Xəbər lenti

 Şrift:

"Persona"nın bu dəfəki qonağı istedadlı tarzən və şair Armin Əhmədzadədir. Yazar Nəzmiyyə Hicranın Arminlə olan maraqlı müsahibəsini təqdim edirik!

Armin 
Əhmədzadə (ArminYalnız) kimdir?  

  • Cənubi Azərbaycanın Təbriz şəhərində yaşayıram. Amma Araz bölünmədən Qədim Naxçıvanın Maku şəhərində anadan olmuşam və Təbrizdə böymüşəm. Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi, Təbriz kimi şəhərlərdə yoğruluruq.

Hal-hazırda Sakaryadasınız?

-  Bəli, Sakarya Universitetinin Təməl Bilimlər bölümünün 2- ci kursundayam. Tar çalğı aləti ixtisasımdır. Universitetə məni Milli musiqimizi təbliğ etmək istəyi gətiribdir. Demək olar ki, burada həm təhsil alır, həm də musiqimizi təbliğ ədirəm.

Bura gəldiyim gündən hocalarımdan çox dayaq, çox isti münasibətlər gördüm. Mənim burada tar ifamı da çox sevdilər və dəstəklədilər. Təbrizdən gəldiyim üçün mənə çox fərqli nəzərlə baxdılar. Tar, istər Azərbaycanda, istər Türkiyədə geniş yayılsa da, Təbrizdə o qədər də akademik deyildir. Bunun üçün həm istedadımı, həm də istəyimi ərsəyə gətirdim. Mənə elə gəlir ki, nailiyyətlərim var və daha da çox olacaqdır.

Deyirsiniz ki, tar qədim Azərbaycan musiqi alətidir. Amma nədənsə bəzi mənfur düşmənlərimiz bu çalğı alətimizi də öz adlarına çıxarmağa can atırlar?

  • Bilirsinizki ermənilər hər zaman Azərbaycan musiqisinə, torpağına göz dikiblər. Amma bütün dünya xalqları bilir ki, tar da, muğamat da, Qarabağ da Azərbaycanındır. Ermənilər isə bir çox ölkələrdə özlərinə soyqırım hay-küyü salıblar. Amma görünən kəndə bələdçi tutulmaz. Azərbaycan isə elə işıqlıdır ki, ermənilərin gözünü qamaşdırır. Şuşaya aid olan tar Azərbaycanın Tarix Muzeyində onu sübut edir ki, tar qədim Azərbaycan alətidir.

Tarzənlərdən kimi tanıyırsan Azərbaycanda?

-Möhlət Muslümov, Humay, Ramiz Quliyev, Şəhriyar İmanov və b. Qədimlərdə Ağasəlim, Səid Rüstəmov kimi dâhilərin isə tanıtımı və tarın inkişafı olmazdı. Marağım tara uşaqlıqdan yarandı. Bilmirəm heç bu istək hardan yarandı, amma onu bilirəm ki, uşaqlıqdan atamın üstünü kəsdim ki, mənə tar alsın. Atam isə tar almaq əvəzi mənə bir qondarma tar düzəltdi və beləliklə bu tar mənim gündəlik fəaliyyətim oldu. Bir zaman ayıldım ki, mən tarsız, tar mənsiz yaşaya bilmərik... Babam bunu anlayınca mənə tar aldı, kurslara yazdırdı və daima mənə dəstək oldu. O zaman mənim 13 yaşım var idi.

Tar ifanız yaşınıza görə çox yaşlıdır. Bunun üçün nələr etdiniz və ya bu bir fitri istedaddırmı?

  • Bu bir Allah vergisidir. Amma bu yerlərlə gəlməyimdə, yəni dediyiniz kimi bişməyimdə təbii ki,müəllimlərimin rolü böykdür. İstedad, sənətkarlıq ruhu qanımda olub mənim. Çox çalışdım tarın çalarlarını öyrənməyə. Onun üçün buralara qədər gəlib çıxmışam. Bilirsiniz ki, tarın akademik kursları, konservator təhsili yoxdur Təbrizdə. Onun üçün çabalamışam. Azərbaycandan tar ifaçılarını, Möhlət Müslümovu, Ramiz Quliyevi izləyə-izləyə bu nailiyyətləri əldə etmişəm.

Azərbaycanda yaşamaq istərdinmi?

-Orda oxumaq istərdim, yaşamaq istərdim, amma tale məni Sakaryaya gətirdi və bura da bir Təbriz, Azərbaycandır mənim üçün. Dəyərli insanlarla tanış oldum. Sibel Çelik, Sedat Solakoğlu, Ali ONK, elə sizlərlərlə birgə özümü bütöv hiss etdim. İstərdim ki, tanıtım bəstələrim Azərbaycanda da sənətçilər tərəfindən tanınsın amma elə bir əlaqəm olmayıb. Düşünürəm ki, yaxın zamanlarda Azərbaycana gedəcəm və orda həmkarlar və müəllimlərimlə yaxından taniş olacağam. Bu mənim arzularımdan ən əzizidir, deyim.

Ürəyində nə qaldı?

  • ‘Azərbaycan oğluyam’ kimi məhşur Azərbaycan mahnısı var.Çox gözəl qəhrəmanlıq, şücaətdən bəhs edən bir milli musiqidir. Buna burada azərbaycanlılar qol götürüb oynayanda təəccüblənirəm. Etirazımı bildirəndə mənə dedilər ki, bacarırsansa onda o sözlərə bir musiqi yaz. Yazdım və yaxınlarda bunu səsləndirməyi düşünürəm. Biz azərbaycanlıların musiqisi çox qədim və gözəldir. Biz onu qorumalı və dəyərləndirməliyik.

Həm də şairsiniz?

  • Şair demiyək. Sadəcə ürəyimə düşənləri, düşüb cücərənləri, pöhrələnən duyğularımı qələmə alıram. Bununla da özüm-özümlə dil tapır, dərdləşir,dostlaşıram. Duyğularımla dil tapıram poəziyada, tarda. Biri-birimizi gözəl anlayırıq. Bəzən Fizulinin, Mövlananın irfanından, bəzən ısə Məmməd Arazın, Şəhriyarın sadə şeirlərindən, bəzən də Mikayil Muşfiqin, Bəxtiyar Vahabzadənin poeziyasından bəhrələnirəm. Şeirlərimdən birini isə can Azərbaycanımızın mətbuatına ərməğan edirəm:

 Daha yol da yorulubdur gözlərimə baxmaqdan,

Gözdə yaş da quruyubdur izlərinə axmaqdan.

 

Getdiyin an dedin gözlədönəcəm bir gün, əlbət,

Ələndi qar saçlarıma intizarda qalmaqdan.

 

Hər gün gəlirəm görüşə mən, bəlkə birdən gələrsən,

Yoruluram uzaqlardan səni xəbər almaqdan.

 

Hər an deyirəm gələcəksən, sarılacam qoynuna,

Gəlməyincə qorxuram mən, sənsiz yalnız qalmaqdan.

 

Hər an keçir, sanki qalır ürəyimdə odları,

Gəl ki ürək kövrəlibdir, həsrət oduna yanmaqdan.

 

Yalvarıram, sızlayıram, gəl yar, bəsdir intizar,

Yorulmuşam gözlərini hər an yada salmaqdan.

 

Yorulmuşam intizardan, ayrılıqdan, həsrətdən,

Mənə de, sən yorulmadın ürəyimi yaxmaqdan?

 

Mən ‘Yalnız’ ın alnına intizar çəkmək yazılıb,

Ey taleyim, bəsdir oyan, yorulmadın yatmaqdan?..

 

Və ya…

 

Azadlıq…

Çatladım, alnımın çatı kimi,

Yoruldum, yorğun insanlardan

Nə yaman imiş bu yalnızlıq…

Zindanlarda adını divarlara yazdım

Öpüşdün xəyalımla, uyudun uykularımla

Eşidirəm, ayaqlarının səsini

Gəlirsən, ancaq…

Ömrüm keçir saatın tıq-tıq səsinə

Yarın-sabah doğum günüm

Sevmək suçuna asacaqlar

Yalnızı dardan…

Eşidirəm ayağının səsini

Gəlirsən, ancaq

Görüşəcəksən məzar daşımla…

Söhbətləşdi: Nəzmiyyə Hicran



Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

08 Oktyabr 2017 Haruki Murakami: "Musiqi və bədii əsərdə ən əsas şey ritmdir"
04 Oktyabr 2017 "Özümü musiqisiz təsəvvür edə bilmirəm, amma yazmasam da, bəlkə..."
23 Sentyabr 2017 "Elə bilirəm ki, sazı nəvəmin barmaqları ilə çalıram"
12 Sentyabr 2017 "Ürəyimdə sevgidən başqa heç nəyə yer olmayıb"
14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”

Sayğac