Xəbər lenti

 Şrift:



1. Qan təchizatı olmayan yeganə bədən hissəsi - gözün buynuz təbəqəsidir. Bu orqan oksigeni havadan alır.

2. Uşaq 7 aylığına qədər eyni anda həm udquna, həm də nəfəs ala bilir.

3. Kəllə sümüyü 29 müxtəlif sümükdən ibarətdir.

4. Asqırma zamanı insanın bütün funksiyaları dayanır, hətta ürək də.

5. Beyindən gedən sinir impulsu 274 s/km sürəti ilə hərəkət edir.

6. Bir insan beyni gün ərzində dünyanın bütün telefonlarından daha çox elektik impulsu generasiya edir.

7. İnsanın ürəyi  48 milyon qallon(İngiltərə və ABŞ -da 4,5 litrə bərabər olan ölçü vahidi) qan çəkib vura bilir.

8. Bu cümləni oxuduğunuz vaxtda orqanizminizdə 50000 hüceyrə ölür və yenisi ilə əvəz olunur.

9. Qadınların ürəyi kişilərdən daha tez döyünür.

10. İnsan 90% yuxularını unudur.

11. İnsan bədənində olan qan damarlarının ümumi uzunluğu 100000 km-dir.

12. Həyatının sonuna qədər, insan təxmini olaraq 150 trillion bit informasiya yadında saxlayır.

13. Üzünüz qızardıqda, mədə də qızarır.

14. İnsanın bədənində 700 ferment (orqanizmdə baş verən proseslər üçün katalizator rolunu oynayan, canlı hüceyrədə yaranan çətin orqanik maddələrdir)işləyir.

15. İnsanlar ,beli üstündə yatan yeganə məxluqlardır.

16. Uşaq 4 yaşında gündə orta hesabla 450 sual verir.

17. Bakteriyaların yalnız 1%-i insanda nasazlıq hissi yaradır.

18. Göbəyin elmi adı - umbilikusdur.

19. Diş - insan orqanizminin özü bərpa olunmayan yeganə hissəsidir.

20. İnsanın yuxuya getməsi üçün tələb olunan təxmini vaxt 7 dəqiqədir.

21. Dünyada cəmi 7% solaxay var.

22. Alma və bananın qoxusu arıqlamağa kömək edir.

23. İnsan orqanizmində yaşayan bakteriyaların ümumi çəkisi 2 kq- dır.

24. Orqanizmdə olan kalsinin 99%- i dişlərdədir.

25. Dodaqların hissiyatı barmaq uclarının hissiyatından qat-qat güclüdür.

26. Diş emalı - insan orqanizmi tərəfindən istehsal olunan ən möhkəm(bərk) toxumadır.

27. İnsan orqanizmində olan bütün dəmiri yığsaq, yalnız saat üçün vint hazırlamaq olar.

28. İnsan - bütün canlı  aləmində düz xətt çəkə bilən yeganə məxluqdur.

29. Bütün həyat boyunca insan dərisi təxminən 1000 dəfə təzələnir.

30. Əl dırnaqları ayaq dırnaqlarında 4 dəfə tez uzanır.

31. Mavi gözlü insanlar ağrıya digərlərindən daha həssasdırlar.

32. İnsanın baş beynində 1 saniyə ərzində 100000 kimyəvi reaksiya baş verir.

33. İnsan orqanizmində leykositlər 2-5 gün, eritrositlər isə 3-4 ay yaşayırlar.

34. İnsan bədənində olan ən güclü əzələ - dildir.

35. Ürəyin ölçüsü hər insanın yumruğu qədər, yaşlı insanın ürəyinin çəkisi isə 220-260 qr-dır.

36. İnsanın ağzında 40000 bakteriya var.

37. İnsan gözü - 10000000 rəng çaları seçə bilir.

38. Uşaqlar ən tez yazda böyüyürlər.

39. Bir çox insanlar  60 yaşında dad reseptorlarını yarısını itirilər.

40. Səhərlər insan axşam olduğundan təxminən 8 mm daha hündür olur.

41. Sümük poladdan 5 dəfə daha möhkəmdir.

42. Açıq gözlə asqırmaq mümükün deyil.

43. Gözlərimiz doğulduğumuz andan eyni ölçüdə qalır, yalnız burun və qulaqlarımız daim böyüyür.

44. Əgər siz, təmamilə bağlı otaqdasınızsa, o zaman siz, hava çatışmazlığından deyil, karbon dioksidindən zəhərlənərək öləcəksiniz.../Saglamolun.Az/

 Şrift:


Şair, Elvin Paşa. 

Persona.az saytı daha çox səmimi  bir dost kimi münasibət yaradıb mənə. Saytda ən azı sizi və sizing səmimi kollektivi görmək istəyirəm sağ və salamat. Təbrik edirəm

 

Şair, Emin Piri

Maddi sorunlar içində ədəbiyyat naminə təmannasız xidmət etmək özü alqışlanası bir haldır. Fərqi yoxdur, kütlə baxımdan öz yazılarını nə qədər adama çatdırıb. Problemləri həll edilmiş media qurumlarının qruplaşma, dostbazlıq və.s kimi bazlıqlarla vurduğu zərbə yanında belə xidmətlərə təşəkkür düşür. Doğum gününüz qutlu olsun!

 

Şair, İntiqam Yaşar

 

Salam. Persona.az-a uğurlar arzulayır, kollektivi təbrik edirəm. Persona.az 3 il həm az vaxtdır, həm də az vaxt deyil. Yerli ədəbi örnəklərin oxuculara çatdırılmasənda gözəl fəaliyyətiniz nəzərə çarpır. Sosial şəbəkələr üzərindən daha aktiv iş aparmaq lazım olduğunu düşünürəm. Bu istiqamətdə bir az da iş aparacağınıza ümüdvaram.Ad gününüz mübarək olsun.

 

Şair, Rəşad Nağı Mustafa

Mən sizi təbrik edirəm. Saytınız uzun ömürlü olsun.

Çətində olsa saytınızda tərcümə işlərinin olmasını daha çox istərdim. Rus, Polyak, İran şairlərinin şeirlərinin tərcüməsini görmək çox xoş olardı.

Sizə uğurlar arzu edirəm. Doğum gününüz mübarək.


Şair, yazar, Cəlil Cavanşir.

Təbrik edirəm və bol-bol uğurlar arzulayıram.

Hər zaman ədəbi dəyərləri şəxsi münasibətlərdən üstün tutmağınızı arzu edirəm

 

 

 Şrift:


1. Beyin soyuducu lampasından daha az enerji sərf edir

Beyin gün ərzində 12 vatt gücündə enerji sərf edir. Vücud ağırlığının sadəcə 3%-ni təşkil etməsinə baxmayaraq, beyin bütün enerjisinin 17%-ini işlədir. Diqqətli və uzun düşünmə vaxtı sərf etdiyimiz enerji o qədər kiçikdir ki, heç hiss də olunmur.


2.Tez-tez səyahət etmək yaddaş zəifliyi yaradır

Tez-tez qitələrarası səyahət edən insanların beyni havada keçən vaxtda yüksək stressdə olduğundan yaddaş zəifliyinə səbəb olur. Növbə üsullu işlərdə işləyənlərdə də eyni hala rast gəlinə bilər. Nəticədə, bəzi xatirələr yaddaşdan tamam silinə və ya zəifləyə bilər.


3. Səs-küylü yerdə niyə telefonla danışmaq olmur? 

Səs-küylü yerlərdə telefonla danışmaq üçün gərək çox güclü eşitmə qabiliyyətin ola. Olduğunuz otağın səsi ilə xəttin o biri başındakı şəxsin olduğu otağın səslərini qarışdırmaq beyin üçün heç də asan deyil. Bu vəziyyətdə beynimiz telefondakı dostlarımızın səsi ilə otaqdakı səsi ayırd etməkdə çətinlik çəkir. Telefonunuzun mikrofonunu əlimizlə bağladıqda əslində, otaqdakı səslərin telefona girməsinə mane oluruq və bundan sonra beynimiz səsləri daha yaxşı fərqləndirə bilir.

4. Video oyunlar eyni vaxtda bir neçə işi görmə bacarığımızı artırır

Diqqətinizi eyni anda birdən çox şeyə yönəltmək bacarığını artırmaq üçün ən yaxşı yol video oyunlardır. Amma heç də hamısı deyil. Məsələn, elə bir oyun olsun ki, eyni vaxtda bir neçə hədəfə atəş açmağınız lazım olsun. Bu cür oyunlar diqqətinizi ekrandakı hər sahəyə cəmləmə və hadisələri daha tez dərk etmə, reaksiya vermə baxımından əvəzsizdirlər. Ancaq "Tetris" tipli oyunlar beynin əsl düşmənidir. Çünki bu zaman diqqət yalnız bir daşa, bir nöqtəyə yönəlir ki, bu da beynin işləməsini biryönlü edir.

5. Beynin bir yumor mərkəzi var

Yumoru duyma və etmə bacarığı hamıda olmur. Yumorun tərifinə əsaslansaq, görərik ki, o öz içində bir sürpriz saxlamalıdır - sonrakı cümlənin nə olacağını təxmin etsək də, yumor bizi başqa bir nöqtəyə aparmalıdır. Sonra da vardığımız bu yeni nöqtədən əvvəldən düşündüyümüz nöqtəni qarşılaşdıraraq yeni bir perspektiv əldə edirik. Yumorun beynimizdə alınma forması təxminən belədir. Bəzi insanların lətifələri gec başa düşməyi də bu bağlantını qura bilməmələridir. 

6. "Dilimin ucundadır... bu dəqiqə deyəcəm" 

Hərdən bir mahnı ağlımıza gəlir, heç cür tapa bilmirik harda eşitmişik və ya mahnının davamını heç cür xatırlamırıq. Bu, beynimizdəki "sıra ilə xatırlama" mexanizmi ilə bağlıdır. Bir mahnını və ya sözü yada salmaq üçün onun baş verdiyi yeri, situasiyanı xatırlamağınız lazımdır. Gündəlik işlərimizi də biz bu mexanizmlə görürük. Bir şeyi xatırlamaq üçün beyində xatirələrin arasında bu məlumat parçasının daxil olduğu hadisəni yada salmalıyıq.
Böyük ehtimalla "axtarış əməliyyatı" uğurla başa çatır. Amma əgər əksinə, hələ də "dilimin ucundadı, bu dəqiqə deyəcəm" vəziyyətindəsinizsə, beyninizi məşğul edəcək başqa bir şey tapın. Məsələn, bir mahnı oxuyun ki, beyin də bu vaxt ərzində rahatca "axtarış" aparsın və uğurlu nəticə versin.

***

7. Sağ tərəf - kreativ, sol tərəf - analistik

Beynin sağ yarımkürəsi sosial uğurlar, təşkilatlanma bacarıqları, fəlsəfə və sənət ilə əlaqəlidir. Sol yarımkürə isə riyaziyyat və dil öyrənmə bacarıqlarını özündə birləşdirir. Bu mövzuda elmi bir test olmasa da, bir insanın hansı yarımkürəyə daha çox aid olduğu yoxlamaq üçün belə bir test tətbiq edə bilərsiniz: havaya bir cisim atın. Həmin insan refleks olaraq cismi hansı qolu ilə tutmağa çalışsa, o qolun qarşı tərəfi idarəedici sayılır.

8. Özünüzü qıdıqlaya bilməzsiniz

Qıdıq hissiyyatı güclü xəstələri müayinə edərkən həkimlər xəstənin əlini öz əlləri üzərinə yerləşdirərək qıdıqlanma hissinə mane olurlar. Bu necə olur? Çünki qıdıqlanmağa nə qədər həssas olursanız olun, özünüzü qıdıqlaya bilməzsiniz. Bunun səbəbi beynimizin ətrafımızdakı hadisələri duyan bir çox hissin arasından ən vacib olanları hissetməyə meylli olmasıdır. 
Məsələn, oturduğumuz stolu və ya ayağımıza geyindiyimiz corabı - onları düşünməyincə - hiss etmirik, amma çiynimizə toxunan bir əl o dəqiqə bizi diksindirir. Beynin bu "hissləri ayırd etmə" funksiyasını beyincik yerinə yetirir. Beyincik 110 qram ağırlığında olub, gözlənilən və gözlənilməyən reaksiyaları ayırd edir və onların arasından ən vaciblərini seçir. 
Əgər sizə toxunan əl sizindirsə, beyin bu qıdıqlanmaya deyil, toxunduğunuz orqandan gələn hislərə üstünlük verir.

9. Əsnəmək beyni oyandırır

"Əsnəmə" deyiləndə, insanın ağlına ilk "Əsnək əsnək gətirər" məsəli düşür. Bunun həqiqət olmasına heç kimin şübhəsi yoxdur. Ancaq bir çoxları əsnəyi yuxu və ya sıxılmaqla əlaqələndirsə də, əslində əsnək bədəndə oyanma yaradır. Əsnəyərkən daha çox hava ciyərlərimizə dolur və qanımızdakı oksigen faizi yüksəlir ki, bu da oyanmamızı tezləşdirir. Məməli heyvanlar və quşlarda da hətta bu hiss var. Maraqlı faktlardan biri də itlərin əsnəməsidir. İtlər əsnəyərək sahiblərini sakitləşdirə bilirlər.

10. Beyində qəribə təsəvvürlər niyə yaranır? 

Buna bənzər hallarla ən çox alpinistlər qarşılaşırlar. Çünki yerdən yüksəkliyə qalxdıqca beynə oksigen az gedir. 2400 metr yüksəklik insan beyni üçün maksimum yüksəklikdir. Bu yüksəklikdən daha yuxarı qalxdıqca alpinistlər mövcud olmayan varlıqlarla yanaşı, ətrafındakıların işıq saçdığını görməyə və səbəbsiz yerə qorxmağa başlayırlar. Oksigen azalması beynin təxəyyül və hissiyyat siqnallarının idarəetmədən çıxması və ya yavaşlamasına yol açır.../kazyen.az/
 Şrift:



1. Başı yekə Eynşteyn


Eynşteyn başı yekə, özü də kök bir uşaq olub. Doğularkən başı o qədər böyük olub ki, deformasiyaya uğrayıb. Əvvəlcə elə biliblər ki, uşaq anormaldır. Ancaq sonradan bəlli olub ki, uşaqda hər şey qaydasındadır. Bundan sonra anasını uşaqla birlikdə evə buraxıblar. Sonradan Eynşteynin nənəsi bir müsahibədə onun haqda belə demişdi: “Eynşteynin uşaqlığı digər uşaqlara nisbətən bir addım gec başlamışdı…”

2. Danış, Eynşteyn

Eynşteyn uşaqlığında danışmaqla bağlı problem də yaşayıb. Dili çox gec açılan Eynşteyn, dil açıb danışmağa başlayandan sonra da yavaş danışırmış. Bu doqquz yaşına qədər davam eləyib. Anası və atası onun xəstə olduğunu düşünüb çox qorxurmuşlar. Ancaq bir dəfə, axşam yeməyi zamanı səssizliyi balaca Eynşteyn pozdu: “Bu yemək çox istidir”. Ondan indiyə qədər niyə danışmadığını soruşduqda isə bu cür cavab verir: “Çünki indiyə kimi hər şey qaydasında idi”.

3. Kompas onu elmə doğru aparır

Eynşteyn beş yaşında xəstə yatarkən atası ona kompas göstərir. Gələcəyin dahisinin elmlə ilk tanışlığı kompasdan başladı. Kompas balaca Eynşteynin diqqətini cəlb elədi. Kompası hansı tərəfə fırladırdısa, ox yenə eyni nöqtəni göstərirdi. Eynşteyn dedi ki, kosmosda qüvvələr var və onlar kompasa təsir edirlər.

4. İmtahandan kəsilən EynşteynEnşteyn

1895-ci ildə 17 yaşlı Eynşteyn İsveç Federal Politexnik Universitetinə imtahan verir. Riyaziyyatdan keçsə də, tarix, xarici dil və coğrafiyadan kəsilir. Bir il sonra yenidən imtahan verərək həmin ali məktəbə daxil olmağı bacarır.

5. Tələbəsindən uşağı olur…

Eynşteynin şəxsi məktublarından evlilikdən kənar bir qızının olduğu bəllidir. Tələbəsi Mileva Maric ilə aralarındakı sevgi münasibətləri bir qızlarının olmasına gətirib çıxarır. Mileva uşağın adını Lieserl qoyur. Maraqlıdır ki, Eynşteyn bu uşağı heç vaxt görməyib. Mileva 1902-ci ildə Novi Sadda öz evində qızı dünyaya gətirir. Eynşteyn isə 1902-ci ildə Bernedəydi. Doğuş prosesi çətin olur və böyük ehtimalla uşaq travmayla doğulur. Uşaq doğulduğu il də vəfat edir.

6. Eynşteyn qadağa qoyur: “Evdən bayıra çıxma”

Sonradan Eynşteyn və Mileva evlənirlər. İki oğulları olur: Hans Albert və Eduard. Eynşteyn elmi araşdırmalarına görə, tez-tez xarici ölkələrdə olurdu, ailəsinə zaman ayıra bilmirdi. Buna görə onun ailəsi dağılır və boşanırlar. Ancaq evi pərdəylə iki yerə ayırıb bir evdə yaşamağa davam edirlər. Mileva ilə evli olarkən Eynşteyn onunla qəribə bir müqavilə bağlayıbmış. Müqavilə beləydi:

A. Əmin olacaqsan.

1. Paltarlarımın təmiz olmağına həmişə nəzarət elə.
2. Hər gün 3 cür yemək olsun.
3. Yataq otağıma və iş otağıma heç kim gir bilməz, yataqda isə tək yatacam.

B. Mənim icazəm olmadan kiminləsə tanış ola bilməzsən, sosial əlaqələrdə ola bilməzsən.

C. Mən istəməyincə mənimlə danışmayacaqsan.

Mileva bu şərtləri qəbul edir.


7. Eynşteyn və oğlu

Boşandıqdan sonra Eynşteyn Nobel mükafatını aldı, xeyli gəlir əldə edə bildi. Mileva isə çox çətin şəraitdə yaşayırdı. Oğlu Hans Alber Frieda Kenechtlə evləndi. Sonra Berkeley Universitetində professor oldu. Yeni bir qəsəbədə atası və oğluyla birlikdə yaşamağa başladı. Eynşteyn öldükdən sonra Hansa çox xırda miras qaldı.

8. Eynşteyn və qadınlar

Eynşteyn Milevadan ayrıldıqdan sonra yaxın qohumu Elza ilə evlənir. Əslində bundan əvvəl Elzanın qızı ilə evlənmək istəmişdi Eynşteyn. Elzanın qızı Eynşteyndən 18 yaş balacaydı. Lakin Elza buna imkan verməmişdi. Buna baxmayaraq, ögey qızı Alberti çox sevirdi. Bu sevgi qarşılıqsız deyildi. Elzanın anası isə bu münasibətlərin qarşısını ciddi cəhdlə almağa çalışırdı. Eynşteynin məktublarından belə bəlli olur ki, alim sonralar Elzanı öz katibəsinə dəyişmişdi. Belə çıxır ki, Eynşteyn çox şorgöz adam olub.

9. Eynşteyn atom bombasını düzəldir1939-cu ildə nasist Almaniyasına qarşı həyəcan təbili çalınan zaman Eynşteyn fizik Leo Silard ilə birlikdə prezident Ruzveltə məktub yazaraq atom bombası haqda məsələdən bəhs edir. Onların məktubundan sonra Ruzvelt gizli layihəsi olan “Manhattan”ı başladı. Bomba 1941-ci ildə Pearl Harborda sınaqdan keçirildi. Müttəfiqlər riskə getməyərək və təhlükəsizlik naminə Eynşteyni bu projedə iştirak etməyə dəvət etmədilər.

10. Eynşteynin beyni

1955-ci ildə Eynşteynin vəfatından sonra onun beyni çox yaxın qohumlarından olan Tomas Stoltz Harvey tərəfindən alındı. Onun beynini xüsusi maddənin içində saxlayırdılar. Sonrakı illərdə beyində müxtəlif ekspertizalar aparmışdılar. Bəlli olmuşdu ki, onun beyni normal beyindən xeyli böyükdür. Onu müqəddəs bir şey kimi qoruyub saxlayan Tomas Stoltz sonralar Eynşteynin beynini bir universitetə bağışlamışdı../kayzen.az,

 Şrift:



Həqiqətən də həyatımızın ayrılmaz hissəsinə çevrilən Facebook sosial şəbəkəsi böyük bir virtual dünyadı.Dünyadısa demək ki özünəməxsus qanunları var. Bizdə sizlər üçün o dünyanın 15 qızıl qanunu yazırıq.

1.Çalışın burdan istifadə edərkən, heç olmasa öz adınızla qeydiyyatdan keçin.Məsələn "Özüm şəkər balam təkər" kimi niklər həmişə insanların gülüş obyekti olur və sizə gülüş mənbəyi donu giydirir.

2.Profildə öz şəkliniz olsa daha yaxşıdı. Çünki ot, balaca uşaq, gül,peyzaj rəsmləri diqqəti çəkmir.Əsasən də insanlar saxta profil olduğunu düşünür.

3.Bəyəndiyiniz səhifələrə diqqət edin. Bu da bir növdə həmin dünyada sizin səviyyənizi bəlirləyir.

4.Özünüz haqda dəqiq məlumat yazın.Sonra insanlar sizi tanıdıqca yalançı olduğunuzu düşünməsin.

5.Qarşı tərəflə danışığınız.Unutmayaq bura tanışlıq portalı deyil, heç kim bura evlilik üçün girmir (girənləridə tapa bilərik təbii ki). Əziz xanımlar hər dostluq atan oğlan təcavüzcü deyil. Əziz bəylər, hər dostluğunuzu qəbul edən xanımlar sizə yazmağa, sevgili olmağa borclu deyil.

6.Ən əsas məsələ demək olar ki statuslardı.Bir növdə sosial dünyanın silahıdır və kimin silahı daha güclüdüsə qalib odu. Çalışın arqolu statuslar yazmayın çünki bu 2 nəfərə xoş gəlsə belə 5 nəfərin əsəblərinə toxunacaq,fikirlərinizi mədəni sürətdə deməyi öyrənin. Gündəmdən kənar qalmayın, amma gündəmin də suyunu çıxarmayın. Nə qədər pis vəziyyətdə olsaz belə bu status materialı deyil, heç kimə maraqlı deyil başqasının problemləri.

7.Like (bəyənmə) burda əsgərdi. Silahın kəsərli olsun deyə əsgərə daima ehtiyac var. Amma like heç vaxt keyfiyyət nişanı deyil. Əsas bunu unutmayın.

8.Qarşınıza çıxan hər profilə dostluq atmağa məcbur deyilsiz, yəni insanları like olaraq görməyin.

9.Şərh bildirərkən iki dəfə düşünün, çünki hər ağla gələni yazmaq olmaz. Əks təqdirdə bu hüquqi cəhətdən sizin əleyhinizə olacaq.

10.Dini,siyasi,milli qısacası heç bir radikalizmə yol verməyin, əksinə öz fikirlərinizi sətiraltı ifadə edin. O zaman daha da üzdə olacaqsız bu dünyada.

 Şrift:

İngilis dəniz quldurları bir gözünü göyərtədəki aydınlığa, o biri gözünü isə ambardaki qaranlığa adaptasiya etmək üçün göz bantı taxardılar.



   Sahibi öldükdən sonra 9 il ərzində eyni vaxtda metroda sahibini gözləyən sadiq it Haçiko, Tokio, 1930-cu illər.
   Bu gün Tokioya gedənlərin Shibuya stansiyasının qapısında qarşılaşdığı it heykəli Haçikonundur. Yaponlar, sədaqət və insan heyvan əlaqəsinin simvolu olaraq, ölümündən dərhal sonra, 9 il ərzində sahibini gözlədiyi yerdə Haçikonun heykəlini qoyublar.

Ardını oxu...

 Şrift:


    2016 -cı il ABŞ seçkilərində prezident olmağı bacaran Trump kino aktyorluğu oxumaq istəməsinə baxmayaraq biznes kralı oldu. 1989 - cu ildən bu günümüzədək müxtəlif filmlər, televiziya proqramları və gözəllik yarışmalarında göründü. Donald Trumpun şöhrətinə şöhrət qat mışfilmlərdən bir neçəsini təqdim edirik.
 Hər kəsin sevərək izlədiyi bir çox kino-filmlərdə görünən Trump hər zaman olduğu kimi yenə də zəngin adam rollarındadır.


 Şrift:

Dünyada Müdafiə Sənayesi və hərbi texnologiyalar son illərdə sürətlə inkişaf edir. Bu çərçivədə, bu günə qədər istifadə olunan ağır, kobud mexaniki sistemlər yeri elektronik, nanometr ölçülərində çalışan sistemlərə verir.

Hərbi sahədə sıxlıqla gündəmə gəlməyə başlayan və yaxın zamanda fərqli sahələrdəki istifadənin yayılmasıyla gündəlik həyatın bir parçası olması nəzərdə tutulan İHA texnologiyası də bu dəyişmədən öz payını alır.

 Şrift:
                                  
                                    “Maraqlı əhvalatlar” silsiləsindən

            Azərbaycan Respublikasının xalq artisti, görkəmli bəstəkar  Tofiq Bakıxanov  hər il yayda  Bilgəh kardioloji sanatoriyasında  istirahət edir.  86  yaşı olmasına baxmayaraq Milli Yaradıcılıq Akademiyasının professoru  hər gün 5-6 saat  yeni  proqram üzərində işləyir. Bəzən həmsöhbət  olduğu adamlara sənət dostları,  ustadları, atası Əhməd Bakıxanov haqqında maraqlı xatirələr danışır. Onun  dadlı-duzlu söhbətlərində  Üzeyir bəy, Qara Qarayev, Niyazi,  Səid Rüstəmov, Cövdət Hacıyev, Ağasi Məşədibəyov, Gülağa Məmmədov və başqa məşhur  şəxsiyyətlərin zarafatları, atmacaları  bir sözlə  maraqlı əhvalatları yer alır. “Bu danışdığınız əhvalatları nə əcəb qələmə almırsınız?” deyə  soruşanda,  cavb verdi ki, Rusiyada  “Sənət adamları da gülür...”  adlı bir kitab  nəşr olunub. 

Ardını oxu...

 Şrift:

   Bir cüt əl nəqli edilən ingiltərəli Çris Kinq adlı xstə, "3 il sonra biriylə yenidən əl tutuşa biləcəyimi düşünmək möcüzəvi bir duyğudur" deyib. Bir fabrikdə çalışan 57 yaşlı xəstə, qorxunc bir iş qəzası nəticəsində iki əlini pres maşınına qapdırıb. Əlləri yarıdan qopub, yalnız baş barmağı zərər çəkmədən xilas edilib. Həkimlər Kinqə, bir cəsəddən alınan əlləri nəql etməyi təklif eediblər. İngilis, bundan əvvəl dünyada, yalnız 80 dəfə edilən əl nəqli təklifini qəbul etməkdə tərəddüd etməyib. 12 saata çatan bir əməliyyatla cəsəddən alınan əllər bu talesiz adama nəql edilib. Keçən həftə edilən nəqletmə əməliyyatından sonra sinirlərin tutduğu və əllərin ilk hərəkətinin təmin edildiyi açıqlanıb. Kinqin ən böyük arzusu isə yenidən insanların əlini sıxmaqdır...

Sayğac