Xəbər lenti

 Şrift:

 
Persona.az şair Azər Əsgərzadə ilə müsahibəni təqdim edir

Salam Azər bəy. Bütün müsahiblərim kimi sizdən də özünüzü oxucularımız üçün təqdim etməyinizi istəyirəm.

 

- Salam. Diqqətiniz üçün təşəkkür edirəm. Qısaca Əsgərzadə Azər Alim oğlu. 30 yaşım var. Həyata sualları olan adamam. Ailəliyəm. Qız atasıyam.

 

 Sizin yaradıcılığınızda bir müddət susqunluq var idi. Yenidən sizi aktiv görürük. Bu aktivliyi nəyə bağlayırsınız?

 

- Düşünürəm ki, yaradıcı passivlik, zahiri yox daxili olur. Mən isə zahirdə passiv olmağıma baxmayaraq bu müddətdə daxili yaradıcılıqla məşğul olmağa davam edirdim. Mən də özümdə nələrisə aşıram...

Siz bildiyimə görə Rusiya Federasiyasında yaşamısınız illərlə, orda da ədəbi yaradıcılığın içində olmusunuz və fəaliyyət göstərmisiniz? Hal hazırda da “Avtoqraf” klubun üzvüsünüz. Hətta ilk gündən. Bəs niyə sizi son iki ildir ancaq arxa plandan izləyirik?

 

- Bəli, təqribən 12 il Moskvada yaşamışam. İlk yazılarımı da elə orada yazmağa başlamışam. O vaxtlar yazdığım yazılar, fikirlər, daha çox rep musiqi janrına uyğun yazılmış mətnlər, qeydlər, təcrübələr, şeirlər və s. Bir sözlə yazı-pozu. Bəziləri hələ də qalır amma o qapını bağlamışam.

“Avtoqraf” kluba isə yaradıldığı gündən üzvəm. Son iki ildə isə belə görünür yazacaqlarımı yaşamaqla məşğul idim.

 

Siz eyni zamanda “Parlaq İmzalar” Nəşriyyatında dizayner kimi çalışırsınız. Onu da deyim ki, işlədiyiniz kitab üzlərini həmişə bəyənmişəm. Misal üçün sonuncu "Əlvida, Kolumbus" kitabını xüsusi qeyd edərdim. “Qara Qutu”, “Endorfin”, “Qalaqurma” şeir kitablarının üzləri də klassik şeir kitabı formatından çıxıb sayənizdə.

 

-Dəyər verdiyiniz üçün təşəkkür edirəm... Əgər eyni hədəfi olan insanlar bir gəmiylə hədəfə doğru üzürlərsə, sənin mahiyyət etibarilə hansı vəzifədə olduğunun heç bir əhəmiyyəti yoxdur. Bu gün şturval arxasında sabah kömürxanada. “Parlaq İmzalar”ı mən bu cür görürəm. Təbii ki, hər kəsə daha yaxın olan bir sahə var. Fərqli estetik baxışlarım da nəhayət məni dizaynerliyə gətirib çıxardı. Hazırda bu sahə üzrə də inkişaf etməyə çalışıram.

 

Sizin yazılarınızın məna yükü ilə işim yoxdur. Forması ilə bağlı soruşmaq istərdim, "Yağışın kölgəsi" şeiriniz, "Fəsillər" və bir neçəsini çıxmaq şərti ilə son dövrlər şeirlərinizdə qafiyədən istifadə etmirsiniz. Əvvəl yazdıqlarınızla son dövrlər yazdıqlarınız ciddi fərqlənir. Nə dəyişib?

 

- Mən yazacaqlarımla bağlı əvvəlcədən forma müəyyənləşdirmirəm, o yazılar hansı vəziyyətdən doğursa, hansı halıma uyğundursa, özünə ona uyğun bir forma alır. Qeyd etdiyiniz ciddi fərqlənmə də, yəqin ki, ruh halımdakı dəyişikliklərə görədir.

 

Təsirləndiyiniz yazıçı və şairlər kimlərdir?

 

Mən təkcə yazıçılardan yox, ətrafımda olan, olmayan şəxslərdən də, hətta cansız əşyalardan belə təsirlənirəm. Bu baxımdan mənim yaradıcılığıma təsir edən faktorları incələmək mənim üçün çox çətindir. Amma yenə də ad çəkmək lazımdırsa, Nitsşe, Tolstoy, Nəriman Həsənzadə, Nazim Hikmət və “Avtoqraf” Klubun üzvləridən Azər Elşadoğlu, Dilman Şahmərdanlı, Elvin Paşa, Rəşad Nağı Mustafanın adını çəkə bilərəm.

 

 Sizin üçün hələ də təsirini itirməyən xüsusi misra, ya fikir varmı digər gənc şairlərdən və ya yazıçılardan?

 

Və sən sakit durmursan deyə,

alnını çizəndə azca

Tanrının də əli sürüşür.

 

Azər Elşadoğlu

 

Gənclərdən kimi oxuyursunuz?

 

Bir az əvvəl dediyim kimi, son illər özümü mütaliə etməklə məşğulam. Düşünürəm ki, özünü mütaliə etməyən insan, özünü çözə bilməyən şəxs yaradıcı insan ola bilməz, olsa da tarixdə yaşaya bilməz.

                                                  

Yazmaq sizin üçün nədir? Biz sizi niyə oxumalıyıq?

 

Yazmaq mənim üçün səsli düşüncənin kağıza köçürülməsindən ibarətdir, vəssalam. Əgər bu düşüncələr kiməsə maraqlıdırsa, oxuyacaq, maraqlı deyilsə, təbii ki, oxumayacaq, elə əslidə oxumamaldır da. Bir də istəməyənə vermək də olmur.

 

Sonda kitab nəşr etməklə bağlı nə düşünürsünüz?

 

Kitab nəşri ilə bağlı konkret vaxt deyə bilməsəm də, yəqin ki, səsli düşüncələrim kitab həddinə gəldikdə kitab formasını alacaq. Düşünürəm ki, bu elə də çox uzaqda deyil.

 

.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

08 Oktyabr 2017 Haruki Murakami: "Musiqi və bədii əsərdə ən əsas şey ritmdir"
04 Oktyabr 2017 "Özümü musiqisiz təsəvvür edə bilmirəm, amma yazmasam da, bəlkə..."
23 Sentyabr 2017 "Elə bilirəm ki, sazı nəvəmin barmaqları ilə çalıram"
12 Sentyabr 2017 "Ürəyimdə sevgidən başqa heç nəyə yer olmayıb"
14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”

Sayğac