Xəbər lenti

 Şrift:


    Məşhur ingilis şairi Con Miltonun bir zamanlar öz şeirlərini yazdığı 450 illik evindən görüntülər meydana çıxıb.
1632-1638-ci illər arasında ailəsiylə birlikdə yaşadığı evdə çox vaxt şeirlərini yazan məşhur şair Con Milton "İtirilmiş cənnət" adlı lirik şeiri ilə tanınır.
28 ildən bəri baxımsız qalan bu ev bir zamanlar İngilis ədəbiyyatını öz yaradıcılığıyla zənginləşdirmiş şairin ilham mənbəyi olmuşdur. Bir neçə dəfə ayrı-ayrı adamlara satılmış bu ev, Londonun cənubunda yerləşir. Məşhur şairin, vaxtilə yaşadığı bu ev, artıq baxımsızdır və içində heç kəs yaşamır. Evi gəzən tədqiqatçı, evdə şairlə bağlı hər hansı bir izə rast gəlmədiyini söyləyib. 28 il əvvəl son sahibi tərəfindən tərk edilən taxta ev, böyük bir zibilliyi xatırladır. Evdəki köhnə yazı makinası da evin sonuncu sahibi tərəfindən qalıb. Bir vaxtlar mənəvii dəyəri çox yüksək olan bu evdəki kitabxana da, artıq istifadə edilmir.

İngilis şair Con Milton 9 dekabr, 1908 İngiltərədə dünyaya gəlib. "İtirilmiş cənnət" adlı əsəriylə şöhrət qazanmış şair ingiliscəni Latın kimi istifadə edərək səs uyğunlaşmaları yaratmaqla, İngilis ədəbiyyatında özünə möhtəşəm bir yer etmişdir.

 Şrift:


      Meksikanın cənubunda yerləşən Çiapas əyalətində, quraqlıq üzündən Qrijalba çayının sularının 25 metr çəkilməsi nəticəsində, XVI əsrdə İspan müstəmləkəçiləri tərəfindən tikilən, 61 metr hündürlüyündəki 400 illik Santyaqo məbədi bütün ehtişamıyla meydana çıxıb. 

1966-ci ilə qədər tarixi abidə kimi ziyarət edilən Santyaqo məbədi, həmin tarixdə bölgədə böyük bir səddin açılmasıyla sular altında qalıb.
The church was built by a group of monks led by Friar Bartolome de la Casas, who arrived in the region that was inhabited by the Zoque people in the mid-16th centuryThe stunning structure is 183 feet long and 42 feet wide, with the walls rising to about 30 feet This isn't the first time the church built in the mid-16th century has been revealed. In 2002, the water was so low that visitors could walk inside of the historic structure



 Şrift:


     
       Simon Dale, İngiltərənin qərb bölgəsində yaşayan sıravi insanlardan biridir. Fotoqrafdır. Daim fərqli bir həyat yaşamaq istəyi və ekologiyayla bağlı duyduqları onu başqalarından fərləndirən xüsusiyyətidir. Həyatını öz istədiyi kimi qurmaq və ekoloji  baxımdan gün-bəgün məhvə yaxınlaşan dünyamızda fərqli həyatın mümkün olduğunu göstərmək səyi, onu öz evini fərqli formada tikməyə qədər gətirib çıxarıb. Və bu evin tikilib başa çatması ona cəmisi 4700 Amerika dollarına başa gəlib. Həmçinin bunu 4 aya tamamlayıb.

Ardını oxu...

 Şrift:


                                  Fridrix Şiller

     Veyland, Herder və Göte ilə birgə, Veymar dövrünün ən görkəmli dörd şairindən biri olan Şiller, yazarkən masasında mütləq xarab olmuş bir alma saxlayardı. Soruşanlara, ara-sıra bu almanı iylərkən almanın qoxusunun onu başqa diyarlara apardığını, özünü təbiətdəymiş kimi hiss etdiyini söyləyərdi.

Ardını oxu...

 Şrift:


    Həyat həmişə maraqlı hadisələrlə dolu olub. Onlardan biri də özü öz apendisitini əməliyyat edərək tibb tarixinə düşmüş rus həkim Leonid Roqozovdur.

Bu maraqlı hadisə 1961-ci ildə baş verib. Həmin vaxt tibbi araşdırmalarla bağlı Sibirdə olan həkim Leonid Roqozov özündə bir halsızlıq, ürəkbulanması kimi əlamətlər hiss edir. Bunlardan sonra qarın nahiyəsində şiddətli ağrılar başlayır, bədən hərarəti 37.5 dərəcəyə qalxır. Bütün bunların bir apendisit əlaməti olduğunu öz həkim təcrübəsindən anlayan həkim Roqozov çox təhlükəli bir qərar verir. Yanında özündən savayı bir başqa həkim olmadığını görüncə qərarı tam qətiləşir. Artıq iki yol vardır; ya özü özünü əməliyyat edib ölüm təhlükəsindən xilas olacaq, ya da apendisitinin partlaması nəticəsində can vercəkdi.

Qarşısına güzgü qoyan həkim, əvvəl ağrıyan yerə keyidici dərman vurur. Ardınca yanında olan alətlərlə apendisitini kəsən və sonra da kəsdiyi yeri tikən Leonid Roqozovun, güzgünün köməyi ilə düz iki saat davam edən əməliyyatı uğurla nəticələnir.


 Şrift:

Rusiyanın Suriyadakı rejim əleyhdarlarına qarşı  əməliyyatlara başlamasıyla İraq şiələri arasında Rusiya Prezidenti Putinin populyarlığı artıb. Şiələrin çoxu, "Hacı Putin"i xiaskar kimi görürlər. Sosial mediada isə Putin, ölkənin az qala fəxri vətəndaşı elan edilib. Hətta Putinlə bağlı rəvayətlər də uydururlar. Həmin rəvayətlərdən biri:

"Əslində Putinin atası İraqlı bir baqqal imiş. Cənubdakı Nasiriyyə şəhərində yaşayırmış. Dükanında ərəbcə "tin" adlanan əncir də satırmış. Bu üzdən də ata Putin, "Əbu ət-Tin" adlanırmış. İkinci Dünya Müharibəsindən sonra Əbu ət-Tin, Rusiyaya köç edir. Burada "sarışın bir rus qızı" ilə evlənir, oğlunun adını da Əbdüləmir qoyur. Ancaq rusca Əbdüləmir demək çətin olduğundan onun adı "Vladimir"ə çevrilir".


 Şrift:


       Kişilər işlədikləri yerlərdə yetkin görünmək üçün saqqal saxlayırlar. Hətta ABŞ-da bunun üçün aparılan estetik əməliyyat da dünyaya səs salıb.

"Nyu-York Tayms"da dərc olunan məlumata görə, Amerikalılar, 7 min - 22 min dollar arasında dəyişən qiymətlər hesabına saqqallı olurlar. Amerikalı estetik cərrahları, onlara müraciət edənlərin hamısının iş yerlərində daha yetkin görünmək üçün saqqal və ya bığ əkdirdiklərini deyirlər.

 28 yaşlı Jose Armos, bu cür adamlardan biri kimi səhiyyə sahəsində çalışır. Amma müalicələri üçün yanına gələn xəstələri onu 16 yaşında sanıb inanmırlar. Bundan narahat olan Armos  estetik mərkəzə müraciət edir.

Armos, baş verənləri bu cür anladır: "Saqqalım çox seyrək olduğundan yaşımı göstərmirdi. Məni uşaq zənn etdikləri üçün xəstələrdə özümə qarşı inam yarada bilmirdim. Sonda üzümü tamamilə saqqalla örtdürdüm. Artıq daha güclü və kişiyə xas görünürəm".

Armosun üzünə, başının arxa hissəsindən aldığı saçlarla saqqal əkən Doktor Jeffrey S. Epstein "Bir neçə il əvvələ qədər ildə, yalnız 4 və ya 5 adamın üzünə saqqal əkirdik, indi isə həftədə ən azı üç adamın üzünə saqqal əkirik. Kişilər karyera üçün yetkin görünmək istəyirlər" - deyir.

Azərbaycanda da kişilər arasında saqqal saxlamaq bir dəb halını alaraq, sürətlə yayılmaqdadır. Onların bir çoxu filosoflar, yazıçılar, siyasətçilər və ya musiqiçilər kimi müdrik görünmək istəyirlər. Bir çoxları da, sadəcə dəbə uyğunlaşmaq üçün edirlər bunu.

 Şrift:

            Tarixin məşhur qadınları və söylədikləri

    Dünyada, dövlətləri istiqamətləndirən, bir sözü ilə imperatorluqları titrədən, əməllərilə dünyanı gözəlləşdirən, ilklərə imza ataraq dünyada böyük dəyişikliklərə səbəb olan qadınlardan bir neçəsinin maraqlı, dəyərli fikirlərini təqdim edirik!

 
"Ölüm pis şeydir; əgər ölüm yaxşı bir şey olsaydı; əvvəl tanrılar özləri ölməzdilərmi? "Sappho (e.ə. 630-dən 612-e.ə. 570)

Tarixin ilk qadın ədəbiyyatçısı. Qadınların azadlığı üçün çox səy göstərən və adı hələ də lezbiyan eşqlərlə birlikdə xatırlanan, antik dövrün Midillili Yunan qadın şairi. Yazdığı coşğulu və cəsur lirik şeirlər nəsillər boyunca yaşayıb və bu günümüzə qədər gəlib çıxıb.

Ardını oxu...

 Şrift:

       Şotlandiya küçələrini, banklara, elektrik dirəklərinə, telefon köşklərinə geydirdikləri hörmələrlə gözəlləşdirən "Souter Stormers" adlı bir qrup yaranıb. Orta hesabla 60 yaşında qadınlardan ibarət bu qrupdakı 104 yaşlı Grace Brett adlı nənənin hörmələri dünyanı heyran qoyub.

Qrupun ən yaşlı üzvü, 104 yaşlı Grace Brett, qocalar evində yaşayır. Onun 6 nəvəsi, 14 nəticəsi var.

Bu işə uşaqlarına və nəvələrinə jaket hörərək başladığını deyən Grace nənə, bütün ömrü boyunca trikotaj toxuduğunu, Şotlandiya küçələrinə jaketgeydirmə layihəsinə isə darıxdığından
başladığını bildirib.

Böyütmək üçün fotoların üstünə klikləyin

 Şrift:


       Avropanın ən böyük kitabxanası hesab olunan Moskvadakı Rusiya Dövlət Kitabxanasında, Rusiya və xarici ölkələrdə nəşr olunan 367 dildə kitab və nadir sənədlər yer alır. Ümumi rəf uzunluğu 275 kilometr olan 19 mərtəbəli kitabxanada, oxucunun seçdiyi kitabların arxivdən gözləmə otaqlarına çatdırılması rels sistemilə reallaşdırılır.

Arxiv rəsmiləri, kataloqlardan seçilən kitabları, elektron variantla görərək, sifariş nömrələrinə görə rels üzərində hərəkət edən qutulara yerləşdirirlər. Qutular arxiv otaqlarından və mərtəbələr arasından keçərək gözləmə otağındakı oxucuya çatdırılır.

Seçilmiş kitabın və ya sənədin oxucuya çatdırılma müddəti, kitabın saxlandığı bölmənin xüsusiyyətinə görə 40 - 90 dəqiqə arasında dəyişir.

Kitabxanada, təxminən 45 milyon əsər var. Əsərlər, kitabların ağırlığına dözə biləcək xüsusi arxitekturayla tikilmiş 19 mərtəbəli binada qorunur.

Xüsusi arxitektura ilə mərtəbələr arasında beton bloklar əvəzinə yaylı təsir bağışlayan tor qəfəslərdən istifadə edilir və bununla da kitabların ağırlığının təzyiqi azalır.

Hər il 400 biblioqrafik tövsiyələrin verildiyi kitabxananın qapısından hər dəqiqədə 5 oxucu girir. Kitabxananın işini problemsiz yerinə yetirmək üçün, 80 faizi qadınlardan ibarət olmaqla, burada 2 min nəfər işləyir.


Sayğac