Xəbər lenti

 Şrift:

                Dünyanın maraqlı xalqları
                                                  
                                                          Tuareqlər

     Tuareqlər, çox unikal bir mədəniyyətə sahib olan və Şimali Afrikada yaşayan bir xalqdır. Müsəlman olmalarına baxmayaraq, İslamdan əvvəlki ənənələrini qoruyub saxlamışlar və çox maraqlı bir mədəniyyət yaratmışlar. Bu kultun ən fərqli xüsusiyyətlərindən biri, qadınların cəmiyyətdəki yeridir.

     Tuareqlər Quzey Afrika Bərbərilərinin bir qoludur.

     Bir milyondan çox əhalisi var.

     Burkina Faso Cəzayir, Liviya, Mali və Nigeriya arasındakı böyük bir ərazidə yaşayırlar.

     Minlərlə ildir köçəri həyat tərzi yaşayırlar. Dəvə belində səhralardan keçir, çadırlarda yaşayırlar. Bununla belə çox orijinal mədəniyyətə sahibdirlər.

     Müsəlman ərəb ordularının onların yaşadıqları əraziyə gəlmələrilə İslamı qəbul etmişlər. Ancaq digər tərəfdən min illər boyunca öz ənənələrini qoruyaraq kultural bir sintez yaratmışlar.

 

     Mədəniyyətlərinin ən fərqli xüsusiyyətlərindən biri qadınların cəmiyyətdəki yeridir. Bu baxımdan, dünyanın bir çox xalqları onlarla müqayisə edilə bilər.

     Anasoik struktur olan Tuareq cəmiyyətində qadınlar mümkün olduğu qədər sərbəstdirlər.

    Tuareqlər ailəsində başçı qadındır. Çadırlar və heyvanlar qadınlara aiddir. Soy qadından keçir.

    Qadınların evlilikdən əvvəl istədikləri qədər çox sevgililəri ola bilər. Ancaq çox ciddi bir məhrəmiyyət qaydasına riayət edilməsi şərtdir: gənc kişi, gənc qızın çadırına gecə qaranlıqda görünmədən girməli və səhər Günəş doğulmadan ayrılmaq məcburiyyətindədir.

    Qadınlar evli olduqda hüquqlarını itirmirlər, boşanmaları sərbəstdir. Çadırlar və sərvət, boşandıqları zaman qadında qalır. Boşanmış kişi əlləri boş halda dəvəsinə minir və anasının çadırına qayıdır.

   Boşanmış qızları üçün ailələr şənliklər təşkil edirlər və bununla da qızlarının yeni bir nigah üçün sərbəst olduğunu bildirirlər.

   Tuareqlərin gündəlik həyatlarındakı ən maraqlı cəhət kişilərin üzü örtülü gəzmələridir!

   Digər İslam cəmiyyətlərində qadınların üzünün örtülməsi əsas olduğu halda, bu cəmiyyətdə kişilər örtüklü gəzməlidirlər! Yetkin kişilər, kənar və evlilik yoluyla qohum olduqları insanların yanında mavi bir örtük taxırlar. Onlardan bu şaşırdıcı ənənənin səbəbini soruşduqda "qadınlar gözəldir, onların üzünü görmək istəyirik" bildirmişlər.

   Ancaq bu gün Tuareqlərin mədəniyyəti az və ya çox halda erroziyaya uğramışdır.

   Köçərilikdən şəhər həyatına qədəm qoyan, qonşu İslami toplumlarla fərqliliklərin yaratdığı narahatlıqlar, inkişaf edən texnologiyayla dünyanın digər xalqlarının həyatlarını öyrənmələri bəzi ənənələrin zəifləməsinə səbəb ola biləcək kimi görünür. Bir çoxları Tuareqlər mədəniyyətinin dünyanın digər xalqlarına görə geri qaldığını və yanlış olduğunu belə hesab edirlər. Son illərdə öz dilini unudaraq, ərəb dilində danışmaq istəyənlərin də sayı artmışdır.

   Persona.az

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac