nin bi­ri­nin mo­tiv­lə­ri əsa­sın­da C.Cab­bar­lı­nın yaz­dı­ğı «Maa­rif və mə­də­niy­yət» jur­na­lı­nın 1923–cü il 4–5–ci nöm­rə­lə­rin­də çap olun­muş poe­ma əsa­sın­da «Qız qa­la­sı haq­qın­da əf­sa­nə» ad­lı iki se­ri­ya­lı film (ssenari müəl­li­fi H.Bres­lav–Luv­rev, 1923) çə­kil­sə də, ədə­bi mən­bə müəl­li­fi­nin adı titrlərdə gö­rün­mə­di.
Zid­diy­yət­lə­rin kəs­kin­ləş­di­yi na­dir ha­di­sə - ata­nın qı­zı­na vu­rul­ma­sı poe­ma­da dra­ma­tur­ji həl­li­ni ta­pır və ya­ran­mış fa­ciə­vi­lik qəh­rə­man­la­rın sar­sın­tı­la­rı­na sə­bəb olur. Ha­di­sə­lə­ri yük­sək bə­dii sə­viy­yə­də həll edən müəl­lif mil­li təəs­süb­keş­lik ki­mi etik–əx­la­qi kateqori­yalardan yük­sək­də da­ya­nır.

Ardını oxu...

 Şrift:
      Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva yeni seriala çəkilir. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, çoxlarının “Keyxanım” kimi tanıdığı, Dövlət Musiqili Teatrında bir-birindən maraqlı obrazlar yaradan Ülviyyə Əliyevanın çəkildiyi yeni serial “Əntiqə rəfiqələr” adlanır. Yaradıcı kollektiv milli-mənəvi dəyərlərin, saflığın, dürüstlüyün təbliğini qarşısına məqsəd qoyub. Serialda iki əsas qəhrəman var. Onlardan birini Ülviyyə Əliyeva, digərini isə Azərbaycan Respublikasının Əməkdar artisti Tunzalə Əliyeva canlandırır. “Bu bizim Toppuş bacıyla, yəni Tunzalə Əliyeva ilə birlikdə ilk müstəqil işimizdir. Yəni birinci dəfədir ki, biz heç bir televiziyanın, prodakşının, komandanın tərkibində olmadan, müstəqil şəkildə ikimiz birlikdə bir iş araya-ərsəyə gətirməyə çalışmışıq. Elə “Əntiqə rəfiqələr”in ideyası da Tunzalə xanıma məxsusdur. Serialda əsasən iki rəfiqənin başına gələn maraqlı, gözlənilməz, komik situasiyalarla dolu əhvalatlar baş verir. Ümid edirik ki, bizim bu yeni işimiz də sevimli tamaşaçılarımızın rəğbətini qazanacaq. Paraelel olaraq Musiqili Teatrda da işlərimi davam etdirirəm. Hazırda Xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” komediyasında Anaxanım obrazını məşq edirəm. Anaxanım çox maraqlı, özünəməxsus xüsusiyyətləri olan bir obrazdır. Əminəm ki, Anaxanım obrazı da tamaşaçıların yaddaşında iz qoyacaq. Ümumiyyətlə, yeni səhnə əsərlərinin məşqindən, repertuardakı tamaşalarda canlandırdığım obrazlardan xüsusi zövq, güc alıram. Fürsətdən istifadə edib məni sevənləri Musiqili Teatrda oynadığım tamaşalara baxmağa dəvət edirəm”, - deyə Ülviyya Əliyeva bildirib.
Qeyd edək ki, ailə-məişət mövzusundan bəhs edən “Əntiqə rəfiqələr”in quruluşçu-rejissoru Xamis Ağcayevdir. 

Sayğac