Xəbər lenti

 Şrift:



   "Persona.az" vaxtaşırı gənc yazarların şeir və hekayələrini dərc edir, onların tanınmasına çalışır. Belə gənc yazarlardan biri də Cavanşir Muraddır. Bir çox istedadlı gənclər kimi Cavanşirin də istəyi bir şair kimi geniş oxucu audioriyasında, ədəbi mühitdə tanınmaq, təbliğ olunmaqdır. Biz də sayt olaraq, onun bu arzusunu qismən gerçəkləşdirmək istədik. Bu məqsədlə də gənc yazarla müsahibəni oxucularımıza təqdim edirik!

    Cavanşir bəy, özün haqqında oxucularımıza ətraflı bilgini, mənə belə gəlir elə sən özün versən daha yaxşı olar!

-Mən Cavanşir Muradov.1996-cı ildə Bakı şəhərində doğulmuşam.Cəmi 20 yaşım var.Bakı Avrasiya Universitenin 2-ci kurs tələbəsiyəm.Bir çox şeirlər, məqalələr, və hekayələrin müəllifiyəm.Qısaca belə demək olar ki, Tanrı tərəfindən hansısa missiyanı yerinə yetirmək üçün göndərilən biriyəm.
 
 Nədən, hansı səbəbdən şeir yazdın, şair olmaq istədin; indi, az qala hamı şeir yazır, hamı şeir diliylə danışır və istedadı olan da, olmayan da şairlik iddialısı kimi görünür.

-Şair olmaq asandır. Amma, yaxşı şair olmaq  çətin. Əslində birinci dəfə şeir yazmağım yadıma gəlmir.Ümumiyyətlə şeiri mən yazmıram. Sanki içimdən ikinci Cavanşir doğulur.Qarşımda oturub mənə şeiri deməyə başayır. Mən Cavanşirin işi isə sadəcə qələmi götürmək, deyilənləri qeyd etməkdi.Sizinlə razıyam.Hər yerindən duran şeir yazır.Amma hamı yaxşı yazırmı? Əlbəttə xeyr.Heç mən özüm də yaxşı yaza bimirəm. Bunu, qüdrətli söz adamlarımızın, şairlərimizin şeirlərini oxuyarkən bir daha anlayıram.Təbii ki öyrənirəm.Və nə zamansa yaxşı şeir yazacağıma inanıram.
 
Şeirlərini daha çox Türkiyə türkcəsində yazırsan, bu, nədən irəli gəlir?

-Doğrudur.İlk əvvəl buna görə mənə çox iradlar gəlirdi.Ümumiyyətlə fərq etməz nə yazırsan.Yazanda gərək elə yazasan ki, yazdığın oxucuya yapışsın.Ən azından oxucu başı ilə razılıq etsin.Mənə hansı dildə fikirlərimi çatdırmaq rahat gəlirsə, o dildə də yazıram.Əgər şeirlərimi ərəb dilində ifadə etmək rahat olsa, heç çəkinmədən ərəb dilində də yazaram.Ümumiyyətlə ədəbiyyat sərbəstlik istəyir insandan.Hər cəhətdən.
 
Şeirdən, ədəbiyyatdan nəsə bir umacağın, təmənnan varmı?

-Əlbəttə.Şeir insanın yaşadıqlarını və yaşamaq istədiklərini əks elətdirir.Ədəbiyyat bir planetdir.Orda da insanlar yaşayır.Şeir isə bu planetdə yaşayan insanların xəyalı və gerçəyi.Əgər ədəbiyyatımızda üç sözü qoşub şeir yazdı sananlar azalsa əlbəttə ədəbiyyata çox xeyri dəyəcək.Burda yazarlardan da çox şey aslıdı.Qabriel Qarsiya Markes deyir:
“Yazıçının inqilabi borcu yaxşı yazmaqdır”
 
Oxucuların sənin yaradıcılığına münasibəti necədir?

Bilirsiz, ətrafımda  olan insanlar mənə müxtəlif münasibətdədir.Məsələn götürək Universiteti.Çoxları mənə adi insan kimi yanaşır.Bəziləri irad bildirir yazdıqlarıma.Bəziləri də məni bu dünyadan saymır.Yəni münasibət fərqlidi. Bəziləri yaxşı, bəziləri pis yazdığımı deyir.Hətta dayanmadan tənqid edənlər də var.Ümumiyyətlə oxucu tənqidini çox sevirəm.Çünki yazarı yazar edən oxucudur.Və bir oxucu haqqımda, istər yaxşı, istər pis nəsə desə, mən sevinirəm.Ən azından əziyyət çəkib və oxuyub.Bu nəyə desən dəyər.Mən insanları sevirəm.
 
Bir gənc şair kimi, kitabın necə, nəşr olunubmu?

-Xeyr.Sadəcə ədəbiyyat portallarında dərc olunub.Hələ kitab üçün çox tez olduğunu düşünürəm.Hal-hazırda roman üzərində işləyirəm.Allah izn verərsə, gələn il artıq həmin romanı dərc elətdirməyi düşünürəm
 
Şeirlərin daha çox hansı ədəbi portalda yayınlanır?

-Persona.az və Manera.az. Bu iki portal ilk yazdığım gündən yoldaşdırlar mənə.Çox sağ olsunlar.
 
 Ədəbi müsabiqələrdə iştirak edirsənmi?

-Xeyr.Düşünmürəm də.Özümü ədəbiyyatda birincilikdə görmürəm.Eqo hissim artar deyə ehtiyat edirəm.Eqolu insandan yazar olmaz təbii ki. Mən sadəcə yazım. Əgər oxucu məni bəyənirsə bu mənə ən böyük müsabiqədə aldığım mükafata bərabərdir.
 
 Daha çox hansı şairlərin şeirlərini oxuyursan?

-Əsəd Qaraqaplan, Cəlil Cavanşir, Kənan Hacı, Nazim Hikmət və s. Bir şeyi də qeyd edim; mən şairdən çox, bir yazıçı - romançı olmaq istıyirəm.Hələki şeir yazmaqla özümü axtarmaqdayam...
 
Persona.az


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”
18 Oktyabr 2015 "Təbiəti qorumaq, insanlığı qorumaqdır"
12 Oktyabr 2015 "Bəstələyirəm, ifa edirəm, konsertlər verirəm, amma yenə də tamaşaçı bazar musiqilərnə daha alışqandır"
07 Oktyabr 2015 "Azərbaycan dövləti multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşır"
06 Oktyabr 2015 "Adımı dəyişdirməyim ilk müqavimətçi hərəkətim idi"

Sayğac