Xəbər lenti

 Şrift:

  Məşhur Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun generalı, Fransa Respublikasının birinci konsulu Napoleon Bonapart əslində italyan əsilli imiş. Hətta onun italyan olduğuna və uşaqlıqda Fransaya nifrət etdiyinə dair bir çox iddialar vardır. Çünki o, Korsikada doğulmuşdu və məşhur sərkərdə olduğu illərdə bu ada, italyanların əlindən fransızların əlinə yenicə keçmişdi.


  Məşhur ingilis alimi, fizik İsaak Nyutonun ölümündən sonra, şəxsi qeydləri arasından onun kimya, astrologiya və gizli elmlər haqqında yazılmış minlərlə səhifədən ibarət qeydləri tapılmışdır. 


  Dünyanın ən məşhur idman markalarından olan Adidas və Puma, əslində II DÜnya Müharibəsindən əvvəl eyni ayaqqabı fabrikini işlədən, amma müharibədən sonra küsərək bir-birindən ayrılan və fərqli fabriklər yaradan iki qardaşa aiddir.
Qardaşlardan Adolf Dassler, Adidas adı altında işini davam etdirmiş, Rudolf Dassler isə Pumanı yaratmışdır. Hər ikisinin də mərkəzi Almaniyanın Herzogenaurach şəhəridir.


  Məşhur alman bəstəkarı Lüdviq Van Bethovenin həm kar, həm xoşagəlməz davranışlı və həm də ölümünün səbəbi "Cam Armonika" (Klassharmonika) adlanan bir musiqi aləti idi. Bu alətin, 18-ci əsrdə  Benyamin Franklin  mexaniki versiyasını icad etmiş və "armonica" (armonika) adını qoymuşdur. İtalyanca "armonica" harmoniya deməkdir. Barmaqların ısladılmasından sonra fırlanan qurğu, üzərindəki stəkanlara sürtünərək səs çıxararmış.
Bethovenin güllədən zəhərlənərək öldüyü onsuz da məlum idi, ancaq bu zəhərlənməyə çay balıqlarının səbəb olduğu ehtimal edilmişdi. Halbuki Bethoven, xəstələnməzdən öncəki vaxtlarında klassharmonika iləhəddindən artıq çox məşğul olmuşdu. Hansı ki, bu alət sağlamlıq baxımından çox təhlükəli olan gülləli şüşədən hazırlanmışdı. İnsanların havalanmasına və ölümünə səbəb olan bu alət sonradan qadağan edilmiş, gülləli şüşə əvəzinə, kristal şüşə istifadə olunmağa başlanmışdır.


  XVIII əsrdə macərapərəstliyi və eşqbazlığıyla məşhur olan, politikadan fəlsəfəyə, casusluqdan sehrbazlığa qədər əlindən hər iş gələn və adı bu günümüzə miras qalan italyan Giacomo Casanova ömrünün son illərini, sevilmədiyi bir qalada kitabxanaçı kimi yaşamış və səs-səmirsiz dünyadan köçmüşdür.


  Qədim Misirin kraliçası Kleopatra düz doqquz dil bilirmiş.


  XIX əsrdə "Nuremberqli kiçik adam" kimi tanınan Matthev Birchinger adlı bir adam dörd musiqi alətində tam qüsursuz çala bilir, çox ustalıqla xəttatlıq edir, bu günün özündə kimsənin baş aça bilmədiyi sehrbazlıq ouynları çıxarırdı. Təəccüblüsü odur ki, bu adamın qolları və beldən aşağısı yox idi. Boyu, cəmisi 73 sm idi.


  Məşhur detektiv yazıçı, "Şerlok Holms" əsərinin müəllifi Artur Konan Doyl, əslində bir göz həkimi imiş.


  Hindistan müstəqillik hərəkatının siyasi və ruhani rəhbəri Mahatma Qandinin ilk vətəndaş oyanışı, düşünüldüyü kimi Hindistanda deyil, Cənubi Afrikada baş vermişdi.
Burada işlədiyi illərdə, ağ olmayan irqlərə qarşı göstərilən ayrı-seçkilikdən bir hindli kimi o da öz nəsibini almışdı. Bir gün qatarla səfər etdiyi zaman, birinci yerə bileti olduğu halda üçüncü yerə keçirilmiş və o, etira edərkən qatardan bayıra çıxarılmışdır. Bu kimi hadisələr siyasi baxımdan onun üçün bir dönüş nöqtəsi olmuşdur.
Qandi ilk dəfə Cənubi Afrikada yaşayan hindlilərin vətəndaş haqları uğrunda mücadilə etmişdir.


  Elm və sənət sahəsindəki çalışmalarıyla məşhurlaşan Leonardo do Vinçi bir vegeterian və heyvan haqlarının müdafiəçisi idi. O, qəfəsə salınan quşları alır, sonra da azadlığa buraxırdı.


  Dünya şöhrətli rus bəstəkarı Aleksandr Borodin əsasən kimyaçı alim idi. O, ömrünün sonunacan hər iki sənətini bir arada inkişaf etdirməyə çalışıb.


Persona.az


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac