Xəbər lenti

 Şrift:



      Bu günki müsahibimiz həkim, şair, yazıçı Qalib Şəfahətdir.

     Qalib Şəfahət adı çəkiləndə ilk təsəvvürə gələn bir söz adamı olur. Yəni şair, yazıçı Qalib Şəfahət. Siz özünüzü daha çox şairmi, nasirmi hesab edirsiniz?

      İstər şeir, istərsə də nəsr olsun, mənim istəyim sözu incitmək, xətrinə dəymək,  yaxud  qolunu-qanadını sındırıb şikəst edmək olmayıb.  Nə də sözü yaralayıb başlı-başına buraxmamağa çalışmışam. Sözün qarğışından qorxmuşam. Sözü əzizləmək, sözə sığal çəkmək istəyi ilə yaşayıram. Ona görə sözlə ehtiyatlı davranmağa çalışıram.

    Siz özünüzü daha çox şairmi, nasirmi hesab edirsinizmi? -sualına gəldikdə isə mənim üçün fərqi yoxdur. Əsas fikrim sözdən nəyisə, nəsə yaratmaqdır.

      Oxucuların yaddaşında daha çox nə ilə qalıramsa, demək onda varam. Oxucu gözü tərəzidir. Bir çoxları kimi mən də ədəbiyyata şeirlə  gəlmişəm.

Orta məktəbdə oxuduğum illlərdə rayon qəzetində, tələbəlik illərimdə, yəni 1991-1998-çi illərdə şeirlərim o dövrün  mətbuatında , eyni zamanda “Ədəbiyyat qəzetində”, “Ulduz “ və “Azərbaycan” jurnallarında dərc olunurdu. Sonra, hərbi xidmətdə olduğum dövrdə müəyyən fasilələr oldu. Sonrakı dövrlərdə iki şeir kitabım  işıq üzü gördü. Hər iki kitab, belə başa düşürəm, oxucunun qarşısında boynunu büküb qalmadı. Onunla danışmağa sözü oldu. Bu da sevindiricidir.

      Nəsrdə müəyyən qədər sözümü deyə bilmişəm. Məncə kifayət qədər yaxşı qarşılanıb. Ancaq nəsr sahəsində daha çox deyəcəyim sözü hələ oxucularla bölüşməmişəm. Yəqin qismət olsa yaxınlarda  belə bir görüş olacaq.

      Kardioloq-həkim olduğunuzu da bilirik, amma həkim Qalib yazıçı-şair Qalib Şəfahət qədər tanınmır, görünmür. Siz özünüzü hansı sahədə daha özünə güvənli hiss edirsiniz?

       Birinci, güvənc yerim  həmişə özüm olmuşam. Birdə ki, həkimlik müəyyən bir çərçivə daxilində fəaliyyət göstərir. Həm də mənim həkimlik fəaliyyətim bir növ səyyari və qapalı olub. Müəyyən müddət hərbi hospitalda əsgərlərimizin sağlamlığının keşıyində dayanmışam, sonra mülki, daha sonra yenə hərbi həkim kimi fəaliyyət göstərmişəm.  Onu da deyim, həkim kimi tez tanınmaq üçün  bilik və bacarıqdan başqa sərbəstlik də olmalıdır. Açığını deyim, başqa bir çox sahələrdə olduğu kimi burada da monopoliya özünü göstərir. Bəlkə də bu təsirlərdir.

       Sosial şəbəkədə fəalsınız. Bədii yaradıcılığınız da, demək olar, mütəmadi olaraq saytlarda, mətbuat orqanlarında yetərincə işıqlandırılır. Yazar Qalib Şəfahət həkim Qalibə mane olmur ki?

       Mən onlara mane olmasam, onlar bir-birinə hörmət  etməyi bacarır, mane olmurlar. Hərənin özünün öz vəzifə borcu var, vəzifə borclarını yerinə yetirirlər və yerlərini bilirlər. Əvvəldən belə tərbiyə olunublar. Hərdən tərbiyəçilərinin səbrsizliyi, darıxması, ədalətsizliyə və haqsızlığa qarşı biganə qala bilməməsi onlara mane olur.

        Bədii yaradıcılığın inkişafı üçün, məlumdur ki, yaradıcı adam daim mütaliə etməli, dünyada hansı ədəbi proseslərin getməsindən xəbərdar olmalıdır. Bununçün də çox vaxt tələb olunur, buna necə vaxt ayırırsınız?

          Belə hesab edirəm, nəinki yaradıcı adamın, ümumiyyətlə, hər kəsin mütaliyəyə  ehtiyacı var. Hansı millət kitabdan yapışırsa, həmişə onun sözü ötkəm olur. Mənə gəldikdə belə düşünürəm, mütaliəsiz keçinmək qeyri mümkündür. Onu deyə bilərəm ki, hər gün mütaliəyə vaxt ayırıram. Istər işdə, istərsə də evdə boş vaxt tapıb mütaliə edirəm . Ən azı gündəlik ədəbi prosesləri izləməyə çalışıram, bədii dərgiləri gözdən keçirirəm. Mütaliə bir növ mənim istirahətimdir.

       Bu günki Azərbaycan ədəbi mühitində öz yerinizi görürsünüzmü?  

     Kortəbii yanaşmanın tam əleyhinəyəm. Ən azı yaxşını pisdən, ağı qaradan  ayırmağı bacarmalısan. Yalandan boş-boşuna səs-küy salmaqla özünü göstərməyin heç bir faydası olmur. Dünya görüşünlə, təcrübənlə özünə də, başqasına da doğru, düzgün qiymət verməyi bacarmalısan. Belə olan halda yazar özünü görə bilir, yerini seçə bilir, kim olduğunu duya bilir. Bu prizmadan yanaşsam, bəli, yerimi görürəm. 

       Bu qədər şair, şeir, yazar bolluğunda Qalib Şəfahət özünü necə hiss edir?

     Bolluqda, normal desəm, yanılmaram. Bolluq heç vaxt qorxulu deyil. Hərənin öz ucaltdığı bir saray var. Onu kənardan görürlər və qiymət verirlər.  Bu bolluqda özünü itirmək yox, tapmağa  çalışıram. Bolluq içində yaxşı ilə pisə qiymət vemək çox rahat olur. Hər zaman ədəbiyyat və ədəbiyyatdan kənar yazılar olub. Lap Nizaminin dövründə də, Fizulinin dövründə də. Yaxşılar qalıb, pislərin izi itib gedir. Biz qiymət verə bilməsək də, zaman özü qiymət verir, hər şeyi özü yerbəyer edib, sahmana salır.

        Artıq ömrün müdriklik yaşına gəlib çatmısınız, illər nə qazandırdı sizə?

        Deyərdim, illərin içində özümü tapdım. Sınaqlardan keçdim. Çətinliklər gördüm, ağrı-acılar yaşadım. Itirdiklərim də oldu, qazandıqlarım da. Amma həyata nikbin baxdım. Hər şeydə özümə arxalandım. Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum. Qazandığım normal ailənin olması, həkimlik sənətinə mükəmməl yiyələnməyim, ədəbiyyatda az-çox söz sahibi olmaq. Məncə qazancım pis olmayıb.

       Sizin yaradıcılığınıza ədəbi-tənqidin, oxucuların münasibəti necədir?

       Yəqin ki, hal-hazırkı ədəbi-tənqiddən Sizin də, elə hər kəsin xəbəri var, necədir? Mənim o xususiyyətim yoxdur ki, kiməsə xahiş edim, sən Allah, mənim yazım haqda fikir söylə, nəsə yaz. Hər şey açıqdır. Mən açıq olmağı sevirəm. Eyni zamanda mən sağlam fikrin, düşüncənin tərəfdarıyam. Düzgün tənqid inkişaf deməkdir. Kim istəsə fkrini bildirə bilər.

         Necə düşünürsünüz, siz bir həkim olaraq, ya bir söz adamı olaraq cəmiyyətə daha çox fayda verə bilərsiniz?

      Müalicə etdiyim xəstələrimi həkim kimi razı sala bilmişəm, razı qalıblar. Onu da deyim umumi həkimlik prinsipində əlavə fərdi yanaşma ilə bir neçə əsgərlərimizi ( belə başqa xəstələr də olub) ölümün pəncəsindən xilas edə bilmişəm. Hardasa bir ana-bacı fəryadının, ah-naləsinin qarşısın ala bilmişəmsə, öz sənətimlə qürur duya bilərəm.

Küçədə  bir nəfər mənə yaxınlaşıb “həkim, mən əsgər olanda xəstələnmişdim, məni siz sağaltdınız”- deyib səmimi görüşməsi, sonra da “sizə nə qulluq göstərim?”- deməsi mənim üçün sənətimə ən böyük hörmət əlamətidir. Belə başa düşürəm ki, mən sənətimə hörmətlə yanaşıram ki, başqaları da mənə hörmətlə yanaşırlar.

    Yazılarım da geniş oxucu kütləsinin gözü qarşısındadır. Bunu geniş içtimaiyyət məndən daha yaxşı görə bilər. Bir söz də var “gəmilər sahildən asan görünür”.

 Mən belə düşünürəm, istər sənətimlə, istərsə də yaradıcılığımla cəmiyyətə fayda verə bilərəm.

      Ürək həkimisiniz, heç ürək haqqında bir şeir və ya bir hekayə yazdınızmı indiyəcən?

 Bəlkə də həyatda “ən çox işlətdiyin söz nədir?”- desələr,- deyərdim ürək sözüdür. Ədəbiyatda da, təbabətdə də mənə ən yaxın, doğma olan sözdür. Ilk kitabımın redaktoru , şair Musa Ələkbərli kitabıma ad seçəndə adı“Mənə ürək verin” şeirimdən götürüb. Ürək haqqında şeir yazanda həmişə istəmişəm tam fərqlənsin. Bəli bu haqda xeyli şeirlərim  var,  birini də  elə burda təqdim edirəm.

                    

Çöl yaman soyuqdur, gülüm

 Yatır məni ürəyində.

 Sən ümman ol, mən bir qayıq

 Batır məni ürəyində.

 

Ömrə, günə bəxti tən kəs.

Bir az uzun, bir az gen kəs.

Məni səndə axtaran kəs

Tapır məni ürəyində.

 

Ağıllı bil, ya divanə

 Yolum qəlbində yubana.

 Son mənzillə son ünvana

 Çatdır məni ürəyinə.

 
Sonda onu deyim ki, müsahibə üçün sizə və yaradıcı kollektivinizə dərin təşəkkürümü bildirirəm. Bilirəm ki, ədəbiyyatın inkişafında böyük əmək sərf edirsiniz. Sizə bütün işlərinizdə uğurlar arzulayıram.

Persona.az



Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”
18 Oktyabr 2015 "Təbiəti qorumaq, insanlığı qorumaqdır"
12 Oktyabr 2015 "Bəstələyirəm, ifa edirəm, konsertlər verirəm, amma yenə də tamaşaçı bazar musiqilərnə daha alışqandır"
07 Oktyabr 2015 "Azərbaycan dövləti multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşır"
06 Oktyabr 2015 "Adımı dəyişdirməyim ilk müqavimətçi hərəkətim idi"

Müsahibə

Köşə

Foto qalereya

Sağlamlıq

Sayğac