Xəbər lenti

 Şrift:
Orta əsrlərin ən böyük kitabı olduğu hesab edilən "Codex gigas" "Şeytanın İncili" kimi tanınır.  22 sm qalınlığında və 92 sm uzunluğunda olan kitabın cildlənməsi üçün, təxminən 160 heyvan dərisindən istifadə olunduğu təxmin edilir ... Təxminən 74 kiloqram olan bu kitabın necə yazıldığı hələ məlum deyil. Əfsanəyə görə, XIII əsrdə Pozlazice Monastırında olan bir keşiş, işlədiyi ağır bir cinayətə görə diri-diri divara hörülmə cəzasına məhkum edilmişdir... Benedikt təriqətinə mənsub keşiş xilas olmaq üçün bir gecədə, monastıra şöhrət gətirəcək və onun özünün də günahlarını bağışladacaq bir şah əsər yazmağa söz vermişdir. Sözünü gerçəkləşdirməyin qeyri-mümkünlüyünü anlayınca şeytandan kömək istəmişdir. Təqdir etmək üçün də, kitabda "ona kömək edənin" illüstrasiyasını çəkmişdir ... İsveç Kral Sarayında qorunan bu böyük xəzinə indiyə qədər yalnız bir neçə dəfə xalqın ziyarətinə açılıb... Orijinalı 640 səhifə olan, lakin bu gün 624 səhifəsinin yaxşı vəziyyətdə olduğu əlyazması, Berlin və Nyu-Yorkda da sərgilənib.... Xüsusi ziyarət otağına, hər dəfə 10 adam buraxılır, onların da, yalnız 10 dəqiqə qalmalarına icazə verilir.



 Şrift:

Doğrudurmu, yanlışdırmı, bəlli deyil; ancaq 1500-cü illər İngiltərəsiylə əlaqədar əldə etdiyimiz çox maraqlı məlumatları təqdim edirik:

Nə zamansa İngiltərəyə səfər etsəniz, əllərinizi yuyarkən suyun istiliyi tam istədiyiniz kimi olmadıqda, qədimdə İngiltərədə bu işlərin necə səhmana salındığı haqda düşünün.

1500-cü illərdə İngiltərədə insanların çoxu iyun ayında evlənirdilər. Çünki illik hamamlanmalarını may ayında edirdilər, iyunda isə elə də pis qoxumurdular. Amma yenə də iy verməyə başladıqları üçün gəlinlər, bədənlərindən gələn pis qoxunun qarşısını almaq məqsədiylə, əllərində gül buketi gəzdirirdilər.

Hamamlar, içi isti su ilə doldurulmuş böyük bir qabdan ibarət idi. Evin kişisi təmiz suyla yuyunma imtiyazına sahib idi. Ondan sonra oğulları və digər adamlar, daha sonra qadınlar, sonra uşaq və ən sonda da körpələr eyni suda yuyunurdu. Bu zaman su o qədər çirkli olurdu ki, içində, həqiqətən nəyi isə itirmək mümkün idi.

Ardını oxu...

 Şrift:


                                              Al KAPONE


    Dünyada çox az qeyri-qanuni təşkilat lideri onun qədər məşhur olub, ölümündən illər sonra belə məşhurluğunu qoruyub saxlamışdır. Söhbət, təbii ki, həyatı, Hollivudda dəfələrlə filmlərin mövzusuna çevrilmiş Al Kaponedən, gedir.  
    Al Kapone həyata necə başladığını bu sözlərlə anladır; "Uşaqkən, hər axşam yatmazdan əvvəl Tanrıya, mənə bir velosiped verməsi üçün dua edərdim. Bir gün Allahın iş tərzinin bu olmadığını anladım.

Ardını oxu...

 Şrift:

  Dünyanın ən yaşlı insanı kimi qeyd olunan 122 yaşlı vyetnamlı qadın Nguyen Thi Tru, əgər 1 il də yaşasa, moldovalı iş adamı Dmitri Kaminskinin vəd etdiyi 1 milyon dollarlıq mükafatı qazanacaq.

19-cu, 20-ci və 21-ci əsri görən qadın, əgər 123 yaşına qədəm qoya bilsə dünyanın ən yaşlı insanı adına da sahib olacaq. O, hazırda ölkənin ən yaşlı qadını kimi tanınır və Vyetnam Hökuməti tərəfindən Ginnesin Rekordlar kitabına düşməsi üçün, qadının doğum tarixilə bağlı sertifikat verilmişdir.

122 yaşlı vyetnamlı qadının 11 uşağından yalnız 2-si yaşayır...  Həyat yoldaşı 1963-cü ildə vəfat etmişdir. Qadın özü isə uzun ömür yaşadığından heç də məmnun olmadığını və özünü xoşbəxt sanmadığını deyir. Eyni zamanda uzun yaşamasına səbəb kimi, daim nikbin ruhlu olmasını, insanlara kömək etməklə özünü rahat və xoşbəxt hiss etməsini, sağlam qidalanmasını göstərib.


  Ailə üzvlərinin bildirdiyinə görə, yaşlı qadın indiyə qədər heç bir xəstəlik keçirməyib.

Ginnesin Rekordlar kitabına görə, dünyanın ən yaşlı adamı Yaponiyadakı Misao Okava idi və o, bu ayın əvvəlində, 114 yaşında vəfat edib.


 Şrift:

                           

                                        Zəhər

      Uzun illər öncə Çində Li-Li adlı bir qız ərə gedir və eyni evdə əri və qaynanası ilə birlikdə yaşamağa başlayır. Lakin az müddət sonra qaynanası ilə dolanmağın çox çətin olduğunu anlayır. İkisinin də, biri-birindən tamamilə fərqli xasiyyəti olduğundan onlar tez-tez mübahisə etməyə başlayırlar. Bu, Çin ənənələrinə görə xoş bir davranış deyil və ətraf mühitin olduqca reaksiyasına səbəb olur.
Bir neçə ay sonra, səngimək bilməyən gəlin - qaynana döyüşlərindən ev bir cəhənnəmə dönür. Artıq nəsə bir şey etmək lazım olduğuna inanan gənc qadın, öz atasının köhnə bir dostu olan ədviyyatçının yanına gedir və dərdini danışır. Ədviyyatçı ona bitkilərdən hazırladığı bir dərman verir və bunu üç ay boyunca hər gün az-az qaynanası üçün hazırladığı yeməklərin içinə tökməyini tapşırır. Zəhər az-az veriləcək, beləcə onu gəlinin öldürdüyü bəlli olmayacaqdı.Ədviyyatçı gənc qadına, heç kimin və ərinin də şübhələnməməsi üçün qaynanasıyla çox gözəl davranmağı, ona ən gözəl yeməklər hazırlamağını tapşırır.
   Sevinc içində evə dönən Li-Li ədviyyatçının dediklərini eynilə tətbiq edir. Orta hesabla hər gün ən gözəl yeməkləri hazırlayaraq, zəhəri qayınanasının qabına az-az damcıladır. Kimsənin şübhələnməməsi üçün, eyni zamanda onunla çox yaxşı davranır. Bir müddət sonra qayınanasının çox dəyişdiyini və onunla öz qızı kimi davrandığını görür. Evdə artıq sülh küləkləri əsirdi.
    Gənc qadın özünü ağır bir yük altında hiss edirmiş kimi, peşiman halda yenidən ədviyyatçının yanına gedir və ona, bu ana qədər qaynanasına verdiyi zəhəri onun qanından təmizləyəcək bir iksir verməsi üçün yalvarır. Qayınanasının ölməyini, artıq istəmirdi.
    Ədviyyatçı, qarşısında danışıb ağlayan Li-Liyə baxır, qəhqəhəylə gülməyə başlayır və deyir: "Sevimli Li-Li, sənə verdiklərim, yalnız vitaminlər idi. Olsa - olsa qayınananı, daha da gücləndirəcəkdi. Əsl zəhər isə sənin beynində olan idi. Sən onunla yaxşı davrandıqca beynindəki zəhər də dağıldı və yerini sevgiyə verdi, beləcə siz, həqiqətən bir ana və qız kimi oldunuz.

Qədim Çin atalar sözüdür: "Gül verən əldə, gül qoxusu qalar".
Sevilən insan, sevgisini insanlara verən insandır".

 Şrift:


1. “Televiziya” sözü, yunanca uzaq mənası verən “tele” və Latınca görmək mənası daşıyan “visio” sözlərindən törəmişdir.

2. Müasir dünyamızda insanların, saatlarla qarşısında otura bildiyi televiziyanı icad edən adam, şotland ixtiraçı Con Berdindir.

3. Şotland ixtiraçı ilk televiziyanı hazırlarkən, pulu olmadığı üçün sink və çay tənəkəsindən istifadə etmişdir.

4. İlk televiziya nümayişi 1926-ci ildə Londonda reallaşmışdır.

Ardını oxu...

 Şrift:

Bir rəssamın şagirdi təhsilini başa vurur. Ustad rəssam, şagirdini uğurlayır. Ona "Çəkdiyin son rəsmi, şəhərin ən izdihamlı yerində qoy. Yanında da bir qələm qoy. İnsanlardan, rəsminin bəyənmədikləri yerlərinə bir işarə qoymalarını xahiş edən bir yazı yazmağı da unutma" - deyir.
    Şagird, bir neçə gün sonra çəkdiyi rəsmə baxmağa gedir. Rəsmin işarələr içində olduğunu görüncə kədərlə ustadının yanına qayıdır. Ustad rəssam ona, kədərlənməməyi, yenidən rəsm çəkməyə davam etməyini tövsiyə edir.
   Şagird rəsmi yenidən çəkir. Ustad, yenə rəsmi şəhərin ən izdihamlı yerində və bu dəfə yanında bir palitra dolusu müxtəlif rənglərdə boya ilə bir neçə fırça qoymağını da tapşırır. Yanında da, insanlardan, bəyənmədikləri yerləri düzəltməyi xahiş edən bir yazı yazmağını təklif edir.
   Şagird deyiləni edir. Bir neçə gün sonra görür ki, rəsminə heç toxunmayıblar. Sevinclə ustadının yanına qaçır.
   Ustad rəssam deyir:

   "İlk dəfə, insanlara fürsət veriləndə nə qədər rəhmszicəsinə bir tənqid yağışına tuş olduğunu gördün. Ömründə rəsm çəkməyən insanlar belə gəlib sənin rəsmini qaraladı. İkinci dəfə, onlardan müsbət, konstruktiv, obyektiv olmalarını istədin. Konstruktiv olmaq təlim tələb edir. Heç kəs bilmədiyi bir şeyi düzəltməyə cəsarət edə bilmədi.
    Əməyinin qarşılığını, nə etdiyini bilməyən insanlardan ala bilməzsən. Dəyər bilməyənlərə, əsla əməyini təqdim etmə. Əsla bilməyənlə mübahisə etmə.


 Şrift:

Şamanizmin İslam dininə keçməsi əsrlər öncəyə gedib çıxsa da Şamanizmin, hələ də yaşayan bir çox adət və ənənələri var. Onlardan bir neçəsini xatırladırıq.

Su tökərək yola salmaq:

Gedənin arxasınca su tökmək qədim türklərdə su kultunun doğurduğu bir adətdir.

Şam:

Məscid həyətlərində şam yandırılması, ağaclara bez və köhnəlmiş bez parçası bağlanması da Şamanizm dövründən qalan adətlərdir.

Ardını oxu...

 Şrift:


      Afrikanın məşhur adamyeyən diktatoru Jan Bedel Bokassa (Mərkəzi Afrika Respublikasının diktatoru olmuş Bokassa 1977-ci ildə özünü pərəstişkarı olduğu Napoleona bənzədərək I Bokassa adlandırıb və tacqoyma mərasimi keçirib. Ölkənin adını dəyişərək Mərkəzi Afrika İmperatorluğu adlandırıb. 1979-cu ildə Bokassanı deviriblər və ölkənin adı yenidən Mərkəzi Afrika Respublikası adlandırılıb), 70 - ci illərdə Moskvaya səfəri zamanı xeyli kök olan Brejnyevi görüncə "özündən gedir"...

    Ölkəsinə qayıdan Bedel Bokassanın, Sovet rəhbəri Leonid İliç Brejnyevi çox bəyəndiyi və onu yeməyi düşündüyü məlum olur. Bu hürküdücü həqiqəti ortaya çıxaran isə, düz 17 dəfə evlənən Bokassanın 55 uşağından ən böyüyü olan Lucien olur...

Ardını oxu...

 Şrift:

 
                                   Eduardo Qaleano


    Uruquaylı məşhur yazıçı və siyasi aktivist Eduardo Qaleano, dünən (13 aprel 2015) 74 yaşında vəfat edib. Ustad yazıçının "Verdiyim narahatlığa görə bağışlayın!" başlıqlı məqaləsini paylaşırıq.

 

                    Verdiyim narahatlığa görə bağışlayın!.. 

    Beynimdə ağcaqanad kimi vızıldayan bəzi sualları paylaşmaq istəyirəm.
    Ədalət, adil ola bilərmi? Dünyanın ədaləti ayaqları üzərində tərsmi dayanır? Buşun üstünə ayaqqabılarını atan iraqlı sapatist, üç il həbs cəzasına məhkum edildi. O, daha yaxşısına, bir medala layiq deyildimi?

Ardını oxu...

Sayğac