Xəbər lenti

 Şrift:

       İranın keçmiş şahı Rza Şah Pəhləvinin qızı Leyladan sonra ən kiçik oğlu Əli Rza da intihar edir. New York Times”ın İran müxbiri Stephen Kinzer, şahzadənin faciəvi ölümünü və xanədanın dağılmasını qələmə alır.

                             Bir xanədanın qəmli hekayəsi

      Bostonun cənubundakı evimin aşağısındakı küçədən gələn tək bir güllə səsi gecənin qaranlığını yardı. Bu məhəllədə, artıq bu cür hadisələrə elə də çox rast gəlinmirdi. Qonşularımla birlikdə bu silah səsinin arxasındakı faciəni təsəvvür etməli oldum. Sonra xəbər gəldi: intihar edən şəxs, keçmiş İran Şahı Rza Pəhləvinin 44 yaşlı oğlu Şahzadə Əli Rza Pəhləvi idi...

      Bu şokedici intihar hadisəsi, əvvəl iranlıların, sonra da özlərinin qanına bulanmış ailənin son faciəsi idi. Bu Şekspirin dramına bənzəyirdi.

     Şah, İranı dəmir yumruqla idarə etdi, amma ailəsi onun günahlarının əvəzini çox baha ödədi.

     Əli Rzanın atası Rza Pəhləvi, XX əsrin ən məşhur İnqilablarının biri nəticəsində bir şah kimi devrilərək və vətənindən sürgün edilərək öldü.

Ardını oxu...

 Şrift:


      73 il bir yastığa baş qoymuş bu cütlük, bəzən gülüb, bəzən ağlayıb. Lauranın 93, Hovardın isə 92 yaşı var...

Onlar uzun bir ömrü biri-birinə olan tükənməz sevgiləri ilə yaşayıblar. Hovard, ölüm yatağında olan arvadı üçün öz eşq mahnılarını oxuyur. Ən maraqlısı isə odur ki, Hovard II Dünya Müharibəsinə gedərkən də bu mahnını Laurası üçün oxuyub.

Ayaq üstə çətin dayana bilən və ağlayaraq mahnı oxuyan 92 yaşlı Hovard, son ana qədər arvadına eşqini bildirməyə davam edir. Laura isə ərinin kədərini yüngülləşdirmək üçün xəstə yatağında zarafat etməyindən qalmır...  Ərinin serenadasına qarşılıq olaraq, nəvəsinə “Məndən xoşu gəlir” deməyi ətrafındakıların qəhqəhəsinə səbəb olur...



 Şrift:


                                Bu həyatda asılı olduğum tək şey eşqdir

     Cənubi Afrikanın cənubunda yerləşən və qərbdən Argentina, şimal və şərqdən isə Braziliya ilə sərhədd və 3.3 milyon əhalisi olan Uruqvay dövlətindən danışarkən ilk növbədə onun, dünyada “ən kasıb Prezident” kimi tanınmış və bir çoxlarının dəli hesab etdiyi, 2015-ci ilin martında Prezidentlik müddəti bitmiş, Uruqvayın keçmiş Prezidenti Jose “Pepe” Mujica yada düşür.

Qeyd edək ki, 176.215 kvadrat kilometr əraziyə sahib olan Uruqvay, Latın AmerikasındaSurinamdan sonra ən kiçik ikinci ölkə hesab olunur.

Jose “Pepe” Mujica, necə olursa-olsun ancaq varlı olmağı düşünən, müxtəlif yollarla güc sahibi olmağa can atan liderlərin göbələk kimi dünyanın dörd bir yanında artdığı bir zamanda; tam fərqli bir rəhbər portreti yaratdı.

Ardını oxu...

 Şrift:


                                                      Konrad Hilton



                                    Hilton ailəsi necə çox zəngin oldu?

    Hilton, ilk növbədə otel şəbəkəsidir. Dünyanın müasir otelləri indiki görkəmlərinə görə Konrad Hiltona borclu olmalıdır. Məhz onun sayəsində biz bankları bu gün olduqları tərzdə görməyə adət etmişik. 

Konrad Hilton ilk insanlardan biridir ki, konyakda olduğu kimi otel biznesində də ulduzlarla qiymətləndirməni tətbiq etmişdir. Dünyanın ən bahalı, ən möhtəşəm otelləri 5 ulduzla, ən sadə və ucuzları isə bir ulduzla işarələnməli idi. Bundan əlavə Konrad otel və restoranları, kazino və barları və bir çox digər nüansları bir araya gətirməyi bacarmışdır.

Hilton ailəsinin yüksəlişi, ailənin ən böyük üzvü 1854-ci il təvəllüdlü Auqustus Halvorsenin 1870-ci ildə Norveçdən ABŞ-a köçməsiylə başlayır. Ailədən biri irəli gedir.

Auqustus Halvorsenin yeddi uşağından biri sonralar otel kralı olan həmin Konrad Hiltondur. Konrad 1887-də, Meksikada doğulub və Hilton imperatorluğunun ən uğurlu iş adamı kimi adı tarixə düşüb.

Ardını oxu...

 Şrift:


                                     Yer altında gizli faşist şəhəri

    Qızıl dolu faşist qatarının olduğu fikri irəli sürülən Polşanın Walbrzych şəhərindən ikinci bir şokedici iddia: “Yeraltında minlərlə adamın yaşayacağı nəhəng bir gizli şəhər var”.

Polşalı bir araşdırıcı, ölkənin cənub-qərbində nasistlərin II Dünya Müharibəsi zamanı minlərlə adamı qorumaq üçün inşa etdikləri nəhəng bir yeraltı şəhər tapdığını bildirib. Krzysztof Szpakowski təşkil etdiyi mətbuat konfransında, yeraltı şəhəri Nasistlərin Walbrzych şəhəri yaxınlığındakı dağlıq bölgədə inşa etdikləri, içində dəmiryolu tunelləri, dəhlizlər və sığınacaqların da olduğu "Riese" adlı çox böyük bir sistemin parçası olduğunu söyləyib.

Ardını oxu...

 Şrift:


       Narkotik baronu Eskobarın eyni zamanda muhasibi olan qardaşı yeni çıxan kitabında böyük qardaşının ildə 2.1 milyard dollarını siçanların yediyini və ya sudan zərər çəkdiyini yazıb.

Roberto Eskobar, qələmə aldığı kitabda, əfsanəvi narkotik qaçaqçısı Pablo Eskobarın, naməlum səbəblərdən hər il sərvətinin 2.1 milyardını itirdiyini, ancaq onun sərvət dəyərindəki bu itkini əhəmiyyətsiz hesab etdiyini yazıb. Narkotik qaçaqçılığıyla dünyada məşhur olan Kolumbiyalı Pablo Eskobar, həftədə 420 milyard dollarlıq gəliri ilə tarixin ən zəngin narkotik baronuna çevrilmişdir. Esckobarın baş muhasibi olan qardaşı Roberto Eskobar, "Mühasibin hekayəsi: Medellin kartelinin zorakılıq dünyası içində" adlı kitabında narkobaronun heç məlum olmayan tərəflərindən bəhs edib. Roberto, narkotik baronunun nağd pul dəstələrini Kolumbiya kənd təsərrüfatı sahələrində, uçuq-sökük anbarlarda və kartel üzvlərinin evlərinin divarlarında saxladığından yazıb. Pablonun çox qazandığını, hətta hər il pulun yüzdə 10-unu siçanların yediyini, sudan ziyan gördüyünü və ya itmə səbəbiylə sildiyindən yazan Roberto, bunun da 2.1 milyard dollara bərabər olduğunu yazıb. Roberto Eskobara görə; narkotik baronu Pablo Eskobar, pul dəstələrini bir arada saxlamaq üçün ehtiyac duyulan paket lastiklərinə ayda,  təxminən  2500 dollar xərcləyirmiş. Eskobarın tək oğlu olan Juan Pablo Eskobar 2009-cu ildə verdiyi müsahibədə, atasının qaçdığı vaxt ailəsini isitmək üçün iki milyon dolları yandırdığını bildirmişdi. Eskobar, gücünün zirvəsində olduğu dövrdə dünyadakı kokainin yüzdə 80-ini təmin edirmiş və ABŞ-a gündə 15 ton kokaini qaçaq yolla gətirirmiş.

 Şrift:


     İkinci Dünya Müharibəsinin ən çətin illərində, dünyanın fərqli yerlərində əsgər olan 6 İngilis qardaşdan 5-i, 90-cı yaşlarına baxmayaraq həyata meydan oxuyurlar.

1940-cı illərdə İngiltərənin bir şəhərində olan evlərindən çıxaraq müharibəyə yollanan və Yaponiya, Almaniya, İtaliya və Birmada döyüşən Klarke qardaşlarının xatirələri, bu gün də təzədir.

1944-cü ildə ən kiçik oğlu da evdən ayrılarkən ana Klarke, bütün uşaqlarının bir gün sağ-salamat geri dönəcəyi ümidiylə Tonini də yola salır...

Ardını oxu...

 Şrift:

62 il sonra aşkarlanmış sahibsiz mənzil

    2010-cu ildə, Parisdə bir mənzil aşkarlanır - 1942-ci ildən bu günə qədər içiərisinə heç ayaq basılmamış bir mənzil.

Mənzilin sahibi Madam de Florian adında bir aktrisa olub. De Florian, II Dünya Müharibəsi zamanında, sahib olduğu hər şeyi ataraq Fransanın cənubuna qaçır. Parisə bir daha qayıtmır, amma 91 yaşında ölənə qədər mənzilinin dövlət rüsumunu ödəməkdə davam edir.

Ancaq De Florianın ölümündən sonra bir nəfər mənzilə girir və 1942-ci ildən bu yana heç bir şeyə toxunulmadığını görür.

2,1 milyon avroya satılan bir ədəd Giovanni Boldininin(italyan rəssam) çəkdiyi portretdən savayı (Madam de Florianın portreti) mənzildəki heç bir əşya satılmır. Və nəhayət, bu mənzildə, üzücü, həm də xəyalları gücləndirən, tükürpərdici bir mənzərə!


Fotoları böyütmək üçün üstünə klikləyin!



 Şrift:

                                   
                            Qadınlar haqqında məşhurların fikirləri


1. "Qadınlarla bağlı üç şey etmək olar; Onu sevə, onun üçün acı çəkə və ya onu ədəbiyyata çevirə bilərik" - Henri Miller

2. "Hər zaman olduğu kimi, hər axmaq adamın arxasında mükəmməl bir qadın dayanır” - Con Lennon

3. "Bir qadın layiq olduğu yaşdadır" - Koko Şanel

4. "Sevməkdə qadınlar professional, kişilər isə həvəskardırlar" - Frankois Truffaut

5. "Qadın olmaq çox çətindir, çünki kişilərlə məşğul olmaq məcburiyyətindədirlər" - Jozef Konrad

6. "Qadınlar sevilmək üçün yaradılmışdır, anlamaq üçün deyil" - Oskar Uayld

7. "Əgər qadınlar olmasaydı, dünyada pulun heç bir dəyəri qalmazdı" - Aristotle Onassis

8. "Dünyanı qadınlar idarə etsəydi heç müharibə olmazdı, ancaq 28 gündə bir dərin müzakirələr başlardı" - Robin Uilliams

9. "Yalnız iki qadın tipi vardır; Tanrı qadın və əzilən qadın" - Pablo Pikasso

10. "Havanı gəldiyi kimi, küləyi əsdiyi kimi, qadını da olduğu kimi qəbul edin" - Alfred de Musset

11. "Qadınların sözdə siyasi gücləri yoxdur; halbuki ağıllı qadınlar, axmaq ərlərini heç çətinlik çəkmədən parlamentə soxar, hətta nazir kreslosuna oturdarlar”- Bernard Şou

12. "Dürüst bir qadının gözəlliyi, oda bənzər; yaxınlaşmayana heç bir zərəri toxunmaz" – Servantes

Ardını oxu...

 Şrift:


      Məşhur fransız yazıçıları, müasir klassik ədəbiyyatın öncüllərindən olan iki ad: Henri Miller və Anais Nin; 1932-ci ildə, Parisdə tanış olduqdan sonra, evli olmalarına baxmayaraq birlikdə olmağa başlayan sevgililər. Cütlüyün uzun illər davam edən ehtiraslı eşq əlaqəsi, aralarında sıx bir məktublaşma başlamasına səbəb olub. Aşağıda bu məktublaşmanın təəccüblü bir nümunəsini tapa bilərsiniz: Millerlə Ninin, əlaqələrinin hələ başlanğıcında yazılan bir eşq məktubudur.


 

        Bir daha ağlı səlimə (sağlam düşüncəli) qovuşa biləcəyimə əmin deyiləm. Məntiqli davranaq. Bu bir Louveciennes evliliyi oldu, unuda bilməzsən. Vücudumda sənin parçalarınla ayrıldım yanından; bir qan okeanında, sənin arı, amma zəhərli Əndəlüs qanının okeanında gedirəm, üzürəm. Etdiyim, söylədiyim, düşündüyüm hər şey bu evlilik oxu ətrafında  fırlanır.

Ardını oxu...

Sayğac