Xəbər lenti

 Şrift:

    
  Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən böyük sənətkarlardandır Niyazi. Bütün mənalı ömrünün mənsub olduğu millətin musiqisinin təbliğinə həsr edən maestro yorulmadan, usanmadan, böyük şövqlə yaşayıb yaradıb. Dünyanın hər hansı məmləkətində canlı olaraq Azərbaycan musiqisi səslənirdisə, Niyazi orada olmağı özünə mənəvi borc bilirdi. Musiqimizi dünyanın ən böyük salonlarında minlərə, milyonlara elə böyük ustalıqla çatdırırdı ki, dinləyənlər bir də dinləmək istəyirdilər. O, əsl sənətkar, əsl dirijor idi. Əlindəki dirijor çubuğu ilə musiqinin sanki xəritəsini cızırdı.

Ardını oxu...

 Şrift:

Yazıçı Kamal Abdullanın «Sirri-zəmanə» adlı növbəti hekayələr kitabı nəşr olunub.

 Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı hekayələr toplanıb.

Qəhrəmanların subyektiv həyat təcrübəsi və obyektiv gerçəklik, hadisələr və onların təbiəti haqqında tarixən formalaşmış mühafizəkar- ənənəvi təsəvvürlərin gözlənilməz rakurslardan yozumu, mifloloji və arxetipik motivlərin də yer aldığı mistifikasiyalar, xəyali və yaxud paralel dünya təsiri bağışlayan, fizika qanunlarının belə tamam fərqli məntiqlə işlədiyi zaman və məkan labirintləri – bütün bunlar, üstəgəl müəllifin bənzərsiz üslubu və təhkiyəsi bu hekayələrin kaloritini təşkil edir. Hekayələr altı müxtəlif silsilədə təqdim olunur.

«Mütərcim» nəşriyyatında nəfis tərtibatla çap olunmuş kitabın arxa fonunda müxtəlif hekayələrdən çıxarışlar verilmiş və eləcə də Kamal Abdulla yaradıcılığı haqda şair Salam Sarvan,  yazıçı- tərсüməçi Etimad Başkeçidin fikirləri verilmişdir.

Kitabın redaktorları Əliş Mirzallı və Şəlalə İsmayılzadədir.

Müəllifə uğurlar arzusu ilə

Persona.az

 Şrift:
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində respublikanın şimal bölgəsinə ekskursiya edən Daşkəsən və Göygöl məktəblilərindən ibarət qruplar avqustun 18-də Quba rayonunun görməli yerlərini gəzdilər.
Tur-aksiyanın iştirakçıları əvvəlcə Quba şəhərindəki Cümə məscidində və ölkəmizdə dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbədə oldular. Burada məktəblilərin diqqətinə çatdırıldı ki, qəsəbədə azərbaycanlılar və yəhudilər daim dostluq şəraitində yaşayıblar. Tarixən tolerant ölkə olan Azərbaycanda bütün dini azlıqlara hörmət və ehtiram göstərilir.
Sonra məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsinə ekskursiya etdilər. Tur-aksiya iştirakçılarına Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verildi.
Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq zamanı tur-aksiya iştirakçılarının diqqətinə çatdırıldı ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Ziyarətçilərə məlumat verildi ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Diqqətə çatdırıldı ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Günün ikinci yarısında Daşkəsən və Göygöl məktəblilərindən ibarət qruplar Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya etdilər, "Rixos Quba Azerbaijan" otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə yaxından tanış oldular.
Daşkəsən və Göygöl məktəblilərindən ibarət qruplar avqustun 19-da Xaçmaz rayonunun görməli yerlərinə səfər edəcəklər.
 Şrift:
Kitabevim.az marketində "Alatoran" yayınlarının təşkilatcılığı ilə Rafiq Tağının "Keçmişə yaxın yer" hekayələr kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə kitabın naşiri, şair Rasim Qaraca açaraq, Rafiq Tağının yaradıcılığı haqqında danışdı. Sonra tərcüməçi Azad Yaşar, yazıçılar Aslan Quliyev, Zəka Vilayətoğlu, Azad Qaradərəli yazıçının nəsr yaradıcılığından və onunla bağlı maraqlı xatirələrindən söz açdılar. Tədbir yazıçının qardaşının minnətdarlıq dolu sözlərilə sona yetdi.

Ardını oxu...

 Şrift:
Poeziya gecəsinə idarə və struktur rəhbərləri, rayon ictimaiyyəti, o cümlədən Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri qatılıblar.

   “Persona.az” xəbər verir ki, Şabranda, Azərbaycan ədəbiyyatında "Töhfətul-İraqeyn" poeması, "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, 17 min beytlik lirik şeirlər divanı və bu kimi daha neçə-neçə əsərlər müəllifi Xaqani Şirvaninin poeziya gecəsi keçirilib.

Ardını oxu...

 Şrift:

Sərlövhəni oxuyub xəyallarınızı qanadlandırmağa tələsməyin. Çünki haqqında söz açacağımız müğənni düşündüklərimizin heç biri deyil. Əslində sizi qınamaq da düzgün olmazdı. Axı ötən əsrin otuzuncu illərində milli operamızın səhnəsində parlayan Şövkət Məmmədova və Fatma Muxtarova ilə rəqabət aparan daha kiminsə olacağını təsəvvürə gətirmək belə çətindir. Odur ki, bəstəkar Üzeyir Hacıbəyov və rejissor İsmayıl Hidayətzadənin bu cür sənətkarları kənara qoyub “Koroğlu” operasının ilk tamaşasının taleyini heç kimin tanımadığı bir müğənniyə etibar etməsi də, təbii, suallar doğurur. Bu suallardan biri də, heç şübhəsiz indiki nəslin belə bir ifaçını tanımamasının səbəbi ilə bağlı ola bilərdi. Sualların artacağı ehtimalı duyulan olduğundan vaxt gözləməyib, sizi ötən əsrin həmin unudulmaz anlarına qaytarmaq istəyirik...

Ardını oxu...

Sayğac