Xəbər lenti

 Şrift:

Dünyanın ən məşhur italyan tenoru olan Pavarotti, dinləyici auditoriyası məhdud olan opera janrını milyonlara sevdirmiş, populyarlaşmasında və maraq doğurmasında böyük rol oynamışdır. Musiqi dünyasının ən prestijli mükafatlarından olan və bütün musiqi növlərində verilən Gramm Pera mükafatı da daxil olmaqla, bir çox əhəmiyyətli mükafatın sahibi olmuşdur. 60-cı illərdən bu günə aralarında Placido Domingo və Jose Carreras kimi digər tenorlarla birlikdə verdiyi konsertlər də daxil olmaqla, saysız konsert vermiş, albom çıxarmış, pop musiqinin müvəffəqiyyətli adlarıyla ortaq layihələrdə iştirak etmişdir.

Ardını oxu...

 Şrift:

O, kinoya dəvət etdiyi aktrisalarla yatırmış

     Onun valideyinlərinin hər ikisi, atası Çarlz və anası Hanna musiqiçi olub. Anası dövrünün məşhur rəqqasəsi idi. Heç də xoşbəxt cütlük olmayan Çaplinlər o, anadan olandan bir qədər sonra ayrılmışdılar. Anası erkən yaşlarından psixi problemlərdən əziyyət çəkirmiş. Atasının isə alkoqola meyilli olması onun həm həyat yoldaşından, həm də həyatdan ayrılmasına gətirib çıxarır. Ailənin dağılmasından və atasının ölümündən sonra o, ögey qardaşı Sidneylə internatda böyümüşdü. İnternat uşağı olması onun bərkə-boşa düşməsinə səbəb olub. O, inadkarlğı ilə tanınıb.

Ardını oxu...

Sayğac