Xəbər lenti

 Şrift:
   Müsahibimiz tanınmış istedadlı şair, "Ulduz" jurnalının əməkdaşı Fərqanə xanım Mehdiyevadır.


Fərqanə xanım, bu keşməkeşli, qan-qadalı dünyada özünüzü necə hiss edirsiniz?
 
Heç nə məni sevindirmir....Bu boyda qarısıqlıqlar, qalmaqallar ürəyimi üzür, axı anayam... Harda bir güllə atılsa, gəlib ürəyimdən keçir...Gecə - gündüz dodağımda öz - özümə bu mahnını zümzümə edirəm:
 
Sülhə gəlin, ey insanlar,
töküldü qan axdı qan...
 
Çox sıxılıram, düsünürəm niyə insanlar didir bir –birini? Müharıbələr, torpaq davaları, şəhid olanlar, nə bilim nələr... Siyasi oyunların nəticəsində həmisə sadə insanlar məhv olurlar. Anaların gözü yaslı qalır... Bir ana, bir qələm adamı kimi bu hadisələri izlədikcə hər gün min dəfə ölüb - dirilirəm...

Əsl şairlər, yazıçılar, zamanın nəbzini tutmaqla yanaşı, öz əsərlərilə sabaha, gələcəyə də işıq sala bilirlər; bir şair kimi bu gün baş verən gərgin hadisələr bəşəriyyətin gələcək taleyilə bağlı sizə hansısa bir ipucu verirmi? Sabahımızı necə görürsünüz?
 
Hec bir zaman ədəbiyyat siyasətdən kənar olmayıb...Və dünyada bas verən bütün hadisələr sairin, yazıçının yaradıcılığına təsir edir. Şair, xalqın danışan dilidir... Çətin anlarda hamı şairdən umur… Mən bu günə, indiyə ümidlə, inamla yanaşıram, “sabah” sözü qətiyyətsiz adamlar üçün düsünülmüsdür. Qaldı, ipucu məsələsinə… Bir ipin ucundan min adam tutub dartır, o yan - bu yana… Nə vaxtsa demişdim:
 
 Hərə bir yana çəkməsə,
Qalmaz şəhidlərin qanı...
 
 
İllərdir, "Ulduz" jurnalında çalışırsnıız, bu müddət ərzində bir neçə baş redaktorla işləmisiz, onlardan hansının redaktorluğu dövründə "Ulduz"un ulduzu daha çox parlayıb?
 

   “Ulduz” jurnalı həmisə parlaq olub... İki redaktorla işləmişəm. Elçin Hüseynbəylinin də baş redaktor oldugu vaxtda “Ulduz” maraqlı çıxırdı. Hal - hazırda baş redaktor Qulu Ağsəsdir… “Ulduz” parlaqlığını daha da artırıb. Gəncliyə daha böyük meydan verilir. İstər “Ulduz”un müasir dizaynı, istər yazı nümunələri, müxtəlif lahiyələr baxımından orijinallıq oxucuların diqqətini cəlb edir...
 
Gənc istedadların axtarışı üçün Azərbaycanın rayonlarını, kəndlərini qarış-qarış gəzdiyinizin şahidiyik, "tilovunuza" "qızıl balıq" düşdümü heç?
 
Həmisə bölgələrə diqqət ayırmağa üstünlük verirəm. İstedadlı yazarlar çoxdur, əyalətlərimizdə. “Balığın” başqa növləri də çoxdur, amma “qızıl balıq” isə nadir hallarda olur... Və bizim də məqsədimiz “qızıl balıqları” diri - diri tutmaqdır..Onda “Ulduz”umuz daha da parlaq olar...
 
Gənc yazarlarımız sizi, həm də bir ana kimi sevir və "Fərqanə ana" deyə müraciət edirlər. Fərqanə ana, öz analıq missiyasını nə dərəcədə yerinə yetirə bilir?
 
Gəncləri balam kimi istəyirəm. Onları axtarmaq, kəsf etmək, yazılarını dərc etmək borcumdur. Əslində onlara yol açan, onların öz maraqlı ədəbi nümunələridir…
 
Nə zmansa "Ulduzun" baş redaktoru olmaq keçibmi könlünüzdən? Düşünmüsünüzmü və xəyal etmisinizmi ki, əgər mən "Ulduz"un baş redaktoru olsaydım, o zaman "Ulduz" ədəbiyyat səmasında ən parlaq ulduza çevrilərdi?
 
Heç vaxt ağlımdan keçməyib. Düsünmüsəm ki, qayğılarım çox olar. İndi tam seirin içindəyəm. “Ulduz” indi də parlaqdır. Baş redaktor məsuliyyətlidir, həm də kollektiv olduqca mehribandır, işgüzardır...
 
Hərdən çox orijinal "qarğış" etməyiniz də var. Qəbir daşları yonana yazdığınız şeirdə deyirsiniz:
 
Yonduğun məzar daşları,
Sənə dərd, azar verməsin.
A müştəri gözləyənim,
Heç Allah bazar verməsin!
 
bu şeir nə zaman yarandı, nədən daşyonana belə bir "qarğış" etdiniz. Qorxmadınızmı, sizin "qarğışınızdan" sonra qəfil onun bazarı bağlanar və insan övladı bu məhbəs dünyada əbədilik yaşama məhkum olar?
 
 
Qarabağ hadisələri təzə başlayanda yazmışdım bu şeiri... Onun da çörəyi məzar daşlarından çıxır, nəyi yaxşıdır ki? Gözləyir ki, ölən olsun, müştərisi çoxalsın... Bu, həyatdır, amma hər sey vaxtında olsa yaxsıdır… İnsan, onsuz da ömürlük məhbusdur, öz içində. Haqsızlıqlara, ağrı – acılara, itirdiklərinə… İnsan heç vaxt azad deyil, heç vaxt… Şair dostum Faiq Balabəyli həbsdə olanda yazmısdım:
 
Hər günün üstündə daş
Kəsilən dil, yeyilən baş
Biz də sən gündəyik, qardaş,
Çöl də içəri kimidi...

Bizim nəsil o dünyanı, bu dünyada diri - diri gördü...

 
Söhbətləşdi: Zəka Vilayətoğlu

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

08 Oktyabr 2017 Haruki Murakami: "Musiqi və bədii əsərdə ən əsas şey ritmdir"
04 Oktyabr 2017 "Özümü musiqisiz təsəvvür edə bilmirəm, amma yazmasam da, bəlkə..."
23 Sentyabr 2017 "Elə bilirəm ki, sazı nəvəmin barmaqları ilə çalıram"
12 Sentyabr 2017 "Ürəyimdə sevgidən başqa heç nəyə yer olmayıb"
14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”

Sayğac