Xəbər lenti

 Şrift:
Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı teatr mövsümünün sonuna qədər olan müddət üçün repertuar planını açıqlayıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Bədii Şuranın üzvləri aprel, may, iyun, iyul ayları  üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 70 dəfədən çox nümayiş etdiriləcək. Tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Ər və arvad” (Ü. Hacıbəyli), “Qızıl toy” (O. Kazimi, R. Heydər), “Baladadaşın toy hamamı” (Elçin), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev) və başqa səhnə əsərləri təqdim ediləcək. Habelə rusdilli və balaca tamaşaçılar “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Skapenin kələkləri” (J.B. Molyer), “Fransız sayağı qarnir” (M. Kamoletti), “Düyməcik” (H.K. Anderson), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Bir dayan canavar” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski) və başqa tamaşaları izləyə biləcəklər.
Qarşıdakı dörd ay ərzində tamaşaçılar Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Nərgiz Kərimova, Ələkbər Əliyev, Nahidə Orucova, Cingiz Əhmədov, Səidə Şərifəliyeva, Əzizağa Əzizov, Svetlana Bulax, Əkbər Əlizadə, Emma Məlikova, Boris Qrafkin, eləcə də gənc və istedadlı, artıq tamaşaçıların rəğbətini qazanmış aktyorlar Əmrah Dadaşov, Ülviyyə Əliyeva, Ruslan Mürsəlov, Marina Litvenenko, Əliməmməd Novruzov, Gültac Əlili, Emil Heydərov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Gülcahan Salamova, Elçin İmanov, Nadejda Povelitsina, Möylə Mirzəliyev, Yuliya Heydərova, Ağaxan Şərifov, Gülnarə Əzimova, Məhərrəm Qurbanov,  Elnarə Nağdəliyeva, Fərid Rzayev və başqalarının ifalarını izləyə biləcəklər.
Azərbaycan Dövlət Musiqili Teatrı vaxtını səmərəli və xoş keçirmək istəyən hər kəsi təqdim etdiyi maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.
Premyeralar haqqında əlavə məlumat veriləcək.
 
 
 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrı 2016-cı ilin növbəti premyerasına hazırlaşır. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət 10, 11, 12 mart tarixlərində nümayiş olunacaq Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyadan gedir. “10 Mart Milli Teatr Günü kimi qeyd olunur. Məhz bu tarix Azərbaycan teatr ictimaiyyətinin peşə bayramıdır. Nəzərə alsaq ki, hər bir premyera teatrda həm də növbəti bayram deməkdir, deməli, bu il Milli Teatr Günü kollektivimizdə ikiqat bayram əhval-ruhiyyəsi olacaq. “Baladadaşın toy hamamı” əsərinin premyerası 3 gün nəzərdə tutulub və ilk nümayiş məhz 10 mart tarixində baş tutacaq. Tamaşada teatrla kino sintez edilib. Eyni zamanda adət və ənənələrimiz, Bakı kəndlərinin özünəməxsus koloriti ustalıqla əks olunub. Var-dövlətin insanın mənəvi zənginliyinin yanında bir heç olması, dünyanın faniliyi, saf, pak sevgi haqqında olan bu lirik əsər inanıram ki, tamaşaçıların böyük marağına səbəb olacaq”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev bildirib. 

Qeyd edək ki tamaşanın quruluşçu-rejissoru, Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənəcək manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Mehriban Zalıyeva, Fərid Rzayev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Elçin İmanov və başqaları ifa edəcəklər.

 

 Şrift:


  Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bunlar 4, 5, 6 mart tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “Ər və arvad” (Ü. Hacıbəyli), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər),  “Qızıl toy” (O. Kazımi, R. Heydər) və “Düyməcik” (H.K. Andersen) tamaşalarıdır. Dövlət Musiqili Teatrı bu həftə də rus dilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 5 mart saat 12.00-da O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” nağıl-tamaşası uşaqlar üçün Azərbaycan dilində nümayiş olunacaq. Balacalar həmçinin 6 mart saat 12.00-da H.K. Andersenin “Düyməcik” tamaşasını rus dilində izləyə biləcəklər. Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Əməkdar artistlər Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əzizağa Əzizov, Svetlana Bulax, Əkbər Əlizadə, Nahidə Orucova, Boris Qrafkin, aktyorlar Şaban Cəfərov, Gülcahan Salamova, Emil Heydərov, Marina Litvinenko, Ruslan Mürsəlov, Yuliya Heydərova, Möylə Mirzəliyev, Rauf Babayev, Gülnarə Əzizova, Fərid Rzayev, Nadejda Povelitsına, Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva, Elçin İmanov, Əliməmməd Novruzov, Elxan İsmayılov, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı mart ayının ilk həftəsini xoş ovqatla yekunlaşdırmaq arzusunda olan hər kəsi bu maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

 

 Şrift:


     Azərbaycan Dövlət Musiqili Teatrının Baş baletmeysteri Zaki Ağayevin bu günlərdə 60 yaşı tamam olub. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bu münasibətlə Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Zakir Ağayevi təbrik edib, Azərbaycan xоrеоqrаfiyа sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi münasibətilə tanınmış xоrеоqrаfı mükafatlandırıb.

Qeyd edək ki, Zаkir İsmаyıl оğlu Аğаyеv1956-cı ildə Bаkıdа аnаdаn оlub. 1973-cü ildə Аzərbаycаn Dövlət Mаhnı və Rəqs аnsаmblındа rəqqаs kimi fəаliyyətə bаşlаyıb. 1994-cü ildə Rusiyа Dövlət Tеаtr Sənəti Аkаdеmiyаsının Xоrеоqrаfiyа sənəti kаfеdrаsının bаlеtmеystеr fаkültəsini bitirib. 1990-cı ildən 2000-ci ilədək Bаkı Xоrеоqrаfiyа Məktəbində “Dünyа xаlq rəqsləri” və “Аzərbаycаn rəqsləri” fənnlərindən dərs dеyib. 1985-ci ildə Mоskvаdа kеçirilən XII Ümumdünyа Tələbə və Gənclər Fеstivаlının diplоmаntı оlub. Zаkir Аğаyеv işgüzаr, təşəbbüskаr müəllim, istеdаdlı rəqqаs kimi milli rəqslərimizin təbliğində səmərəli xidmətlər göstərib. O, həm də xоrеоqrаfiyа üzrə nəzəri və prаktiki еlmi-tədqiqаt işlərinin müəllifidir. 1997-ci ildən Аzərbаyyаn Dövlət Musiqili Teatrındа bаş bаlеtmеystеr işləyən Z. Аğаyеv tеаtrın cаri rеpеrtuаrındа оlаn bütün tаmаşаlаrın rəqslərinin quruluşçusudur. Azərbaycanın fəxri mədəniyyət işçisidir.

 Persona.az 


 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrında 106-cı teatr mövsümünün növbəti premyerası olacaq. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət yeni uşaq tamaşası olan “Qızıl cücə”dən gedir. Teatrın rus bölməsi tərəfindən hazırlanan səhnə əsəri tamaşaçılara 27 fevral saat 12.00-da təqdim olunacaq. Yeni nağıl-tamaşanın müəllifləri V. Ulyanovskiy və V. Orlov, quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Svetlana Bulaxdır.  “Tamah, var-dövlət hərisliyi, yalan, hiyləgərlik çox böyük faciələrə səbəb olur. Əsl sevgi bütün nadanlıqlara və qəddarlıqlara qalib gəlir. “Qızıl cücə” nağıl-tamaşasının verdiyi mesaj da məhz bu qəbildən olan mətləblər haqqındadır. Bu tamaşayla məqsədimiz təkcə uşaqları əyləndirmək deyil, həm də onların intellektual inkişafına yardımçı olmaqdır. İnanıram ki, maraqlı süjet xəttinə malik olan “Qızıl cücə” balaca tamaşaçılarımızın böyük marağına səbəb olacaq”, - deyə Svetlana Bulax bildirib.

Qeyd edək ki, yeni səhnə əsərinin rejissor-assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Marina Litvinenko, Emil Heydərov, Mehriban Zalıyeva, Rauf Babayev, Gülnarə Kərimbəyova, Yuliya Heydərova, Gülnarə Əzizova, Murad Əliyev, Roman Krasnov və Cəlalə Novruzlu ifa edəcəklər.


 

 Şrift:


   Azərbaycan Dövlət Musiqili Teatrında  bu həftə də maraqlı tamaşalar nümayiş olunacaq. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, həftəsonu tamaşaçılara 3 gün ərzində 6 tamaşa təqdim ediləcək. Bunlar 19, 20, 21 fevral tarixlərində saat 12.00, 14.00 və 19.00-da göstəriləcək “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Skapenin kələkləri” (J.B. Molyer), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və “Bir dayan, canavar!”  (R. Ağayeva, A. Xayt,  A. Kurlyanski) tamaşalarıdır. Dövlət Musiqili Teatrı bu həftəsonu da həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 19 fevral saat 19.00-da J.B. Molyerin “Skapenin kələkləri”  əsəri böyüklər üçün, 21 fevral saat 12.00 və 14.00-da isə R. Ağayeva, A. Xayt,  A. Kurlyanskinin “Bir dayan, canavar!” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Balacalar həmçinin 20 fevral saat 12.00-da O. Zülfüqarov, R. Heydər “Dəcəl çəpişlər” əsərini Azərbaycan dilində izləyə biləcəklər. Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Şövqi Hüseynov, Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Novruz Qartal, Svetlana Bulax, Əzizağa Əzizov, Nahidə Orucova, Boris Qrafkin, Ələkbər Əliyev, aktyorlar Ülviyyə Əliyeva, Emil Heydərov, Ruslan Mürsəlov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Yuliya Heydərova, Rauf Babayev, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Marina Litvinenko, Fərid Rzayev, Nadejda Povelitsına, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Güldanə Əzimova, Elməddin Dadaşov, Aydan Həsənova, Elxan İsmayılov və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla yekunlaşdırmaq arzusunda olan hər kəsi bu maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

 

 

 Şrift:

Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosasiyası, “Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu” Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə bu ilin may ayında Yekatirinburq şəhərində gənc vokalçıların və operetta ifaçılarının SSRİ Xalq artisti  Vladimir Kuroçkin adına VI Beynəlxalq müsabiqəsini keçirəcəkdir. Belə bir nüfuzlu müsabiqənin təşkilat komitəsi Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə dəvət məktubu göndərərək onun müsabiqənin münsiflər heyətinə üzv seçilməsini bildirib. Dünyanın bir sıra musiqili teatr sənətçilərinin də daxil olduğu münsiflər heyətinin rəhbəri Rusiya Federasiyasının Xalq artisti, dünya şöhrətli vokalçı və aktyor Viktor Krivonosdur.

Operetta və muzikl çərçivəsində “Vokal və səhnə sənəti” nominasiyasında keçiriləcək müsabiqəyə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər qatıla biləcəklər. Müsabiqə 2016-cı il 16-21 may tarixlərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında baş tutacaq.

 

 Şrift:


     Azərbaycan Dövlət Musiqili Teatrında yeni uşaq tamaşasının məşqlərinə başlanılıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, “Qızıl cücə” adlanan nağıl-tamaşanın müəllifləri V. Ulyanovskiy və V. Orlovdur. Teatrın rus bölməsi tərəfindən hazırlanan səhnə əsərinin quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Svetlana Bulaxdır. “Tamaşamız uşaqları əyləndirməklə yanaşı, həm də onların intellektinin inkişafına yardımçı olacaq. Bu səhnə əsərinin çox maraqlı süjet xətti var. Bir gün tülkü eşidir ki, nənə ilə babanın kürt toyuğu qızıl yumurtanın üstündə oturub. Bunu bilən hiyləgər tülkü canavarı yoldan çıxarır və onlar əsasən canavarın iştirakıyla həmin yumurtanı oğurlayırlar. Özünü işə vermək istəməyən tülkü yenə hiyləgərlik edərək canavarı həmin yumurtanın üstündə oturdur. Tülkü və canavar düşünürlər ki, yumurtadan qızıl cücə çıxacaq, onlar bu qızıl cücəni çoxaltmaqla varlanacaqlar. Vaxt-vədə yetişir, amma yumurtadan çıxan balaca cücə fərə yox, beçə - xoruz olur. Məhz bundan sonra da tülkü ilə canavarın arasında əsl intriqa başlayır. Ümumiyyətlə, tamaşanın əsas məğzini mərhəmət, qayğı, sevgi təşkil edir. Sevginin ən qəddar məxluqu belə mərhəmətli etməsi tamaşa boyu xüsusi vurğulanır”, - deyə Svetlana Bulax bildirib.

Qeyd edək ki, tamaşanın rejissor-assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Marina Litvinenko, Emil Heydərov, Mehriban Zalıyeva, Rauf Babayev, Gülnarə Kərimbəyova, Yuliya Heydərova, Gülnarə Əzizova, Murad Əliyev, Roman Krasnov və Cəlalə Novruzlu ifa edəcəklər.


 Şrift:

“Qanun” nəşriyyatında  mahir  qarmon  ifaçısı  Abutalıb  Sadıqovun  70 illiyinə  həsr  olunmuş “Könüllərdə  yaşayan  sənətkar” kitabı işıq üzü görüb. Kitaba  unudulmaz sənətkarın ailə üzvləri və doğmalarının,  alimlərin, siyasi xadimlərin, qələm sahibləri və sənət dostlarının maraqlı xatirələri daxil edilmişdir.

      Abutalıb Sadıqovun sənət dünyasına,  keşməkeşli  ömür yoluna  işıq salan  bu xatirələrin  müəllifləri arasında Milli Məclisin  deputatları Hüseynbala Mirələmov,  AMEA-nın vitse –prezidenti, akademik İsa  Həbibəyli, Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov, Azərbaycanın xalq artistləri Arif Babayev, Canəli Əkbərov, Aftandil İsrafilov, Sadıq Zərbəliyev, yazıçı-publisistlər Nurəddin Ədiloğlu, Ağalar İdrisoğlu, və  ölkəmizin bir çox  tanınmış  nümayəndələrinin adları  var.

      Kitabın ideya müəllifi və elmi redaktoru Beynəlxalq Türk Akademiyasının  həqiqi üzvü, professor  Fərahim Sadıqovdur. Onun  təşəbbüsü ilə   kitaba ustad sənətkarın   50  illik  yubleyindən  (22 fevral 1995-ci il)  daxil edilən fraqmentlərdə Azərbaycanın görkəmli  simaları, xalq artistləri Sara Qədimovanın, Tükəzban İsmayılovanın, İslam  Rzayevin  çıxışları da yer alıb.

       Kitaba həmçinin sənətkarın ana babası Dadaş Məmmədalı oğlunun, atası  Balakişi Xələflinin, anası Əfruz  Bağırlının,   Abutalıbın    xalq artistləri  Xan Şuşinski, Şövkət Ələkbərova, Habil Əliyev,  İslam Rzayev,  Həsən Məmmədov, Tariyel Qasımov, Əlibaba Məmmədov, Arif Babayev,  İlham Namik  Kamal və  başqa  görkəmli sənət adamları  ilə  çəkdirdiyi   şəkilləri  daxil  edilmişdir.

      Sonda “Hacı Abutalıbın  gülməcələri”  başlığı  ilə təqdim  olunan  olmuş  əhvalatlar  oxucuya  nikbin  əhval  -ruhiyyə   bəxş edir.  Kitaba  ön söz əvəzi yazan Bakı Humanitar Kollecinin direktoru İlqar Mahmudovun təbrincə desək,  Abutalıb Sadıqov haqqında  araya-ərsəyə  gətirilən “Könüllərdə yaşayan  sənətkar” kitabının örnək  xüsusiyyətləri  çoxdur. Unudulmaz sənətkarın  həyat və fəaliyyəti  həm pedaqoji  fikir tariximizi, həm də Azərbaycan incəsənətinin şərəfli səhifələrini zənginləşdirəcəkdir.

Persona.az

 Şrift:

      Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Musiqili teatr rejissorluğu” fakültəsinin 4-cü kurs tələbələri kurs rəhbərləri - Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevin rəhbərliyi ilə Musiqili Teatrda hazırladıqları tamaşalardan kiçik parçalarla çıxış ediblər. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bu, həmin tələbələrin diplom işi öncəsi sınaq imtahanı olub. Belə ki, Tuncer Cücenoğlunun “Uçqun” (quruluşçu-rejissor Həcərxanım Cavanşir), Elçinin “Teleskop” (quruluşçu-rejissor Günay Hüseynova), Yolanda Varqas Dulçenin “Yeseniya” (quruluşçu-rejissor Fəridə Əlizadə), Əli Əmirlinin “Sevən qadın” (quruluşçu-rejissor Şərəf Yusifova) və Sadıq Şendilin “Qanlı Nigar” (quruluşçu-rejissor Həmayil Əhədli) tamaşalarından parçalar nümayiş olunub. Tamaşalardakı rolları Cahanə Ağayeva (Musiqili teatr rejissorluğu ixtisasının III kurs tələbəsi), Ümman Budaqov (Dram teatrı və kino rejissorluğu ixtisasının III kurs tələbəsi), Təhminə Hümbətova (Musiqili teatr rejissorluğu ixtisasının III kurs tələbəsi), Əmrah Dadaşov (Musiqili teatr aktyorluğu ixtisasının IV kurs tələbəsi), Pərvin Dadaşova (Dram rejissorluğu ixtisasının I kurs tələbəsi), Ruslan Hüseynov (Dram teatrı və kino aktyorluğu ixtisasının IV kurs tələbəsi), Orxan Abışov (Estrada aktyorluğu ixtisasının III kurs tələbəsi), Mir Qabil Əkbərov (Dram rejissorluğu ixtisasının I kurs tələbəsi), Əzizə Haşımova (Dram teatrı və kino aktyorluğu ixtisasının I kurs tələbəsi), Həmayil Əhədli (Musiqili teatr rejissorluğu ixtisasının IV kurs tələbəsi), Günay Hüseynova (Musiqili teatr rejissorluğu ixtisasının IV kurs tələbəsi), Fuad Cavadzadə (Estrada rejissorluğu ixtisasının III kurs tələbəsi), Həcərxanım Cavanşir (Musiqili teatr rejissorluğu ixtisasının IV kurs tələbəsi) və Şərəf Yusifova (Musiqili teatr rejissorluğu ixtisasının IV kurs tələbəsi) ifa ediblər. Tamaşaların nümayişindən sonra kurs rəhbəri Əliqismət Lalayev çıxış edib: “Bu gün Musiqili Teatrda yaradıcı gənclər üçün  lazım olan hər cür şərait yaradılıb. Burada onların öz yaradıcılıq potensiallarını nümayiş etdirməyə böyük imkanlar var. Onlar üçün teatrımızın bütün sexləri ilə tanışlıqdan tutmuş məşq zalında tamaşalarını hazırlamağa qədər hər bir şərait yaradılıb. Teatrın texniki imkanlarını məhz əyani şəkildə öyrənmək şansı bu sənəti sevən hər bir gəncə nəsib olmur. İnanıram ki, bu qəbildən bir çox üstünlüklərə malik olan bu tələbələr diplom işlərini də uğurla müdafiə edəcəklər”.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva Musiqili Teatrda yaradıcı gənclər və eyni zamanda “Musiqili teatr” fakültəsində təhsil alan tələbələr üçün yaradılan yüksək səviyyəli şəraitdən məmnun olduğunu söyləyib və buna görə teatrın direktoru Əliqismət Lalayevə təşəkkürünü bildirib. “Mədəniyyət və İncəsənət Universiteti ilə Musiqili Teatrın bu cür əməkdaşlığı təqdirəlayiq haldır. Düşünürəm ki, bu məqam başqa teatrlarımız üçün nümunə olmalıdır və onlar da gənc sənətçilərin hazırlığı prosesinin tam iştirakçısına çevrilməlidirlər. Cünki bu, ümumilikdə teatr sənətimizin inkişafına kömək edəcək bir amildir. Musiqili Teatrda Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərovun rəhbərlik etdiyi Yaradıcılıq Studiyasının fəaliyyətə başlaması da çox uğurlu və vaxtında atılmış addımlardan biridir. Hesab edirəm ki, burada yaradılan şərait gənclərin öz ideyalarını reallaşdırması, özünü ifadə etməsi, təsdiq eləməsi üçün çox gözəl bir imkandır”, - deyə Fərəh Əliyeva söyləyib.
Qeyd edək ki, tələbə-gənclərin iştirakı ilə Musiqli Teatrda baş tutan bu tədbir Ümumrespublika Gənclər Gününə həsr olunub. 


Sayğac