Xəbər lenti

 Şrift:


    ABŞ prezidenti Barak Obama, Türkiyədə yaşayan və ABŞ-a köçməyə hazırlaşan, Suriyadakı müharibənin qurbanına çevrilmiş suriyalı bir alimlə əlaqədar Feysbukda bir həmrəylik statusu paylaşıb.

Adı açıqlanmayan suriyalı alim öz kədər dolu həyat hekayəsini danışıb: "Ailəm təhsilimə çox dəstək oldu. Amma məni yönləndirmədilər. Atam əkinçi idi. Anam da evdar qadın.

Elmdən çox anlamazdılar. Amma mən öz istəyimlə elm adamı olmaq istədim və qərarım qəti idi. Liseyi, Suriya üçüncüsü olaraq bitirdim. Məktəbin pulunu çıxarmaq üçün axşamları tikintidə işlədim . Universiteti dərəcəylə bitirdim.

Aspirantura üçün təqaüd aldım. Xəyallarım üçün hər şeyimi ortaya qoydum. 100 manatım vardısa hamısını gedib kitaba verdim. Məqsədim böyük bir elm adamı olub, insanlığa xidmət etmək idi.

Xanımımla sevərək evləndim. Universitetdə təhsil alarkən tanış olduq. Hüquqda oxuyurdu. Birlikdə bir yuva qurduq. Müasir bir ailəydik. Yaxşı günlərimiz də, pis günlərimiz də oldu. Zənginliyi də gördük, yoxsulluğu da. Amma hər zaman birlikdəydik. Hər payı birlikdə yedik. Uşaqlarımızı birlikdə oxutduq.

Qızım tibb fakültəsinə gedirdi. Oğlum sinifin ən parlaq şagirdi idi. Sayılıb-seçilən insanlar idik. Kimsənin bizimlə bir problemi yox idi. Heç bir partiyanın, yaxud da rejimin adamı deyildik. Həqiqətən bizi hamı sevirdi.

"Evimizin (müxtəlif rənglərdə dörd ev) dizaynını mən hazırladım. Bunun üçün pul yığmışdıq. İnşaatla şəxsən maraqlandım. Ordunun atdığı bir mərmi sarı evin içindən keçib çəhrayı evin içində partladı. Bu bir anti-personal mərmi idi. İnsanlar yaşayan sahələrdə istifadə edilməsi qadağan idi.

Mərmilərin içində hər biri iynələr və şarapnellə dolu 116 bomba vardı. Çəhrayı evdə qardaşım yaşayırdı. Bütün ailəsi öldü. İkinci raket yaşıl evə düşdü, amma partlamadı. Bura mənim evim idi. Əgər mərmi patlasaydı, sağ uşağım qalmazdı. Evin yalnız üst qatı getdi. Amma arvadım və qızım o katdaydı. Hücumda 16 adam öldü. Yeddisi mənim ailəmdən idi.

Evimizə mərmi düşəndə şəhər kənarında bir tikinti meydanındaydım. Kömək edəcək kimsə yox idi. Oğlum anasının və bacısının cəsədlərinin parçalarını əlləriylə evdən bayıra çıxardı.

O zaman 14 yaşında idi. Çox ağıllı idi. Sinfinin birincisiydi. Artıq əvvəlki kimi deyil. Başımıza gələn bu hadisədən sonra dəftərinə davamlı olaraq "ana, ana" deyə yazırdı. Bütün gecə ağlayırdı. İki il keçdi, hələ çox acı çəkir. Konsentrasiyasını itirdi. Çox tez yorulur .

Qızım da evdəydi. Boynunda hələ şarapnel parçası var. Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük. O gün bizim üçün hər şey bitdi. Qismətimiz beləymiş. Həyatda bizim payımıza da düşən buymuş.


    Evdə hər şeyə ziyan dəyməmişdi. Sağlam qalanlar da iki gün içində oğurlandı. Heç bir şeyimiz qalmadı. Bu evin (İstanbulda yaşadıqları ev) kirayəsini belə öəyə bilmirəm. İki ildir Türkiyədəyəm. Bitmiş vəziyyətdəyəm. Heç bir həyatım yoxdur.

Hörmət görmürəm. Uşaqlarım məktəbə getmir. Doktoram, amma iş icazəsi olmadığı üçün işləyə bilmirəm. Mənim yazdığım kitabı oxudan bir universitet var burada. Amma məni işə götürmürlər. Dolana bilmək üçün layihələr çəkib türklərə verdim. Onlar çəkmiş kimi göründü. Materialların pulunu çıxaracaq qədər bir pul aldım . Bu il 270 dairəlik böyük bir layihə çəkdim. Bir Türk vətəndaşının alacağı pulun bəlkə də yüzdə birini verdilər mənə. Etdiyim işə hörmət yoxdur burada. Yalnız pula hörmət göstərilir.

Bombardmandan əvvəl heç bir problemim yox idi. Hesab edirəm ki, kədər və çətinlikdən xərçəng oldum. Mədə xərçəngiyəm. Sizinlə ağrıkəsici qəbul etdiyim üçün danışa bilirəm. Ağrım get-gedə artır. Bir şey yeyə bilmirəm. Daxili qanaxmam var. Burada beş xəstəxanaya getdim. Hamısı bir şey edə bilməyəcəklərini söyləyir. Çünki sığorta yoxdur.

Amerikadakı yoldaşlarım bunun sadə bir əməliyyat olduğunu söyləyir. İndi zamana qarşı yaşayıram. Çünki xərçəng yayılır. Mədəmin başqa yerlərinə yayılacaq. O zaman edəcək bir şey qalmayacaq.

Dünyada hələ fərq yarada biləcəyimi düşünürəm. Bir neçə icadım var və Amerikaya gedincə bunlara patent ala biləcəyimə ümid edirəm. İcadlarımdan biri indi İstanbul metrosunda istifadə edilir. Qatarın hərəkətindən elektrik alınır. Yanacaqsız 48 saat uça bilən təyyarə layihəm var. Zəlzələni həftələr əvvəlindən təxmin edə bilən bir cihaz layihəm var başımda . Yalnız araşdırmalar apara biləcəyim bir yerə ehtiyacım var. Miçiqanda Troya gedirəm. Ora necə bir yerdir, bilmirəm. Təhlükəsiz və elmə dəyər verilən bir yer olacağına ümid edirəm. İşimə qayıtmaq istəyirəm. Yenidən insan olmaq istəyirəm. Kimsənin işimin bitdiyini düşünməsini istəmirəm . Hələ buradayam”.

ABŞ prezidenti Barak Obama bu miqrantın hekayəsilə bağlı HONY-nin feysbuk səhifəsində bir status paylaşıb:

"Bir yoldaş və bir ata olaraq itkilərinizi təsəvvür belə edə bilmirəm. Siz və ailəniz bir ilham qaynağıdır. Michiqanın möhtəşəm insanlarının, sizi şəfqət və layiq olduğunuz dəstəklə qucaqlayacağını bilirəm. Hələ fərq yarada bilərsiniz… Və burada xəyallarınızın arxasınca düşəcəyiniz üçün qürur duyuruq. Yeni evinizə xoş gəldiniz. Siz Amerikanı böyük edən şeyin bir parçasısınız"

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

08 Oktyabr 2017 Haruki Murakami: "Musiqi və bədii əsərdə ən əsas şey ritmdir"
04 Oktyabr 2017 "Özümü musiqisiz təsəvvür edə bilmirəm, amma yazmasam da, bəlkə..."
23 Sentyabr 2017 "Elə bilirəm ki, sazı nəvəmin barmaqları ilə çalıram"
12 Sentyabr 2017 "Ürəyimdə sevgidən başqa heç nəyə yer olmayıb"
14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”

Sayğac