Xəbər lenti

 Şrift:


     2017-ci il, santyabr ayının əvvəlində ABŞ-ın Florida ştatını öz cənginə alan İrma qasırğası zamanı Kei-Uestdə yaşayan yazar və tarixçi Brüster Çemberlin və dostu Sandra Spaner çox əndişəli idi! Çünki onların  əlində Heminquey pərəstişkarlarını olduqca həyəcanlandıracaq bir şey vardı: bu, Ernest Heminqueyin 8 sentyabr 1909-cu ildə, hələ 10 yaşındaykən qələmə aldığı ilk hekayə idi!

   Brus ailəsinin arxivindəki mətnin saxlandığı Ki-Uestdəki bir ev qasırğa zamanı ciddi şəkildə zədələnir. Ancaq mətni kəşf edən Çamberlin, evin zərər görməsinə baxmayaraq arxivə bir şey olmadığını və mətnin içində olduğu qəhvəyi dəftərin etibarlı yerdə olduğunu açıqlayır.

   Adsız hekayə 14 səhifə həcmindədir. Mətnin mövzusu çox diqqətəlayiqdir! Heminqueyin bu ilk qısa hekayəsi, İrlandiyada Ross Qalasını yenidən bərpa etmək üçün geri dönən və bir gecə ziyafəti verən ölmüş bir adamdan bəhs edir. Mətn Heminquey ədəbiyyatı üçün böyük bir dəyişiklik təqdim etməsə də, müəllifin dildən istifadəsi, müsahibə, söz seçimi kimi əsas aspektləri göstərir.


   Yazının yer aldığı dəftərin Heminqueyin Oak Parkdakı evindən Ki-Uestə necə aparıldığı isə ayrı bir macəradır... Öz həyatında baş verənləri də sıx bir şəkildə qeydlərində göstərən Heminqueyin fotoşəkil və məktublarının yanında qəbz, bilet, pul, rentgen filmi, öküz güləşi dərgiləri kimi bir çox sənədləri saxladığı məlum olub.

    Yazıçının dördüncü həyat yoldaşı Meri Velş Heminquey, onun Paris illərindəki xatirələri da daxil olmaqla bir çox sənədlərini bir araya gətirməyə çalışmış və bu səbəblə 1962-ci ildə Ki-Uestdə Brus ailəsini ziyarət etmişdir. Heminqueyin yaxın dostlarından olan Telli Otto "Toby" Brus, yazıçının ən çox sevdiyi barlardan olan “Sloppy Joe's”un arxa otağında ondan qalan bir qutu əşyanı xanımına vermişdir.

    Meri Heminquey isə önəmli bildiyi sənədləri götürərək qalan əşyaları yenidən Tobi Brusa verərək Nyu - Yorka qayıdır. Burada Ki-Uestdə qalan və indi Brus ailəsinin nəzarəti altında qorunan da həmin mətndir.
    Heminqueyin 10 yaşında yazdığı hekayənin, ilk növbədə bir səyahət yazısı olduğunu düşünən Çambler, yazıçının o dövrdə səyahətə getmədiyini anladığı zaman bu yazının bir hekayə olduğunu anlamışdır. Tarixçi Brevster Çamberlin öz kəşfini bu sözlərlə izah edir: "Aman Tanrım, bu əhəmiyyətli bir şeydir, - dedim öz özümə. Bu, Heminqueyin fantastikaya doğru atdığı ilk addımdır.


Hazırladı: Zəka Vilayətoğlu


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac