Xəbər lenti

 Şrift:

13 nömrəli otağın sirri


      Cənubi Afrikanın Kape Tovn şəhərindəki bir xəstəxanada davamlı olaraq müəammalı ölümlər baş verir. Tibb bacıları həftələr boyunca hər cümə günü 311 nömrəli reanimasiya otağına yatırdılan xəstələri ölü halda tapırlar. Bu sirli ölümlərin səbəbi uzun məlum olmur. Hamı məsələnin həll edilməsi üçün səfərbər olur.

Mütəxəssislər otağın havasını bakterioloji baxımdan nəzarətə götürürlər. Cənubi Afrikanın tanınmış alimləri ölənlərin ailələriylə üç həftə boyunca söhbətləşirlər. Hətta işə polis qarışmalı oluri və ağla gələn hər ehtimal bir-bir qiymətləndirilir, ancaq onların araşdırmaları da nəticəsiz qalır. Beləcə bu müddət ərzində 311 nömrəli otaqdakı xəstələr səbəbsiz ölməyə davam edirlər. Son çarə olaraq xəstələrin qaldığı 311 nömrəli reanimasiya otağı davamlı nəzarətə götürülür və sonda otaqdakı ölümlərin səbəbi bəlli olur.
Cümə gününün səhəri saat 6-da otaqları təmizləyən sanitar qadının xəstənin bağlı olduğu tənəffüs cihazını elektrikdən ayıraraq, onun yerinə öz elektrik süpürgəsini taxdığı və işini bitirdikdən sonra tənəffüs cihazını yenidən elektrikə taxıb getdiyi bəlli olur.


 Şrift:

    Əvvəlcə kasıb və evsiz olmalarına baxmayaraq, indi onları bütün dünya tanıyır!

  Bacarıqla və çox çalışmaqla, hansı durumda olursunuzsa olun, bir gün şans, istər - istəməz qapınızı döyəcək. Necə ki, həmin şans, bu gün dünyada məşhur olan insanların da qapısını, çox-çox çətinliklərdən sonra döymüşdür!

1. Çarli ÇaplinDünya kino tarixinin ən böyük simalarından olan və səssiz filmlərin müzakirəsiz və heç şübhəsiz ən yaxşı aktyoru Çarli Çaplin aktyorluğu baxımından şahanə biridir.

Şaplin, İngiltərədə çox pis bir mühitdə dünyaya gəlib.

Ardını oxu...

 Şrift:


   “Persona.az” saytının martın 24 də səs-küysüz, mediada heç bir informasiya olmadan 2 yaşı tamam oldu. Saytımızın bu iki illik fəaliyyətilə bağlı tanınmış yazarlarımızın fikirlərini təqdim edirik! 



Zakir Məmməd
: (Şair, tənqidçi) “Persona.az” ədəbi prosesi zövq və məhəbbətlə əks etdirməyi bacaran az sayda dərgilərdən biridir. Mənə görə, medianın fəaliyyətində önəmli olan cəhət hər hansı materialın çapı zamanı həmin media qurumunun cəmiyyətə daha açıq olmağı və həyata münasibətdə daha cəsarətli davranmağıdır. Mənim elə yazılarım olub ki, bəzi saytlar çap etməkdən imtina ediblər, bəziləri də mətnin “başağrısı” gətirə biləcək yerlərini ixtisar ediblər. Adlarını burada çəkməsəm də, o saytların əməkdaşları bunu sonradan özləri etiraf ediblər. “Persona.az”a – onun rəhbərliyinə, şəxsən Zəka Vilayətoğluna bundan sonra da yaradıcı səbrlə öz yollarına davam etməyi və daha çox işlər görməyi arzulayıram!

Ardını oxu...

 Şrift:


    "Nezavisimaya" qəzetinin keçmiş nəşr redaktoru jurnalist və naşir Vitali Tretyakov, fərqli meyarları qiymətləndirərək, keçmişdən bu günə Rusiyanın ən böyük rəhbərlərinin kimlər olduğuyla bağlı suala cavab axtarıb. Tretyakov, öz bal vermə üsuluna görə, Rusiya Prezidenti Vladimir Putinin, Lenin və Stalin ilə birlikdə Rusiyanın ən böyük liderləri arasında olduğunu deyib.

Siyahı, liderlərin ölkəyə hansı vəziyyətdə rəhbərlik edib, hansı vəziyyətdə vəzifədən getdikləri, liderlikləri ərzində ölkə torpaqlarının genişləndirilməsi və ya kiçilməsi, əhaliyə təsirləri, xalqın rifah səviyyəsinə təsiri, ölkəyə rəhbərlikləri ərzində ölkə iqtisadiyyatının gücü, ölkənin hərbi müvəffəqiyyəti və ya uğursuzluqları, ölkənin müstəqillik vəziyyəti, Rusiyanın qlobal təsiri, iqtidardan hansı formada getmələri və xalqın yaddaşında buraxdıqları müsbət və ya mənfi təsir nəzərə alınaraq hazırlanıb.

"Komsomolskaya Pravda" dərc olunan qiymətləndirmədə, bu meyarlara görə 10 xallıq qiymətvermə üzrə Lenin, Stalin və Putin, 10 xalla "Rusiyanın ən yaxşı liderləri" olaraq göstərilib.

Bunun ardınca Brejnev, Medvedyev, Xruşşov, II Nikolay, Yeltsin, Qorbaçov və Kerenskinin də ölkənin ən əhəmiyyətli rəhbərlərindən olduqları qeyd olunub.

Persona.az


 Şrift:

     
Ernest Heminquey:
Duzlu su, rom, hindistan qozu və müşket limonu, siqaret tüstüsü, ispan şərabı.

F. Skott Fitscerald: Cin, sitrus meyvələri, palıd, qızıl tozuyla dolu şampan stəkanı şəklində bir şüşə.

Jane Austen: Darjeeling çayı, qardələn çiçəkləri və bənövşə (bağçasındakı çiçəklərdən), çəmən.

Dorothi Parker: Viski sour, vanil, naringi, ağ miskotu.

Edqar Allan Poe: Lalələr, absent, səndəl ağacı və kif.

Flanneri O'Connor: Kilsə tütsüsü, sabun, vanil, zəncəfil.

Jak Kerouak: Siqaret, ucuz pivə, kir-pasaqlı gənclik, nanə, avtomobil dərisi.

Bronte bacıları: Süpürgəotu, dəniz havası, güvəotu, novruzgülü, qara çay.

Louisa May Alkott: Əncir ağacı, qırmızı quş üzümü, xurma, qəhvə çəyirdəkləri.

Lev Tolstoy: Araq, müşkotu, qara çay, qara bibər, dağ sərvi.

Silvia Plath: Yeni yuyulmuş çarşablar, vanil, nərgiz, lavanda.

Marqaret Mitxell: Müşkotu, maqnolya, çay, şəkər, yeni açmış qardenyalar.

Çarlz Dikkens: Qərənfillər, tütün, silhat, sulu konyak, çay suyu

Ana Sexton: Araq martini, tütün, sarı mina çiçəyi, nanə şəkəri.


 Şrift:

                            Adamyeyənlikdə suçlanan balıqçı

     Alvarenga adlı balıqçı ilə daha bir balıqçının, balıq ovuna çıxdıqları gəmi texniki nasazlıqdan sonra Böyük Okeanda itir. Meksikalı Jose Salvador Alvarenga 13 ay dənizdə qaldıqdan sonra keçən həftə bir sahilə çıxır.
Yoldaşının, gəminin idarəsini itirmələrindən bir müddət sonra öldüyünü söyləyən Alvarenga, dənizdəykən quş əti, çiy balıq və tısbağa qanıyla qidalandığını yazır.
“Daily Telegraph” qəzetinin verdiyi xəbərə görə, Alvarenganın 13 ay davam edən səfəri Marşall Adalarına aid olan mərcan adalarından Ebon Atollda sona yetir.
Alvarengo, ''Yemək üçün bir quş öldürmüşdüm ki, ağacları gördüm.

Ardını oxu...

 Şrift:

     30 yaşlı çinli gənc spirtli içkilərdən xilas olmaq üçün özünü zəncirləyib. Bundan altı ay öncəyə qədər sürücülük eən gəncin həyatını spirtli içkilər məhv edib. Sərxoş olduğu zaman həmişə ailəsilə, uşaqlarıyla təhqiramiz davranıb. Bu aludəçilikdən xilas olmaq üçün müxtəlif üsullardan istifadə etsə də özüylə bacarmayaraq, sonda anasına yalvararaq, onun köməyilə özünü zəncirləyiçgi qəbul etməyi beynindən çıxarana qədər bu cür zəncirdə yaşayacağına qərar verib. Yalnız bu yolla içkidən xilas olacağına, başqalarına zərər verməyəcəyinə, içgi oğurluğundan əl çəkəcəyinə inanır. Hərdən boynundakı kilidi açıb ağır zəncirdən qurtulmaq istəsə də nəticədə bədəni zədələnir və o, bunun mümkünsüzlüyünü anlayıb, nəhayət sakitləşir.
Anasının söylədiyinə görə, atasını vaxtsız itirməsi, hədsiz qayğılar onu içgiyə meylləndirib və zaman keçdikcə oğlu bu aludəçilikdən yaxasını heç cür qurtara bilməyib. Qarşısına çıxanı döyüb, təhqir edib. Bundan əvvəl isə onun çox nəzakətli, zərif duyğulu biri olduğunu deyib.
Evlərində özünü 4 metrlik bir zəncirlə boynundan zəncirləyən adam, sadəcə yerə atılmış döşək üzərində hərəkət edə bilir və nadir hallarda yuxulayır. Çin üsulu ilə buxara verilmiş çörək yeyir, bilgisayar və divar kağızları arasında gün keçirir.
Gənc həm də çox həssas olub və hərdən ağlayır. Buna baxmayaraq, hələ 6 ay zəncirdə qalmaq istəyindədir.


 Şrift:
Dünyanın, əhalisi ən sıx olan ölkəsi Çin, havanın çirkliliyinə görə də ölkələrə liderlik edir. Xüsusilə sənaye bölgələrində olan fabriklərdən və sayını təxmin etmək belə çətin olan avtomobillərdən çıxan zəhərli qazlar üzündən günün müəyyən saatlarında görüş məsafəsi az qala bir neçə metrə qədər düşən Çində baş verən bu ətraf mühitin çirklənməsi probleminə diqqət çəkmək istəyən bir aktivist, havadakı kirdən istifadə edərək bir kərpic hazırlayıb. Paytaxt Pekindəki Çin Milli Teatrı və Tiananmen Meydanı kimi yerlərdə 100 gündən çoxdur ki, xüsusi bir vakuum təmizləyicisi ilə gəzən fəal, əldə etdiyi kiri Tangşan şəhərindəki bir fabrikdə sıxlaşdıraraq kərpic əldə edib.
 Bu ictimai fəaliyyəti sayəsində şəhərdə 62 adamın nəfəs alacağı qədər hava çirkliliyinin aradan qalxmasını nail olan fəal, kərpici bir binanın inşasında istifadə üçün planlaşdırdığını söyləyib.
Berkeley Earth Tədqiqat Mərkəzinin məlumatlarına görə, fabrik tüstülərinin çirkləndirdiyi bu çirkli hava üzündən, Çində hər gün 4 min adam həyatını itirir.


 Şrift:

    Məşhur Amerika yazıçısı Henri Miller əsərləriylə yanaşı maraqlı eşq macərallarıyla da tanınmışdır. Marlin Monreoyla ailə qurduğu hamı tərəfindən bəlli olsa da Henri Miller ən böyük eşqini Hoki Tokudayla, ömrünün ahıl çağlarında yaşamışdır.
1966-cı ildə Henri Miller 75 yaşında idi. Həmin ilin fevral ayında Miller, yaxın dostu Dr. Lee Siegelin evinə stolüstü tennis oynamağa gedərkən Hogi Tokuda ilə qarşılaşır. Tokuda 27 yaşında, çox gözəl bir qadın idi və ölkəsindən yeni gəlmişdi.

Ardını oxu...

 Şrift:

     Nazirlər Kabineti yanında Terminologiya Komissiyasından verilən məlumata görə Sosial şəbəkə və axtarış sistemlərinin adının Azərbaycan dilində düzgün yazılış qaydalarının müəyyənləşdirilməsilə bağlı münasibətlərini öyrənmək üçün tanınmış yazarlarımıza müraciət etdik.
 
Firuz Mustafa-(yazıçı-dramaturq, filosof): Başqa bir yolumuz yox. Təklif olunan variantla razılaşmaq olar.
Qloballaşan dünyanın məntiqindən, bəşəri qanunauyğunluqdan doğan nəsnələrdir. Bu proses bütün dünyada gedir. Müəyyən mənada, qarşısıalınmaz sürəcdir...
 
Azad Qaradərəli-(yazıçı): Zənnimcə dilimizdə, xüsusən yazılı dilimizdə böyük hərc-mərclik var və bir dərgi redaktoru kimi mən bu hərc-mərcliyin daha çox şahidi oluram. Xüsusilə gənclər heç bir qayda-qanuna tabe olmadan ağızlarına gələn tərzdə yazırlar. Elə bilirəm ki, bu kimi məsələlərdə müəyyən bir meyarın, qayda-qanunun olması vacibdir. Nəzərə alsaq ki, dünyada tez-tez sürətli yeniliklər baş verir və biz bu sürətlə ayaqlaşa bilməyəndə hərc-mərclik yaranır.

Ardını oxu...

Sayğac