Xəbər lenti

 Şrift:


    Bu dəfəki qonağımız, şair, nasir, publisist, Prezident təqaüdçüsü Yusif Məhəmmədoğludur!

 

Xoş gördük, Yusif bəy!

 

Xoş görüşmüşük. Görüşlərimiz hər zaman xoş niyyətli və xoş ülfətli olsun!

 

Yusif bəy, ədəbi mühitdə sizdən söz düşəndə, sizi yaxından tanıyanlar, bir insan kimi sizə çox böyük dəyər verirlər. Maraqlıdır, Yusif Məhəmmədoğlu ədəbi mühitdə təkcə yaxşı insan olaraqmı qəbul edilir, yüksək dəyərləndirilir, yoxsa yaradıcılığınızla da bunu qazanmısınız?

 

Mənim heç zaman şair, yazıçı və yaxud da jurnalist kimi tnınmaq iddiam olmayıb. Məni elə yaxşı insan kimi tanısalar yaxşıdır. Yaxşı şair və yaxşı yazıçı olmaq olar, amma yaxşı insan olmaq müşkül məsələdir. Demək yaxşı insan olmaq da mənim qismətimə düşüb. Kim məni necə qəbul edirsə, o da onun şəxsi düşüncəsi və şəxsi işidir.

İndiyəcən neçə kitabınız nəşr olunub?

 

8 kitabım işıq üzü görüb.

 

AYB-nin üzvüsünüz, bu gün AYB üzvü olanlara bir çox yazarlar, bir qədər xor baxırlar. Sizcə bu nədən irəli gəlir?

 

Bayaq da qeyd elədim. Hər bir insanın öz şəxsi düşüncə tərzi var. Mən heç kimi məcbur edə bilmərəm ki, nəyəsə yaxşı baxsın. AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır.

 

Siz həm də Prezident təqaüdçüsünüz, sizcə öz bədii yaradıcılığınızla bunu nə dərəcədə haqq edirsiniz?

 

Mən 1997- ci ildən jurnalist kimi fəaliyyətə başlamışam. Şeirlərim, uşaq yaşlarımda rayon qəzetində çap olunub. Kimsə bir şeir yazıb özünə əl qatırsa, bu, mənim xasiyyətimə yaddır. Mən hər zaman haqqım olanı aldım.

 

Bəzən görürsən ki, hansısa bir tədbirdə bir nəfəri şair, yazıçı və üstəlik Prezident təqaüdçüsü kimi təqdim edirlər. Hansı ki, bu adamı nə ədəbi mühitdə, nə də cəmiyyətdə bir yazar kimi tanıyan yoxdur. Ədəbi mühitdə yetərincə ciddi yazralar var ki, sözlərini də deyiblər, yaşları da kifayət qədərdir, amma onlar hələ bu cür imtiyazlardan faydalanmayıblar. Bu barədə fikirləriniz maraqlıdır.

 


    Təqaüd iki istiqamətdə verilir. 18-35 yaş və 35 yaşdan yuxarı. Yaşı 35 yaşdan yuxarı olan yazarlarımızın sayı çoxdur. Ona görə də bəzən belə narazılıqlar olur. Tanınmamış yazarlara və onların Prezident təqaüdü almağına gəldikdə isə, deyə bilərəm ki, ola bilsin biz onları tanımırıq. Bəlkə doğrudan da buna haqları olan adamlardır, sadəcə təbliğatdan kənarda qalıblar.

 

Feysbukda bir ara çox sıx görsənir, hərdən maraqlı statuslar da paylaşırdınız. Amma qəfildən səs-sədanız gəlmədi, bir neçə ay, nə baş vermişdi?

 

Hə, maraqlı sual bax, budur. Təxminən 6-7 ay "məzuniyyət" verdilər mənə. Həbs olunmuşdum. həbsimlə əlaqəli olaraq 6-7 ay virtual məkanda olmadım. Şükürlər olsun, indi burdayam artıq.

 

Sirr deyilsə, "Məzuniyyətinizin" səbəbi nə idi?


"Məzuniyyətimin" səbəbi... Allah heç kimi şərə salmasın!..

 

 Qələm dostlarınız çoxdur, ürək dostlarınız?

Suallar qəlizləşir. Siz deyəsən mənə qarşı təxribat hazırlayırsız? (gülür)  Say baxımından qələm dostlarım çoxdur. Yəni keyfiyyət və kəmiyyət var. Ürək dostu isə ya bir olar, ya da iki...

 

Sizinçün bunların hansı daha önəmlidir?


   Ürək doatlarının olmağı daha yaxşıdır, çünki həyatın sual dolu anlarında ürək dostlarına ehtiyac duyulur...

 

Siz həm də “Avropa” adlı qəzet təsis etmişdiniz və müntəzəm nəşr olunurdu. Bu gün nə yerdədir qəzetinizin işi?

 

Təsisçisi olduğum "Yeni Avropa" qəzeti maddi sıxıntılar üzündən çapını dayandırdı. Qismət olsa gələn ilin yanvar ayından çapını bərpa edəcəyik.

Yaradıcılığınızda daha nə kimi yeniliklər var?

 

Yaradıcılığımla bağlı bir neçə layihəm var;

"Ruhumun sevgiyə ehtiyacı var" və "Zülmətdən nura" adlı kitablarım, artıq çapa hazırdır.

 

İki oğul atasısınız. Övladlarınızı hansı ruhda böyüdürsünüz?

 

İsmayılım və Məhəmmədim. Türkçülük və Turançılıq, artıq onların qanındadır. Vətənimizə və millətimizə sadiq övladlar olacaqlarına inanıram!

 

Saytımızla bağlı nələr düşünürsünüz?

 

Hər zaman oxuduğum və izlədiyim saytdır. Uğurlarınızın bol olmasını diləyirəm! Əminəm ki, daim belə də olacaq! Bütün kollektivinizə gözəlliklər arzulayıram!

 

Təşəkkür edirik! Sizə də bol şanslar və uğurlar diləyirik!

 

 

Persona.az

 

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

08 Oktyabr 2017 Haruki Murakami: "Musiqi və bədii əsərdə ən əsas şey ritmdir"
04 Oktyabr 2017 "Özümü musiqisiz təsəvvür edə bilmirəm, amma yazmasam da, bəlkə..."
23 Sentyabr 2017 "Elə bilirəm ki, sazı nəvəmin barmaqları ilə çalıram"
12 Sentyabr 2017 "Ürəyimdə sevgidən başqa heç nəyə yer olmayıb"
14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”

Sayğac