Xəbər lenti

 Şrift:


     Saytımızın bu dəfəki maraqlı qonağı, həmsöhbətimiz istedadlı şair, ürək adamı Süleyman Abdulladır.

 Süleyman bəy, bir kənddə böyümüş və eyni məktəbdə orta təhsil almışıq. Sizi və bu gün özümə çox yaxın bildiyim sizin bir neçə yaşıdlarını, bu qarışıq, qayğı dolu şəhər həyatında az-az görsəm də həmişə xoş hisslərlə xatırlayıram. Və nə yaxşı ki, indi feysbuk var, virtual olsa da hər gün burda görüşüb, söhbətləşə bilirik. İstədim, bizim saytımızın oxucularına da sizi - istedadlı şair və dəyərli bir insanı, bir ziyalını təqdim edək. Elə bilirəm, bu tanışlıqdan kimsə peşimanlıq duymaz.


Diqqətinizə görə təşəkkür edirəm, Zəka bəy! Doğru deyirsiniz, biz eyni kənddə doğulmuşuq, eyni məktəbdə təhsil almışıq, eyni müəllimlərin tərbiyəsini görmüşük. Bizim doğulub-böyüdüyümüz Arabaçı kəndi təbiəti ilə də, insanları ilə də,ümumiyyətlə hər şeyi ilə çox gözəl kənddir.Qürur duyuram ki,süfrəsi halal,insanları mehriban və mərd olan bir kəndin övladlarıyıq.

Təbii ki,mən də özümü sizə çox yaxın sayıram.Biz qəlbən də,ruhən də yaxınıq.Siz,qardaşınız,azman şairimiz Ayaz Arabacı və mən bu kəndin üzdə olan qələm sahibləriyik və düşünürəm ki,kəndimizi layiqincə təmsil edirik.Bəlkə bu yaxınlığa üçümüzün də dil-ədəbiyyat müəllimimizin eyni müəllim olması böyük təsir edib.Bu müəllim sizin atanız və bizim sevimli müəllimimiz Vilayət müəllimdir.Mən indi də onu görəndə özümü şagird kimi hiss edirəm.

Gec-gec görüşməyimizn səbəbi də, yəqin ki,qayğıların çox olmasıdır.Biz ki,qəlbən yaxınıq,əsas məsələ budur.

 

Keçən əsrin 90-cı illərində "Ulduz" jurnalında şeirlərinizə təsadüf edənə qədər bu istedadınızdan çoxları kimi mən də xəbərsizdim. Amma o istedadla yazılmış şeirləri oxuyandan sonra sizi yenidən "kəşf" etdiyimə çox sevindim. Lap doğrusu, bir dağ kəndindən, kasıb, zəhmətkeş bir ailədən çıxan siz bu istedadınızla şəhərdə yanaraq, ən azı kəndimizi nura boyayan bir lampa kimi göründünüz gözlərimə.

Bildiyim kimi, ixtisasca riyaziyyatçısınız. Ədəbiyyata sevginizi gizlətmişdinizmi, ya sonradan yarandı? Məncə kimsənin sizin bu istedadınızdan uzun illər xəbəri olmayıb.

Bəli,mən ixtisasca riyaziyyatçıyam, AzNKİ-nin ''tətbiqi riyaziyyat'' ixtisasını bitirmişəm.Sizə də məlumdu ki,biz orta məktəbdə təhsil alan zamanlarda riyaziyyat oxumaq məcburi idi.Riyaziyyatdan əla qiymətlər alana başqa fənlərdən mexaniki əla qiymət yazılırdı.Ədəbiyyata marağım isə 3-cü sinifdən yaranmışdı,xasiyyətcə utancaq olduğumdan bu həvəsi büruzə verə bilmirdim.Əlbəttə,döyülmək qorxusu da var idi,riyaziyyat dərsliyinin arasına bədii kitabları gizləyərək mütaliə edirdim.Artıq 7-ci sinifdə oxumağa bədii ədəbiyyat tapa bilmirdim.Bir fizika müəllimimiz var idi,''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.Bilmirəm,bəlkə riyaziyyatda da uğur qazana bilərdim,amma ədəbiyyata olan həvəsim riyaziyyatı üstələdi.

 

Mərhum şairimiz Ələkbər Salahzadə sizdən və şeirlərinizdən ağızdolusu danışardı və bu da məni çox fərəhləndirirdi. Bu münasibət necə yarandı?

S.Rüstəmxanlının 1989-cu ildə baş redaktoru olduğu ''Azərbaycan''qəzeti vardı,çox nüfuzlu qəzet idi.Mən o vaxtlar da yazdığım şeirləri üzə çıxarmırdım,amma həm sinif,həm də tələbə yoldaşım olmuş Zabit Məmmədov xəlvətcə iki seirimi seçib həmin redaksiyaya göndərir.Redaksiyada oxuyurlar,bəyənirlər və məni redaksiyaya dəvət məktubu göndərirlər.Məktubu alanda mat qaldım,axı belə bir dəvət yatanda yuxuma da girməzdi.Məktubu o zamanlar çox populyar olan ruh şairimiz Rüstəm Behrudi imzalamışdı.Sonra zabit məsələnin üstünü açdı ki,şeirlərini mən göndərmişəm.Sağ olsun R.Behrudini mənə çox qayğı göstərdi,özünə inam yaratdı.Daha sonra rəhmətlik S.Sərxanlı işlədiyi''Açıq söz''qəzetində bir şeirimi dərc etdirdi,daha sonra M.Araz''Azərbaycan təbiəti''dərgisində daha bir şeirimi çap elətdirdi ki,bu mənim üçün təsvirolunmaz uğur sayıla bilərdi.Daha sonra müntəzəm çap olunmağa başladım və təbii olaraq ''Ulduz''dərgisi də şeirlərimi öz səhifələrində işıqlandıran mətbu orqanlarından biri idi.Gözəl insan Ə.Salahzadə ilə də dostluğumuz ''Ulduz'' dərgisindən başlamışdı.Tam səmimiyyətimlə deyirəm,mənim ədəbiyyat dahəsində yeganə dostum bu gözəl insan idi.

 

Sonralar heç şeirlərinizə rastlamadım. Deyim ki, özünzü də ayda-ildə bir dəfə təsadüfən görürdüm. Amma metrolarda, kitab dükanlarında nəsr kitablarınıza rastlayırdım. Bu, bir sınaq idi, yoxsa...?

2002-ci ildə AYB-yə üzv oldum,təxminən həmin vaxtlardan özümü nəsr sahəsində də sınadım.Ə.Salahzadə hekayələrimi çox bəyəndi, hətta bir neçəsini ''Ulduz''da cap elətdirdi,həvəsləndim bir neçə povest yazdım,hətta iki romanım da var.Amma çap olunmağa həvəsim öldü,həm də çox gərgin işləyirdim,bəzən iki sutka yatmadan işləyirdim.Daha sonra dost adlandırdığım bəzi adamlar mənə qarşı süni əngəllər yaratdılar.Bu əngəlləri aşanda, artıq bir neçə ilin hədər getdiyinin fərqinə vardım,ancaq keçən günləri qaytarmaq mümkün deyil.Bu ərəfələrdə bəzi qüvvələr Ə.Salahzadəyə qarşı çıxış etməyə başladılar və nəticədə onu ''ULDUZ'' dərgisindən uzaqlaşdırmağa nail oldular.Mən də o vaxtdan o tərəflərə getmədim,hərdən ''Qobustana''a gedib Ə.Salahzadəyə baş çəkirdim,amma çap olunmaq həvəsim qətiyyən yox idi. 

    Şeirdən, ədəbiyyatdan usandığınız vaxtlar olurmu?

    Yox,heç vaxt,bu mümkün deyil.Ən yorğun anımda,lap iki daşın arasında olsam belə mütaliəmdən qalmıram.Yazmaq məsələsində isə heç vaxt özümü zorlamıram.Nə vaxt istəsəm onda yazıram,gecə-gündüz - fərq eləmir,mütaliə və yazmaq mənim üçün iş yox,mənəvi qidadır.

 

Bildiyimə görə siz, həm də jurnalistlik fəaliyyətilə məşğulsunuz, qəzet təsisçisi və baş redaktorsunuz. Bu hansı ehtiyacdan yarandı?

Yox,jurnalistika ilə məşğul deyiləm,arada bir publisistik yazılar yazsam da bu, ciddi xarakter daşımır.Doğrudur,''Press Əks-Səda'' və''Məntiq dünyası''Qəzetlərinin təsisçisi və baş redaktoruyam,bu, ancaq iş xarakteri dsşıyır,bekarçılıqdansa nə iləsə məşğul olmaq daha yaxşıdır.Həm də şairin iş yeri ya qəzet ya da dərgilər olmalıdı,ciddi qəzetlər maddi cətinliklər içində boğulur,mənim redaktoru olduğum qəzetlər krossvordlardan və bir neçə ədəbi səhifədən ibarətdir.


Yəqin ki, bu vaxtacan şeir kitabları da nəşr etdirmisiniz. Görünür, təbiətinizdən gələn, - utancaqlıqmı deyim, ya abır-həyamı deyim, - bu kimi hisslər üzündən özünüzün və kitablarınızın təbliğinə can atmamısınız, ya bəlkə başqa səbəblər var?!

Bəli,indiyəcən iki seir kitabım çap olunub.''Şəkillər ağlamaz''adlı kitabım çox bərbad vəziyyətdə çıxdı.1998-ci ildə cap olunan bu kitabın cap xərclərini ödədim,amma türk qardaşlarımız xəbərsiz-ətərsiz yoxa çıxdılar.Məsuliyyət altında qalan həmyerlimizə də özüm güzəştə getdim.Belə hallar həyatda çox olur.

''Səni sevirəm axı''ikinci kitabım isə keçən il işıq üzü görüb,dostlara-tanışlara hədiyyə edirəm.Düzü kitablarımı təbliğ eləmək,hansısa təqdimat mərasimləri keçirmək haqqında heç düşünməmişəm.Yəqin ki,gələcəkdə bu barədə fikirləşərəm.

 

Bir neçə gün bundan öncə 50 yaşınız tamam oldu. Bu yarım əsrlik ömürdən qazancınız nə oldu, həyat sizə nə verdi?

50 yaşım bu il noyabrın 5-də tamam oldu.İnanın ki,bu 50 ilin necə keçməyindən xəbərim belə olmadı,ancaq geri boylananda bu əlli ildə nələr yoxdu.Xoşbəxtlikdənmi,ya bədbəxtlikdəndimi-bilmirəm,yaşadığım müddətdə mən bir çox adamlarım yaşamadığı hissləri yaşamışam,bir çoxlarının görmədiyini görmüşəm.1984-86-cı illərdə ən müasir zenit raketləri voyskasında xidmət etmişəm.Qazaxıstanın raket poliqonlarında 50-60 dərəcə istidə raket starta vermişəm,Belorusiyanın Brest şəhərində o qədər keşikdə dayanmışam.1988-ci illərdə hərəkatın fəal iştirakçısı olmuşam,buna görə institutdan qovulub yenidən bərpa olunmuşam.Hətta 30 gün həbs ediblər məni,amma günahsızlığımı sübut etmişəm.Bu işdə dostlarımın,tələbə yoldaşlarımın böyük zəhməti olub.Sonra Qarabağ müharibəsi,Laçın,Qubadlı,Füzuli döyüşləri...Nə bilim,çox şey,o qədər çox ki...Amma bunların heç birindən özümü təbliğ etmək üçün istifadə etməmişəm.Həmişə düşünmüşəm ki,insan taleyinə yazılanları yaşayır,bütün bunlar da mənim taleyimə yazılanlardır.

 

Yaşamağın, həyatın sizi yorduğu anlar olubmu?

Yox,heç vaxt,mən yorğunluğu qəbul edənlərdən deyiləm.Bir məsəl var''yorulan atları güllələyirlər''.Yaşamaq insanın gücü daxilində olmayan bir nəsnədir,doğularkən heç nədən xəbəri olmayan adamın yaşamaqdan bezməyə haqqı olmamalıdır,- düşünürəm.Mənim də bezməyə,gileylənməyə haqqım yoxdur.

 

 Nədən narazısınız?

Hərə öz ömrünü Tanrının məsləhət bildiyi kimi yaşayır.Təbii ki,razı olmadığım şeylər var,məsələn xəyanətdən zəhləm gedir və xəyanət edən adamı heç vaxt bağışlamaram.Həmişə yaradana dua edirəm ki,mənə yaxşı dostlar qismət edib,mən dostlarımı özümdən də çox istəyirəm.Onlardan birini siz də tanıyırsınız,Arzu Bağırovu deyirəm.Gözəl övladlarım var,tərbiyəli,böyük-kiçik yeri bilən,savadlı...Açığı mən dostlarımla və övladlarımla nəfəs alıram.Tanrıya min şükür!

 

Bu günki şair və şeir bolluğunda özünüzün və şeirlərinizin boyunu kənardan görə bilirsinizmi? Görə bilirsinizsə, necə görnür, görə bilmirsinizsə, səbəb nədir?

Şeirlərim və şairlər arasında yerim?...çox qəliz sual oldu,buna oxucular daha dəqiq cavab verə bilərlər.Özüm isə onu deyə bilərəm ki,məncə gələcəyə nəsə qalacaq.Bir şeirmi,beşimi,onumu...amma nəsə qalacaq.Buna əminəm.!

Şeirlərimin kənardan görünüşü mənim fikrimə görə yaxşı olmalıdı,cünki mən bu şeirləri kiməsə yarınmaq,kiminsə xoşuna gəlmək,özümü kimdənsə üstün göstərmək üçün yazmıram.Yazdıqlarım ruhumla cismimin arasında olan pıçıltıların təcəssümüdür.Mənim şeirlərimdə səmimiyyət var, özümü heç vaxt yazmaq xatirinə yazmağa məcbur eləməmişəm.Zəif ola bilər,poetik baxımdan, bədiilikdən kasad ola bilər, amma səmimiyyətdən əsla...Kənardan baxanda da olduğu kimi görünür.

 

Söhbətləşdi: Zəka Vilayətoğlu

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”
18 Oktyabr 2015 "Təbiəti qorumaq, insanlığı qorumaqdır"
12 Oktyabr 2015 "Bəstələyirəm, ifa edirəm, konsertlər verirəm, amma yenə də tamaşaçı bazar musiqilərnə daha alışqandır"
07 Oktyabr 2015 "Azərbaycan dövləti multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşır"
06 Oktyabr 2015 "Adımı dəyişdirməyim ilk müqavimətçi hərəkətim idi"

Sayğac