Xəbər lenti

 Şrift:

 
    Portalımızın növbəti qonağı, AYB-nin, AJB-nin və İLESAMIN üzvü nəğməkar şair Damət Salmanoğludur. Damət Salmanoğluyla kiçik müsahibəni oxucularımıza təqdim edirik.

   Damət Salmanoğlu imzası oxuculara yaxşı tanışdır. Tamamilə fərqli bir sahənin adamı olmağınıza baxmayaraq, sizi nəğməkar şair kimi tanıyır və sevirlər. Necə oldu şeir yazdınız, şairlik eşqinə düşdünüz?

Əlbəttə, məni bir şair kimi tanıyır, sevir, dəyərləndirirlərsə, buna çox şadam. Qaldı, şairlik eşqinə düşməyim... Məncə eşqə düşmədim. Bu, İlahinin bir qismətidir. Hərdən öz daxili dünyana çəkilib, hamıdan gizlin, gah Tanrıyla, gah sevdiklərinlə, torpaqla, daşla pıçıldaşır, hisslərinin sehrini qoruyub – saxlamaq üçün, məhz pıçıltılara üstünlük verirsən. Bununla da öz hisslərinin məhrəmliyini qorumuş olursan. Bax, elə şairlik hissi dediyimiz hiss də həmin andan baş qaldırır, insanın ürəyində.

 

Şeirlərinə çoxsaylı musiqilər yazılmış şairlərimiz az deyil. Hesab edirik ki, bu yöndə sizin də bəxtiniz gətirib. Yəni şeirlərinizə, sözlərinizə musiqidən al-əlvan libas tikilib. Zənnimiz və zövqüümüzcə mahnılarınız uğurlu alınıb. Sizcə də bu, belədirmi, yoxsa?..

Mən də özümü, sizin dediyiniz kimi, bu sarıdan bəxtigətirmiş hesab edirəm. Düşünürəm ki, bu, mahnılar pis alınmayıb. Dinləyən və səmimiyyətinə inandığım hər kəs bəyənir və təqdir edir. Çox məmnunam ki, şeirlərimə bu gözəl musiqiləri dostum, qardaşım, istedadlı bəstəkar-müğənni və yazıçı Zəka Vilayətoğlu yazıb, ifa edib. Bu mahnılardan bir neçəsi bir neçə başqa gənc, istedadlı müğənnilər tərəfindən də gözəl ifa olunub.Qısası, bu, məni çox ruhlandırır.

Bu mahnılardan, yəqin ki, hansı birinisə daha çox bəyənir, sevirsiniz?!

Seçimdə acizəm. Çünki hər biri ürəyimcədir. Məncə Zəka bəy bu mahnılara ürəyini verib. Hər birini dinlədikcə ruhən, qəlbən rahatlıq tapır, böyük zövq alıram. Sanki musiqiləri mən özüm yazmış kimi oluram. İnanın mənə, şeirlərimə yazılacaq musiqini mən elə bu cür təsəvvür edirdim. Bu mahnıların arasında Zəka bəylə Turanə xanımın duet ifa etdiyi “Sənsən əzizim” mahnısı məni ötən əsrin səksəninci illərinə aparır, kövrək duyğular oyadır.

Bir şair kimi mütaliəyə vaxt tapa bilirsinnizmi? Ümumən mütaliə həvəsiniz necədir?

Vaxtaşırı olmasa da mütaliə edirəm. Musa Yaqubun, Vahid Əzizin, Məmməd Arazın, Ayaz Arabaçının şeirlərini mütaliə edirəm. Ayrı-ayrılıqda hər birinin yaradıcılığı mənimçün böyük önəm daşıyır.

Şeirlərinizdən gözəl bir dəniz qoxusu duyulur. Hiss olunur ki, dənizə bağlı adamsınız.

Çox doğru. Düz otuz beş ildir, dənizlə dostuq, sirdaşıq. O, mənim bütün kədərimdən, sevincimdən xəbərdardır. Demək olar, dəniz mənim ilham pərimdir. Dəniz mənim ürəyimə, ruhuma, yaddaşıma elə hopub, elə hakim kəsilib ki, ondan ayrı özümü heç cür təsəvvür edə bilmirəm.

AJB, AJB, İlesam kimi nüfuzlu qurumların üzvüsünüz. Yaradıcılığınıza bunların müəyyən mənada bir təsiri varmı?

Mənimçün önəmli olanı budur ki, bu cür mötəbər qurumlar yaradıcılığıma böyük dəyər verərək, məni öz sıralarına üzv qəbul ediblər. Bundan böyük şərəf və qürur hissi duyur, minnətdarlığımı bildirirəm!

Ədəbi aləmdə dostluq etdiyiniz, ünsiyyətdə olduğunuz adamlar varmı?

Əlbəttə var. Musa Yaqub, Seyran Səxavət, Zəka Vilayətoğlu, Nurəddin Ədiloğlu, Ayaz Arabaçı, Balayar Sadiq,.. yaxın dostlarımdır.

Şeirlərinizin əsas qayəsini təşkil edən amillərdən biri də məhəbbətdir. Dəniz və məhəbbət. Bunlar qoşa və rəngarəng iki xətt kimi şeirlərinizdən keçir. Çoxmu sevirsiniz? Tez-tezmi aşiq olursunuz? Ya bəlkə ilk sevginizin odu, hərarəti hələ də canınızdadır?

Şairin aşiq olmağına nə var. Çox tez aşiq olur. Harda gözəllik görür, vurulur. Çünki şairin qəlbində sevgiyə böyük yer var. Şairlik də, deyərdim, elə sevgidən, gözəllik vurğunluğundan qaynaqlanır. Yəni mənim sevgimin rəngi, ətri, rəng çalarları tamamilə başqadır. Bunu bir yöndə, bir rəngdə dəyərləndirmək olmaz. Mən hər kəsi, hər şeyi layiq olduğu formada sevirəm. Məhəbbət şeirlərimə gəldikdə isə, təbii ki, bir insanın canına nə vaxtsa düşən eşq odu, bir ömür boyu onu yandırıb-yaxır.

Bildiyimizə görə 60 yaşınıza sayılı günlər qalıb. Amma sizə, maşallah olsun, 60 yaş vermək olmur. Sirr deyilsə, cavan qalmağınızın, şux görünməyinizin bir nədəni varmı?

Təşəkkür edirəm. Əgər bu, doğrudan da belədirsə, bu da Tanrının bir lütfüdür. İkincisi də ürəyimdə sevgidən başqa heç nəyə yer olmayıb. Tanıyanlar bilir, kindən, həsəddən uzaq bir adamam. İnsanlara çox inanıram...

 Persona.az

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

08 Oktyabr 2017 Haruki Murakami: "Musiqi və bədii əsərdə ən əsas şey ritmdir"
04 Oktyabr 2017 "Özümü musiqisiz təsəvvür edə bilmirəm, amma yazmasam da, bəlkə..."
23 Sentyabr 2017 "Elə bilirəm ki, sazı nəvəmin barmaqları ilə çalıram"
14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”

Köşə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac