Xəbər lenti

 Şrift:
    Uzaqgörənliyi və xəstələrə verdiyi şəfa ilə məhşurlaşmış mistik Qriqori Yefimoviç Rasputin, 22 Yanvar 1869-cu ildə, Ural dağlarının yaxınlığındakı Pokrovskoye (Rusiya) kəndində anadan olub. Əkinçiliklə məşğul olan ailəsi kəndin ən sayılıb-seçilən ailələrindən idi. 

Uşaqlığı haqqında çox şey bilinməyən Rasputinin, Mariya adında bir xəstə bacısı və Dimitri adında da bir qardaşı vardı. Mariya, Tuna Çayında boğularaq ölür. 

Bir gün Rasputin və qardaşı Dmitri göl kənarında oyun oynarkən, Dimitri qəfildən suya düşür. 

Ardını oxu...

 Şrift:


      Tarixi XIV əsrə gedib çıxan spirtli içki olan arağın (vodkanın) ilk dəfə harada istehsal olunduğu dəqiq məlum olmasa da, ana vətəninin Rusiya və ya Polşa olduğu ehtimal edilir. Taxıldan hazırlanmış bir içkidən bəhs edən 1405 tarixli ilk yazılı qeydiyyatda isə Polşaya işarə edilir, baxmayaraq, "vodka" sözü, etimoloji olaraq həm rus dilində, həm də polşalılarda öz kökünü tapır.

Ardını oxu...

 Şrift:
Apple məhsullarına çəkdiyi videolarıyla məşhurlaşan blogger "Daniel", iPhone markalı telefonların möhkəmliyini sınaqdan keçirmək istəyib. AK-47 Kalaşnikov avtomat silahdan atılan güllələrin neçə iPhoneni deşə biləcəyini bilmək istəyən Daniel, 6 telefonu arxa - arxaya düzərək atəş açıb. İlk 4 telefonu deşib keçən güllə, beşincinin ortasına batıb qalıb və ən arxadakı telefona heç bir şey olmayıb. Youtubedə 3 milyon dəfə izlənilən videoyla Daniel, iPhonenin nə qədər keyfiyyətli olduğunu sübut etməyə çalışır.

 Şrift:

 
     Bu cür insanlarla şəhərimizin küçələrində az rastlaşmamışıq. Bəlkə də çoxlarımız onların əvvəllər kim olduğunun fərqinə belə varmamışıq. Sadəcə bir “bomj”, “səfil” deyə, bir çoxlarımız onların halına acımadan belə etinasız halda ötüb keçmişik. Amma bir az dərindən maraqlansaq bu cür insanların bir çoxunun nə qədər maraqlı həyat hekayələri olduğunu bilmiş olarıq. Uğursuz sevgisi üzündən küskünləşib həyatın dibinə yuvarlanan, maaddi imkansızlığı, işsizliyi, bəzən də iradəsizliyi, qətiyyətsizliyi üzündən bataqlıqlarda batıb qalan, məhv olan istedadlı insanlardır onların əksəriyyəti. Bax, bu məqamda bu cür insanlara dayaq olmaq, onları həyatın bataqlıqlarından dartıb çıxarmaq, xilas etmək gərəkir. Elə bu xüsusda bir gecədə həyatı tamamilə dəyişən evsiz-eşiksiz bir adamın maraqlı həyat hekayəsindən çox kiçik bir hissəni təqdim edirik.

Bəxtin insanların üzünə nə vaxt güləcəyi bəlli olmur. Eynilə 45 yaşındakı bu adam kimi. Evsiz və küçələrdə yaşayan bu adamın günün birində bəxti üzünə gülür və o, yeni bir həyata qədəm qoyur.

 Steve Rimmer adlı bu ingilis əvvəllər İngiltərənin Mançester şəhərində radioların birində qrupuyla birlikdə akkordeon çalırdı. Ancaq, bir gün qrupu dağılır və Steve işsiz qalaraq küçələrdə yaşamağa məhkum olur. İllər sonra Radio Steveni küçələrdə tapır və 6000 dollar xərcləyərək səfilə çevrilmiş bu adamı normal bir insan halına gətirir. İndi Stevenin radioda daimi bir işi var və eynilə keçmiş günlərindəki kimi xoşbəxtdir.



 Şrift:


    Sahibkarlıq sərhəd tanımır. Bu yöndə bir fransız, ölən adamın qoxusunu ətir olaraq hazırlamağa başlayıb. Alman xəbər kanalı n-tv-nin, "jezebel.com" saytına istinadən verdiyi xəbərə görə, Katia Apalategui adlı fransız, yaxınlarının ölümüylə barışa bilməyən və onların qoxuları üçün darıxan insanlardan ötəri, ölən adamın qoxusunu ətir olaraq istehsal edib.
Xəbərə görə, 52 yaşlı Apalategui, atasının ölümündən sonra ondan qalan fotoşəkil və video kimi materialların atasına olan həsrəti üzündən, atasının qoxusunu yenidən duymaq istəyilə səyahətə çıxır. Bu məqsədlə illərcə sərgilər gəzən, araşdırmalar aparan və parfümericilərlə görüşən Katia Apalategui, "qala" adlı firma yaradaraq, ölü qoxusundan ətir hazırlamağa başlayır.

Ətir üçün, ölən adamın əlbəsəsindəki molekullar müxtəlif kimyəvi əməliyyatlardan keçirilərək köçürülür, arıtlanır, nəhayət spirt içərisində ətir halına gətirilir. Xüsusi qoxuların ətir halına gətirilməsi fikrini inkişaf etdirən Apalateguinin, işləyən analar üçün körpələrinin qoxusunu və ya heyvansevərlər üçün çox sevdikləri heyvanların qoxusunu da ətir olaraq hazırladığı bildirilir.
Xatirələri canlandıran bu xüsusi qoxunun şüşəsi 560 avrodur.


 Şrift:

   Gözəllik, əsrlərdən öncə də, ən azı bu günki qədər mühüm bir mövzu idi. Şah, sultan hərəmxanalarındakı qadınlar niyə bu qədər gözəl idilər? Gözəllikləri üçün nələrə borclu idilər? Bu sualların cavabını sizə təqdim edirik.


   Günün əsas hissəsini hamamda keçirən qadınlar üçün ən əsas şey qüsursuz bir dəriyə sahib olmaq idi. Bunun uzun saatlarla kisələnib ölü dərilərdən təmizlənirdilər. Bu zaman dəriləri, həm daha parlaq, həm də yumşaq olurdu.
Antiseptik olduğuna görə limonu üzlərinə sürtürdülər.

Ardını oxu...

 Şrift:

İnsanların, bəlkə də ən əhəmiyyətli və ən gözəl xüsusiyyətlərindən biri mərhəmət hissinə sahib ola bilmələridir. Naoto Matsumurada isə bu mərhəmət hissi həddindən artıqdır, hətta öz həyatını təhlükəyə atacaq qədər.
Yaponiyanın Fukuşima şəhəri nüvə fəlakətindən sonra geridə çox acılar qoydu. Fukuşimalılar yalnız evlərini deyil, heyvanlarını da atıb getmək məcburiyyətində qaldılar. Sahibsiz qalan bu heyvanları unutmayan 55 yaşlı Naoto Matsumura geri dönür və həyatda qalmış heyvanlara baxmağa başlayır.

Naoto Matsumura hazırda Fukuşimanın yaşamaq qadağan olunmuş bölgəsində tək yaşayır. Baş verən fəlakət zamanı o da qaçmışdı, ancaq sonra atıb getdiyi heyvanların taleyilə maraqlanmaq üçün geri qayıdır.
Əvvəlcə öz heyvanları üçün qayıtsa da, amma daha sonra onun köməyinə ehtiyacı olan çox heyvan olduğunu görür.
55 yaşlı Matsumura radiasiyanın zərərli olduğunun fərqindədir, amma bu, onun eyninə belə gəlmir: "Mənə 30 - 40 ildən sonra öləcəyimi söylədilər. Hər necə olsa belə, onsuz da öləcəyəm və buna görə də belə şeyləri əhəmiyyətsiz hesab edirəm".
   Matsumara yüzlərlə tərk edilmiş inəyin axurlarda bağlı qalaraq öldüyünü görür.
Matsumura sahibləri tərəfindən zəncirənmiş bir halda buraxılan heyvanları da azadlığa buraxıb. Onların bir çoxu artıq bəslənmələri üçün ona ehtiyac duyurlar. 

Hökumət Matsumuranın orada yaşamasına icazə vermir, amma bu belə onu yolundan döndərə bilmir.
 
Matsumura qadağan olunmuş bölgədə yaşamağa 2011-ci ildə başlayıb və 4 ildir ki, bu səyini davam etdirir.
 
Matsumuranın heyvanları bəsləyə bilmək üçün yeganə gəlir mənbəyi isə edilən yardımlardır.
Yardımçıları ona "Fukuşima heyvanlarının qoruyucusu" deyirlər.

 Şrift:


    ABŞ-ın Louisville Üniversittinin  professoru Justin McCarthy, erməni  soyqırımıyla bağlı önəmli açıqlamalar verib.

O, "erməni soyqırımı" iddialarına qarşı Türkiyəylə bağlı, "Bəzən güclü olmaqla yanaşı, uca səslə danışmaq da lazımdır" deyib.

Türklərin güclü olmaqla yanaşı, şərəfli, şikayətçi olmayan kəslər olduğunu söyləyən Justin McCarthy, "Türkü incitsək iki şey edər, ya əhəmiyyət verməz, ya da sərt bir cavab verər. Ağlamaz, özünə acındırmaz" deyib. Bunun yaxşı bir xüsusiyyət olduğunu ifadə edən McCarthy, :"Amma bunun pis tərəfi, çöldəki insanların gözüyaşlı qalmasıdır. Türklərə buna görə aktiv olmalarını tövsiyə edirəm.

Ardını oxu...

 Şrift:

Pul kisəsi oğurladığı üçün Hon - Kongqda nəzarətə götürülən Anders Lindström adlı şəxs, məhkəmənin hökmüylə günahkar qismində, təxminən 6 min kron məbləğində cərimə edilib.

İsveçdə nəşr olunan "Dagens Nyheter" qəzetinin yazdığına görə, əsgər kökənli olan Lindström, 30 il xidmət etdiyi İsveç ordusunda General-leytenant rütbəsinə qədər yüksəlmişdir.

İllik 2 milyon kron (260 min manat) gəliri olan 60 yaşlı Anders Lindström, iş gəzintisi üçün olduğu Honq - Konqdan dönüş üçün hava limanında təyyarəyə minərkən, oğurluqda şübhəli bilinən şəxs kimi nəzarətə alınır.

Lindström daha sonra verdiyi açıqlamada, "Xanımıma hədiyyə almaq üçün hava limanında bir mağazaya girdim. Bir pulqabı gördüm, qeyri - ixtiyari cibimə qoydum. Amma çıxarkən ödənişini etməyi unutdum. Təyyarəyə minərkən polislər məni saxladılar. Bu mənim üçün qorxunc bir təcrübə idi. Həyatımda ilk dəfə özümü bir günahkar kimi hiss etdim" söyləyib.


 Şrift:


     Taivanlı adam sevdiyi qızla 20 il əvvəl qatar stansiyasında görüşmək üçün vədləşir. Qız vədinə xilaf çıxır, ancaq Ah Ji adlı adam o gündən bu günəcən o qızı gözləməkdə davam edir.


     47 yaşlı Taivanlı Ah Jini Tainan Qatar Stansiyasında hər gün görənlər, amma onun eşq macərasını bilməyənlər onu səfil və ağıldankəm biri hesab edirlər.

Ah Ji stansiyanın çıxış qapısı yaxınlığında dayanır, sərnişinlərin bir-bir üzlərini araşdırır. Hər üzdə sevdiyi qızı axtarır, nə yazıq ki, hələ də istəyinə nail ola bilmir.

Belə şeylər, adətən filmlərdə olur.

Ah Jinin yaxınları onun bu halına kədərlənir, onu bu yoldan döndərməyə çalışırlar. Ancaq o, gözləməkdən imtina etmək istəmir.

Həyatını ətrafdakı insanların köməyi ilə davam etdirən Ah Ji üçün şəhərin imkanlı adamları  yığıncaq təşkil edərək, ona gözəl paltarlar alıb, təmizlənməsinə yardımçı olub və yemək təşkil ediblər. Bunların hamısı Ah Jinin bir anlıq kefini açsa da o, yenə də sevdiyi qızı gözləməkdən imtina etməyəcəyini bildirib.

Ah Jinin bu eşq hekayəsi internetdə yayılınca bu sədaqətinə görə virtual aləm ona "Adam Hatiko" adını verib.

Haqında film çəkilən sadiq it Hatiko da, Tokioda hər gün evindən, yaxınlıqdakı qatar stansiyası olan Shibuya Stansiyasına qədər və yenə stansiyadan evinə qədər gedib gələn sahibi Prof.Uenoya yoldaşlıq edir, onu uğurlayır və qarşılayırdı. Ueno vəfat etdikdən sonra da stansiyada dayanaraq, sahibinin dönüşünü gözləməyə davam edirdi.

Sayğac