Xəbər lenti

 Şrift:

   Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı Nərgiz Kərimova Ukraynada keçiriləcək Beynəlxalq festivalda iştirak edəcək. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Nərgiz Kərimova 10-11 iyun tarixlərindəV “O-FEST” 2017Beynəlxalq Opera, Operetta və Müzkl festivalında ölkəmizi təmsil edəcək. Dünyada kifayət qədər böyük şöhrətə və nüfuza malik olan bu mötəbər tədbir Kiyev Akademik Operetta Teatrında keçiriləcək. V “O-FEST” 2017Beynəlxalq Opera, Operetta və Müzkl festivalında bir çox Beynəlxalq müsabiqələrin laureatı olan Əməkdar artist Nərgiz Kərimova İmreKalmanın dünyaca məşhur “Silva” operettasından Silvanın ariyasını alman dilində, Silva ilə Edvinin duetini isə Ukrayna təmsilçisi ilə Ukrayna dilində ifa edəcək. Xatırladaq ki, ötən ildə bu Beynəlxalq festivalda iştirak edən N. Kərimova dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını və İmre Kalmanın “Maritsa” əsərindən Maritsanın ariyasını ifa etmişdi.
Qeyd edək ki, Kiyev Akademik Operetta Teatrında keçiriləcəkV “O-FEST” 2017 Beynəlxalq Opera, Operetta və Müzkl festivalında Nərgiz Kərimova ilə yanaşı, dünyanın bir sıra ölkələrinin tanınmış sənətçiləri də çıxış edəcəklər.
 
 Şrift:


Fransanın Reze şəhərinin “La Soufflerie” konsert zalında Azərbaycan muğamlarından ibarət konsert olub. Konsertdən əvvəl Rezenin mədəniyyət işləri üzrə baş direktoru Moris Kosson dinləyicilərə Azərbaycan muğamından danışaraq bildirib ki, muğamımızı Mərakeşdə Fez festivalında eşidib və ona heyran olub.

Konsertdə əməkdar artistlər Malik (tar) və Elşən (kamança) Mansurov qardaşlarının, Şirzad Fətəliyevin (balaban və zurnada) müşayiəti ilə Kamilə Nəbiyeva muğam və təsniflərimizi ifa edib. Musiqiçilərimizin ifası həmişə olduğu kimi, alqışlarla qarşılanıb.

Azərbaycan musiqiçiləri, həmçinin Perpinyan şəhərində keçirilən “Müqəddəs musiqi” festivalında iştirak ediblər. Festivalda çıxışdan əvvəl yerli mətbuat orqanlarının nümayəndələri ilə görüşən musiqiçilərimiz milli musiqi alətlərimiz, muğamımız haqqında geniş məlumat verib, jurnalistlərin suallarını cavablandırıblar.

Şirzad Fətəliyev Azərbaycan milli musiqi alətlərindən danışaraq balaban və zurnanı nümayiş etdirib. O, bu musiqi alətlərində muğam və təsniflərimizi ifa edib.

Fransada dəfələrlə solo konsert vermiş Malik və Elşən Mansurov qardaşları bu ölkənin musiqisevərlərinə yaxşı bəllidir. Onların Fransada bir neçə diski işıq üzü görüb.

Gənc olmasına baxmayaraq, Kamilə Nəbiyeva məlahətli səsi ilə fransız musiqisevərlərini özünə valeh edib. Hər iki konsertdə musiqiçilərimizin ifası tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, musiqiçilərimizi Perpinyan festivalına Parisin “Theatre de la Ville” teatrının musiqi məsləhətçisi Sudabek Kia dəvət edib. Sudabek Kia artıq uzun illərdir Azərbaycan muğamının Fransada və Avropada təşviq edilməsində böyük səylər göstərib. O, ilk dəfə Alim Qasımovu, sonralar isə Nəzakət Teymurova, Etibar Hüseynov, Arzu Əliyeva kimi xanəndələrimizi Fransada konsertlər verməyə dəvət edib.../azertag.az/

 Şrift:


Fevralın 14-də Nizami Kino Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində “Xəzərdə eşqin səsi” adlı ikinci türk şeir gecəsi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə baş tutan gecədə Milli Məclisin deputatları, mədəniyyət və ədəbiyyat xadimləri, elm adamları iştirak ediblər.

Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım və “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə şeir gecəsinə təşrif buyuran qonaqları salamlayaraq, artıq ikinci dəfə reallaşdırılan şeir gecəsini əvvəlkindən fərqli formada təşkil etdiklərini söyləyiblər. Zaman ayırıb burada iştirak edən qonaqların şeir gecəsindən xoş təəssüratla ayrılacaqlarını bildiriblər.

Üç hissədən ibarət gecədə teatr sənətçiləri tərəfindən türk və Azərbaycan dillərində şeirlər səsləndirilib, “Savalan” musiqi qrupunun və müğənni Lalə Məmmədovanın ifaları dinlənilib.

Gecədə Yunusdan Mövlanəyə, Orxan Vəlidən Abdurrəhim Karakoça, Nəsimidən Şəhriyara, Mikayıl Müşfiqdən Hüseyn Cavidə dilimiz, tariximiz və gələcəyimiz bir olan qardaş Azərbaycan və Türkiyə xalqının ədəbiyyatları bir araya gəlib. Musiqi və şeirin vəhdətində qurulmuş kompozisiya gecəyə xüsusi ab-hava gətirib.../azertag.az/

 

 Şrift:

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 2 Fevral Gənclər Günü münasibətilə 2016-cı ildə fəaliyyəti ilə fərqlənmiş, uğur qazanmış gəncləri mükafatlandırıb. Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, “İlin gənc aktyoru” nominasiyasında mükafata tamaşaçılara Baladadaş kimi yaxşı tanış olan Əmrah Dadaşov layiq görülüb. Əmrah Dadaşov ötən il Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında səhnələşdirilmiş “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasında baş qəhrəmanı – Baladadaş obrazını canlandırmaqla böyük səhnəyə gəlib, tamaşaçıların rəğbət və sevgisini qazanıb. “Özümü çox xoşbəxt hiss edirəm. Düşünürəm ki, bu mükafat təkcə mənə yox, mənim simamda həm də teatrımızın gənclərinə, bizə bu işdə dəstək olan insanlara verilib. Sənətdə ilk addımımı Baladadaş obrazı ilə atdım. Musiqili Teatrın direktoru Əliqismət Lalayevə təşəkkür edirəm ki, hələ tələbə ikən bu obrazı mənə etibar etməklə böyük etimad göstərdi. Sözün həqiqi mənasında Baladadaş rolu mənim həyatımda dönüş nöqtəsi olmaqla yanaşı, həm də çox düşərli oldu. Bu mükafata məhz Baladadaş obrazının ifasına görə layiq görülmüşəm. Fürsətdən istifadə edib bizə daim diqqət göstərən Mədəniyyət və Turizm Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Teatr Xadimləri İttifaqına minnətdarlığımı bildirirəm. Calışacağam ki, bundan sonra uğurlarım daha da çox olsun”, - deyə Əmrah Dadaşov bildirib.

 Şrift:

 
    Gənc film həvəskarları yeni milli romantik-komediya janrında film çəkilişinə başlayıblar. Filmin ssenari müəllifi, quruluşçu rejissoru və eyni zamanda aktyoru Elşən İsmayılın sözlərinə görə, filmdə Azərbaycanın yaxın keçmişi, müasir həyatı, tələbəlik, gənclərin çılğınlığı, ilk sevgi, saf məhəbbətin tərənnümü və bir çox humanist dəyərlərdən bəhs olunur.
 
    Film saf ülvi duyğuların və bir çox insani keyfiyyətlərin təbliği məqsədilə çəkilir.
 
    Elşən İsmayılın “TƏLƏBƏ QIZ” hekayəsinin motivləri əsasında hazırlanan filmin adı “TƏLƏBƏ”-dir. Filmin quruluşçu operatoru və ikinci rejissoru gənc film həvəskarı Murad Abdullazadə, baş rolların ifaçıları Məmməd Əliyev və Ənvər Məmmədovdur...
 
    Film, çəkilişləri bitdikdən sonra yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.


 Şrift:


      Azərbaycan Dövlət Musiqili Teatrı növbəti premyeraya hazırlaşır. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, böyük dramaturq, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi və bəstəkar Qara Qarayevin musiqiləri əsasında hazırlanan tamaşanın məşqləri yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır. “Sevgi üçbucağı haqqında ballada, pritça kimi hazırladığımız bu tamaşa böyük İlyas Əfəndiyevin məşhur lirik-psixoloji dramı əsasında səhnələşdirmədir. Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. Tamaşada dünyaca məşhur Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayevin “Yeddi gözəl” baletindən və digər ölməz musiqilərindən istifadə olunacaq. Tamaşa minimalizm üslubunda qurulub. Biz dekorasiyadan demək olar ki, imtina etmişik. Bəli, dekorasiya yoxdur, amma bunun əvəzində müasir texniki üsullardan, texniki vasitələrdən istifadə eləmişik. Əsər bir qadının, həm də sənətkar olan, sənətini sevən, bütün varlığıyla sənətə bağlı olan Nurcahan adlı bir qadının faciəsindən bəhs edir. Nurcahan balerinadır. Yaşlandıqca səhnə üçün gərəksiz olur. Amma o bunu qəbul, həzm edə bilmir. Çünki hadisələr elə bir formada cərəyan edir ki, Nurcahan nəinki səhnəni, həm də sevimli əri Sahibi itirə bilər. Əslində, Sahib onu məhz səhnədə bəyənib, ilk növbədə sənətkar kimi sevib. İndi isə elə bir məqam yetişib ki, səhnədə Nurcahanı əvəzləyən Ayqız həm də Sahibin ürəyini ovlamaqdadır...”, - deyə quruluşçu-rejissor İradə Gözəlova söyləyib.

Qeyd edək ki, tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada rolları Xalq artisti Şükufə Yusifova, Əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edəcəklər.

Persona.az


 

 Şrift:


     Macarıstan Respublikasının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri cənab İmre Laslotski Azərbaycan Dövlət Musiqili Teatrında olub. Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, mötəbər qonağı teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib. Görüş zamanı qarşılıqlı ikitərəfli mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor, rəssam, baletmeyster və aktyorların müvafiq olaraq Azərbaycana və Macarıstana dəvət edilərək səhnə əsərlərinə quruluş verilməsi ilə yanaşı, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub. “Biz çağdaş dünya teatrlarında gedən bütün prosesləri diqqətlə izləyir, bu ümumi prosesə öz töhfələrimizi verməyə çalışırıq. Bu yaxınlarda teatrımızda böyük macar bəstəkarı, bir sıra məşhur operettaların müəllifi İmre Kalmanın “Silva” operettasının premyerası oldu. Səfirliyinizin əməkdaşlarının da iştirak etdiyi bu premyera anşlaqla keçdi və tamaşaçıların böyük çoşqusuna səbəb oldu. Qeyd edim ki, buna qədər də İmre Kalmanın bir neçə əsəri teatrımızda uğurla səhnələşdirilib. 5 aprel 2015-ci il tarixində Budapeşt Operetta Teatrının Qala konserti məhz bizim teatrda keçirilmişdi. O konserti hələ də xoş təəssüratlarla xatırlayırıq. İnanırıq ki, dövlətlərimiz və xalqlarımız arasındakı mədəni əlaqələr bundan sonra daha da inkişaf edəcək”, - deyə Əliqismət Lalayev söhbət zamanı bildirib.

Cənab İmre Laslotski Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Ə. Lalayevə səmimi söhbətə və qəbula görə təşəkkür edib. “Teatrınızın əzəmətli görkəmi var. Elə ilk baxışdan hiss olunur ki, burada yaradılmış şərait və peşəkar yaradıcı münasibət çox yüksək səviyyədədir. Əminəm ki, Macarıstan-Azərbaycan qarşılıqlı mədəni əlaqələri xalqlarımızın yaxınlaşmasında və bu əlaqələrin inkişafında çox mühüm rol oynayacaq. Düşünürəm ki, qarşılıqlı olaraq mədəni-kütləvi tədbirlər tez-tez keçirilməlidir”, - deyə Macarıstan Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab İmre Laslotski söyləyib.

Sonda bu qəbildən görüşlərin və qarşılıqlı əməkdaşlığın xalqlarımız arasındakı mədəni əlaqələrin və münasibətlərin inkişafında xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb və bu cür görüşlərin müntəzəm keçirilməsinin vacibliyi qeyd olunub.     


 Şrift:
Azərbaycan Dövlət Musiqili Teatrı növbəti premyeraya hazırlaşır. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, İmre Kalmanın “Silva” operettasına ictimai baxış keçirilib. Dünyaca məşhur olan bu ölməz əsərin süjet xəttini saf, təmiz, böyük sevgi hekayəsi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Və məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir...
Qeyd edək ki, Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Emin Həsənov, reyissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır. Tamaşada rolları Əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko, Firuz Məmmədov, Nicat Əli, Elçin İmanov, Telnaz Hüseynova və Elməddin Dadaşov ifa edirlər.
2017-ci ilin yanvar ayında səhnəyə gələcək “Silva” tamaşası yeni ilin ilk premyerası olacaq.
 
 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrı daha bir beynəlxalq teatr təşkilatına üzv olub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyində Azərbaycanı təmsil edən yeganə mədəniyyət müəssisəsi olacaq. “İran İslam Respublikasının “Dramatik İncəsənət Mərkəzi”nin Tehran şəhərində keçirdiyi teatr sənəti mövzusunda Birinci Regional elmi-nəzəri  konfransında İran, Əlcəzair, Əfqanıstan, İraq, Livan, Oman, Pakistan, Qətər, Suriya, Tunis və başqa ölkələrdən dəvət olunmuş mədəniyyət xadimləri və tanınmış teatr sənətçiləri iştirak edirdilər. Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyi də məhz bu konfransda yaradıldı. Konfrans zamanı teatrın ümumi dil və mədəniyyətin əsas sahəsi kimi insani dəyərlərin inteqrasiyasında və mübadiləsində mühüm rol oynadığı bir daha vurğulandı. Həmçinin qeyd olundu ki, ölkələrarası mədəni əlaqələrin inkişafında teatr xadimlərinin bilik və bacarıqları əsasında qarşılıqlı əlaqələrin qurulması, kütləvi tamaşalar və teatr festivallarının təşkili, ölkələrarası məlumat mübadiləsinin aparılması, səhnə əsərlərinin, mədəniyyət və teatr sahəsində elmi kitabların və məqalələrin tərcüməsi üçün imkanlar yaradılması əsas istiqamətlərdəndir. Razılaşma əsasında təsis konfransında iştirak edən ölkələr burada qoyulan məqsədlərin müvafiq və effektiv şəkildə yerinə yetirməsini təklif etdilər. Bu məqsədlə niyyət protokolunun sənədləri ilkin variantda hazırlandı. Azərbaycan Dövlət Musiqili Teatrı Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyinə üzv qəbul olundu və bundan sonra bu qurumda Azərbaycanı məhz bizim teatr təmsil edəcək”, - deyə konfransda iştirak edən Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib.

Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrı həm də 2009-cu ildən etibarən Musiqili Teatrların Beynəlxalq Assosasiyasının üzvüdür. 

 Şrift:
SAMİNƏ HİDAYƏTQIZININ “MUĞAM QƏSRİ”
 
Bu il “Apostrof” nəşriyyatında yazıçı- jurnalist Saminə Hidayətqızının “Muğam qəsri” adlı ensiklopedik kitabı nəşr edilib. Qeyd edək ki, kitab müəllifin “Göy qurşağı” layihəsindən olan “Yüz türk qadını” kitabindan sonra ikinci nəşrdi. Kitabın təqdimatı oktyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində keçirilib.
 576 səhifəlik ağır, sanballı kitab həm içindəki məziyyəti, həm də zahiri baxımından nəfis tərtbatlı bir topludu. Kitaba 100 muğam bilicisi ilə müəllifin müsahibəsi daxil edilib. Amma təkcə bu deyil. Müəllif muğamın tarixinə tədqiqat baxımından yanaşaraq, qədim dövrlərdən üzü bəri klassik muğam bilicilərinin yaradıcılığını və onların həyat yolunu araşdırıb. Həm də təkcə Azərbaycan musiqi xadimlərinin deyil, xaricdə yaşayan və muğam sənətinə müəyyən töhfələr verən yaradıcı şəxslərin və sənətşünasların muğam haqqında düşüncələrini özünəməxsus şəkildə kitaba daxil edib.

Ardını oxu...

Sayğac