Xəbər lenti

 Şrift:


        Şıx geyimli, yaraşıqlı bir adam Nyu-York şəhərinin ən yaxşı banklarından birinə daxil olur. Növbəsini gözlədikdən sonra, bank işçisinin qarşısında dayanır Bank işçisi utancaq bir ifadə ilə ona əyləşməsini bildirir.
- Mənə kömək edə bilərsinizmi? 3 həftəlik müddətə5 min dollar lazımdır.
Bank nümayəndəsi adamın geyimindən və danışmasından çox təsirlənməsinə baxmayaraq, onların bankları ilə daha əvvəl heç işləyib - işləmədiyi və ya hər hansı bir əlaqəsi olub - olmadığını öyrənmək üçün əzbərlədildiyi şəkildə suallar verir.
Adam, nəzakətlə çox tələsidiyini bildirir və bank nümayəndəsinin təmkinli yanaşmasını da çox anlayışla qarşıladığını izah edərək soruşur:
- Mənim istədiyim məbləğin müqablində, qapınızın qarşısında 200.000 dollar dəyərində Rolls Royce avtomobilim var, bunu sizə təminat olaraq verirəm, 3 həftə sonra 5.000 dolları və faizini ödədikdən sonra avtomobilimi geri alaram, belə bir həll sizə uyğundurmu?
Bank nümayəndəsi bunu dərhal sevinclə qəbul edir, adamın Rolls Roycesi bankın qarajına park edilir və adam arzu etdiyi 5.000 dolları götürüb gedir.
3 həftə sonra, adam həmin bank nümayəndəsinin yanına gəlir, 5 min dollar borcu və 3 həftəlik müddət üçün hesablanan 15 dollar 42 sent faizi ödəyir. Müştəri, Rolls Royce ilə  bankdan ayrılmaqdaykən, bank nümayəndəsi bir az utancaqlıqla soruşur:
- Üzr istəyirəm, sizin kimi imkanlı bir adam necə ola bilər ki, kredit kartı ilə ala biləcəyi 5.000 dollar üçün 200.000 dollar dəyərindəki Rolls Royce avtomobilini girov qoyub 5.000 dollar kredit alır?
Müştəri tövrünü pozmadan deyir:
- Yaxşı siz Nyu Yorkda Rolls Roycemin başına bir şey gəlməyəcəyindən bu qədər əmin olduğunuz və 3 həftəlik park ödənişinin 15 dollar 42 sent tutduğu başqa bir park yeri bilirsinizmi?..

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac