Xəbər lenti

 Şrift:
Bu il 102-ci yaşlarına qədəm qoyan Pierre və Paul Lanqerok qardaşları 18 Avqustda dünyanın ən yaşlı əkizləri olaraq Ginnesin Rekordlar Kitabına daxil olublar. 8 İyul 1913-cü ildə doğulan əkizlər bütün həyatlarını birlikdə keçiriblər və indiyəcən heç evlənməyiblər. Əkizlərin, bir-birlərinin seçdiyi qızları bəyənmədikləri üçün subay qaldığı bildirilir. Belçikada yaşayan əkiz qardaşların, hüquq sahəsində böyük bir kariyeraları var. Əkizlərdən Paul, "85 yaşımıza yetdiyimiz zaman, həkim müayinəsindən keçmişdik. Həkim bizə 100 yaşa qədər yaşayacağımızı söyləmişdi. Əslində bu qədər yaşlı olmağı istəməzdim" söyləyib.
 Şrift:

Onlar, sanki hələ daş dövründə yaşayırmış kimidirlər. Əyinlərində geyim yoxdur. Ağacların başında yaşayır, yarpaq yeyir və vəhşi heyvanları ovlayaraq qidalanırlar.
Ağac başında yaşamaqlarının səbəbi sellərdən və zərərli canlılardan qorunmaqdır. Bu halda qəbilə üzvlərinə düşmənləri də yaxın düşə bilmir.
Sənədli film prodüsseri olan Leonid Kruglov bu qəbiləni çox yaxından göstərməyi bacarıb.
Korowai qəbiləsi ilk dəfə  2010-ci ildə əhali sayımına daxil edilib. Səlahiyyətlilər, onların sayının 2 min 868 olduğunu bildirib
1970-ci illərdə Johannes Veldhuizen və Henk Venema adlı iki Hollandiyalının başçılıq etdiyi bir missioner qrupla, ilk dəfə Korowai qəbiləsi ünsiyyət yaratmışdır.
Korowai qəbiləsi, tanınan son adamyeyən qəbilə olduğuğuyla bağlı xəbərlərin yayılmasından sonra "məşhurlaşmışdı".

 Şrift:

Anasıyla atasının ayrılmasından sonra qohumlarının himayəsində yaşayıb böyüyən və bu illərdə atasından heç bir xəbər ala bilməyən Diana Kim adlı qız, illər sonra küçələrdə ev-eşiksiz, səfil adamların fotolarını çəkməyə başlayır və bir gün maraqlı bir təsadüf nəticəsində atasını tapır.
Uşaqlıq illərindən yadında qalan xatirələrin köməyiylə, illərdir görmədiyi atasını tanıyan Diananı atası tanıya bilmir.

Şizofreniya xəstəliyinin pəncəsində olan atasından imtina etmir Diana, daim bu talesiz, bədbəxt adama dərman, yemək və geyim alır.

Qızına "Heç kəsi xilas etməyə çalışma. Yalnız özünün və ailənin qayğısına qal" öyüdü verən  və qızının bütün səylərinə baxmayaraq hər hansı bir inkişafa cəhd etməyən adam, gənc qadının israrı nəticəsində həyatına nəzarət etməyə və şizofreniyanın təsirlərinin minimuma endirilməsi üçün müalicə olunmağa razılıq verir.

Həyatını yenidən yoluna qoyan və iş tapan adamın indi tək bir istəyi yetərincə pul yığıb, Cənubi Koreyada yaşayan qızını və onun ailəsini ziyarət etməkdir.

 Şrift:



           Son sularını oğullarına verib öldülər

 ABŞ-ın New Mexico ştatında səhrada avtomobilləri ilə gəzintiyə çıxan zaman avtomobilləri xarab olur və ailənin yanlarındakı suları da bitir. Saatlarla 38 dərəcəlik istidə yol gedən fransız ər-arvad, son sularını da 10 yaşlı oğullarına verir.

Xilasedicilər sonda onları tapır. Amma David və Ornella Steiner adlı cütlüyün öldükləri müəyyən edilir. Oğulları Enzo isə xəstəxanaya çatdırılır. Enzonun vəziyyətinin yaxşılığa doğru getdiyi və Fransadakı nənəsinə veriləcəyi bildirilir.


5 həftəlik tətilləri zamanı ABŞ-ın Qərbini o baş-bu baş gəzmək istəyən David və Ornella Steiner cütlüyüünün, White Sands (Ağ Qumlar) kimi tanınan milli parkda susuzluqdan ölmələri yaxınlarına böyük dərd verib.


Məlumata görə, burada həddindən artıq istidə az suyla gəzmək çox təhlükəlidir. Həmin ərazidə, 2009-ci ildə bir amerikalı qadın, 2011-ci ildə isə bir yapon turist qadın yenə susuzluqdan həyatlarını itiriblər.

Persona.az

 Şrift:

     Amerikanın Binghamton Universiteti və  London Universitetinin ortaq araşdırmasına görə, qadınlar ayrılıqdan sonra daha çox acı çəksə də ətrafındakı yaxınlarından aldıqları dəstəklə qısa müddətdə özlərini ələ ala bilir, kişilər isə illər sonra belə ayrılığın acı təsirindən xilas ola bilmirlər. 96 ölkədən 5705 adam arasında aparılan sorğu nəticəsində, qadınlar ayrılıq sonrası sinir və qorxu yaşadığı halda, kişilər depressiyaya düşürlər.



 Şrift:

                                                         
                                                 Stalinin toyuğu

 
    Stalin yaxın dostlarını iş otağına yığıb söhbət edir. Araq şüşələrinin biri gedib, digəri gəlir. Başları əməlli-başlı dumanlanır.

Stalin qan çanağına dönmüş gözlərini ətrafında yaltaqlıq yarışına girmiş adamlarına çevirərək soruşur:

- Saçlarını qiyamda, xalq içində, dövlət rəhbərliyində, bürokratiyada ağartmış dostlarım, bir deyin görək, xalqın rəhbərliyə baş əyməsi, qeydsiz-şərtsiz itaət etməsi üçün idarəçilər nə etməli, necə davranmalıdırlar?

Hər dumanlı başdan bir səs çıxdı. Kimisi ədalətdən, kimisi haqdan, kimisi demokratiyadan, kimisi sürgündən, ştativdən, həbsdən,.. danışır.

Kütləvi cinayətlərin dahilik səviyyəsindəki qatili Stalin, adamlarının izahatlarını bəyənmir...

Bir qədəh araq da içərək deyir:

- Rəhbərliyi əlinə keçirən hökmdar ən uca varlıqdır!

Ardını oxu...

 Şrift:
ABŞ-da, texaslı iş adamı Ben Wilson, xüsusi təyyarəsiylə Hyustondan etdiyi bir uçuş zamanı 2834 metrlik bir yüksəklikdən iPhone telefonunu salıb. Telefonu Jacksboro adlanan ərazi üzərində saldığını təxmin edən Wilson, eniş etdikdən sonra başqa bir telefonundakı naviqasiyanı tətbiq etməklə iPhonesinin tapmağa çalışıb. Telefondan gələn siqnalı təqib edərək axtarışını davam etdirən Wilson, iPhonesinin bir ağacın yaxınlığında otlayan eşşəyin yanında tapınca çox sevinib. Telefonun hələ işlək halda olduğunu söyləyən Wilson, "Telefonun yerini buradakı eşşək bildirdi" deyərək zarafat edib.


 Şrift:

    Çeçenistanda üç qadın İŞİD -a qoşulmaq istədiklərini, ancaq yol pulları olmadığını söyləyərək təşkilat üzvlərini aldadıb. Sosial mediada açdıqları saxta hesablarla İŞİD - ın bölgədəki nümayəndələri ilə ünsiyyət yaradan üç qadın, Suriyaya gedərək təşkilata qoşulmağı istədiklərini, ancaq bilet pulları olmadığını söyləyib, təşkilat üzvlərindən pul alıblar. Pulları alan qadınlar, hesablarını bağlayaraq gizləniblər. RT - nin verdiyi xəbərə görə, Çeçen polisi tərəfindən tutulan üç qadının Suriyaya getmək kimi bir niyyətləri olmadığı, bu üsulla fırıldaqçılıq etdiyi məlum olub. Qadınların bu üsulla minlərlə dollar pul aldıqlarını açıqlayan Çeçen polisi, daha əvvəl belə bir hadisənin şahidi olmadıqlarını bildirib, bir kimsəyə internetdən, təhlükəli adamlarla görüşü tövsiyə etmədikləri xəbərdarlığını edib.

Sputnik News



 Şrift:


    Qırmızı Meydan ətrafında, xüsusilə "Oxotnıy Ryad" metrosunun yaxınlığında illərdir turistlərlə xatirə şəkilləri çəkdirərək maraq doğuran  "Stalin" ilə "Lenin" milislik olduqdan sonra barışıblar. Lenin görünüşündə gəzən İqor Qorbunov, Stalin görünüşlü Lətif Vəliyev ilə başladığı döyüşdə çətir zərbələri yeyərək xəstəxanalıq olur. Döyüş, "Lenin" in özünə yeni bir "Stalin" tapdığını söyləməsiylə başlayır. Hadisəyə milisin müdaxilə etməsiylə iddia qaldırılarkən, Lenin-Qorbunov şikayətini geri götürüb: "Həmkarım məndən üzr istədi, bağışladım, olur belə hadisələr ..." - deyib.

 Şrift:

 Tarix boyunca zadəganlıq və aristokratiya rəngi kimi qəbul edilən bir rəng var idi; bənövşəyi. Kralların, zadəganların, din adamlarının əynindən heç əskik olmayan qırmızımtıl bənövşəyi rəng. Bəs bu bənövşəyi rəngə bu qədər böyük əhəmiyyət verilməsinin səbəbi nə idi?

Hal-hazırda istifadə edilən sintetik boyalar kəşf edilməzdən əvvəl, bəzi rəngləri əldə etmək son dərəcə məşəqqətli bir iş idi; xüsusilə də "Tyrian" və ya "Sur" adlı bənövşəyi rəngləri. Bu qırmızımtıl bənövşəyi rəng, qabıqlı dəniz canlılarından alınırdı.

Ardını oxu...

Sayğac