Xəbər lenti

 Şrift:


                                                Doris LESSINQ


     İngilis yazıçısı Doris Mey Lessinq ədəbiyyat sahəsində Nobelə layiq görülən(2007) on birinci qadındır. O, mükafatı həyatının ən ahıl çağında - 87 yaşında alması ilə də özünəməxsus rekord sahibi olmuşdur.

Doris Lessinq İranın Kirmanşah şəhərində doğulmuşdur. Ailəsi 1925-ci ildə Afrika qitəsindəki ingilis müstəmləkəsinə – Cənubi Rodeziyaya (indiki Zimbabve) köçmüşdür

Nobel Təşkilatının “Nobelprize.org” adlı rəsmi saytının müxbiri Adam Smithin, Nobel Mükafatını aldıqdan sonra telefon vasitəsilə Doris Lessinqdən götürdüyü ilk müsahibəni təqdim edirik!

 

Doris: Alo

Adam: Günaydın, Doris Lessinqlə görüşə bilərəmmi?

Doris: Kimdir axtaran?

Adam: Mən - Adam Smith, Nobel təşkilatının web saytından. Öz arxivimiz üçün yeni namizədlərlə çox qısa reporrtajlar hazırlayırıq, sizinlə də bir neçə dəqiqə danışa biləcəyimi düşünmüşdüm?

Doris: Yaxşı, elə isə danışaq.

Adam: Çox təşəkkürlər və təbriklər, təbii ki!

Doris: Təşəkkürlər!

Adam: İsveç Akademiyasının dəvətnaməsini görmək imkanınız oldumu?

Doris: Xeyr, oğlumu xəstəxanaya apardım və elə indicə gəlirəm, yazılı heç bir şey görmədim. Amma Nobel Komtəsinin işlərini tənzimləyən yoldaşla danışdım.

Adam: Yəni Horace Engdahl ilə danışdınız?

Doris: Bəli.

Adam: Sizin haqqınızda orada bu cür danışırlar: "Epik əsərlərinin qadın təcrübəsindən doğan ehtiras, şübhə və və gələcəyi görmə xüsusiyyətlərinə görə". Bu deyilənlərin, sizin yazmaqda məqsədinizi kifayət qədər açdığını düşünürsünüzmü?

Doris: Bunları yazarkən tam olaraq nə düşündüklərini bilmirəm. Demək istəyirəm ki, o qədər çoxsaylı və o qədər çeşidli yazıyla üz-üzədirlər ki. Bunların hamısını bir yerə yığmaq dəhşətli bir şeydir, siz də belə düşünürsünüz?

Adam: Doğrusu, bəli.

Doris: Heç asan bir iş deyil.

Adam: 50-dən çox kitab, və hər hansı bir təsvirə meydan oxuyan bir çox yazı stilinin birləşməsi. Yazarkən, sadəcə hekayə yazmaqdan daha çoxunu etməyə çalışdığınızın bir vəzifəniz olduğunu düşünürsünüzmü?

Doris: Qətiyyən yox. Unutmayın ki, mən bir zamanlar komünist idim, "insan ruhunun mühəndisi" olan yazıçılarla bağlı çox pis nümunələrin şahidi olduq. Hər hansı birimizi qorxudacaq dərəcədə pis nümunələr. Mən həmin o nəsildənəm.

Adam: O zaman yazınızdakı məqsədinizi bilməyi oxucunun öhdəsinə buraxırsız?

Doris: Oxucu bunu onsuz da həmişə edir. Oxucu beynində bir fantaziya qurar və yazıçı da ona uyar. Yazdığınız bir şeyi tamamilə səhv anladılarsa, əslində yazıçı olaraq edə biləcəyiniz heç bir şey yoxdur. "Mənim demək istədiyim bu deyildi, əslində başqa bir şey idi" deyə bir bildiriş verə bilməzsiniz. Siz yalnız yazıçısınız, onlar da yazdıqlarınızla istədiklərini edə bilərlər.

Adam: Nobel mükafatını qazanmaq, bundan əvvəl sizin yazılarınızdan xəbərdar olmayan milyonarla insanı sizing yaradıcılığınıza yönəldəcək. Sizin yazınızı oxumamış insanlara, hər hansı bir başlanğıc nöqtəsi təklif edə bilərsinizmi?

Doris: Sizi çaşdıracaq bir şey söyləyəcəyəm indi, gənc insanların sevdiyini bildiyim üçün əslində yalnız: "The Fifth Child" (Beşinci Uşaq). Mən də təəccübləndim, bu kitabı yeniyetmələrin sevdiyini öyrənincə. Bir də macəra kitabı yazmışdım, "Mara and Dan" (Mara və Dan), gənc insanlar bu kitabı da sevirlər. Həm də ilk kitabımdır, "The Grass is Still Singing" (Çəmənlər hələ nəğmə oxuyur) hələ də çox canlı bir kitabdır. Onu oxumağı da sınaqdan keçirə bilərlər.

Adam: Məhsuldarlığınız, həqiqətən qeyri-adidir, bir çoxları bu qədər çox ədəbi mətni necə yazdığınızı düşünürlər. Bu sizin fasiləsiz iş tempinizdənmı irəli gəlir? Yaxud yazılacaq hekayələriniz çoxdurmu? Haradan gəlir bu iş tempi?

Doris: Özümdən gəlir bu temp. Amma yazmaqdan başqa heç bir şey etmirəm, onsuz da. Elə böyük ictimai həyatım yoxdur. Həyatımdakı şərtlər üzündən qısırlaşdırılmış kimiyəm əslində, bu səbəbdən yazıram yalnız. Əgər yazmasaydım, (normal halda çox ictimai bir insanam), həyatımı əylənərək keçirərdim. Əylənmək məsələsində çox bacarıqlıyam.

Adam: Bu qısırlaşdırılma və ictimai həyatdan sürgün edilmək, öz - özünüzə təlqin etdiyiniz bir şeydirmi? Yoxsa yazmaq, hər zaman daha yaxşı bir ehtimal kimimi gəldi sizə?

Doris: Əvvəl-axır gəldiyim nəticə həmişə yazmaq olur. Fikrimdə həmişə bu an yazdığım şey olur, bu anda bu və ya bu səbəbdən ötrü başqa bir şey yoxdur həyatımda, yalnız yazmaq var.

Adam: Dünənki xəbərlərə verdiyiniz reaksiyadan, bu problemin cavabı az da olsa aydın olur əslində, amma Nobel mükafatının sizə verilməsi sizə olan marağı artıracaq. Bu sizə necə təsir edəcək?

Doris: Bilmirəm, insanlar onsuz da bir - iki aya unudacaqlar. Bütün vaxtlarını mənimlə müsahibə etməyə xərcləyəcək deyillər ki. Mənim də vaxtım yoxdur. Problemin həlli öz içindədir onsuz da.

Adam: Soruşmaq istədiyim başqa bir sual isə fərqli yazı üslubunuzla əlaqədardır. Şeir istisna olunmaqla hər cür yazmaq üslubunu sınadınızmı? Bu repertuarınızı genişləndirmək üçün şüurlu bir seçimdir, yoxsa özünüzü ifadə etmək üçün müxtəlif üslublarda yazmağınızmı lazımdır, ancaq?

Doris: Əslində fikrimdə bir hekayə və ya ona bənzər bir şey olur, o hekayənin özünü ifadə edə bilmək üçün doğru yolu tapmaq lazımdır. Yəni "50 min sözdən ibarət realist bir kitab yazacağam" kimi bir müddət deyil. Hekayə onu necə yazmağımın lazım olduğunu söyləyir mənə. Hekayə özünü anlatmaq formalarını diqtə edir. Əgər elə demək istəyirsinizsə bəli, çox  fərqli üslublarda yazdım, amma bunun səbəbi müxtəlif mövzularda hekayə yazmağımdır.

Bu, "indi bu stili sınamaq istəyirəm" kimi bir motiv deyil. Milyonlarla ili əhatə edən “Shikasta” nı yazmağa başladığım zaman, hekayənin milyonlarla ili əhatə etdiyi həqiqəti, mənə hekayəni necə yazacağımı diqtə etdi. Belə bir hekayəyə "Joe Bloggs mətbəxdə oturub çayını içərkən baldızına bir məktub yazdı" deyə başlaya bilməzsiniz. Bunu yazmaq üçün başqa bir yol lazımdır, bu cür meydana gələr hekayə.

Adam: Bəlkə də bu qədər ənənəvilikdən uzaq və bu qədər fərqli yazı stilindən istifadə etməyiniz, İsveç Akademiyasının sizə mükafat verməyə qərarvermə müddətini qısaltdı?!

Doris: Hesab edirəm ki, bu Nobel insanları, elmi -fantastika deyilən şeyi sevmirlər. Məncə etdikləri səhv bir etiketləmədir. Məsələn; "Memoirs of a Survivor" (Sağ qalan Xatirələri) yaxud "Briefing for a enmə to Hell" (Cəhənnəməe eniş üçün Brifinq) kitablarını elmi - fantastika olaraq etiketləyib onları avtomatik elədiklərini düşünürəm. Bu kitabları təsnif etmək heç də asan deyil, onların da işi çətidir.

Adam: Bir çoxları İsveç Akademiyasının seçimindən məmnun olana bənzəyir. İnanılmaz bir alqış oldu dünən, Horace Engdahl sizin adınızı söylədiyi zaman.

Doris: Təşəkkürlər, təşəkkürlər, təşəkkürlər!

Adam: Biz təşəkkür edirik, müsahibə götürməyi qəbul etdiyiniz üçün. Stokholma gəldiyiniz zaman Horace Engdahl sizinlə daha ətraflı bir müsahibə edəcək, ümid edirik. Sizi görməyi dörd gözlə gözləyirik.

Doris: Görüşmək ümidilə...

 

Persona.az

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”
18 Oktyabr 2015 "Təbiəti qorumaq, insanlığı qorumaqdır"
12 Oktyabr 2015 "Bəstələyirəm, ifa edirəm, konsertlər verirəm, amma yenə də tamaşaçı bazar musiqilərnə daha alışqandır"
07 Oktyabr 2015 "Azərbaycan dövləti multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşır"
06 Oktyabr 2015 "Adımı dəyişdirməyim ilk müqavimətçi hərəkətim idi"

Sayğac