Xəbər lenti

 Şrift:

                                              Joze Saramaqo


       “
Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir
 
1998-ci il, Nobel Ədəbiyyat mükafatının sahibi, məşhur Portuqaliyalı romançı Joze Saramaqonun Türkiyəyə gəlişi zamanı türk jurnalist Ali Pektaşın onunla olan maraqlı müsahibəsini təqdim edirik.
 
  Həyatınızı, 1979-ci ildən sonra yazıçılığa həsr etdiyinizi demişdiniz. Bu çox əhəmiyyətli qərarın altında yatan ən mühüm faktor nə idi?

  1974-cü ildə böyük bir dəyişiklik baş verdi, Portuqaliyada. 1975-ci ildə də əksinqilab deyilə biləcək bir hərəkat meydana gəldi. Mən bu əksinqilabda işimi itirdim. Siyasi həyatda iştirak etdiyim üçün yeni təsis edilən güc mərkəzi məni işimdən etdi, küçəyə atdı. O dövrdə yazıçı olaraq həyatımdakı ən mühüm qərarı qəbul etdim. İş axtarmadım və yazıçı olaraq hansı nöqtəyə qədər gedə biləcəyimi araşdırdım. Bir neçə il tərcümə edərək həyatıma davam etdim, bu arada da bir yazıçı olaraq yolumu axtardım. 1977-ci ildə “Rəssamın əl kitabı”nı yazdım. 1980-ci ildə kəndlilərin həyatından bəhs edən bir romanım nəşr olundu. 1982-ci ildə 60 yaşındaydım, “Baltasar və Bilimunda” nəşr olundu. O gündən sonra yazıçılıq daha ağır gəlməyə başladı. Mən yeni dövr yazıçıların içində bir qocayam, əslində. 25 ildə Nobeli qazandım.
 
Nobelialdığınızil, 1998-ciildə, “Bütünisimləradlı romanınızTürkcəyə çevrilmişdi. Buromandabirnövpsixolojiyarılmaedirdinizvə birdaxilisıxıntını dərindənduyurduoxucu... Budaxilisıxıntı, yaxşı ədəbiyyat üçünbirgərəklilikolabilərmi?
 
Yarılma etmək üçün bir şeyin ölmüş olması lazımdır. Artıq əhalinin işlərinə baxan bir məmurun həyatını anlatmışdım. Əslində mənim bütün personajlarım təvazökar insanlardır. Sanki qarşılarında ciddi bir gələcək yoxmuş kimi, elə gəlmiş elə gedəcək insanlar. Təbii böyük bir gələcək gözləmir onları; amma hər kəsin bir gələcəyi var. Romanda haqqında bəhs etdiyim bir məmur idi. O insanın başına xəyal edə bilməyəcəyi şeylər gəlir. Bir gün əhali idarəsində qeydlərə baxarkən ölmüş bir qadının qeydinə rast gəlir və onun kim olduğunu düşünür. “Aman, mənə nə canım, kim kimdir” deyərək araşdırmağa başlayır. Və gözləmədiyi şeylərlə qarşılaşır. Əslində bir eşq kitabıdır bu roman. Qərəman bilir ki, o qadın ölmüşdür. Mənə görə işin içində eşq olmasa qadınla o qədər maraqlanmazdı. Bu mənim düşündüklərimdir; amma oxucular başqa şeylər düşünə bilər.
 
Nobeli aldıqdan sonra yazı həyatınızda olmasa belə, xüsusi həyatınızda nələrsə dəyişdimi?
 
Xeyr! Xüsusi həyatım dəyişmədi; amma ictimaiyyətdəki duruşum dəyişdi. Bir deyin görək, Orxan Pamukun ictimaiyyət önündəki həyatı dəyişmədimi? Amma xüsusi həyatı dəyişmədi. Mən Nobeli almadan əvvəl necəydimsə indi də eləyəm. Nə bom-boş bir insanam, nə çox qürurluyam, nə də başqalarından özümü üstün hesab edirəm. Heç belə xasiyyətim yoxdur. İşimi görürəm. Etdiyim işi İsveç Kral Akademiyası Nobelə layiq gördü. Bu mükafatdan sonra işə davam etdim, uzanıb yatmadım. Uzanıb da bir keyfini çıxardım demədim. Nəyi ədalətə daha yaxın hesab etdimsə, həmişə onlara yaxın dayandım. Yəni bir şey dəyişmədi.
 
Portuqaliyada rejim əleyhdarı bir yazardınız. İspaniyada yaşadınız buna görə. Amma Nobeli alınca Portuqaliyada da ucaldıldınız.
 
Mən Kommunist Partiyasının aktiv bir üzvüyəm. 1922-ci ildə anadan olmuşam. 1926-cı ildə Portuqaliyada bir hərbi hərəkat ortaya çıxdı və yavaş - yavaş Portuqaliyanı faşizmə doğru apardı. 1974-ci ilin aprel ayındakı bir inqilab nəticəsində Portuqaliyada faşizm yıxıldı. Mən diktatorluq dövründə, diktatorluğa qarşı əlimdən gələni edirdim. Onlara qarşı fəaliyyət göstərməyə çalışırdım. Bəli, həqiqətən o zaman rejimə qarşıydım. 1974-cü ildəki inqilaba mən də qatıldım. 1974-dən sonra Portuqaliyada demokratik bir həyat başladı, deyilə bilər. 1991-ci ildə “İncildəki İkinci İsa”  adında bir kitab nəşr etdirdim. Kitab qadağan olunmadı, problem o deyildi; lakin AB-nin bir roman mükafatına Portuqaliya adına namizəd göstərilməsinə icazə verilmədi. Ölkəmdə demokratiya vardı; amma bu demokratik hökumət mənim kitabımın namizəd göstərilməsinə icazə vermədi. Qarşıya qoyduqları səbəb bu idi: Kitab, Portuqaliyalı Katoliklərin hisslərinə toxuna bilər. Diktatorluq dövründə onsuz da bir çox şeyin qadağan edilməsinə, bir çox fəaliyyətin qarşısının alınmasına alışmışdıq. Amma demokratiyanın içində belə bir şeylə qarşılaşınca buna dözmədim və buna görə Kanarya Adalarına köç etdim.
Bir detalın üzərində dayanmaq istəyirəm: Mən vergilerimi Portuqaliyada ödədim. Mənim problemim xalqımla deyildi, xalqı idarə edən hökumətlə idi. Demokratiyanın bəzi yerlərdəki tətbiq tərzi xoşuma gəlməz, hələ də gəlmir. Nobelin mənim üçün siyasi bir mənası yoxdur. Dünyada məlum olan ən mühüm ədəbiyyat mükafatıdır. Deməli, mənim çalışmalarıma dəyər verilmişdir. Elə bir mükafat ki, bu artıq bunu aldıqda daha kənar bir şey düşünmürsünüz. Mən Nobel mükafatından sonra başqa heç bir mükafatı qəbul etməməyə qərar verdim. Başqa mükafatları qəbul etmənin bir mənası yoxdur.
 
Əsərlərinizdə susqunluq anlayışının xüsusi bir yeri, mənası var kimidir. Bunu ədəbi bir rəftar olaraq görürsünüz? Müdrikliyin son nöqtəsi susmaqdırmı?
 
Əsərlərimdə bir susqunluq ola bilər: amma bu bir qəbul etmə və ya imtina susqunluğu deyil. Əsərlərimdə daha çox mübarizə və qarşı çıxış vardır. Romanlarımda birində kəndli seqmentinin mübarizəsindən bəhs etdim. Müdrikliyə gəlincə, “Rikardo Rəisin Öldüyü İl”də “Dünyadakı nümayişlə xoşbəxt ola bilmək müdriklikdir” - demişdim. Bunu mən daha əvvəl oxumuşdum bir yerdə. Daha sonra yayımladım. Ondan sonra Rikardonun öldüyünü yazdım. Bunun əksini sübut etməyə çalışdım. Amma mənim öz şəxsi həyatım, bir yazıçı olaraq, bir siyasi mübarizə və müqavimət hekayəsidir.
 
Ateist olduğunuzu bilirik. Yaşlandıqca, Tanrı gerçəyiylə üzləşmənin xüsusiyyəti dəyişirmi? Yazmağı Allahsız bir həyat içində qurtuluş olaraq görürsünüz, ya əyləncə olaraqmı?
 
Bəli ateistim. Mənim Tanrı anlayışım deyə bir şeyim yoxdur. Niyə xilas olum ki? Nəyin qurtuluşu olaraq görüm ki? Ruhumumu nəzərdə tutursunuz? Mənim ruhum yox ki. Nədir bu ruh dediyiniz? Mən nəyəmsə, hər şey başımın içindədir. Başımızın içində olanlar bizim dünyanı qəbul etməmizi təmin edir. Mənim dünyanı və kainatı qavramamın içində Tanrıya yer yoxdur.
 
“Korluq” adlı romanınızda birdən başlayan və birdən keçən korluq epidemiyası ilə, Kamyünün “Vəba”sı oxşar bir alleqorik daşıyır. Hər iki epidemiya da faşizm bəlasına işarə edir. Təklik, yolunu azmışlıq, arayış, axmaq həyatın təbiiliyi, qısaca, Kafka dünyasının ana temalarıdır. Bu mənada Kamyü və Kafkaya sizin yazıçılarınız deyə bilərikmi?
 
XX əsrin ən nəhəng yazıçılarıdır bunlar. Kafkanı kim bəyənməyə bilər ki? Kamyünü kim bəyənməz? Amma mən bənzərlik görmürəm. Bəlkə Kafka ilə əlaqədar bəzi çağırışımlar ola bilər. Dünyadakı cəmiyyətin içində yaşadıqları hal ilə əlaqədar çətinlikləri yazmışıq. O baxımdan bənzəyə bilərik.
 
“Korluq” romanı kimi unudulmaz bir ictimai satiranın müəllifi olaraq sizdən bunu da soruşaq: Dünya hara gedir? Korluq davam edirmi?
 
Bu korluq fikrinin ortaya çıxması çox sadədir əslində. Bir restoranda oturmuşdum, nə yeyəcəyimə qərar vermişdim və gözləyirdim. Bir anda başımda bir sual meydana gəldi: Əgər hamımız kor olsaydıq?! - dedim. Həmən öz - özümə cavabı da tapdım, “onsuz da koruq” - dedim. O roman elə yarandı. Hamımız kormuşuq, optimizm qalmamış kimi davranırıq. İnsanlar ağıllı olmağa dözə bilmirlər. İnsanlığın ilk dövrlərində ağlı kəşf etdikləri halda belə ağla dözə bilmədilər. Onun üçün də dəli oldum. Hələ də o dəlilik davam edir. İnsan dediyimiz varlıq ruhi xəstədir. Əgər elə olmasaydı, dünya bu ankı vəziyyətdə olmazdı. Bu dünya nizamını ortaya çıxaran, hər halda ağlı başında bir ruh halı deyil. Məsələn eqoizmi düşünək, ehtirası, batil inancları düşünək. Bütün bunları düşündüyümdə insanoğlu ruhu xəstə olan bir varlıqdır, deyə bilərəm. Bir də belə bir şey var: Biz məntiqimizdən məntiqli olanın qarşısında istifadə edirik. Həyata qarşı istifadə edirik. Biz həyatı haqq etmirik əslində. Nəticə; fəlakət, fəlakətə qədər gedər bu iş. Heç bir yaxşılaşma ümidi görmürəm. Artıq, burada bəzi irəliləyişlər qeyd edilə bilər. Amma həyata yeni bir məna qazandırmaq baxımından heç bir işarələrim yoxdur. Bir də elə ziddiyyətlər var ki, insanın gələcəyə ümidli ola biləcəyi gəlmir.
 
Böyük kütlələr halında yaşayan insanların heç bir ortaq istiqamətləri yoxmuş kimi davrandıqları bir dünyadan bəhs edirsiniz həmişə. Səbəbi nədir bu yadlaşmanın? Getdikcə artırmı yalnızlığımız?
 
Yalnızlık və yadlaşma artır. Biz o birini tanıya bilsəydik, özümüz kimi tanıya bilsəydik, öhdəlikləri də olan, hüquqları olan biri kimi görsəydilər, mən digərinə hörmət eşitsəydim, o da məni saysaydı, hər kəs öz inancını, düşüncəsini sürdürə bilsəydi... O zaman anlaşa bilərdik! Bu fərdi mənada ola bilər; amma böyük kütlələrdən bəhs edilərkən bunun olması çətindir. Ən əhəmiyyətli səbəbi budur: Kütlələri idarə etmək asandır, onları bir istiqamətə sövq edə bilərsiniz. O zaman o kütlənin içindəki fərdlərin bir çoxu da normalda fərdi olaraq etməyəcəyi şeyləri etməyə başlayır. “Niyə o biri mənim düşmənim olsun ki?” Niyə bunu qəbul edim?” “İnancsızlara ölüm” deyərək yaşaya bilmərik ki! İndi bəziləri, “kafirlərə ölüm” deyir. Niyə ölsün kafirlər? Heç bir uşaq, körpə boynunda bir dini simvol ilə doğulmaz. Məsələn, heç boynunda xaçla doğulan uşaq yoxdur. Yeni doğulmuş uşaq azaddır. Bir körpə doğular, hələ vicdanı və mənliyi inkişaf etməmişdir, bax, ən azad olduğu an, o andır. Böyüdüyü zaman ətrafı onu başqa şəxslərə bənzətməyə başlayır. Yəhudisə sinaqoqa, xristiansa kilsəyə, müsəlmandırsa da məscidə aparırlar. Yaxşı, bunun mənası nədir? Tanrının varlığına inanırsınızsa, birliyinə də inanmalısınız. Tanrı bir dənədir. Onun tanrısı bunun tanrısı deyə bir şey yoxdur. Tanrı varsa, məncə bir dənədir. Hər kəsin beynində fərqli Tanrı olduğunda, başqa insanları “o biri” elan edirik.
 
Bu cür bir-birinə yadlaşan insanların yaşadığı dünyada ədəbiyyatın funksiyası nə olacaq?
 
Yox yox, ədəbiyyat dünyanı dəyişdirməz. Əksinə, dünya ədəbiyyatı dəyişdirər. Çox şükür ki, belə olur, çünki bu, ədəbiyyatın canlı bir varlıq olduğunu göstərir. Yazarların da digər bütün insanlar kimi həyat haqqında fərqli fikirləri vardır. Fərq budur: Yazarların bir qabiliyyəti vardır və bunu yazıya çevirərlər. Oxucular da onlarla iştirak edirlər və ya qatılmazlar. Amma dünyanı xilas edə bilmərik!
 
Portuqaliyada bir kitabxana konfransında etdiyiniz çıxışda “Oxumaq hər zaman azlıq üçün idi, hər zaman da elə olacaq. Hər kəsdən oxumaq arzusunda olmasını istəməyəcəyik” dediniz. Oxumaq arzusunun təşviq edilməyə çalışılmasıyla əlaqədar  bunun bir dəyəri olmadığı və yararsız olduğu kimi münasibətiniz insanları çaşdırdı. Bu ifadənizin əsasında hansı düşüncə var?
 
Doğru deyilmi azlığın oxuduğu? Mən olanı izah etdim. Oxucular azlıqdadır. Məsələn; Türkiyədə kitablar neçə nüsxəylə nəşr olunur? Son kitabım iki min nüsxə. Türkiyədə təxminən 70 milyon insan var. İstanbulda 17 milyon insan var. 17 milyon insan üçün bir kitab iki min nüsxəylə nəşr olunur. İndi qalxıb da kimsə oxumanın azlıq işi olmadığını söyləməsin. İndi iki minlik təzyiqi 20 minə, 2 milyona çıxarsanız, mən, bu olmaz demirəm. Mən təşviq edilməsinə qarşı deyiləm, yoxsa etdiyim işə qarşı çıxmış olaram. Oxumanın yayılması üçün milyonların xərclənməsi lazımdır. Amma belə işlərin çoxundan bir nəticə əldə edilə bilmir. Hesab edirəm ki, problem ibtidai təhsilin üzərinə düşür. İşin orada son dərəcə möhkəm tutulması gərəkdir. Çox insanlar universitet sıralarında belə ciddi mənada oxumaq yazmaq bilmir. Amma bu problem universitetin problemi deyil. İlk təhsilin pis olması, insanın bütün gələcəyini dəyişdirə bilər.
 
İroniya və xəyal, az qala bütün əsərlərinizdə önə çıxan anlayışlardır. Bunun təməlində həyata baxışınızmı var?
 
Tam beynimdən gəlir, beynimin içindən gəlir bütün bunlar; istehza və xəyallarım. Dünyaya baxıram, beynimlə də yorumlayıram. Həyat təcrübəm var, bir çox şeylər öyrəndim bu həyatdan. Gələcəklə əlaqədar gözləntilərim də beynimin içindədir. Bununla şəkil də çəkə bilərsiniz, musiqi də bəstələyə bilərsiniz, roman da yaza bilərsiniz.
 
İrreallığa qarşı xüsusi bir marağınız olduğunu söyləyə bilərikmi?
 
Xeyr, irreal deyil bu, “Rikardo Rəisin Öldüyü İl”romanında məsələn. Mən buradakı xarakteri gerçək bir insan olaraq qavrayıram, var olan biri kimi. Ölü əsasında, amma mən onu geri çağırıram. Geri döndüyündə içimizdən biri olur. Ortada olmayan bəziləri kimi danışdırmıram. Fernando Pessoa var; yəni elə irreal xəyalətlər kimi deyil, gerçək insanlar kimi ətə sümüyə bürünüb danışırlar. Türkcəyə də çevrilən son kitabımdır; “Ölüm həm varmış, həm yoxmuş” son dərəcə ironik bir kitabdır. İçində yumor ünsürləri vardır. Ölüm və yaşlılıqla bağlı yazılmış bir romandır. Başınıza gələcək ən pis şey ölümün yox olmasıdır.
 
Sizinlə əlaqədar məlumat toplarkən 5 cildlik bir gündəliyiniz olduğunu öyrəndik. Hələ Türkcədə yayımlanmadı gündəliyiniz. Hələ də gündəlik tutursunuzmu? Gündəliklərinizi bir ədəbiyyat gündəliyi olaraqmı yazdınız, yoxsa fərdi həyatınızdan qeydlər şəklindəmi?
 
1993-dən 1997-yə qədər gündəlik tutdum. Bəli, bu gündəlikləri bir yazarın gündəliyi olaraq tutdum. Normal bir insanın xüsusi şeylərini və hisslərini yazdığı gündəliklər deyil bunlar.
 
Türk oxucuları tərəfindən ən yaxşı tanınan Portuqaliyalı şair Fernando Pessoadır. Sizin də, Pessoayla bağlı “Rikardo Rəisin Öldüyü İl” adlı bir romanınız var. Bir Lizbonlu olaraq dilinizin böyük ustası Pessoa ilə necə bir bağ yaradırsınız aranızda?
 
Çox əhəmiyyətli bir şairdir. Mən onun çox yaxşı bir oxucusuyam. Amma onunla başqa bir əlaqəm də var: Mənim ilk tanıdığım Pessoa soyadlı şair Fernando Pessoa deyildi, Rikardo Rəis idi. Mən də gənc idim o zamanlar, həqiqətən Rikardo Rəis deyə bir şair var, zənn edərdim. Oxuduğum şeirlərin ona aid olduğunu düşünürdüm. Bir neçə il sonra Rikardo Rəis deyə birinin olmadığını, bu şeirlərin Fernando Pessoaya aid olduğunu öyrəndim. Fernando Pessoanın əsərlərindən biri mənə çox təsir etmişdi. O zaman 18-19 yaşım vardı. Belə idi: Müdrik insan həyatın şousuyla xoşbəxt olan insandır. Bambaşqa fikirlər vardı başımda və o zaman fərq etdim ki əsl müdriklik o şounu izləməkdən keçmirdi. Aradan çox illər keçdi. Dünyanın şousunu seyr etməyin yetərli olmadığını ortaya qoymaq üçün “Rikardo Rəisin Öldüyü İl” kitabını yazdım. Mən, bax, o zaman Rikardo Rəisdən soruşmağa qərar verdim. Həqiqətən dünyanın şousunu seyr etməyin müdriklik olduğuna inanırsanmı? Eh, bax indi cavabını görürsünüz. Gəlin, buyurun baxaq dünyanın şousuna! Bu necə bir müdriklikdir?
 
Correria Della Seradaki yazınızda Orxan Pamuk kimi bir yazıçı, ölüm təhdidləri üzündən Türkiyəni tərk etməyə məcbur oldusa, ortada qayğıverici şeylər var. Asiyanı içimizdəmi yandıracağıq? Hər kədəs Avropa vardırmı? Türkiyə necə Avropa ola bilər?- demişdiniz. Hələ də eyni fikirdə qalırsınızmı?
 
Bəli, eyni fikirdəyəm. Buna inanıram, həm də çox sadə bir səbəblə: Türkiyənin Avropa olması lazım deyil ki! Türkiyənin Avropa olmağa heç ehtiyacı yoxdur. Türkiyə böyük bir ölkədir. Hər şey burada doğuldu onsuz da, böyük bir mədəniyyətinizn var. Avropa ilə xariqüladə əlaqələriniz ola bilər. Ticarət, mədəni olaraq hər cür əlaqəni təsis edə bilərsiniz. AB-yə girmək sizə heç bir şey qazandırmayacaq ki! Buraya hər kəsin xoşuna gələcək şeylər söyləməyə gəlmədim. Söylədiklərim bəzilərinin xoşuna gəlməyə bilər: amma mən düşündüyüm şeyi dilə gətirirəm.

Persona.az




Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”
18 Oktyabr 2015 "Təbiəti qorumaq, insanlığı qorumaqdır"
12 Oktyabr 2015 "Bəstələyirəm, ifa edirəm, konsertlər verirəm, amma yenə də tamaşaçı bazar musiqilərnə daha alışqandır"
07 Oktyabr 2015 "Azərbaycan dövləti multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşır"
06 Oktyabr 2015 "Adımı dəyişdirməyim ilk müqavimətçi hərəkətim idi"

Sayğac