Xəbər lenti

 Şrift:

 

-Mikayıl müəllim, biz cəmisi bircə dəfə görüşmüşük və bir neçə saatlıq söhbətimiz əsnasında, elə bilirəm, biri-birimizin daxili dünyamıza sözlərin axarıyla səyahət edə bilmişik. Məncə özünü və həyatı, insanları normal dərk edən hər bir insan üçün qarşı tərəfin kimliyinə yaxından bələd olmaq üçün bu, yetərlidir! Bu mənada, elə bilirəm ki, biz illərin tanışı, dostuyuq və Mikayıl Bozalqanlı deyiləndə qəlbimi ilıq bir doğmalıq hissi sarır.  Siz necə bilirsiniz?

- Mənim yadıma nə isə görüşümüzün iki dəfə olduğu gəlir: birinci dəfə siz açıq rəngli kostyumda tək idiniz, həmişəki kimi çox şux görünürdünüz və görüşdən sonra avtomobilinizlə məni evə apardınız, hələ üstəlik bir disk də hədiyyə etdiniz.

İkinci dəfə isə yazıçı dostumuz Elçin müəllim Hüseynbəyli ilə birlikdə idiniz. Ümid etmək istərdim ki, yaddaşım məni aldatmır.

Bilisrsinizmi, insanın daxili dünyasına daxil olmaq, zənnimcə, zamana bağlı olan bir şey deyil. Biz həyatda illərdən bəri tanıdığımız insanlarla ola bilsin ki, hər gün qarşılaşırıq, ünsiyyətdə oluruq, amma nəinki onun daxili dünyasılna daxil ola bilmirik, heç haqqında kifayət qədər müfəssəl məlumatlara da malik olmuruq. Onlar sadəcə sıradan biridir,-  yüzlərdən, minlərdən biridir. Amma elə insanlar da var ki, biz onlara biganə qala bilmirik. Onlar haqqında mümkün qədər daha çox məlumat əldə etməyə, onlarla daha çox ünsiyyət yaratmağa cəhd edirik, öncə könlümüz, ruhumuz, sonra isə gözlərimiz belə insanları axtarır. Belə insanlar səmimi hisləri, səmimi duyğuları, mütaliəsi, dünya görüşü, yüksək tərbiyəsi, sirayətedici davranışı olan insanlardır.  Sizin də xatırlatdığınız həmin qısamddətli və yeganə görüşümüzün elə ilk anındaca  mən sizin belə bir insan olduğunuzu tam qətiyyəti ilə yəqin etdim. Qəlbə yatan  insanları anlamaq da, tanımaq da daha rahat olur. Belə insanların  adamın daxili dünyasına daxil olması üçün də xüsusi çətinlik yaranmır. Çünki adam özü istəyir ki, belə insanlar onun daxili dünyasına daxil  olsun və həyatının bir hissəsinə çevrilsin.  Belə insanlarla ən qısamüddətli görüş də, ünsiyyət də kifayət edir ki, onları illərin tanışı, illərin dostu kimi qəbul edəsən, hətta belə insanlara niyə lap əvvəldən rast gəlmədiyinə təəssüflənirsən. Belə insanlarla sonradan həftələrlə, aylarla görüşə bilməsən də hər dəfə KİV-də sosial mediada imzasına və adına rast gələndə və ya, sadəcə, kiminsə dilindən həmin insanın adını eşidəndə, sanki söhbətin doğmandan, yaxınından, istəklindən getdiyini hiss edirsən. Yəni fiziki uzaqlıq qəlbən və ruhən yaxınlığa kölgə sala bilmir. Həmin insana nura tapınan kimi, düzlüyə tapınan kimi, halallığa tapınan kimi  tapınırsan və bir daha onu nə unutmaq, nə də itirmək istəmirsən. Fürsətdən istifadə  edərək mənə sizin kimi dostu qazandıran görüşlərimizin təşkilatçısı, ortaq dostumuz Faiq müəllimə öz təşəkkürümü bildirirəm.

 -Bir alman dili mütəxəssisi olduğunuzu demişdiniz. Bu, hardan və nədən qaynaqlanır?

Deyim ki, mən alman dilini çox sevirəm və alman xalqına da ehtiramım böyükdür. Bu üzdən də alman dilini öyrənməyə cəhd etmişəm. Təəssüf ki, sonacan bu işlə məşğul ola bilmədim, bir sıra səbəblər üzündən. Sizdə bu istək hardan və necə yarandı?

- Doğrudur, mən elə indi də alman dili mütəxəssisiyəm, daha dəqiq desək, alman dili üzrə tərcüməçi və alman dili müəllimiyəm. İlk öncə bir müddət Azərbaycan Xarici Dillər İnstitunda alman dili müəllimi vəzifəsində işlədikdən sonra  1995-ci ildə Bakıda ilk özəl məktəblərdən olan Bakı Alman Dili Mərkəzini təsis etdim və hal-hazırda da həmin mərkəzdə fəaliyyətimi davam etdirirəm. O ki qaldı sizin alman dilinə və alman xalqına olan sevginizə,  müəyyən səbəblərdən alman dilini sonacan öyrənə bilməməyinizə, heç indi də gec deyil. Biz onsuz da həyatımız boyu öyrənə-öyrənə gəlmişik, elə öyrənə-öyrənə də gedəcəyik.

Məndə alman dilinə istək orta məktəbdən başlayıb. Zaman müəllim Abbasov Tovuz rayon Bozalqanlı kənd orta məktəbində mənim alman dili müəllimim olub. Rayonda çox adam Zaman müəllimi tanıyırdı: xarakterinə, dəqiqiliyinə görə onu elə alman kimi qəbul edirdilər. Mən də onun pərəstişkarlarından biri idim. Yuxarı siniflərə gəldikcə Almaniya və alman xalqı haqqında, onun tarixi və mədəniyyəti haqqında kifayət qədər mütaliə etdim. Almaniyanın bəşəriyyətə verdiyi alimlər, filosoflar, elm və mədəniyyət xadimləri haqqında biliklərimi genişləndirdim. Bu ölkə, bu xalq haqqında daha çox oxuduqça  bu xalqa olan mehr və məhəbbətim daha da güclənirdi. Yəqin ki, alman dilinə vurğunluğum və son nəticədə bu dili öyrənərək, sevə-sevə tədris etməyimə, bu dilə və bu dildən qarşılıqlı təcümələr etməyimə  də bu amillər səbəb olub.

-Almaniya və ya alman xalqı ilə bir bağlılığınız varmı?

-  Birbaşa bağlılığım yoxdur. Amma siz də bilirsiniz ki, respublikamızın bir sıra rayonlarında, o cümlədən, indiki Göy-Göldə, Tovuzda, Şəmkirdə, Akstafada sürgün edilmiş almanlar, ailələri, icmaları ilə birlikdə yaşamışlar. Özümü xeyli xoşhal sayıram ki, onlardan çoxunu mən şəxsən tanımışam, evlərində, ailələrində olmuşam. Axırıncı dostum Klein bir müddət əvvəl  Göy-Göl rayonunda vəfat etdi. Təssüf ki, Azərbaycanda bir müddət qəriblik həyatı sürmüş, sonralar Azərbaycanı öz vətəni hesab etmiş həmin almanlardan indi, yalnız maddi - mədəniyyət nümunələri,  bir çox alman mənşəli sözlər və  illərlə formalaşmış ən xoş xatirələr qalır.

 -Bildiyimə görə, şairlər, ozanlar yurdu qədim Tovuz mahalımızın Bozalqanlı kəndində dünyaya göz açmısınız. Mərhum ustad aşığımız Hüseyn Bozalqanlının adından yaxşı tanışdır, bu ad, bizə. İlk görüşümüz və söhbətimiz zamanı şairliyinizdən heç söz açmamışdınız. Sizi, bir şair kimi feysbuk vasitəsilə kəşf etdim. Davamlı olaraq, yaradıcılığınızı izləyir, şeirlərinizi böyük həvəslə oxuyuram. Yəqin ki, şeir yazmağa illər öcə başlamısınız! Çox güman ki, saz çalmağı da bacarırsınız!

- Bu mövzuda danışmaq mənə xüsusi zövq verir. Elli-elatlı, aşıqlı-ustadlı, sazlı-sözlü, nağıllı-dastanlı, qaçaqlı-qoçaqlı, şeirli-nəğməli Bozalqanlı kəndindən söz açanda, nə gizlədim, çox qürurlanıram, qol-qanad açıram. Allah şən eyləsin, var eyləsin doğma Bozalqanlımızı.  Ustad aşıq Bozalqanlı Hüseynin adı ilə daha çox qoşa çəkilən o kənddən olmaq, elə bilirəm ki,  adamın taleyində əlavə bir ştrixdir, əlavə bir impulsdur,  əlavə məsuliyyətdir.  “Bozalqanlı” deyəndə  sazın səsi, el məcliscləri, aşıq deyişmələri, gecənin  gecə köynəyini soyunduran dastanlar, şəbədələr yada düşür. Bu kənddə hər kəs saza, sözə köbəkkəsdidir. Əsas özünün çalmağı, özünün oxumağı, özünün yazmağı deyil, əsas  saza, sözə, aşığa, şairə, sənətə və sənətkara  dəyərincə qiymət verməkdir. Bu, hər Bozalqanlı övladının boyun borcudur, ruh borcudur. O ki qaldı mənə, mən də bu mənada digər həmkəndlilərimdən heç nə ilə fərqlənmirəm.  Ailəmizdə rəhmətlik atam da, rəhmətlik qardaşım da saz çalıb, məndə isə elə də yaxşı alınmadı. Amma min şükür, mənim bacarmadığımı 2 yaş 6 aylıq Ömər nəvəm elə ruhla, elə şövqlə edir ki, ürəyim atlanır. Elə bilirəm ki, sazı nəvəmin barmaqları ilə çalıram. 

-İndi, demək olar, hamı şeir yazır. Bu çoxluqda özünüzü necə görür, necə hiss edirsiniz?  

- Uşaqlıqdan bu yana ara-sıra cızmaqaralar edirəm, ürəyimi boşaldıram.  Amma mənim heç şairlik-filan iddiam yoxdur. Hərdən-birdən nəsə yazıramsa, bunu mən yox,  doğulduğum mühit və keçirdiyim həyat tərzi edib və indi də edir:

Tovuz adlı torpağımda, daşımda,
Saz oxşayıb, sözə bükübdü məni.
Şairlik sevdası yoxdu başımda,
Söz özü sınağa çəkibdi məni.

 O ki, qaldı çoxluğun şeir yazmağına-qoy yazsınlar. Hər halda şərin ayaq tutub yeridiyi,  dünyanın idarəedilməz hala düşdüyü bir zamanda təhlükəli və arzuedilməz fəaliyyətlə məşğul olmaqdansa, şeir yazmaq daha yaxşıdır. Pisi də olar, ortababı da olar, yaxşısıs da, əlası da. Bütün  peşələrdə və sənətlərdə belədir. Hər oxuyan Molla Pənah Vaqif olmaz ki.

 -Həyatınız ürəyinizcədirmi?

- Həyatın demokratik, insanların azadfikirli olması haqqında az mənbəyə rast gəlməmişəm. Həyatdan bəhs edənlər, təəssüf ki, daha çox onun mənfi çalarlarından yazıblar.  Amma hər şeyi qara görmək də bir münasibət deyil. İnsan nəyi görmək arzusunda olursa, ya onu görür, ya da o haqda elə təsəvvürlər yaradır ki, yaratdığı təsəvvürlərə sonda özü də inanmağa başlayır. Mən çalşıram ki, təsəvvürlərim daha rəngli, daha işıqlı olsun.  Həyat haqqında təsəvvürlərimə və düşüncələrimə bir az dostlarımın etibarlılığını, bir az nəvələrimin gülüşlərini, işimə olan sevgimi və məhəbbətimi qatıram, bir az da elə həyatda baş verənləri.

-Kitabınzın təqdimatına dəvət alsam da, çox təəssüf, Azərbaycanda olmadığımdan iştirak edə bilmədim. Gec də olsa təbrik edirəm! Uğurlu olsun! Bu, neçənci kitabınız idi?

- “Dünya məndən inciməsin” adlı şeirlər kitabını dostların, belə desək, bir az istəyi, bir az da təhriki ilə nəşr etdirdik.  Kitabın təqdimatında kifayət qədər  maraqlı insanlar iştirak etdilər və ürək sözlərini dedilər. Gələnlərə də, müəyyən səbəbdən  gələ bilməyənlərə də minnətdarlığımı bildirirəm. Bu ilk kitab idi, amma deyəsən, artıq ikinci kitab da yol gəlir.

 -Sizə bundan sonra da sağlam, mənalı ömür və tükənməz yaradıcılıq eşqi, enerjisi arzulayırıq!

- Minnətdaram. Bu dəvətə və maraqlı söhbətə görə sizə səmimi təşəkkürümü bildirirəm. Ümidvaram ki, bundan sonra maraqlı və yaddaqalan görüşlərimiz daha intensiv olacaq.

 Söhbətləşdi: Zəka Vilayətoğlu

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

08 Oktyabr 2017 Haruki Murakami: "Musiqi və bədii əsərdə ən əsas şey ritmdir"
04 Oktyabr 2017 "Özümü musiqisiz təsəvvür edə bilmirəm, amma yazmasam da, bəlkə..."
12 Sentyabr 2017 "Ürəyimdə sevgidən başqa heç nəyə yer olmayıb"
14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”

Köşə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac