Xəbər lenti

 Şrift:

Milan Kundera, roman sənətinə gətirdiyi yeniliklər və ədəbiyyat düşüncəsinə etdiyi qatqılarla, müasir Avropa ədəbiyyatının çox xüsusi bir yerində dayanır. Bir növ düşüncə romanı yaratdı. Digər yazıçılara təsir etdi. Ədəbiyyatla bağlı yazıları və sözləri hər zaman diqqətdə saxlanılacaq bir yazıçı oldu.

Milan Kundera ilə davamı da olacaq ilk müsahibə üçün gedərkən Avropanın ən görkəmli romançılarından birinin məşhurluğunun, zaman - zaman zəka dolu sənətinə istiqamət verirmiş kimi görünən, özünün şüurunda olmadığı, bir də rasional olmayan bir açıqlamaya söykəndiyini sübut etmək istəyirdim. Humanistliyinin ən vacib və bir o qədər də kövrək məxfiliyinə, əsas prinsiplərinə fövqəladə bir dil və təxəyyül forması verən yaradıcı qüvvələrini kəşf etməyə gəlmişdim. Şəxsən üz-üzə gəlmənin yaratdığı üstünlük dərhal özünü göstərdi. İnsanın, işlərinə heyran olduğu bir sənətçiylə görüşmə fürsətini əldə etməsi nadir olduğu halda, eyni zamanda bu görüşmədə sənətçiylə əlaqədar işlərindən yola çıxaraq aldığı təəssüratı yoxlamaq fürsəti qazanması daha da nadir bir şeydir. Bir sənətçiyə dəyər vermək, şəxsiyyətnə deyil, sənətinə dəyər vermək deməkdir.

Bu ikisi bir-biriylə əlaqəli ola bilər, amma olmaya da bilər. Əksər hallarda əlaqə yaratmaq olmaz və insan xəyal qırıqlığına uğrayar. Bizim durumumuzda, xəyal qırıqlığına uğrama ehtimalı aradan qalxdı; çünki hər biri bir sual olan cavablarının təvazökarlığı, bir an üçün belə asan yol seçərək dedi-qodulara sığınmaması və şəxsiyyətinin sənətinin bütövlüyüylə tamamlanması sayəsində mümkün oldu bu; necə ki, onun sənətini mənalı edən, son dərəcə adi metafizik problemləri və ekzistensial (varolma) vəziyyətləri yeganə sosial-iqtisadi kontekstlərə fikri olaraq yerləşdirə bilməyidir.

Kundera məxfiliyə önəm verməsinə baxmayaraq, görüşümüzdə çox müxtəlif mövzulardan danışmağa razı oldu. Nəticədə, söhbətimizin əhatəsini və məqsədini, ikimizin də, bir-biriylə əlaqəli olmasa da, bəzi konkret ortaq nöqtələri hərtərəfli və ətraflı müəyyənləşdirdi. Oxuyacağınız belə bir kollajdır.

 

Sizinlə olan görüşümüzdən müəyyən konkret nöqtələri işıqlandırmaq üçün istifadə etmək istəyirəm. Öncə, romançılıqda, ənənəvi üsullarla hazırlanan müsahibələri açıqca rədd edirsiniz, müəllif haqqınızın qorunmadığı müsahibələr verməmək qərarınızı olduqca güclü bir şəkildə vurğulayırsınız. Müsahibə götürülən kimsənin açıqlamalarını, müsahibə yayımlanmazdan əvvəl təkrar gözdən keçirməsinə imkan verməyən, bunun nəticələrinə gərəkən önəmi verməyən jurnalistlərə olan qəzəbinizi anlayıram. Real bir qarşılıqlılığın, ortaq maraq sahələrinə dair məsələlərlə bağlı səmimi bir fikir mübadiləsinin mövzu olduğu dialoqla müsahibə götürən adamın maraqlarına dair sualların verildiyi və yalnız onun məqsədlərinə xidmət edən, üstəlik ilk ilham aldıqları kontekstdən, başqa bir kontekstdə cavabların ortaya çıxdığı müsahibə arasında etdiyiniz ayrı-seçkiliyi təqdir edirəm. Yenə də, verdiyiniz müsahibələri, yalnız nəşrə hazırlanmasına sizin də daxil olduqlarınızla məhdudlaşdıraraq, oxucu kütlənizi nələrdənsə məhrum etmiş olmursunuzmu?

Mətbuatda dərc olunduğu formasıyla müsahibə, müsahibə götürülən kimsənin söylədiklərinin əslinə yaxın bir kopiyasından başqa bir şey deyil. Əgər, alimlər və tənqidçilər də daxil olmaqla hər kəs, müsahibələrinizə, sanki sizin ifadələriniz kimi iqtibas etməsəydilər o qədər də ciddi bir vəziyyət yaratmazdı bu. Bütün vasvasılıq uyğunlaşdırma üzündən itir. Bir dəfə, bir müsahibədə mənim adımdan yalan, səhv sözlər yazılmışdı, bununla da kifayətlənməmiş, mənə aid olmayan fikirlər, mənim sözlərimmiş kimi köçürülmüşdü. Buna etiraz etdim. Aldığım cavab: "İqtibas edilən sözləriniz jurnalistin əlindədir". Çox sadə bir şeyi anlamışdım; sözləri bir jurnalist tərəfindən alınan yazıçı, artıq sözlərinin hakimi deyil; yazıçı, söylədiyi sözlər üzərindəki "yazıçılıq haqqı"nı itirir. Və təbii bu, qəbul edilə bilməz. Bununla yanaşı, sadə və sizin də ağlınıza batacaq bir həll var; sizinlə görüşdük, uzun-uzadı danışdıq, hər ikimizin marağını çəkən mövzular üzərində dayandıq, siz sualları verdiniz, mən cavablandırdım və bunların sonuna müəllif haqqı ibarəsini əlavə etdik. Belə olsa, hər şey tamamdır, hər şey qaydasına uyğundur.

Bu, məncə də son dərəcə məqbuldur. Hətta müəllif ibarəsinin əslinə uyğunluq zəmanətini başqa birisi niyə istər, bilmirəm. Orta Avropayla əlaqədar bir çox müzakirələrə yol açdınız. Bütün fantastik əsərləriniz Çexoslovakiyada keçir, hətta nəzəri işiniz romançılığınızda da Orta Avropa mühüm bir yer tutur. Bu Orta Avropa anlayışının sizin üçün, dəqiq olaraq nəyi təmsil etdiyini, əhatəsinin əsl hüdudlarını açıqlaya bilərsinizmi?

Bu nəhəng problemləri bir az sadələşdirək və özümüzü romanla hüdudlandıraq. Dörd böyük romançı vardır; Kafka, Brox, Musil və Qombrovicz. Prustdan bu yana roman tarixində daha əhəmiyyətli romançı görə bilmirəm. Bu adları tanımadan müasir romandan bir çox şey aydın ola bilməz. Qısaca, bu yazarlar modernistdir, yəni ehtiraslı bir şəkildə yeni formaların arxasındadırlar. Lakin eyni zamanda, avanqard ideologiyalardan (irəliləməyə, inqilaba olan inanc və s.) uzaq durmuşlar, beləliklə bu, sənətin və romanın tarixinə başqa bir gözlə baxmaqlarını təmin etmişdir. Bu yazıçılar kökdən dəyişmənin lazımlılığından heç bəhs etmirdilər, romanın formal imkanlarının tükəndiyini düşünmürdülər; yalnız bu imkanları radikal şəkildə genişləndirmək istəyirdilər.

Burada, romanın keçmişinə dair başqa bir əlaqə də qurmaq mümkündür. Bu yazıçılar "ənənə"yə üstdən aşağı baxmırlar, yalnız başqa cür bir ənənə üstünlükləri vardır; hamısı XIX əsrin əvvəlindəki romanların pərəstişkardır. Mən bu dövrü romanın tarixindəki ilk "dövrarası" adlandırıram. Onlara Orta Avropanın önəmli romancıları arasındaki “ulduz toplusu” [pleiad] deyirəm. Bu dövr və bu dövrün estetikası, XIX əsrdə az qala unudulmuş, qaranlıqda qalmışdır. Bu ilk dövrarasına olan xəyanət (Rabelais, Servantes, Sterne və Didroda olduqca dominant olan), mənim "romantik təfəkkür" dediyim şeyin rolunu azaltmışdır. Romantik təfəkkür deyərkən səhv başa düşməyin; burada, əslində romanın fəlsəfəyə tabe edilməsi, fikirlərin roman vasitəsilə açıqlanması anlamına gələn, sözdə "fəlsəfi roman"dan bəhs etmirəm. O Sartrdır. Hətta Kamyüdür. “Vəba”dır. Bu əxlaqi roman demək olar ki, mənim sevmədiyim hər şeyin bir nümunəsidir. Musilin və ya Broxun niyyəti isə tam fərqlidir; fəlsəfəyə xidmət etmək deyil, əksinə, o günə qədər fəlsəfənin özünə saxladığı sahəni ələ keçirməkdir. Fəlsəfənin konkret olaraq qavraya bilmədiyi, yalnız romanın öhtəsindən gəldiyi metafizik problemlər, insanın yaranmasına dair problemlər vardır. Bununla birlikdə, bu romançılar (xüsusilə Brox və Musil) romanı üstün bir poetik və intellektual sintezə çevirə bilmiş və romana mədəni bütövlük içində rəqibsiz yeri qazandırmışlar.

Bu yazıçılar Amerikada nisbətən az tanınmışlar, mən bu vəziyyəti hər zaman bir intellektual skandal olaraq gördüm. Amma əslində Amerika romanının özünəxas ənənəsini nəzərə alsaq, başa düşülməsi çətin olmayan bir estetik səhvanlama məsələsidir bu. Bir dəfə, Amerika, roman tarixinin ilk dövrarasını yaşamamışdır. İkincisi, böyük Orta Avropalı romançılar şah əsərlərini yazdıqları dövrdə, Amerikanın, Heminquey, Folkner və Dos Passosun daxil olduğu öz böyük "ulduz toplumu" vardı və bütün dünyanı təsiri altına alacaqdı. Lakin buradakı estetika Musilin estetikasına bütövlükdə zidd idi. Məsələn; romanın povest axınına yazıçının fikri müdaxiləsi, bu estetiktaya yanlış yerdə olan bir intellektualizm kimi, romanın özünə yad bir əlavə kimi görünür. Şəxsi bir xatirə; The New Yorker, “Varlığın dözülməz yüngüllüyü”nün ilk üç hissəsini yayımlarkən, Nitsşenin əbədi qayıdışıyla bağlı olan bölümləri mətndən çıxarmışdı! Halbuki mənə görə, Nitsşenin əbədi qayıdışıyla bağlı yazdıqlarımın fəlsəfi bir ifadəylə əlaqəsi yox idi; hərəkətlərin təsvir olunmasından və ya dialoqlardan daha az romantik olmayan (bunu demək istəyirəm, romanın mahiyyətinə verdikləri cavab eyni formada etibarlıdır) bir paradokslar ardıcıllığıydı.

 kunderaic

Bu yazıçıların sizə konkret bir şəkildə təsir etdiklərini deyə bilərsinizmi?

Təsirmi? Xeyr. Başqa bir şeydir bu: Mən onlarla eyni estetik dam altında oluram, Prustun, yaxud Coysun damı altında deyil. Ona olan bütün heyranlığıma baxmayaraq Heminqueyin damı altında da deyil. Haqqında danışdığım yazıçılar bir-birlərindən təsirlənməmişlər. Hətta bir-birlərindən xoşlanmırdılar da. Brox, Musili tənqid edirdi, Musil, Broxa qarşı mərhəmətsiz idi; Qombrovicz, Kafkanı heç sevmirdi və nə Broxdan, nə də Musildən bəhs edirdi, yəqin ki, bu üçü də onu heç tanımırdı. Bəlkə onları bu şəkildə bir araya gətirdiyimi eşitsələr, mənə qəzəblənərdilər. Və bəlkə də qəzəblənməkdə haqlı olardılar. Bəlkə bu ulduz toplusunu başımın üstündə bir dam olsun deyə icad etmişəm.

 

Orta Avropa anlayışınız "Slavyan dünyası"nın, "Slavyan Mədəniyyəti"nin Orta Avropası ilə necə bir əlaqədədir?

Təbii ki, Slavyan dillərinin bir dil birliyi var. Lakin "Slavyan mədəniyyəti" deyə bir bütövlük yoxdur. "Slavyan ədəbiyyatı" deyə bir şey də yoxdur. Əgər kitablarım "Slavyanlıq" kontekstindən baxılsaydı, özümü tanıya bilməzdim. Bu süni və səhv bir kontekstdir. Orta Avropa kontekstində (ki, dil olaraq Cermen-Slavyan-Macardır) mənim kitablarım üçün daha doğru bir kontekstdir. Təbii, əgər bir romanın mənasını və dəyərini qavramaq istəyiriksə, bu kontekstdə bizə elə çox bir şey qazandırmaz. Romantik bir işin mənasını və dəyərini ortaya çıxara biləcək yeganə kontekstin Avropa romanı tarixinin kontekstində olduğunu təkrar etməkdən daşınmayacağam.

 

Həmişə Avropa romanına istinad edirsiniz. Bu, Amerika romanını, ümumi olaraq daha az həlledici hesab etdiyiniz anlamına gəlmirmi?

Bu mövzuya toxunmaqda haqlısınız. Dəqiq termini tapa bilməməkdən rahatsızam. Əgər "Qərb romanı" desəm, “rus romanını unutdu” deyəcəklər. "Dünya romanı" desəm, haqqında danışdığım romanın tarixən Avropaya bağlı olduğunu gizləmiş olacağam. Buna görə "Avropa romanı" deyirəm, lakin bu sifətdən Husserl (alman filosofu) - çi baxımından istifadə edirəm: coğrafi bir termin olaraq deyil, həm Amerikanı, həm də məsələn; İsraili ehtiva edən "mənəvi" bir termin olaraq. "Avropa romanı" dediyim, Servantesdən Folknerə uzanan bir keçmişdir.

 

Romanın tarixi baxımından çox böyük əhəmiyyət verdiyiniz, romanın inkişafı və mədəniyyət tarixi əlaqəsiylə bağlı müxtəlif yazılarınızda adını çəkdiyiniz yazıçılar arasında heç qadın yoxdur. Yanılıramsa düzəldin, amma nə təcrübələrinizdə, nə də müsahibələrinizdə qadın yazıçılarla bağlı bir söz var. Bunu açıqlaya bilərsinizmi?

Maraqlanmağımız gərəkən; yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır. Bütün böyük romanlar, bütün həqiqi romanlar biseksualdır. Demək istədklərim, həm qadına xas, həm də kişiyə xas bir dünya görüşünü ifadə edir. Fiziki şəxslər olaraq yazıçıların cinsiyyətləri öz şəxsi məsələləridir.

 

Bütün romanlarınız Çex təcrübəsini canlı şəkildə sənədləşdirir. Bu məqamda, Parisdə özünüzü bunca evinizdə hiss etdiyinizi nəzərə alaraq, özünüzü başqa bir ictimai-tarixi kontekstdə bir fantastika yazmağa qabil hesab edib-etmədiyiniz maraq doğurur.

Bunu həmişə birlikdə görəcəyik. İndi, yalnız bunu söyləyim: Qırx beş yaşına qədər Çexoslovakiyada yaşadım. Yazıçılıq kariyeramın əsl mənada otuz yaşımdaykən başladığını hesab edərsinizsə, yaradıcılıq həyatımın böyük hissəsi Fransada keçdi və keçir. Fransaya düşünüldüyündən daha çox bağlıyam.

 

Romançılığınız, şübhəsiz təsiredici xüsusi bir işdir. Mənə görə cazibəsi, böyük ölçüdə, estetik təcrübənin universal ölçülərinə dair təqdim etdiyi özünü tanımayla yanaşı, -ki, bu da nəzərəçarpandır,- olduqca şəxsi bir roman nəzəriyyəsi irəli sürməsindən qaynaqlanır.

Nəzəriyyə deyilə bilməz. Bir təcrübəçinin etirafları deyək. Şəxsən, mən musiqiçiləri dinləməyi çox sevirəm. Olivier Messiaenin “Technique de mon language musical”I (Musiqi Dilimin texnikası), Adornonun “Philosophie Der Neue Musik”'indən (Müasir Musiqinin Fəlsəfəsi) min qat daha çox diqqətimi çəkir. Bəlkə də, ümumiliyinə görə, nəzəri ehtiraslarla bağlı bir elmi incələməni xatırlada biləcək bir mövzu seçərkən səhv etdim. Amerikalı redaktorum Aaron Asher, kitabın son hissəsindən götürülmüş bir sözü başlıq kimi təklif etmişdi: "İnsan düşünər, Tanrı gülər". Bu gün görürəm ki, o başlığı seçmək daha yaxşı olarmış. Amma bu başlığı qorumağımın səbəbi də şəxsidir, demək olar ki, romantikdir. İyirmi yeddi yaşındaykən çox sevdiyim Çex romançı Vladislav Vancura ilə əlaqədar bir roman yazmışdım. Kitabın adı “Roman sənəti” idi; (Vancura sağ olsun) həm xoşagələn, həm də yetişməmiş bu kitab bir daha nəşr olunmayacaq. Buna görə keçmiş illərin bir xatirəsi olaraq ən azından başlığını qorumaq istədim.

 

Son olaraq, ədəbiyyat və ədəbiyyatın dünya ilə, mədəniyyət və fərdlə əlaqəsiylə bağlı düşüncələrinizin təkamülündə mühüm mərhələlər varmı? Düşüncələrinizin təkamülünü konkret xətti bir irəliləyiş kimi görürsünüz, yoxsa estetikanızın inkişafında önəmli dəyişim anları təyin edirsiniz?

Otuz yaşına gələnə qədər bir çox şey yazdım; hər şeydən çox musiqi, amma eyni zamanda şeir, hətta bir teatr pyesi. Müxtəlif yönlərdə çalışırdım, səsimi, üslubumu və özümü axtarırdım. “Gülünəsi eşqlər”in ilk hekayəsiylə (bu hekayəni 1959-cu ildə yazmışdım) artıq "özümü tapdığıma" əmindim. Bir nasir olmuşdum, bir romançı və bundan başqa bir şey deyiləm. O vaxtdan bu yana estetikamda heç bir dəyişilmə baş vermədi, sizin deyiminizlə, xətti olaraq təkamül edir.

 

LOIS OPPENHEIM

The Review of Contemporary Fiction, yay 1989

Türkcədən çevirən: Zəka Vilayətoğlu

Qeyd: Milan Kundera  1929-cu ildə Çexoslovakiyada doğulub. Musiqi elmiylə maraqlanıb. Praqada ədəbiyyat, estetika, rejissorluq və senaristlik təhsili alıb. 1952-ci ildə məzun olduqdan sonra dünya ədəbiyyatından dərslər verməyə başlayıb. 1968-ci ildə Praqa Baharı müdafiəçilərindən olduğu üçün vəzifəsindən uzaqlaşdırılıb və əsərləri qadağan edilib. Fransaya gedən Kundera, burada müəllimliyini və yazmağı davam etdirib. 1979-cu ildə Çexoslovakiya vətəndaşlığından çıxarılıb. 1981-ci ildən  Fransa vətəndaşıdır.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”
18 Oktyabr 2015 "Təbiəti qorumaq, insanlığı qorumaqdır"
12 Oktyabr 2015 "Bəstələyirəm, ifa edirəm, konsertlər verirəm, amma yenə də tamaşaçı bazar musiqilərnə daha alışqandır"
07 Oktyabr 2015 "Azərbaycan dövləti multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşır"
06 Oktyabr 2015 "Adımı dəyişdirməyim ilk müqavimətçi hərəkətim idi"

Müsahibə

Köşə

Foto qalereya

Sağlamlıq

Sayğac