Xəbər lenti

 Şrift:
      1881-1973 illər arasında yaşayan ispan rəssam və heykəltəraşı, XX əsr rəssamlıq sənətinin ən görkəmli nümayəndələrindən olan  Pablo Pikassonun, şagird olduğu illərdə riyaziyyat müəllimiylə aralarında maraqlı bir problem yaşanırmış. Pikasso, riyaziyyat dərsində nə vaxt "4" rəqəmiylə qarşılaşsa, "4" ü önə çıxmış bir burun kimi gördüyündən dərhal yerdən qalan üzvlərini də çəkməyə başlayırmış. Beləcə riyaziyyat dərsində həll etməli olduğu məsələləri yarıda buraxıb "4" rəqəmilə məşğul olurmuş. Müəllimlər hər vəchlə onun bu davranışına mane olmağa çalışsalar da buna nail ola bilməmişlər. Hər dəfə bunu etmək üçün Pikassonun ürəyində qarşısıalınmaz bir istək baş qaldırdığından və gözləri o anda başqa heç bir şey görmədiyindən danışırmış böyük rəssam. Olduqca geniş təxəyyülə malik olan bu şagird, qarşıdakı illərdə çəkdiyi böyük əsərləri sayəsində sənət rəssamlıq sənəti tarixində çox mühüm bir yerə sahib olmuşdur.


 Şrift:
    Rusiya ixtiraçıları dünya elminin inkişafına çох böyük töhfələr verib. Onların helikopter, avtomobil, kompüter və televiziya kimi ixtiraları sayəsində dünya dəyişib. Bu ixtiralardan bir neçəsini təqdim edirik:

   Tırtıllı zəncir:
İlk dəfə rus kapitan Dmitri Zaqriajski tərəfindən, daşıyıcı transport olaraq sxemi hazırlanaraq, patenti alınıb. Ancaq istehsal edilməyib. 1877 – ci ildə Rus ixtiraçı Fyodor Blinov tərəfindən inkişaf etdirilib. Əvvəl daşıyıcı transport kimi istehsal olunub, sonra tank istehsalında istifadə edilib.

    Elektrik qatarı:
Fyodor Pirotski, 1974-76-ci illərdə sınaqlara başlayıb.

Ardını oxu...

 Şrift:

   Meksikanın şimal əyalətlərindən biri olan Çihuahua şəhərindəki, gəlinlik mağazasının vitrininə 1930-ci ildə yerləşdirilən maneken haqqında söylənənlər qorxunc bir şəhər əfsanəsinə çevrilib. İddialara görə maneken, mağaza sahibinin qızı olub.
 Əslində olub - olmadığı müəmmalı olan, qulaqdan - qulağa yayılarkən dəyişikliyə məruz qalaran bu deyilənlər daha da maraqlı olub.

Ardını oxu...

 Şrift:
       Çinin kəndli qadınları saçlarını ömürlərində bir dəfə kəsdirə bilirlər. Onların arasında saçlarının uzunluğu 1.7 və 5.5 metr olanları var.
Qadınların saçlarını kəsmədiyi Hunagluo adlı kənd də,
bir çox Çin kəndləri kimi, çox cazibədar təbii gözəlliklərə malikdir. Turistlərin marağını çəkmək üçün keçmişdən gələn bir çox ənənəsi var.

Ardını oxu...

 Şrift:


   Cəlilə Hikmət, şəkdiyi gözəl rəsmləri kimi gözəlliyi ilə bütün İstanbulda dillərdə dastan olan bir qadın idi... İstanbul kübar cəmiyyətinin, haqqında ən çox danışılan qadınları arasındaydı...

1900-ci ildə bu gözəlliyi dillərdə dastan olan gözəl xanım, Osmanlının məşhur valilərindən olan Nazim Paşanın oğlu Hikmət bəylə evlənir ...

Dünya şöhrətli türk şairi Nazim Hikmət də bu evlilikdən doğulacaqdı...

1916 – cı ildə Cəlilə Xanımla əri Hikmət bəy arasında gərgin bir anlaşılmazlıq başlayır...

                                                       ***

Həmin vaxtlar Bahriyedə oxuyan gənc Nazim Hikmətin şeir müəllimi olan Yəhya Kamal onlara gəlib - getməyə başlayır...

Ardını oxu...

 Şrift:

       İngiltərənin ən yaşlı ağacı 5000 ildən sonra cinsi dəyişiklik edir.
Müasir ekspertərin 2011-ci il hesablamalarına görə bu ağacın yaşı 1500-3000 il arasındadır. Bir başqa mütəxəssislər isə ağacın 5000 yaşı ola bilməsini ehtimal edirlər. Aparılan son tədqiqatlara baxmayaraq bu ağacın Britaniyada hələlik məlum olan ən qədim, ən yaşlı ağac olduğunu düşünürlər.
Tədqiqatçıların qeydlərində ağacın əsrlərdir erkək olduğu yer alıb. Amma qəfil və çox nadir baş verən cinsi dəyişiklik botaniklərin çaşqınlığına səbəb olub.
Ağacın bir hissəsi gözlənilmədən qırmızı, qabıqsız və çəyirdəkli meyvələr yetirməyə başlayıb.
Edinburq Botanika Bağınının mütəxəssisi Dokrtor Maks Koleman deyir: "Ağacın bu cür cinsi dəyişikliyinə ekoloji problemlr səbəb ola bilər. Bu, çox nadir və qeyri-adi bir hadisədir, məlum deyil nə baş verir". O, qeyd edir ki, bu cür ağaclar əsasən ya erkək olur, ya da dişi. Payız və qış aylarında onların cinsiyyətini təyin etmək daha asan olur. Erkəklər kiçik və yığcam formada yetkinləşdikdə tozlanır, dişilər isə payız və qış aylarında qırmızı parlaq rəngdə meyvələr verir. Buna görə bu ağacda qırmızı meyvə görmək məni çaşdırdı çünki ağacın qalan hissəsinin erkək olduğu məlumdur.
Koleman, bu hadisə "qəribə" görünsə də, bu və digər qozalı ağaclarda əvvəllər də müşahidə edildiyini, bu ağacların cinsiyyətlərini dəyişdirə biləcəyinin mümkün olduğunu bildirib.


 Şrift:


       Kazan Universitendə aparılan son araşdırmalara görə yuxarıdakı foto, böyük rus yazıçısı Lev Nikolayeviç Tolstoyun Kazan Universitetinin Şərq Dilləri Fakültəsinə qəbul üçün yazdığı və universitetin muzeyində sərgilənən müraciət ərizəsini göstərir. Qəbul olunur, amma çox tənbəl bir şagird olaraq türkcənin də öyrədildiyi fakültədə birinci ildə kursda qalır.

Ardını oxu...

 Şrift:


      Şərqi Afrika ölkəsi olan Keniyada kişi zorakılığından baş götürüb qaçan qadınlar, özlərinin saldıqları kənddə tam qorxu-hürküsüz yaşayır, mühafizə olunurlar.

Ölkənin şimalındakı Samburu bölgəsində olan Umoja Uaso adlı kəndə kişilərin ayaq basması qadağandır.

Umoja, 1990-ci ildə Rebekka Lolosoli və on dörd yoldaşı tərəfindən salınıb.

Nizələriylə gəzən döyüşçü gənc qadınlar, cəmiyyəti vəhşi heyvanlardan, oğrulardan və təhlükələrdən qoruyurlar.

Döyüşçü Moranlar eyni zamanda çobanlıq edirlər.

Səkkiz il ərzində təcrübə keçərək yetişmiş döyüşçülər, artıq cəmiyyətdə hörmətlə qarşılanan "qocalıq statusu"na yiyələnirlər.



 Şrift:

Birinci və İkinci Dünya Müharibələri arasındakı qan-qadalı qorxunc illərdə belə insanlar yeni şeylərə marağını boğa bilməyərək, müxtəlif icadlar etməyə davam edib. Həmin o icadlardan biri; 1931-ci ildə İtalyan M. Qoventosa de Udine tərəfindən icad edilən bir təkərli motosikletdir. Motosiklet saatda 150 kilometr sürətlə hərəkət edə bilirdi.

38-lik Kolt tapançaya yerləşdirilən bu kamera, tətiyi hər basdıqda foto çəkirdi. Soldakı kiçik kadrlardan da bunu görmək mümkündür.

Ardını oxu...

 Şrift:

     Antropoloqlar on illər uzunu çoxərliliyin son dərəcə nadir bir şey olduğuna inanırdılar. Ancaq yeni dəlillər müxtəlif mədəniyyətlərdə çoxərliliyin çox məşhur olduğunu göstərir... Bu mənada Nepalla Tibet arasındakı Nyimba Vadisində yaşayan Niyma adlı bir qəbilə buna canlı sübutdur. Bu qəbilənin çox qəribə xüsusiyyətlərindən biri, bir qadının birdən çox ərinin olmasıdır.

Ardını oxu...

Sayğac