Xəbər lenti

 Şrift:

     
 
Həmsöhbətimiz, istedadlı musiqiçi-şair, tanınmış kamança ifaçısı Xəyyam Məmmədovdur. 


   Xəyyam bəy, xoş gördük! Qeyd edim ki, bizim
Persona.az ədəbi-ictimai portalımız bütün istedadlı, yüksək əxlaqi keyfiyyətlərə malik, sözü olan, sözünün çəkisi, dəyəri olan hər kəs üçün bir tribinadır! Bu tribunada sizi görmək çox xoşdur! Birmusiqiçi kimi istedadnıza bələdəm. Amma bilirəm ki, sizin kimliyiniz, tək bununla məhdudlaşmır. Elə bilirəm, mənə maraqlı olduğu kimi, sizin həyatınzın, kimliyinizin pərdəarxası yönləri oxucularımız üçün də maraqlıdır. İstərdim, öncə bir az özünüzdən danışasınız!

   Xoş günlərdə görüşək Zəka bəy. Mən sizin “Persona.az” portalına həmişə öz çəkisində, öz mövqeyində qalmağı və yúksək dəyərləri qoruyub saxlamağı arzulayıram. Məni də bu tribunaya layiq bildiyinizçün sizə təşəkkûr edirəm.

Allah xalqımıza həmişə xoş günlər nəsib eləsin, bizə də öz öhdəmizə düşən vəzifələri layiqincə yerinə yetirəmək imkanı versin.

 Doğrusu, özümdən danışmaq kimi bir xasiyyətim yoxdur. Yalnəz bunu deyə bilərəm ki, 1976 - cı ilin yanvarında Cəbrayıl rayon mərkəzində doģulmuşam. Ailəmiz musiqiçi ailəsi olduğundan gözümû açandan evimizdə musiqi alətləri görmüşəm, muğam eşitmişəm...

  Siz istedadadlı bir musiqiçi kimi tanınırsınız! Xüsusən musiqi ictimaiyyətində sizin öz çəkiniz, öz yeriniz var! Mümkünsə bu haqda!..

   Xalqımız sənətə dəyər verən, əsl sənətkarı, sənəti qiymətləndirən xalqdır. Buna görə az-çox tanıyanlar var. İstedad məsələsinə gələndə, məncə istedadsız insan yoxdur. Yerini tapan insanlar var, bir də həyatda lazım olduğu yeri-işi tapmayan insanlar var ki, onlara istedadsız kimi baxılır. Məndən əvvəl də bunu dəfələrlə deyiblər. Musiqiçi, rəssam, aktyor, yazar və esasən incəsənət sahəsində bir neçə peşə var ki, bunlar yaranışdan Tanrının verdiyi bir paydır, xüsusdur. Nəyəsə nail olmaq üçün uşaqlıqdan düzgün istiqamətləndirmə vacibdir. Mən əgər bu gün sənət sahəsində nəyəsə nail olmuşamsa əlbəttə atama və müəllimlərimə minnətdaram.

   Musiqiçi olduğunuzu bilirdik, şeir yazdığınızı, sözə könül verdiyinizi isə bilmirdik! Bu necə baş verdi?

  Şeir deyəndə ki, mən heç vaxt "mənim şeirim", "yazdığım şeir" və bu kìmì ifadələr işlətmirəm. Bu, şairlərə məxsus ifadələrdir. Həmişə "yazılarım" deyə ifadə etmişəm. Şairliķ iddiam yoxdur. Amma hərdən adam ürəyini boşaltmaq istəyəndə musiqì də aciz qalır və sözə tələbat yaranır. Elə hallarda ürəyimi sözlə, yazıyla boşaldıram. Orta məktəbdə oxuduğum vaxtlàrda da hərdən yazırdım. Əlbəttə, yaşın o dövründə əksər yenìyetmələrdə bir yazmaq eşqi yaranır, sonra o period keçir. Amma o vaxtdan ara-sıra yazılarım olur. Düzdür, əvvəllər yazsam da, oxucusu olmurdu, çünki hər kəsdən gizlədirdim. Son dövrlərdə olan yazıları sosial şəbəkələrdə oxucularla paylaşıram. Yeri gəlmişkən, fürsətdən istifadə edib yazılarıma dəyər verən, bəyənən, fikir bildìrən hər kəsə sizin tribunadan təşəkkürlərimi bildirirəm.

 Sözmü, musiqimi - sizinçün hansı daha cəlbedici və qüdrətlidir?

Musiqi gúclü təsirə malikdir, əlbəttə. Psixoloji gərginliyin aradan götürülməsində, yorğunluğu çıxarmağa, həm sevincli, həm də kədərli anlarda köməyə çatır. Amma sözün qüdrəti daha böyükdür. Söz həm inqilab edəcək gücə malikdir, həm də sözün qan yatıra biləcək qüdrəti var. Hətta musiqinin aciz qaldığı durumda söz adamın köməyinə gəlir...

 Belə isə söz və musiqi - bunlardan birini seçmək məcburiyyətində olsaydınız, hansını seçərdiniz?

Bahoo... bu, çox çətin sual oldu, mənimçün. Mən musiqiçiyəm, özümü musiqisiz təsəvvür edə bilmirəm. Bu, mənim həyatımın ayrılmaz hissəsidir. Amma yazmasam da, bəlkə ürəyim partlayar. Bu seçimi taleyin öhdəsinə buraxardım...

Feysbuk paylaşımlarınızdan hiss olunur ki, ürəyinizdə bir nisgiliniz var...

Ürəkdəki nisgilin sayı yəqin ki, bir deyil. Siz yaxşı bilirsiz ki, sənət adamları doğulandan həssas olurlar. Bir baxışdan, bir kəlmə sözdən belə qarşındakı adamı oxuya bilirsən. Uşaqlıqdan fikir çəkən, xırda diqqətsizliyi belə ürəyə salan, sözü deyəndə ehtiyatla seçən olmuşam. Siz indi təsəvvür edin, belə xarakterli bir adamçün doğulub böyüdüyü yurd yerinin, əzizlərinin məzarlarının və nəhayətdə bútün uşaqlıq və yeniyetməlik dövrünün düşmən əlində girov qalması nə deməkdir...

  Musiqiçi dostlarınız sizdən həmişə ağızdolusu danışır, incə yumor hissinə malik olmağınızı dilə gətirirlər.

 Yazılarımda nə qədər küskün, nisgilli görünürəmsə, o qədər də həyatda nìkbin, deyib - gülən adamam. Ümumiyyətlə gələn zərbəni, neqativliyi yumorla qarşılamağı bacarıram desəm, səhv etmərəm. Ətrafımda kifayət qədər dostlarım var. Onların arasında musiqiçilər də var, söz adamları da, biznes sahəsində çalışanlar da, hətta məmurlar da. Şükür Allaha ki, dost sarıdan varlı adamam...

  Çoxlu sayda xanəndələri müşaiyət etmisiniz. Hər hansı bir müğənninin, xanəndənin musiqisiz ifası, oxusu, təsəvvürümdə, gözəl fonu, panoraması olmayan bir portret kimi canlanır. Nə qədər yaxşı çəkilmiş olsa belə, cansıxıcı təsir bağışlayır. Amma hansısa heyranedici bir mənzərənin fonunda daha gözəl, daha cazibədar görünür. Bu mənada bir musiqiçinin, müşaiyyətçinin barmaqlarından süzülüb gələn musiqi, arxada gözəl bir fon, panorama yaradır və xanəndənin ifası daha da gözəlləşir, daha da dolğunlaşır. Olubmu ki, hansınısa xanəndəni müşaiyət edərkən ruhi-mənəvi əzab çəkəsiniz?

 Həmişə mənə irad tuturlar ki, ifa zamanı niyə "hərəkət" eləmirsən? Cavabında deyirəm ki, yalançı mimikanı bacarmıram. Bir neçə dostlarım var ki, müşaiyət vaxtı mənim üz ifadəmdən, mimikamdan təyin edirlər ki, bu oxuyan ürəyimcə oxuyur, yoxsa orda əzab çəkirəm. Mən yalançı mimikayla təbii hisslərimi gizlədə bilmirəm. Əsasən ifasından zövq aldığım xanəndələrlə çıxış edirəm. Amma təbii ki, əzab cəkdiyimiz vaxtlar da olur.

 Musiqiçilərin həyatı çox maraqlı olur. Yaxın-uzaq səfərlər, səyahətlər, konsertlər,.. tez-tez maraqlı hadisələrlə üzləşirlər. Siz necə?

 Musiqiçilər xalq arasında çox olduğundan çox da hadisələrlə rastlaşırlar. Bizim də başımıza gələnlər olub. Oxucuları yormaq istəmirəm, həm də ola bilər, mənimçün maraqlı gələn hadisə başqası üçün maraqsız olar. Axı hərə bir cür yumor hissinə malikdir.

 Yəqin ki, kitabınız da yox deyil? Hər halda şeirlərinizin də öz “evi-eşiyi” olmamış olmaz!

 Düzünü deyim ki, kitab çıxarmaq həvəsim yoxdur. Dostĺàr sağ olsunlar, ötən il facebòòk sosial şəbəkəsində paylaşımlardan toplayıb mənə bir kitab hədiyyə etmìşdilər. Bu günkü iqtisadi durumda böyük diqqət kimi dəyərləndirirəm. Amma yəqin ki, nə vaxtsa həm yazılarım itib batmasın deyə, həm xatirə üçün, həm də övladlarıma yadigar qalsın deyə, bir kitab buraxdıracam!

 Gələcək planlarınız?

 Deyəsən rusların belə bir sözü var: "Allahı güldürmək istəyirsənsə, özünçün plan qur." Düzünü deyim ki, mən planla yaşayan adam deyiləm. Bircə planım odur ki, şərəflə yaşayım, nə vaxtsa övladlarım mənə görə utanıb xəcalət çəkməsinlər. Gələcək göstərər..

Maraqlı söhbət üçün çox sağ olun! Yekunda oxucularımıza hansı şeirinizi təqdim etməmizi istərdiniz?

 

Bəlkə də başımı aldatmaq üçün,

Ruhumu bir az da yubatmaq úçün,

Bəlkə də ürəyi ovutmaq üçün,

Özüm uydurmuşam, özümdən səni...

 

Cavabı olmayan sualsan bəlkə,

 Bir yaşam səbəbi, amalsan bəlkə,

Sadəcə bir arzu, xəyalsan bəlkə,

Özûm uydurmuşam, özûmdən səni...

 

Şəklinlə danışmaq olubdu peşəm,

Sənə varlığımı qurban vermişəm,

 Bəlkə də bir şirin yuxu görmûşəm,

 Özüm uydurmuşam, özümdən səni...

 

Ən gizli, ən şirin, dərdim, qəmimsən,

Dərd dolu ömrümdə bircə kəmim, sən,

 Harda olsan belə yenə mənimsən,

 Özüm uydurmuşam, özümdən səni...

 

Söhbətləşdi: Zəka Vilayətoğlu


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

08 Oktyabr 2017 Haruki Murakami: "Musiqi və bədii əsərdə ən əsas şey ritmdir"
23 Sentyabr 2017 "Elə bilirəm ki, sazı nəvəmin barmaqları ilə çalıram"
12 Sentyabr 2017 "Ürəyimdə sevgidən başqa heç nəyə yer olmayıb"
14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”

Sayğac