Xəbər lenti

 Şrift:


    Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi sosial proqramlar çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramıyla çıxış edib. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, musiqili-əyləncəli tədbirdə Azərbaycan Respublikasının Əməkdar artistləri Novruz Qartal, Almaz Ələsgərli, Naidə Orucova, Əkbər Əlizadə, geniş tamaşaçı kütləsinin “Keyxanım” kimi tanıdığı istedadlı aktrisa Ülviyyə Əliyeva, vokalçı artist Gülnarə Kərimbəyova və Xor və Balet truppasının üzvləri iştirak ediblər. Konsert proqramı çərçivəsində Dövlət Musiqili Teatrının cari repertuarında olan, tamaşaçıların hər zaman sevə-sevə və böyük maraqla izlədiyi tamaşalardan parcalar, müxtəlif yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Bu münasibətlə mərkəzin rəhbəri Rəhilə Həsrətova Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə təşəkkür məktubu yazıb. “Sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyası və onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi mərkəzimizin gənclərinə öz rəngarəng çıxışları ilə gülüş bəxt etdilər, unudulmaz anlar yaşatdılar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi gənclərinin və şəxsən öz adımdan göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm”, - deyə məktubda qeyd olunur.

 

 Şrift:

    Azərbaycan Dövlət Musiqili Teatrı aprelin 29-da saat 19.00-da Ramiz Mirişli və Marat Haqverdiyevin “Amerikalı kürəkən” iki hissəli musiqili komediyasını təqdim edəcək. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamaldır. “Amerikalı kürəkən”in yeni quruluşunun diqqət çəkən məqamlarından biri də müğənni kimi geniş tamaşaçı kütləsinin sevgi və rəğbətini qazanan Əməkdar artist Almaz Ələsgərlinin bu səhnə əsərində əsas qəhrəmanlardan birini – Tunzalə obrazını canlandırmasıdır.  Tunzalə qızı Reyhanı varlı bir adama ərə vermək istəyir. Reyhan isə kasıb ingilis dili müəllimi olan Kamranı sevir. Gənc sevgililər Tunzalə xanımın var-dövlət hərisliyinin onları ayıracağını görüb kələk qururlar. Məhz bu kələk nəticəsində Tunzalə xanımın bütün planları alt-üst olmaqla yanaşı, bir çox qaranlıq mətləblərə aydınlıq gəlir. Komik və gözlənilməz situasiyalardan ibarət bu maraqlı əhvəlat bütün maneələrə baxmayaraq əsl sevginin, məhəbbətin qələbəsi ilə yekunlaşır...

Qeyd edək ki, Əməkdar artist Almaz Ələsgərli Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyorluğu” fakültəsini bitirib. İlk dəfə 1985-ci ildə - tələbə ikən məhz Musiqili Teatrda səhnəyə çıxıb və Emin Sabitoğlu və Xalidə Hasilovanın “Nəğməli könül” əsərində baş qəhrəmanı – Könül obrazını canlandırıb. Sonra uzun müddət teatrdan uzaq düşən Almaz xanım əsasən müğənnilik fəaliyyəti ilə məşğul olub. Bu yaxınlarda yenidən teatra qayıdıb və  artıq Azərbaycan Dövlət Musiqili Teatrın aktrisasıdır.

“Amerikalı kürəkən” iki hissəli musiqili komediyasının quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaiqf Məstanov, drijoru Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır.  Tamaşada rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Səməd Xasıyev, Pərviz Məmmədov, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Nigar Qarayeva və Gülnarə Kərimbəyova ifa edirlər. 


 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrında yeni layihəyə start verilib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət böyük dramaturq, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanan tamaşadan gedir. Layihənin ideya müəllifi və rəhbəri Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rejissor Əliqismət Lalayevdir. “Böyük, unudulmaz sənətkarımız İlyas Əfəndiyevin həmişə diqqətimdə olan möhtəşəm lirik-psixoloji dramı, dünyaca məşhur bəstəkar Qara Qarayevin ölməz, bənzərsiz balet musiqisi əsasında hazırlanan bu tamaşa bir çox sürprizlərlə zəngindir. İnanıram ki, janrına görə sevgi haqqında pritça kimi dəyərləndirdiyimiz “Mənim günahım” hamı tərəfindən bəyəniləcək. Tamaşanın quruluşçu-rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə xanım Gözəlovadır. İradə xanım buna qədər də bizim teatrla əməkdaşlıq edib. Onun hazırladığı Ə. Haqverdiyevin “Kimdir müqəssir?” əsəri böyük marağa səbəb olub. Hazırda premyerasına hazırlaşdığımız  “999-cu gecə” tamaşasının rejissoru da İradə xanımdı. “Mənim günahım” onun Musiqili Teatrda 3-cü işi olacaq. Yeri gəlmişkən, bu tamaşanın quruluşçu-rəssamı da Gəncə Dövlət Dram Teatrının istedadlı rəssamı Elnur Axundovdur. Tamaşada baş qəhrəmanı – Nurcahan obrazını hər zaman özünəməxsus ifası ilə fərqlənən, Xalq artisti, “Şöhrət” ordenli Şükufə xanım Yusupova canlandıracaq.  Şükufə xanım bizim teatrla artıq bir neçə ildir ki, əməkdaşlıq edir. Onun iştirakı ilə tamaşaya qoyduğumuz N.V. Qoqolun “Evlənmə” əsəri 2012-ci ildə “Zirvə” mükafatına layiq görülüb. Ayqız obrazını ifa edəcək gənc balerina Cəlalə Novruzlu isə tamaşaçılar üçün yeni sima olacaq”, - deyə Əliqismət Lalayev söyləyib.

Qeyd edək ki, tamaşanın quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-baletmeysteri Leyla Ağayeva, drijoru Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor-assistenti Saray Kərimlidir.


 Şrift:


     Sabah - 20 aprel 2016-cı il tarixdə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illiyi tamam olur. Nəsibə xanım Zeynalovanın 100 illik yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 mart 2016-cı il tarixli Sərəncam imzalamışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi Azərbaycan Dövlət Musiqili Teatrı ilə birgə Nəsibə Cahangir qızı Zeynalovanın 100 illik yubileyi ilə bağlı bir sıra tədbirlər həyata keçirəcək. İlk tədbir sabah - 20 aprel saat 10.00-da baş tutacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi rəsmilərinin,  Azərbaycan Dövlət Musiqili Teatrı kollektivinin və Nəsibə xanım Zeynalovanın yaxınlarının və doğmalarının iştirakı ilə çoxəsrlik zəngin mədəniyyət salnaməmizdə silinməz iz qoyan böyük sənətkar, bənzərsiz gülüş ustasının Fəxri xiyabandakı məzarı ziyarət ediləcək. 2016-cı ilin noyabr ayında isə Azərbaycan Dövlət Musiqili Teatrında korifey sənətkarın yubiley gecəsi keçiriləcək.

Qeyd edək ki, Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Əslən Bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən biri və aktyor olub. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova onun yolunu davam elətdirərək aktyor peşəsini seçib və Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb. Aktirsanın müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlar onun adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib. Nəsibə Zeynalova 10 mart 2004-cü il tarixində Bakı şəhərində vəfat edib.

 Şrift:


    Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 15, 16, 17 aprel tarixlərində saat 12.00, 16.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qızıl toy” (O. Kazımi, R. Heydər), “Yatmış gözəl və cırtdanlar” (Ş. Pero) və “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev) tamaşalarından gedir. Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – Əməkdar artistlər Şövqi Hüseynov, Svetlana Bulax, Novruz Qartal, Naidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə,  aktyorlar Nadir Xasıyev, Marina Litvinenko, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Rauf Babayev, Nadejda Povelitsina, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Elçin İmanov, Elməddin Dadaşov, Elnarə Nağdəliyeva, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Həbibov, Zarina Qurbanova və başqalarının ifalarını izləyə biləcəklər. Qeyd edək ki, Musiqili Teatr bu həftə də balaca və rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 16 aprel saat 12.00-da R. Şəfəq və V. Ziminin “Yağış göbələyinin macərası” əsəri rus dilində, 17 aprel saat 12.00-da Ş. Peronun (səhnələşdirəni A. Sadıqov) “Yatmış gözəl və cırtdanlar” tamaşası isə Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq. Azərbaycan Dövlət Musiqili Teatrı həftə sonunu səmərəli keçirmək istəyən və həftəni xoş notlarla başa vurmaq arzusunda olan hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

 

 

 Şrift:

Ölkənin tanınmış sənətçilərindən biri, sevilən müğənni, Əməkdar artist Almaz Ələsgərli Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyətə başlayıb. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu yaxınlarda Almaz xanım Ələsgərlinin baş rolu ifa edəcəyi yeni səhnə əsəri tamaşaçılara təqdim olunacaq. “Mən Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komdeyia aktyorluğu” fakültəsində təhsil almışam. İlk dəfə 1985-ci ildə - tələbə ikən məhz burda – Musiqili Teatrda səhnəyə çıxmışam. Emin Sabitoğlu və xalidə Hasilovanın “Nəğməli könül” əsərində baş qəhrəmanı – Könül obrazını canlandırmışam. Sonra tale elə gətirdi ki, teatrdan uzaq düşdüm, əsasən müğənnilik fəaliyyəti ilə məşğul oldum. Amma bütün bu illər ərzində ürəyim həmişə teatrın, səhnənin yanında oldu. Elə bilirdim ki, həyatımda nəsə çatmır. Əmin olanda ki, içimdəki teatr, səhnə sevgisi məni heç vaxt tərk etməyəcək, qərar verdim ki, yenidən bu şöhrətli kollektivə qayıdım. Xeyirxah insan, əvəzsiz dost kimi tanıdığım Əliqismət müəllimə müraciət etdim. Sağ olsun, məni qəbul etdi, dinlədi və Musiqili Teatrda aktrisa kimi fəaliyyət göstərməyim üçün şərait yaratdı. Hazırda baş rollardan birini ifa etdiyim yeni tamaşanın məşqləri gedir. Burda çox gözəl yaradıcı mühit, səmimi, işgüzar kollektiv var. Yaxın zamanlarda hazırladığımız tamaşanın premyerası olacaq. Qeyd edim ki, bu səhnə əsərinin quruluşçu-rejissoru, həm də bu tamaşada mənim tərəf-müqabilim olan Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamaldır. Fürsətdən istifadə edib bir daha mənə göstərdiyi etimada görə Dövlət Musiqili Teatrının direktoru, Azərbaycanın böyük ziyalısı Əliqismət Lalayevə təşəkkür edirəm”, - deyə Əməkdar artist Almaz Ələsgərli bildirib. 


 Şrift:

     20 aprel 2016-cı il tarixdə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illiyi tamam olacaq. Yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 mart 2016-cı il tarixli Sərəncam imzalamışdır. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi Azərbaycan Dövlət Musiqili Teatrı ilə birgə Nəsibə Cahangir qızı Zeynalovanın 100 illik yubileyi ilə bağlı tədbirlər həyata keçirəcək. İlk tədbir 20 aprel 2016-cı il tarixində baş tutacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi rəsmilərinin, Azərbaycan Dövlət Musiqili Teatrı kollektivinin və Nəsibə xanım Zeynalovanın yaxınlarının və doğmalarının iştirakı ilə çoxəsrlik zəngin mədəniyyət salnaməmizdə silinməz iz qoyan böyük sənətkar, bənzərsiz gülüş ustasının Fəxri xiyabandakı məzarı ziyarət ediləcək. 2016-cı ilin noyabr ayında isə Azərbaycan Dövlət Musiqili Teatrında korifey sənətkarın yubiley gecəsi keçiriləcək. Qeyd edək ki, Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Əslən Bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən biri və aktyor olub. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova onun yolunu davam elətdirərək aktyor peşəsini seçib və Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb. Aktirsanın müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlar onun adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib. Nəsibə Zeynalova 10 mart 2004-cü il tarixində Bakı şəhərində vəfat edib.
 Şrift:


    Azərbaycan Dövlət Musiqili Teatrında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, nümayəndə heyyətini salamlayan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Əliqismət Lalayev iki ölkə arasındakı mədəni, siyasi dostluq əlaqələrindən danışıb. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil işləri üzrə Müşaviri, nümayəndə heyyətinin rəhbəri xanım Emi Pitersen xalqlarımız arasındakı əlaqələrin gündən-günə inkişaf etdiyini qeyd edib. “Görüşümüz bu əlaqələri daha da genişləndirmək məqsədi daşıyır. Biz inanırıq ki, Amerika-Azərbaycan qarşılıqlı mədəni əlaqələri xalqlarımızım yaxınlaşmasına böyük töhfələr verəcək. Bu münasibətlə ölkəmizdə fəaliyyət göstərən Pol Qordon Emersonun rəhbərlik etdiyi məşhur “Company-E”nin ölkənizdə ortaq layihə həyata keçirməsini arzulayırıq. “Company-E” 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. Hesab edirik ki, Azərbaycanda “Brodvey” musiqi layihəsini həyata keçirmək üçün ən ideal sənət məkanı sizin rəhbərlik etdiyiniz Musiqili Teatrdır. İnanıram ki, qarşılıqlı səylərimiz nəticəsində baş tutacaq “Brodvey ” musiqi layihəsi “Company-E” ilə Azərbaycan Dövlət Musiqili Teatrı kollektivinin ortaq işi kimi böyük uğur qazanacaq”, - deyə xanım Emi Pitersen bildirib.

“Azərbaycan Dövlət Musiqili Teatrı ilə “Company-E” arasındakı əməkdaşlığı mədəni və yaradıcılıq mübadiləsi baxımından yüksək dəyərləndiririk. İnanırıq ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəsətəyi ilə baş tutacaq bu layihə xalqalrımız və dövlətlərimiz arasındakı mədəni əlaqələrin inkişafında mühüm rol oynayacaq. Düşünürük ki, bu ortaq layihə mədəniyyətlərarası dialoqun bariz nümunəsi olacaq və işimiz uğurlu alınacaqsa, biz Musiqili Teatr olaraq bu konsert-proqramı, tamaşanı cari repertuarımıza daxil etməyə hazırıq”, - deyə Əliqismət Lalayev söyləyib.

Sonra ABŞ səfirliyinin mədəniyyət məsələləri üzrə mütəxəssisi  Fərqani Əliyev, Azərbaycan Dövlət Musiqili Teatrının baş drijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, baş xormeyster Əməkdar artist Vaqif Məstanov, baş baletmester Zakir Ağayev layihənin həyata keçirilməsi ilə bağlı müxtəlif məsələlər haqqında fikirlərini bildiriblər.

“Company-E” ilə Azərbaycan Dövlət Musiqili Teatrı arasında“Brodvey” musiqi layihəsi ilə bağlı razılıq əldə olunub. Layihənin 2016-cı il may ayının ortalarında həyata keçirilməsi qərara alınıb. 

Persona.az


 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi 1 aprel Beynəlxalq gülüş günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramıyla çıxış edib. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, musiqili-əyləncəli tədbirdə Azərbaycan Respublikasının Əməkdar artistləri Novruz Qartal, Almaz Ələsgərli, Naidə Orucova, Əkbər Əlizadə, böyük tamaşaçı kütləsinin “Keyxanım” kimi tanıdığı istedadlı aktrisa Ülviyyə Əliyeva, vokalçı artist Gülnarə Kərimbəyova və Xor və Balet truppasının üzvləri iştirak ediblər. Konsert proqramı çərçivəsində Dövlət Musiqili Teatrının cari repertuarında olan, tamaşaçıların hər zaman sevə-sevə və böyük maraqla izlədiyi tamaşalardan parcalar, müxtəlif yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Səhnə ilə tamaşaçı salonu arasındakı sərhədi aradan qaldıran, tamaşaçılarla canlı ünsiyyət yaradaraq onları ifa etdikləri rəqslərin, səhnəciklərin iştirakçısına çevirən Musiqili Teatrın kollektivi sağlamlıq imkanları məhdud gənclərimizə əsl bayram əhval-ruhiyyəsi yaşadıblar. Sonda Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin rəhbərliyi Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev başda olmaqla teatrın kollektivinə tədbirdə iştirak etdiklərinə görə təşəkkür edib.

 

 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Aydan Həsənova Beynəlxalq müsabiqədə ölkəmizi təmsil edəcək. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət may ayında Yekatirinburqda keçiriləcək SSRİ Xalq artisti Vladimir Kuroçkin adına “Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi”ndən gedir. Dövlət Musiqili Teatrının aktrisası Aydan Həsənova bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyinin maddi dəstəyi ilə iştirak edəcək. Qeyd edək ki, müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosasiyası, “Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu” Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq. Operetta və muzikl çərçivəsində “Vokal və səhnə sənəti” nominasiyasında keçiriləcək müsabiqədə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər iştirak edəcəklər. Müsabiqə 2016-cı il 16-21 may tarixlərində Rusiya Federasiyasının Yekatirinburq şəhərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında keçiriləcək. Aydan Həsənova müsabiqədə Ü. Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını, İ. Dunayevskinin “Azad külək” operettasından Pepitanın mahnısını və F. Leqarın “Sirkin şahzadəsi” operettasından Teadoranın ariyasını ifa edəcək. 

Sayğac