Xəbər lenti

 Şrift:

 Ağcabədidə keçirilən kitab sərgisindən xatirələr

 

 


 

 

Həmişə fikirləşirəm ki, görəsən, kitablarsız həyat olardımı? Əgər olsa da, çox sıxıcı həyat olardı. Son zamanlar nədənsə mütaliəyə  maraq azalıb. Ona görə də,  ziyalılarımız kitab oxumağa marağı artırmaq üçün tədbirlər, sərgilər keçirirlər.

27 aprel 2017-ci il tarixində iştirak etdiyim Ağcabədi rayonu Heydər Əliyev mərkəzində keçirilən sərgi  də bu qəbildəndir. Qeyd edim ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü  ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində 27 aprel 2017-ci il tarixində Heydər Əliyev Mərkəzinin qarşısında kitab sərgisi də keçirildi.

 

3 hissədən ibarət olan sərginin birinci hissəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, ikinci hissədə Ağcabədi rayonunun ədəbiyyat, elm və mədəniyyət xadimlərinin kitabları, üçüncü hissədə isə çağdaş ədəbiyyat nümayəndələrinin kitabları sərgiləndi.

 

 


 

 

 

Sərgi müddətində Ağcabədi şəhər Uşaq Musiqi məktəbinin şagirdlərinin iştirakı ilə baş tutan fləşmob izləyicilərin marağına səbəb oldu. Daha sonra 5 və 8 saylı şəhər körpələr evi uşaq bağçasının fidanları öz rəqsləri ilə tədbirə rəng qatdılar.

 


 

Elə bir sərgi olmaz ki, orada yazarlar iştirak eləməsin. Elə bu sərgidə də bir çox şairlər və yazarlar, o cümlədən, şairə xanım Məhsəti Musa, həmişə gənc yazarlara yol göstərən, gənc yazarların stimulyatoru şair Gündüz Sevindik, gənc şairə Minə Turan, gənc şair, "Nənəmin kürdüləri" şeirlər kitabının müəllifi Saqif  Zeynal, yazar xanım Tahirə İsaqızı və digərləri də iştirak edirdilər. Mən və sərginin digər iştirakçıları isə, şübhəsiz, bunu bir fürsət olaraq dəyərləndirdik və əlimizə düşən fürsətdən bacardığımız qədər istifadə elədik. Sərgiyə təşrif buyurmuş şair və yazarlarla görüşmək və onların imzalı kitablarını əldə eləməyə nail ola bildik.

Hələ bunlar harasıdır ki? Sərgidə viktorina da keçirildi, suallara doğru cavab verənlərə müxtəlif kitablar hədiyyə edildi. Bu arada, onu da deyim ki, qaliblər arasında mən də var idim. Suallardan birinə doğru cavab verdiyimə görə Teymur Muğanlının "Salama ehtiyac" kitabını, Məhsəti xanımın “Salam, Allahım, salam”, Saqif bəyin “Nənəmin kürdüləri”, Tahirə xanımın “Salama ehtiyac” kitablarını hədiyyə qazandım. Çox xoşbəxtəm, düzünü desək. Belə sərgilərin tez-tez keçirilməsini arzur edirəm. Tez-tez keçirilsin ki, biz də iştirak edib kitab əldə edək.

Sonda deyim ki, sərgi olduqca əyləncəli və maraqlı keçdi. Sonda qələm sahibləri ilə xatirə şəkilləri çəkdirməyi də unutmadım.

 

 

 


 

 

 

Hazırladı: Rüqəyya Əlizadə

 Şrift:







Kənan Hacı

Bu haqda heç düşünməmişəm. Yazıçılar bu haqda yox, obraz yaratmaq haqda daha çox düşünürlər. Hansısa qəhrəmana bənzəməyi adətən oxucular arzulayır. Arzusunda olduğum obrazlardan bir neçəsini yaza bilmişəm və onlara da oxşamaq istəməzdim.




Cəlil Cavanşir

Viktor Hüqonun "Səfillər" əsərinin baş qəhrəmanı olmaq istərdim. Mənim üçün ən maraqlı obrazlardan biridir.



Elvin Paşa

Bunun üçün bir qəhrəman adı məncə azdı.O qədər var ki...



Azər Elşadoğlu

Emil Zola, "Germinal" Etienne. Qismən.



Oğuz Ayvaz

Sevdiyim əsərlər çoxdu. "Cinayət və Cəza", "Yad", "Robinzon Kruzo", "Tatar çölü". Robinzon Kruzo olmaq istəyərdim. Onun kimi həyatda qalmaq üçün mübarizə aparardım. Əkin sahəsi yaradar, maldarçılıqla məşğul olardım. Sevdiyim qızı da tapıb gətirər, kimsəsiz adada xoşbəxt yaşayardıq.



Amin Sükut

Balaca qara balıq.

 




Sorğunu keçirdi: Rüqəyya Əlizadə





 Şrift:




1881-ci ildə Salonikidə anadan olan, 1923-cü ildə imkansız şəraitdə yoxdan bir bayraq var edən Atatürk 1938-ci il noyabrın 10-da dünyaya vida deyib.



"Mənim torpağım məni kirlətməz" 

Dövlət başçısı seçilən Mustafa Kamal dəniz nəqliyyatı ilə Türkiyənin bir sıra ərazilərinə səfərlər edir. Sahilboyu vilayətlərin birinə də su nəqliyyatı ilə gedən Atatürk sahilə çatarkən sürətli addımladığı üçün azacıq səmtini itirir, lakin barmaqlarını sahil qumuna batıraraq özünü yıxılmaqdan qoruyur. Tez qarşısına qaçıb, bulaşmış əllərini təmizləmək üçün ona yardım etmək istəyirlər. Amma Atatürk bir müddət barmaqlarına baxır və onlara belə cavab verir: -Bu mənim torpağımdır. O məni heç vaxt kirlətməz" 

"Mən sabahı gəzdirirəm"

Atatürk bir gün Çankayada keçirilən toplantıya tələsirmiş. Sürücüyə də bildirir ki, mümkün olduğu qədər onu iclas olacaq yerə tez çatdırsın, çünki xeyli qonaqlar onu gözləyirdi. Amma keçdiyi yerlərin birində xalq onu böyük izdihamla qarşılayır. Atatürk maşından düşərək qısa müddətli onlara əl edir, hal-əhval tutur. Vaxtın azlığını əsas gətirərək maşına oturmaq istəyir. Elə bu zaman balaca uşaq ağlamağını eşidir. Baxıb görür ki, anasının qucağında toppuş bir uşaq əllərini ona uzadaraq ağlayır. Atatürk ona yaxınlaşıb qucağına alır və yanağından öpür. Uşaq da əllərini maşına doğru uzadır və təkid edib ağlayır. Anası da utana -utana Atatürkə deyir ki, uşağın istədiyi maşındır. Bir söz deməyən Atatürk uşaqla bərabər maşına oturur və onu gəzdirir.iclasa gecikməsinə baxmayaraq uşağı gətirib şəxsən özü anasına təhvil verir. Anası üzürxahlıq edəndə isə o, bu cavabı verir:

- Mən Türkiyənin sabahını gəzdirdim. Bu sabah hər şeydən və hər kəsdən önəmlidir. 

"Mənim xətrimə baş örtüyünüzü açarsız?" 

Bir gün xalq arasında gəzəndə çarşablı bir xanımla qarşılaşır: "Xanım, mənim xatirimə başınızdakı örtüyü açarsızınızmı" deyib. Qadın başındakı yaylığı açaraq, Atatürkün qarşısında əyilib və əllərindən öpüb. 

Bu rəsmi heç kəsə göstərmə 

Ağır Sakarya vuruşmasından çətin qalibiyyətlə qayıdan Atatürk Türkiyə Böyük Millət Məclisində hesabat xarakterli çıxış edir, problemləri və qarşıdakı çətinlikləri göstərir. Əsas diqqət də ərzaq və maddi təminatın çatışmazlığına yönəldir. Sakaryadsa əsgərlərin və düşmənlərin qida çatışmazlığını diqqətə çatdırır. Amma buna baxmayaraq o, qalib gəlmişdi, məhz bu səbəbdən Məclisə bir rəssam daxil olur və Atatürkə ehtiram nişanəsi olaraq çəkdiyi tablonu təqdim edir. Tablo Sakarya müharibəsini özündə əks etdirirdi. Burada Atatürk cüssəli, kök bir atın üzərində əzəmətli şəkildə dayanıb. Rəsm əsəri gözəl olduğundan salondakılar onu alqışlayır. Lakin Atatürk qəfildən rəssama deyir: "Bunu başqa kimsə görüb?

Rəssam "xeyr" deyəndə əlavə edir:

- Onda lütfən başqa heç kəsə göstərmə. 

Rəssam tutulur nə deyəcəyini bilmir. Atatürk əlavə edir ki, rəsm kimi gözəl sənət əsəridir. Amma burada at çox yaxşı , bəslənmiş həmçinin mən də çox gümrah və tox görünürəm. Amma vallahi, belə deyildi. Sakaryada atlar bir dəri, bir sümük, bizlər isə az qla çöpə dönən birisi idik. Bilirsənmi bu nə deməkdir? 

Səhvini anlayan rəssam deyir:- bu rəsm Sakarya vuruşmasının dəyərini aşağı salan bir əsərdir. Atatürk isə bu sözlərə yalnız gülümsəyir və rəssamın əlini sıxır. 

Atatürk haqqında maraqlı faktlar 

1. Ən çox sevdiyi yemək: Gəncliyindən qalan vərdişlə həyatı boyunca ən çox sevdiyi yemək quru paxlalı plov olub. Şirniyyat sevmirdi, amma hərdən gül cemi yeyirdi.

2. Ən çox sevdiyi kitab: Rəşad Nuri Güntəkinin "Çalıquşu" əsərini həyatı boyunca, hətta cəbhədə belə başucundan ayırmayıb. Hər gün kitabın təsadüfi bir səhifəsini açar və bir neçə səhifə oxuyarmış. 

3. Ən çox sevdiyi heyvanlar: Atlar və itlər. "Fox" adını verdiyi iti həmişə yatağının ucunda yatardı. 

4. Ən çox sevdiyi rəqs: Ən çox sevdiyi rəqs vals olub. Klassik musiqilərdən əlavə, Anadolu melodiyalarını da dinləməyi sevirmiş.

5. Geyimi: Köynəklərinin hamısı ağ idi. O, köynəklərini əvvəllər İsveçrədə tikdirib, sonralar isə yerli maldan istifadə etmək kompaniyasına əsasən Bəyoğlunda bir dərziyə tikdirib. Kostyumlarının dizaynını həmişə özü hazırlayardı. Göy rəngli kostyum geyinməyi xoşlamırdı.

6. Fiziki göstəriciləri: Boyu 1,74 m olub. Həyatının son dövrlərinə qədər çəkisi 76 kq olub. Amma sonra xəstəliyi artdıqca çəkisi 46 kq-a qədər düşüb. 43 ölçülü qara laklı ayaqqabı geyərdi.

7. Səhər vərdişləri: Səhər yeməyindən xoşu gəlmirdi. Yuxudan duran kimi otağındakı divanın üzərinə bardaş qurub oturur, günün ilk qəhvəsini içir və siqaret çəkirdi.

Xəstəliyininbaşlanğıcındaonumüayinə edənhəkimFissingergündə neçə paçkasiqaretçəkdiyinisoruşub. Atatürk "səkkiz" deyib.

Həkim məsləhət görüb ki, bundan sonra gün ərzində ancaq bir paçka siqaret çəksin. Bunu eşidən Atatürk gülümsəyərək: "Mən onsuz da gün ərzində ancaq bir paçka siqaret çəkirəm. Bundan sonra bunu sizin icazənizlə edəcəm" deyib.

8. Qəribəliyi: Getdiyi şəhər və ya kəndlərdə onun üçün qurban kəsilən heyvanlara baxa bilməzdi. Belə vəziyyətdə ya üzünü çevirər, ya da qurbanın kəsilməsinə icazə vermirdi. Cəbhələrdə düşmənlə qarşı-qarşıya döyüşən biri olaraq ən maraqlı xüsusiyyəti döyüş meydanı xaricində qan görəndə halı pisləşirmiş../modern.az/
 Şrift:



Hamımız monitor qarşısında dayanmadan gözlәrimizi yüklәmәyә vәrdiş etmişik. Aramızda az sayda adamlar bu qәdәr vacib orqanın xüsusiyyәtlәrin vә özәlliklәrindә xәbәrdardır. Hәmin özәlliklәri sizә tәqdim edib, öz gözlәrinizә diqqәtlә yanaşmağı tövsiyyә edirik.

1. Qәhvәyi rәngindә göz әslindә mövcud deyil. Qәhvәyi gözlәr mavi gözlәrdәki qәhvәyi piqmentin vasitәsi ilә hәmin rәngi alır. Gözlәrdәki qәhvәyi piqmenti әmәliyyat vasitәsi ilә götürüb hәmişәlik mavi gözlәrә sahib olmaq olar.

2. Sevdiyimiz insana baxarkәn göz almacığı 45% böyüyür.

3. Açıq gözlәrlә asqırmaq mümkün deyil.

4. Gözlәr boz rәngin 500 çalarını ayırd edir.

5. Hәr bir göz 107 mln. hüceyrәdәn ibarәtdir vә onların hamısı işığa qarşı hәssasdır.

6. Kişilәr arasında hәr 12­ci adam daltonikdir.

7. İnsan gözü spektorun yalnız 3 rәngini – göy, qırmızı , yaşıl rәngi ayırd edir. Qalan bütün rәnglәr hәmin 3 rәngin qarışığından alınır. (Yәgin ki, nәzәrinizdәn qaçmadı : spektorun rәnglәri bizim bayrağdakı rәnglәrdir)

8. Gözlәrimizin diametri 2.5 sm, çәkisi isә 8 qr­dır.

9. Orqanizmimizdә olan bütün әzәlәlәr arasında göz әzәlәlәri әn işlәk әzәlәlәrdir.

10. Gözlәrimizin ölçüsü doğulandan ölәnәdәk dәyişmir, baxmayaraq ki, burun vә qulaqlar bütün hәyatımız boyu öz ölçüsünü dәyişir.

11. Göz almacığının cәmi 1/6 hissәsi görünür.

12. Orta hesabla bütün hәyatımız boyu tәxmini olaraq 24 mln. sayda şәkil görürük.

13. Әn sürәtli әzәlә göz әzәlәsidir.1 saniyә әrzindә 5 dәfә gözümüzü qırpa bilәrik. ”Bir göz qırpımında” ifadәsi dә burdan meydana gәlib.

14. Gözlәrimiz 1 saniyәdә 50 şeyә fokslaşa bilir.

15. Gözlәr tәrәfindәn beyinә göndәrilәn şәkil vә mәnzәrәlәr tәrsinә göndәrilir.

16. Gözlәr beyini әn çox yükәlәyәn orqandır.

17. Hәr bir kipriyin 5 ay ömrü var.

18. Qәdim mayalılar çәpgözlüyü cazibәdar hesab edir vә çalışırdılar ki, uşaqlarının gözlәri çәp olsun.

19. Tәxminәn 10 000 il әrzindә yer kürәsindә bütün insanların gözü qәhvәyi rәngdә olub. Sonra Qara dәniz әtrafındakı adamların gözlәrindә mutasiya baş verib vә bu mavi gözlü adamların peyda olmasına sәbәb olub.

20. Gözlәrin hәrәkәt istiqamәtini müayinә edәrkәn 98.3% dәqiqliklә şizofreniyanı müәyyәn etmәk olar.

21. Yer üzündәki qadınların tәxminәn 2%­nin gözlәrindә nadir genetik mutasiya var. Hәmin mutasiya onlara 100 mln. rәngi ayırd etmәyә imkan verir.

22. Hollivudun mәşhur aktyoru Conni Deppin sol gözü görmә qabiliyyәtli deyil.

23. Kosmonaftlar kosmosda olarkәn ağlaya bilmirlәr. Buna sәbәb kosmosdakı çәkisizlikdir. Belәki onlar kövrәlәndә ağlamaq әvәzinә gözlәrindә ancaq göynәmә hiss edirlәr.

24. İnsan gözü üçün çox mürәkkәb rәnglәr var. Hәmin rәnglәri “mümkün olmayan rәnglәr” adlandırırlar.

25. Afakiyadan әziyyәt çәkәn insanlar ultrabәnövşәyi şüaları rәng olaraq görә bilirlәr.

26. Arıları gözlәrindә tük var. Bu tüklәr külәyin istiqamәtini müәyyәn etmәyә imkan verir.

27. Biz gözlәrimizlә yox, beyinimizlә görürük. Baxmayaraq ki, mәnzәrә vә şәkillәrin bulanıq vә keyfiyyәtsiz görüntüsü gözlәrin xәstәliyidir, görmә qabiliyyәti sırf beyin funksiyasıdır.

28.Mavi gözlü ağ pişiklәrin 65­85 %­i kardır.../ATV.az/

 Şrift:



1.
 Böyük dramaturqun pyeslərinin çoxunun mövzusu keçmiş zamanlarda cərəyan edən əhavalatları əhatə edirdi. Bu isə həmin dövrdə geniş yayılmış bir praktika idi.

2. Şekspir zamanının teatrlarında pərdələr yox idi, dekorasiyalar da çox az idi. Aktyorları əhatə edən mühit və şərait pyesin mətnində təsvir edilirdi.

3. Yelizaveta dövrünün teatrı heç də "incəsənət mədədi" deyildi. Tamaşaçılar tamaşa zamanı meyvə alar və əgər xoşlarına gəlməsə, dişləyib aktyorlara ata bilərdilər. Belə bir fikir var ki, bu adət İngiltərədə teatr sənətinin inkişafına çox böyük təkan verib.

4. Məlumdur ki, Şekspirin zamanında teatrda bütün rolları – həm kişi, həm də qadın rollarını kişilər oynayırdılar (XX əsrin əvvəllərində Azərbaycanda olduğu kimi). İngilis səhnəsində ilk qadın yalnız XVII əsrdə göründü (Bizdə XX əsr. - Red.). Kişi qəhrəmanların isə qadın aktrisalar tərəfindən oynanılması dünya teatrı tarixində çox nadir rast gəlinən hallardandır. Böyük aktrisa Sara Bernar 1899-cu ildə Şekspirin kişi qəhrəmanını oynamağa razılıq vermişdi.

5. Şekspirin 154 dahiyanə sonetinin nə zaman, harada və hansı xronoloji ardıcıllıqla yazılması, eləcə də onların kimə ithaf edilməsi haqqında, demək olar ki, heç bir məlumat yoxdur.

6. Şekspirin leksik fondunu araşdıran tədqiqatçılar qeyd edirlər ki, dramaturqun əsərlərində işlənin 2035 söz əvvəllər yazılı mətnlərdə heç vaxt işlənməyib.

7. Təəssüf ki, bu dünyada Şekpirin birbaşa varisi yoxdur. Çünki onun nəsli 1670-ci ildə kəsilib. Dramaturqun yeganə oğlu Xemniy 11 yaşında taundan ölüb. Qızı Cuditin üç oğlu var idi, ancaq onların heç birinin və o biri qızı Suzannanın isə övladları olmayıb. Elə Süzannanın ölümü ilə də Şekspir nəslinə son qoyuldu.

8. Oksfordun "qanadlı sözlər" lüğətinə görə, igilisdilli dünyada ən çox təkrarlanan sitatların onda biri Şekspirin payına düşür.

9. Şekspirin ən məşhur pyesi "Maqbet" faciəsidir. O, dünyada hər dörd saatdan bir oxunur.

10. 1890-cı ilədək Şimali Amerikada nə sığırçın, nə də ki qarğa var idi. Şekspirin qızğın fanatlarından biri bu quşları Avropadan gətirib Nyu Yorkun Mərkəzi parkına buraxır. Quşlar burada nəsil verib artırlar. Bəs bu hərəkətin səbəbi nə idi? O, istəyirdi ki, doğma ölkəsində böyük ingilisin pyeslərində adı çəkilən quşların bütün növləri yaşasın.../axar.az/

 Şrift:

Tez qalx, məsələn, saat 5-də.

Tez yat, məsələn, saat 21.00-da.
Az ye, şirniyyatdan uzaq dur.
Ev işlərinin bacardıqca özün et, başqalarına etdirmə.
Məqsədlərin olsun. Məsələn, bir həyati məqsədin olsun. Amma bunun bəs etməyəcəyini bil və həyatda nail olmaq istədiklərinlə bağlı ayrı-ayrı balaca hədəflərin olsun. Gələn ilin, gələn ayın, gələn həftənin və sabahkı günün hədəflərini ayrı-ayı, dəqiq şəkildə müəyyənləşdir. Hətta bir saat sonranın, bir dəqiqə sonranın planını müəyyən et. 
Qulağında sırğa olsun: böyük məqsədlərə gedən yol, kiçik məqsədlərdən başlayır.
Qadınlardan uzaq dur.
Çox işləyərək ehtirasını öldür.
Yaxşı adam ol, amma başqalarının bunu bilməsinə icazə vermə.
Gücünün yetdiyindən daha az xərclə.
İndikindən on dəfə varlı olsan da, qətiyyən həyat tərzini dəyişmə../
İnterpress.az
 
/
 Şrift:



1. Qan təchizatı olmayan yeganə bədən hissəsi - gözün buynuz təbəqəsidir. Bu orqan oksigeni havadan alır.

2. Uşaq 7 aylığına qədər eyni anda həm udquna, həm də nəfəs ala bilir.

3. Kəllə sümüyü 29 müxtəlif sümükdən ibarətdir.

4. Asqırma zamanı insanın bütün funksiyaları dayanır, hətta ürək də.

5. Beyindən gedən sinir impulsu 274 s/km sürəti ilə hərəkət edir.

6. Bir insan beyni gün ərzində dünyanın bütün telefonlarından daha çox elektik impulsu generasiya edir.

7. İnsanın ürəyi  48 milyon qallon(İngiltərə və ABŞ -da 4,5 litrə bərabər olan ölçü vahidi) qan çəkib vura bilir.

8. Bu cümləni oxuduğunuz vaxtda orqanizminizdə 50000 hüceyrə ölür və yenisi ilə əvəz olunur.

9. Qadınların ürəyi kişilərdən daha tez döyünür.

10. İnsan 90% yuxularını unudur.

11. İnsan bədənində olan qan damarlarının ümumi uzunluğu 100000 km-dir.

12. Həyatının sonuna qədər, insan təxmini olaraq 150 trillion bit informasiya yadında saxlayır.

13. Üzünüz qızardıqda, mədə də qızarır.

14. İnsanın bədənində 700 ferment (orqanizmdə baş verən proseslər üçün katalizator rolunu oynayan, canlı hüceyrədə yaranan çətin orqanik maddələrdir)işləyir.

15. İnsanlar ,beli üstündə yatan yeganə məxluqlardır.

16. Uşaq 4 yaşında gündə orta hesabla 450 sual verir.

17. Bakteriyaların yalnız 1%-i insanda nasazlıq hissi yaradır.

18. Göbəyin elmi adı - umbilikusdur.

19. Diş - insan orqanizminin özü bərpa olunmayan yeganə hissəsidir.

20. İnsanın yuxuya getməsi üçün tələb olunan təxmini vaxt 7 dəqiqədir.

21. Dünyada cəmi 7% solaxay var.

22. Alma və bananın qoxusu arıqlamağa kömək edir.

23. İnsan orqanizmində yaşayan bakteriyaların ümumi çəkisi 2 kq- dır.

24. Orqanizmdə olan kalsinin 99%- i dişlərdədir.

25. Dodaqların hissiyatı barmaq uclarının hissiyatından qat-qat güclüdür.

26. Diş emalı - insan orqanizmi tərəfindən istehsal olunan ən möhkəm(bərk) toxumadır.

27. İnsan orqanizmində olan bütün dəmiri yığsaq, yalnız saat üçün vint hazırlamaq olar.

28. İnsan - bütün canlı  aləmində düz xətt çəkə bilən yeganə məxluqdur.

29. Bütün həyat boyunca insan dərisi təxminən 1000 dəfə təzələnir.

30. Əl dırnaqları ayaq dırnaqlarında 4 dəfə tez uzanır.

31. Mavi gözlü insanlar ağrıya digərlərindən daha həssasdırlar.

32. İnsanın baş beynində 1 saniyə ərzində 100000 kimyəvi reaksiya baş verir.

33. İnsan orqanizmində leykositlər 2-5 gün, eritrositlər isə 3-4 ay yaşayırlar.

34. İnsan bədənində olan ən güclü əzələ - dildir.

35. Ürəyin ölçüsü hər insanın yumruğu qədər, yaşlı insanın ürəyinin çəkisi isə 220-260 qr-dır.

36. İnsanın ağzında 40000 bakteriya var.

37. İnsan gözü - 10000000 rəng çaları seçə bilir.

38. Uşaqlar ən tez yazda böyüyürlər.

39. Bir çox insanlar  60 yaşında dad reseptorlarını yarısını itirilər.

40. Səhərlər insan axşam olduğundan təxminən 8 mm daha hündür olur.

41. Sümük poladdan 5 dəfə daha möhkəmdir.

42. Açıq gözlə asqırmaq mümükün deyil.

43. Gözlərimiz doğulduğumuz andan eyni ölçüdə qalır, yalnız burun və qulaqlarımız daim böyüyür.

44. Əgər siz, təmamilə bağlı otaqdasınızsa, o zaman siz, hava çatışmazlığından deyil, karbon dioksidindən zəhərlənərək öləcəksiniz.../Saglamolun.Az/

 Şrift:


Şair, Elvin Paşa. 

Persona.az saytı daha çox səmimi  bir dost kimi münasibət yaradıb mənə. Saytda ən azı sizi və sizing səmimi kollektivi görmək istəyirəm sağ və salamat. Təbrik edirəm

 

Şair, Emin Piri

Maddi sorunlar içində ədəbiyyat naminə təmannasız xidmət etmək özü alqışlanası bir haldır. Fərqi yoxdur, kütlə baxımdan öz yazılarını nə qədər adama çatdırıb. Problemləri həll edilmiş media qurumlarının qruplaşma, dostbazlıq və.s kimi bazlıqlarla vurduğu zərbə yanında belə xidmətlərə təşəkkür düşür. Doğum gününüz qutlu olsun!

 

Şair, İntiqam Yaşar

 

Salam. Persona.az-a uğurlar arzulayır, kollektivi təbrik edirəm. Persona.az 3 il həm az vaxtdır, həm də az vaxt deyil. Yerli ədəbi örnəklərin oxuculara çatdırılmasənda gözəl fəaliyyətiniz nəzərə çarpır. Sosial şəbəkələr üzərindən daha aktiv iş aparmaq lazım olduğunu düşünürəm. Bu istiqamətdə bir az da iş aparacağınıza ümüdvaram.Ad gününüz mübarək olsun.

 

Şair, Rəşad Nağı Mustafa

Mən sizi təbrik edirəm. Saytınız uzun ömürlü olsun.

Çətində olsa saytınızda tərcümə işlərinin olmasını daha çox istərdim. Rus, Polyak, İran şairlərinin şeirlərinin tərcüməsini görmək çox xoş olardı.

Sizə uğurlar arzu edirəm. Doğum gününüz mübarək.


Şair, yazar, Cəlil Cavanşir.

Təbrik edirəm və bol-bol uğurlar arzulayıram.

Hər zaman ədəbi dəyərləri şəxsi münasibətlərdən üstün tutmağınızı arzu edirəm

 

 

 Şrift:


1. Beyin soyuducu lampasından daha az enerji sərf edir

Beyin gün ərzində 12 vatt gücündə enerji sərf edir. Vücud ağırlığının sadəcə 3%-ni təşkil etməsinə baxmayaraq, beyin bütün enerjisinin 17%-ini işlədir. Diqqətli və uzun düşünmə vaxtı sərf etdiyimiz enerji o qədər kiçikdir ki, heç hiss də olunmur.


2.Tez-tez səyahət etmək yaddaş zəifliyi yaradır

Tez-tez qitələrarası səyahət edən insanların beyni havada keçən vaxtda yüksək stressdə olduğundan yaddaş zəifliyinə səbəb olur. Növbə üsullu işlərdə işləyənlərdə də eyni hala rast gəlinə bilər. Nəticədə, bəzi xatirələr yaddaşdan tamam silinə və ya zəifləyə bilər.


3. Səs-küylü yerdə niyə telefonla danışmaq olmur? 

Səs-küylü yerlərdə telefonla danışmaq üçün gərək çox güclü eşitmə qabiliyyətin ola. Olduğunuz otağın səsi ilə xəttin o biri başındakı şəxsin olduğu otağın səslərini qarışdırmaq beyin üçün heç də asan deyil. Bu vəziyyətdə beynimiz telefondakı dostlarımızın səsi ilə otaqdakı səsi ayırd etməkdə çətinlik çəkir. Telefonunuzun mikrofonunu əlimizlə bağladıqda əslində, otaqdakı səslərin telefona girməsinə mane oluruq və bundan sonra beynimiz səsləri daha yaxşı fərqləndirə bilir.

4. Video oyunlar eyni vaxtda bir neçə işi görmə bacarığımızı artırır

Diqqətinizi eyni anda birdən çox şeyə yönəltmək bacarığını artırmaq üçün ən yaxşı yol video oyunlardır. Amma heç də hamısı deyil. Məsələn, elə bir oyun olsun ki, eyni vaxtda bir neçə hədəfə atəş açmağınız lazım olsun. Bu cür oyunlar diqqətinizi ekrandakı hər sahəyə cəmləmə və hadisələri daha tez dərk etmə, reaksiya vermə baxımından əvəzsizdirlər. Ancaq "Tetris" tipli oyunlar beynin əsl düşmənidir. Çünki bu zaman diqqət yalnız bir daşa, bir nöqtəyə yönəlir ki, bu da beynin işləməsini biryönlü edir.

5. Beynin bir yumor mərkəzi var

Yumoru duyma və etmə bacarığı hamıda olmur. Yumorun tərifinə əsaslansaq, görərik ki, o öz içində bir sürpriz saxlamalıdır - sonrakı cümlənin nə olacağını təxmin etsək də, yumor bizi başqa bir nöqtəyə aparmalıdır. Sonra da vardığımız bu yeni nöqtədən əvvəldən düşündüyümüz nöqtəni qarşılaşdıraraq yeni bir perspektiv əldə edirik. Yumorun beynimizdə alınma forması təxminən belədir. Bəzi insanların lətifələri gec başa düşməyi də bu bağlantını qura bilməmələridir. 

6. "Dilimin ucundadır... bu dəqiqə deyəcəm" 

Hərdən bir mahnı ağlımıza gəlir, heç cür tapa bilmirik harda eşitmişik və ya mahnının davamını heç cür xatırlamırıq. Bu, beynimizdəki "sıra ilə xatırlama" mexanizmi ilə bağlıdır. Bir mahnını və ya sözü yada salmaq üçün onun baş verdiyi yeri, situasiyanı xatırlamağınız lazımdır. Gündəlik işlərimizi də biz bu mexanizmlə görürük. Bir şeyi xatırlamaq üçün beyində xatirələrin arasında bu məlumat parçasının daxil olduğu hadisəni yada salmalıyıq.
Böyük ehtimalla "axtarış əməliyyatı" uğurla başa çatır. Amma əgər əksinə, hələ də "dilimin ucundadı, bu dəqiqə deyəcəm" vəziyyətindəsinizsə, beyninizi məşğul edəcək başqa bir şey tapın. Məsələn, bir mahnı oxuyun ki, beyin də bu vaxt ərzində rahatca "axtarış" aparsın və uğurlu nəticə versin.

***

7. Sağ tərəf - kreativ, sol tərəf - analistik

Beynin sağ yarımkürəsi sosial uğurlar, təşkilatlanma bacarıqları, fəlsəfə və sənət ilə əlaqəlidir. Sol yarımkürə isə riyaziyyat və dil öyrənmə bacarıqlarını özündə birləşdirir. Bu mövzuda elmi bir test olmasa da, bir insanın hansı yarımkürəyə daha çox aid olduğu yoxlamaq üçün belə bir test tətbiq edə bilərsiniz: havaya bir cisim atın. Həmin insan refleks olaraq cismi hansı qolu ilə tutmağa çalışsa, o qolun qarşı tərəfi idarəedici sayılır.

8. Özünüzü qıdıqlaya bilməzsiniz

Qıdıq hissiyyatı güclü xəstələri müayinə edərkən həkimlər xəstənin əlini öz əlləri üzərinə yerləşdirərək qıdıqlanma hissinə mane olurlar. Bu necə olur? Çünki qıdıqlanmağa nə qədər həssas olursanız olun, özünüzü qıdıqlaya bilməzsiniz. Bunun səbəbi beynimizin ətrafımızdakı hadisələri duyan bir çox hissin arasından ən vacib olanları hissetməyə meylli olmasıdır. 
Məsələn, oturduğumuz stolu və ya ayağımıza geyindiyimiz corabı - onları düşünməyincə - hiss etmirik, amma çiynimizə toxunan bir əl o dəqiqə bizi diksindirir. Beynin bu "hissləri ayırd etmə" funksiyasını beyincik yerinə yetirir. Beyincik 110 qram ağırlığında olub, gözlənilən və gözlənilməyən reaksiyaları ayırd edir və onların arasından ən vaciblərini seçir. 
Əgər sizə toxunan əl sizindirsə, beyin bu qıdıqlanmaya deyil, toxunduğunuz orqandan gələn hislərə üstünlük verir.

9. Əsnəmək beyni oyandırır

"Əsnəmə" deyiləndə, insanın ağlına ilk "Əsnək əsnək gətirər" məsəli düşür. Bunun həqiqət olmasına heç kimin şübhəsi yoxdur. Ancaq bir çoxları əsnəyi yuxu və ya sıxılmaqla əlaqələndirsə də, əslində əsnək bədəndə oyanma yaradır. Əsnəyərkən daha çox hava ciyərlərimizə dolur və qanımızdakı oksigen faizi yüksəlir ki, bu da oyanmamızı tezləşdirir. Məməli heyvanlar və quşlarda da hətta bu hiss var. Maraqlı faktlardan biri də itlərin əsnəməsidir. İtlər əsnəyərək sahiblərini sakitləşdirə bilirlər.

10. Beyində qəribə təsəvvürlər niyə yaranır? 

Buna bənzər hallarla ən çox alpinistlər qarşılaşırlar. Çünki yerdən yüksəkliyə qalxdıqca beynə oksigen az gedir. 2400 metr yüksəklik insan beyni üçün maksimum yüksəklikdir. Bu yüksəklikdən daha yuxarı qalxdıqca alpinistlər mövcud olmayan varlıqlarla yanaşı, ətrafındakıların işıq saçdığını görməyə və səbəbsiz yerə qorxmağa başlayırlar. Oksigen azalması beynin təxəyyül və hissiyyat siqnallarının idarəetmədən çıxması və ya yavaşlamasına yol açır.../kazyen.az/
 Şrift:



1. Başı yekə Eynşteyn


Eynşteyn başı yekə, özü də kök bir uşaq olub. Doğularkən başı o qədər böyük olub ki, deformasiyaya uğrayıb. Əvvəlcə elə biliblər ki, uşaq anormaldır. Ancaq sonradan bəlli olub ki, uşaqda hər şey qaydasındadır. Bundan sonra anasını uşaqla birlikdə evə buraxıblar. Sonradan Eynşteynin nənəsi bir müsahibədə onun haqda belə demişdi: “Eynşteynin uşaqlığı digər uşaqlara nisbətən bir addım gec başlamışdı…”

2. Danış, Eynşteyn

Eynşteyn uşaqlığında danışmaqla bağlı problem də yaşayıb. Dili çox gec açılan Eynşteyn, dil açıb danışmağa başlayandan sonra da yavaş danışırmış. Bu doqquz yaşına qədər davam eləyib. Anası və atası onun xəstə olduğunu düşünüb çox qorxurmuşlar. Ancaq bir dəfə, axşam yeməyi zamanı səssizliyi balaca Eynşteyn pozdu: “Bu yemək çox istidir”. Ondan indiyə qədər niyə danışmadığını soruşduqda isə bu cür cavab verir: “Çünki indiyə kimi hər şey qaydasında idi”.

3. Kompas onu elmə doğru aparır

Eynşteyn beş yaşında xəstə yatarkən atası ona kompas göstərir. Gələcəyin dahisinin elmlə ilk tanışlığı kompasdan başladı. Kompas balaca Eynşteynin diqqətini cəlb elədi. Kompası hansı tərəfə fırladırdısa, ox yenə eyni nöqtəni göstərirdi. Eynşteyn dedi ki, kosmosda qüvvələr var və onlar kompasa təsir edirlər.

4. İmtahandan kəsilən EynşteynEnşteyn

1895-ci ildə 17 yaşlı Eynşteyn İsveç Federal Politexnik Universitetinə imtahan verir. Riyaziyyatdan keçsə də, tarix, xarici dil və coğrafiyadan kəsilir. Bir il sonra yenidən imtahan verərək həmin ali məktəbə daxil olmağı bacarır.

5. Tələbəsindən uşağı olur…

Eynşteynin şəxsi məktublarından evlilikdən kənar bir qızının olduğu bəllidir. Tələbəsi Mileva Maric ilə aralarındakı sevgi münasibətləri bir qızlarının olmasına gətirib çıxarır. Mileva uşağın adını Lieserl qoyur. Maraqlıdır ki, Eynşteyn bu uşağı heç vaxt görməyib. Mileva 1902-ci ildə Novi Sadda öz evində qızı dünyaya gətirir. Eynşteyn isə 1902-ci ildə Bernedəydi. Doğuş prosesi çətin olur və böyük ehtimalla uşaq travmayla doğulur. Uşaq doğulduğu il də vəfat edir.

6. Eynşteyn qadağa qoyur: “Evdən bayıra çıxma”

Sonradan Eynşteyn və Mileva evlənirlər. İki oğulları olur: Hans Albert və Eduard. Eynşteyn elmi araşdırmalarına görə, tez-tez xarici ölkələrdə olurdu, ailəsinə zaman ayıra bilmirdi. Buna görə onun ailəsi dağılır və boşanırlar. Ancaq evi pərdəylə iki yerə ayırıb bir evdə yaşamağa davam edirlər. Mileva ilə evli olarkən Eynşteyn onunla qəribə bir müqavilə bağlayıbmış. Müqavilə beləydi:

A. Əmin olacaqsan.

1. Paltarlarımın təmiz olmağına həmişə nəzarət elə.
2. Hər gün 3 cür yemək olsun.
3. Yataq otağıma və iş otağıma heç kim gir bilməz, yataqda isə tək yatacam.

B. Mənim icazəm olmadan kiminləsə tanış ola bilməzsən, sosial əlaqələrdə ola bilməzsən.

C. Mən istəməyincə mənimlə danışmayacaqsan.

Mileva bu şərtləri qəbul edir.


7. Eynşteyn və oğlu

Boşandıqdan sonra Eynşteyn Nobel mükafatını aldı, xeyli gəlir əldə edə bildi. Mileva isə çox çətin şəraitdə yaşayırdı. Oğlu Hans Alber Frieda Kenechtlə evləndi. Sonra Berkeley Universitetində professor oldu. Yeni bir qəsəbədə atası və oğluyla birlikdə yaşamağa başladı. Eynşteyn öldükdən sonra Hansa çox xırda miras qaldı.

8. Eynşteyn və qadınlar

Eynşteyn Milevadan ayrıldıqdan sonra yaxın qohumu Elza ilə evlənir. Əslində bundan əvvəl Elzanın qızı ilə evlənmək istəmişdi Eynşteyn. Elzanın qızı Eynşteyndən 18 yaş balacaydı. Lakin Elza buna imkan verməmişdi. Buna baxmayaraq, ögey qızı Alberti çox sevirdi. Bu sevgi qarşılıqsız deyildi. Elzanın anası isə bu münasibətlərin qarşısını ciddi cəhdlə almağa çalışırdı. Eynşteynin məktublarından belə bəlli olur ki, alim sonralar Elzanı öz katibəsinə dəyişmişdi. Belə çıxır ki, Eynşteyn çox şorgöz adam olub.

9. Eynşteyn atom bombasını düzəldir1939-cu ildə nasist Almaniyasına qarşı həyəcan təbili çalınan zaman Eynşteyn fizik Leo Silard ilə birlikdə prezident Ruzveltə məktub yazaraq atom bombası haqda məsələdən bəhs edir. Onların məktubundan sonra Ruzvelt gizli layihəsi olan “Manhattan”ı başladı. Bomba 1941-ci ildə Pearl Harborda sınaqdan keçirildi. Müttəfiqlər riskə getməyərək və təhlükəsizlik naminə Eynşteyni bu projedə iştirak etməyə dəvət etmədilər.

10. Eynşteynin beyni

1955-ci ildə Eynşteynin vəfatından sonra onun beyni çox yaxın qohumlarından olan Tomas Stoltz Harvey tərəfindən alındı. Onun beynini xüsusi maddənin içində saxlayırdılar. Sonrakı illərdə beyində müxtəlif ekspertizalar aparmışdılar. Bəlli olmuşdu ki, onun beyni normal beyindən xeyli böyükdür. Onu müqəddəs bir şey kimi qoruyub saxlayan Tomas Stoltz sonralar Eynşteynin beynini bir universitetə bağışlamışdı../kayzen.az,

Sayğac