Xəbər lenti

 Şrift:
Dünyanın en zengin gelini 9.resim
     Cənubi Asiyanın neft kralı Bruney Sultanı Hassanal Bolkiah, kiçik oğlu Şahzadə Əbdül Malikə "Minbir gecə nağılları"ndaki kimi möhtəşəm bir toy edib. Toy Cənubi Asiya ölkəsinin paytaxtı Bandar Seri Beqavandakı 1788 otaqlı sarayda reallaşıb. Saraydakı ehtişam göz qamaşdırıb. İyirmi iki yaşlı gəlin və otuz bir yaşlı bəy, qızıl taxta əyləşərkən, gəlinin boynuna taxılan, yumurta böyüklüyündə zümrüd daşlarla bəzədilmiş boyunbağı, brilyant və qiymətli daşlarla bəzədilmiş tac diqqət çəkib.
   Kiçik bir ada ölkəsi olan Bruneyi 1968-ci ildən bu günəcən idarə edən Hassanal Bolkiahın 40 milyard dollar sərvəti, 3 arvadı, 5 oğlu, 7 qızı var. Şahzadə Malik, Sultanın altıncı uşağı, anası isə kralın ilk həyat yoldaşıdır.Dünyanın en zengin gelini 16.resimDünyanın en zengin gelini 11.resim

 Şrift:

              
                         Onsuz da öləcəyəm, elmə bir faydam olsun...

    Genetik əzələ əriməsi xəstəliyi olan otuz yaşlı rus Valeri Spiridonov, dünyada ilk dəfə baş verəcək baş nəqli əməliyyatına könüllü razılıq verib. Ölüm ehtimalını gözə alan Valeri, nəticə nə olursa olsun bununla elmə bir fayda verə biləcəyini söyləyib.
    Doğuşdan bədənindəki əzələlərin 90 faizi işləmədiyi üçün əlil kolyaskasında yaşayan 30 yaşlı Valeri Spiridonov, çox təhlükəli bir əməliyyata hazırlaşır.

Ardını oxu...

 Şrift:
Dünyanın en zengin 15 doktoru 15.resim
        Patrik Soon Shionq / Xərçəng mütəxəssisi / Sərvəti 12 milyard dollar

Dünyanın en zengin 15 doktoru 14.resim
    Tomas Frist / Ümumi cərrah / Sərvəti 7 milyard dollar

Dünyanın en zengin 15 doktoru 13.resim
        Fillip Frost / Dermatoloq / Sərvəti 3.8 milyard dollar

Dünyanın en zengin 15 doktoru 12.resim
          Vu Yinq / Əczaçı / Sərvəti 1.7 milyard dollar

Dünyanın en zengin 15 doktoru 11.resim

  Qari Mixelson/ Ortopedik cərrahı/ Sərvəti 1.55 milyar dolar

Dünyanın en zengin 15 doktoru 10.resim
              Dr. Phil / Psixoloq / Sərvəti 280 milyon dollar

Dünyanın en zengin 15 doktoru 9.resim
  Ceyms Andrevs / Ortopedik cərrah / Sərvəti 100 milyon dollar

Dünyanın en zengin 15 doktoru 8.resim

Ardını oxu...

 Şrift:


    Ağ Ev, prezident Barak Obama və həyat yoldaşı Mişel Obamanın 2014-ci il ərzində olan gəlirlərini açıqlayıb. Obama cütlüyü 2014-cü ildə 477 min 383 dollar qazanıb. Bunun müqabilində isə Obama ailəsi 93 min 362 dollar isə gəlir vergisi ödəyib.

Ən böyük gəliri Prezidentlik maaşı olan Obama, bu vəzifəsindən illik 400 min dollar əldə edir. Obamanın maaşından kənar cütlüyün ən böyük gəlir mənbəyi isə prezident Obamanın 1995 və 2006-ci illərdə yazdığı iki kitabın satışlarından qazandıqlarıdır. Ancaq açıqlanan rəqəmlərə görə Obamanın kitablardan əldə etdiyi gəlir hər il azalmaqdadır.
Obama cütlüyü, ötən il cəmi 33 yardım təşkilatına 70 min 712 dollar hədiyyə edib.
Obama ailəsi 2012-ci ildə 662 min dollar qazandığı halda, 2013-cü ildə isə 503 min dollar gəlir əldə etmişdi. Barak Obama, ən yüksək gəliri isə prezident kreslosuna oturduğu 2009-ci ildə əldə edib. Obama o il kitab satışları və Nobel Sülh Mükafatına layiq görülməsiylə 5,5 milyon dollarlıq gəlir əldə etmişdir.

 Şrift:


                             Mixail Timofeyeviç Kalaşnikov


     Rəsmi adı “AK-47” olan, amma dünyada "Kalaşnikov" kimi tanınan və ən çox istifadə olunan silahın ixtiraçısı rus mühəndis Mixail Timofeyeviç Kalaşnikovun keçən il dekabr ayında 94 yaşında ölməzdən 6 ay əvvəl Rusiya Ortodoks Kilsəsinin Patriarxı Kirillə xitabən yazdığı məktubda, məşhur silah ixtiraçısının, həyatı boyunca "vicdan əzabı" çəkdiyini, yaratdığı silahla, düşmən olsalar belə, insanların ölümündə özünü günahkar hesab etdiyini yazıb.

Ardını oxu...

 Şrift:

    Antibiotik, xəstələnərkən çox vaxt heç həkimə getmədən içdiyimiz dərmanlardan biridir. Yaxşı, bəs insan həyatı üçün bu qədər əhəmiyyətli olan bir dərman necə kəşf edilib?

Pensillin, antibiotik qrupuna aid dərmanların ilk nümunəsidir. 1928-ci ildə kəşf ediləndə əksər xəstələr üçün yeni bir ümid olmuşdu. Çünki həkimlər və kimyaçılar infeksion xəstəliklərin qarşısını ala bilmək üçün, xəstələrin sağlamlığına zərər vermədən mikrobları öldürə biləcək bir maddə axtarırdılar. Hərçənd kirəcqaymağı, yod və bu cür bir kimi bəzi maddələrin mikrobları öldürdüyü məlum idi, amma bu maddələr səhv istifadə olunduqda və ya yüksək dozada verildikdə xəstələri da zəhərləyə bilirdi.

Fleminq bir təcrübə üzərində çalışarkən laboratoriyasının qarşısındakı bardan uçub gələn bir kif, mikroskop şüşəsinin üstünə qonur. Nəticə heyrətedici idi; Fleminq, "Penicilim notatum" adlı yaşıl kifin qonduğu hissədəki bakteriyaların öldüyünü görür.

1939-ci ildə, Oksfordda Hovard Florey və Ernst Çain bu maddəni araşdırıb, tərkibini müəyyən etməyi bacarılar və buna "penicilin" adını verirlər. Bu maddə, öldürücü bakterial xəstəliklərlə mübarizə apara bilən ilk antibiotik kimi tarixə düşür.
Fleminq və digər iki alim, 1945-ci ildə Nobel Mükafatına layiq görülürlər.

 Şrift:


                              Çarlz DİKKENS


    Məşhur ingilis yazıçısı Çarlz Dikkensin ədəbiyyata ilk addımını necə atdığı məlum olub.

Gəncliyində aşiq olduğu Mariya Beadnellə şeirlər yazaraq ədəbiyyata ilk addımlarını atan Dikkenslə bağlı həqiqətlər, Mariya Beadnellın şəxsi albomundan çıxan erkən dövr eşq məktublarından məlum olub.

Ardını oxu...

 Şrift:

 
    İngiltərədə "Zəncirli Kitabxana" adlanan kitabxana mövcuddur. Kitabxana, hər il eyni vaxtda, yalnız təmizlik məqsədilə qapılarını açır. Kitabxananın  adı, xüsusilə 18-ci əsrdə məşhur olan kitabların zəncirlənərək rəflərə bağlanmalarıyla bağlıdır.

Kitabxanada 227 ədəd orta əsrlərdən qalma əl yazmalarla birlikdə, ümumi 1500 ədəd kitab var.

Kitabxananın ən qiymətli parçası hesab edilən kitab isə XII əsrdən qalma Əhdi-Ətiqin əlyazmasıdır...

 Şrift:

      
                           Ən uzun boylu insan: Robert Vadlov


 

    Robert Perşinq Vadlov (22 Fevral 1918 - 15 iyul 1940), tibb tarixində tanınmış ən uzun boylu insandır. ABŞ-ın Alton şəhərində, Illinoisdə doğulduğu üçün Alton nəhəngi kimi də tanınırdı. Öləndə boyu 2,72 m, çəkiisi isə 220 kq idi. Uzun boyu və durmadan böyüməsi "pituiter hipertofisi" (Hipofiz vəzinin həddindən artıq böyüməsinə) və həddindən artıq böyümə hormonuna görə idi və bu,onun, ölüm vaxtına qədər durmadan böyüməsinə səbəb olmuşdu.

Robert,  22 fevral, 1918 –ci ildə ABŞ-da bir ailənin beş övladından biri və ilk övladı kimi doğulub.

1936 – cı ildə Alton Liseyinin məzunu olduqdan sonra, hüquq sahəsində təhsil almaq üçün sənədlərini Shurtleff Kollecinə verir. 1937-ci ildə 2.6 m boyu ilə bütün dövrlərin ən uzun boylu insanı rekordunu qırır!

Ayaqqabıları hələ də ABŞ-ın, “Alton İncəsənət və Tarix muzeyi” daxil olmaqla, müxtəlif bölgələrində sərgilənir. Ayaqqabıları ona, reklamçılıq üçün pulsuz verilirdi. Ömrünün son illərində, artıq, onun uzun boyunu qaldırmağa bədəninin gücü çatmırdı . Yerimək üçün ayaqlarına kömək edəcək şeyə ehtiyacı vardı və ayaq və qıçlarında çox az hissiyyatı qalmışdı. 27 iyun, 1940-cı ildə, yəni ölümündən, yalnız 18 gün əvvəl boyu, həkimləri tərəfindən Vaşinqton Universitetinin Tibb Fakültəsində ölçülüb. Bu vaxt onun boyu 2.72 m idi. Öldüyü vaxt o, Amerikanın ən məşhur insanlarından idi.

4 iyul 1940-cı ildə Milli Meşə Festivalında nümayiş zamanı qıç protezlərindən biri ayağını vurur. Yara yerində əmələ gələn qabarcığa baxarkən ayağına infeksiya düşür. Həkimlərin təcili əməliyyatlarına və müdaxilələrinə baxmayaraq Robert, 15 iyulda 22 yaşında yuxudaykən ölür.19 iyul, 1940 – cı ildəki cənazə mərasiminə, təxminən 40.000 adam qatılır. Tabutu yarım ton ağırlığında olduğundan 12 adam tərəfindən aparılması gərəkir.

 Robertin ailəsi, onun cənazəsinin müqəddəsliyinə inandığından, cənazənin oğurlanması və ya narahat edilməsinin qarşısını almaq üçün, cənazənin betonla örtülməsini istəyib.

Persona.az

     Fotoları böyütmək üçün üstünə vurun!

Ardını oxu...

 Şrift:

   Katolik xristianlarının dini lideri Papa Frankis, Pasxa Bayramı ərəfəsində İtalyanın paytaxtı Romanın Rebibbia Həbsxanasında bir çox millətdən olan qadın və kişilərdən ibarət 12 məhkumun ayaqlarını yuyaraq öpüb. Kasıblara xidmət etmək istədiyini söyləyən Papa, Hz. İsanın, çarmıxa çəkilməzdən bir gün əvvəl, sevgisini bildirmək üçün 12 həvarisinin ayağını yuduğunu xatırladıb.

Sayğac