Xəbər lenti

 Şrift:

 Ağcabədidə keçirilən kitab sərgisindən xatirələr

 

 


 

 

Həmişə fikirləşirəm ki, görəsən, kitablarsız həyat olardımı? Əgər olsa da, çox sıxıcı həyat olardı. Son zamanlar nədənsə mütaliəyə  maraq azalıb. Ona görə də,  ziyalılarımız kitab oxumağa marağı artırmaq üçün tədbirlər, sərgilər keçirirlər.

27 aprel 2017-ci il tarixində iştirak etdiyim Ağcabədi rayonu Heydər Əliyev mərkəzində keçirilən sərgi  də bu qəbildəndir. Qeyd edim ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü  ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində 27 aprel 2017-ci il tarixində Heydər Əliyev Mərkəzinin qarşısında kitab sərgisi də keçirildi.

 

3 hissədən ibarət olan sərginin birinci hissəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, ikinci hissədə Ağcabədi rayonunun ədəbiyyat, elm və mədəniyyət xadimlərinin kitabları, üçüncü hissədə isə çağdaş ədəbiyyat nümayəndələrinin kitabları sərgiləndi.

 

 


 

 

 

Sərgi müddətində Ağcabədi şəhər Uşaq Musiqi məktəbinin şagirdlərinin iştirakı ilə baş tutan fləşmob izləyicilərin marağına səbəb oldu. Daha sonra 5 və 8 saylı şəhər körpələr evi uşaq bağçasının fidanları öz rəqsləri ilə tədbirə rəng qatdılar.

 


 

Elə bir sərgi olmaz ki, orada yazarlar iştirak eləməsin. Elə bu sərgidə də bir çox şairlər və yazarlar, o cümlədən, şairə xanım Məhsəti Musa, həmişə gənc yazarlara yol göstərən, gənc yazarların stimulyatoru şair Gündüz Sevindik, gənc şairə Minə Turan, gənc şair, "Nənəmin kürdüləri" şeirlər kitabının müəllifi Saqif  Zeynal, yazar xanım Tahirə İsaqızı və digərləri də iştirak edirdilər. Mən və sərginin digər iştirakçıları isə, şübhəsiz, bunu bir fürsət olaraq dəyərləndirdik və əlimizə düşən fürsətdən bacardığımız qədər istifadə elədik. Sərgiyə təşrif buyurmuş şair və yazarlarla görüşmək və onların imzalı kitablarını əldə eləməyə nail ola bildik.

Hələ bunlar harasıdır ki? Sərgidə viktorina da keçirildi, suallara doğru cavab verənlərə müxtəlif kitablar hədiyyə edildi. Bu arada, onu da deyim ki, qaliblər arasında mən də var idim. Suallardan birinə doğru cavab verdiyimə görə Teymur Muğanlının "Salama ehtiyac" kitabını, Məhsəti xanımın “Salam, Allahım, salam”, Saqif bəyin “Nənəmin kürdüləri”, Tahirə xanımın “Salama ehtiyac” kitablarını hədiyyə qazandım. Çox xoşbəxtəm, düzünü desək. Belə sərgilərin tez-tez keçirilməsini arzur edirəm. Tez-tez keçirilsin ki, biz də iştirak edib kitab əldə edək.

Sonda deyim ki, sərgi olduqca əyləncəli və maraqlı keçdi. Sonda qələm sahibləri ilə xatirə şəkilləri çəkdirməyi də unutmadım.

 

 

 


 

 

 

Hazırladı: Rüqəyya Əlizadə

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Köşə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac