Xəbər lenti

 Şrift:


    Bu il Kimya sahəsində Nobel Mükafatı alan üç böyük alimdən biri, 1982-ci ildən North Karolina-Çapel Hill Universitetində müəllim olan türkəsilli Prof. Aziz Sancarla Sema Emiroğlunun telefon vasitəsilə müsahibəsini təqdim edirik. Müsahibə Türkiyənin “m.milliyet.com.tr” saytından götürülmüşdür.

 

“Mehriban, amma yorğun bir səslə türkcə "Alo" dedi, Aziz müəllim.

Özümü təqdim edib “Milliyet” üçün müsahibə almaq məqsədilə axtardığımı söyləyəndə "Səhərdən bəri danışıram, 10 dəqiqə sonra da Azərbaycan radiosu axtaracaq, amma istəsəniz bu vaxt danışaq" dedi dərhal. Vaxt məhdudluğuna baxmayaraq, əsasən "haralı” olduğuyla bağlı onu hirsləndirən suallardan, gənclərə tövsiyələrinə və Nobel mükafatının pulunu hara xərcləyəcəyinə qədər bir çox mövzuya toxundu...

Bu, sizin uzun müddətdir üzərində çalışdığınız layihəyə görə aldığınız bir mükafatdır, deyilmi?

 - Bəli, 3 mövzu üzərində işləyirəm. DNT təmiri, eksizisiya və photolyase (işıqdan zərər çəkən DNT-ni təmir edən fermentdir). Photolyase üzərində araşdırmanın yüzdə doxsanını mən apardım və onların mexanizmlərini izah etdik. Lakin Nobelin web saytında görə bildiyim qədəriylə ondan bəhs etmirlər, mükafatı DNT təmirinə görə veriblər. Mayda bütün DNT genomunun təmir xəritəsini çəkdim. DNT təmiri, xərçəngə qarşı qoruma baxımından əhəmiyyətlidir. Çünki xərçəngə yol açan faktorların çoxu, DNT-ləri pozur. DNT-nin özünü necə təmir etdiyini, hüceyrələrin özlərini xərçəngdən necə müdafiə etdiklərini aydınlaşdırdıq. Apardığım araşdırmalar üçün əhəmiyyətli bir an oldu. Ayrıca ailəm üçün sevindim. Lakin ən çox məmləkətim üçün sevindim. Türkiyədən də çox adam axtardı, baş nazir və prezident də...

 

     Gözlədiyiniz bir mükafat idimi, sürprizmi oldu?

     -Yox, sürpriz deyildi. Böyük bir ehtimalla alacağımı söylədim. Stanford Universiteti Biokimya Bölüm Rəhbəri ilə çoxdan tanış idik, 4 il öncə onunla yazışırdıq. Təqaüdçü olurdu, təbrik etdim. Mənə “DNT təmiriylə bağlı Nobel mükafatı siyahısının ən yuxarısındasan” dedi. Yəni ilk dəfə ABŞ-da o söyləmişdi. Amma sürpriz olan bu oldu. Mükafatı qazananlardan biri Paul Modrixdir, o da Duke Universitetindən yaxşı yoldaşımdır. İllərdir onu namizəd göstərirəm və namizədlər içindən ondan CV istəyirəm, nə üçün göstərdiyimi söylyə bilmirik təbii. Səni bir yerə namizəd verəcəyəm deyirəm, CV-sini alıram. Lakin məni axtaran soruşan olmadı o mövzuda. O baxımdan bir gün olacaq, deyirdim, amma bu il gözləmirdim. Bir tək o baxımdan sürpriz oldu.

 

    ABŞ-a ilk dəfə gələrkən türk olaraq çətinlik çəkdinizmi, bir ayrı-seçkilik gördüyünüzü hiss etdinizmi?

   - Təbii olur, amma buna görə amerikalılara qarşı qəzəbli deyiləm. Məsələn; 40 ildir buradayam, amma dərs verərkən hələ ağır bir Türk şivəsi var. Xüsusilə ilk dərs verməyə başlayanda şagirdlər anlamaqda çətinlik çəkirdilər. Bilirsiniz, universitetdə ilin sonunda tələbələrin doldurduğu dərs qiymətləndirmə anketi var. Xatırlayıram, ilk gəldiyim zamanlarda bir İngilis tələbə belə yazmışdı: "Məncə o, ilk gəmiylə Türkiyəyə geri göndərilməlidir!" (Gülür) Məni bura işə götürən bölmə rəhbəri, Mari Ellen Cones adlı bir xanım idi. Vəfat etdi illər əvvəl. O mənə öz uşağından daha çox dəstək verdi. Məni hər cür mükafata namizəd göstərdi. Bəlkə bilirsiniz, “Presidential Young Investigators Award"(Prezident Gənc Tədqiqatçılar Mükafatı) var. Reyqan başlatdı bunu. Ona namizədliyimi irəli sürdü və onu qazanmağımı təmin etdi. Vəfat etdikdən sonra bir binaya onun adını verdik.

 

  Bundan sonra nə etməyi düşünürsünüz? Xüsusilə Nobeldən alacağınız pul mükafatını necə istifadə etməklə bağlı bir layihə varmı?

  - Biz “Türkevi”nde möhkəm bir təməl qoymaq istəyirik, çünki indi biz idarə edirik. 69 yaşım var. Həyat yoldaşım 66 yaşındadır. Biz getdikdən sonra nə olacaq, onun dərdini çəkirik. Bu pulu o vəqfə yatıracağıq ki, “Türkevi”  davam etdirilə bilsin. Bu vaxt bunu da bildirim ki, mənim nə Facebookum, nə də Twitterim var. Biri yaratmışdı, onları bağlamağa çalışırıq.

 

   Sosial mediadan bundan sonra istifadə etməyi düşünürsünüzmü?

   - Burada ictimai mediayla bağlı ən bacarıqlı insan, bizim universitetimizdə Zeynep Tüfekçi adlı bir xanımdır. Bəlkə ona deyərəm, mənə bir ağıl verər.

 

   Tez-tez Türkiyəyə gedə bilirsinizmi? Yayda oradamı olursunuz ümumiyyətlə?

    - İldə bir dəfə getməyə çalışıram. 9 Sentyabrda oradaydım. İzmirdə “Biomedicine and Genome Center” (İzmir Tibbi-Biologiyaya dair və Genom Mərkəzi) adlı bir yer açıldı. Mehmet Öztürk onun başçısıdır. Mən də orada idim. Gökhan Hotamışlıgillə birlikdə Elmi Məsləhət Komitəsindəydik.

 

     Sizin olduğunuz yerdə Türkiyə ilə əlaqədar, Türk şagirdlərə yardımlarınızla əlaqədar bir çox fəaliyyətləriniz var. Artıq açdığınız bir Türkevi və yoldaşınızla birlikdə qurduğunuz vəqf var. O fəaliyyətlərinizlə bağlı bir az açıqlama verə bilərsinizmi?

     - Ora Türk yurdudur əslində. Amma elə yüksək sayda şagird qəbul edəcək qədər deyil, ən çox 5 adam qala bilir. Orada, məsələn; bu həftə iki ali məktəb tələbəsi, iki dənə də Türkiyədən professor vardı. Elə həm uzun, davamlı, həm də qısa müddətli qalmaq üçün gələnlər orada qalır. Müstəqil bir evdir, böyük bir bağçası var, böyük bir mətbəxi var. Türk xanımları orada Türk yeməyi dərsi verirlər. Milli və dini bayramları orada qeyd edirik. Bir neçə konfrans da oldu.

 

    Türk gənclərinə nələr tövsiyə edəcəksiniz?

     - Onların, kitablarda mənim etdiyim kəşfləri görüb “Bunu bir Türk etdi, biz də edə bilərik” demələrini. Bir də getdiyində Amerikalıdan hörmət istəyirsənsə, əvvəl özünə hörmət göstərəcəksən. Özünə hörmət edəcəksən, Türk olduğunu unutmayacaqsan. “Mən Türkəm” deyərkən özünüzlə qürur duyacaqsınız ki, qarşınızdakı adam da sizə hörmət göstərsin, onu söylədim gənclərə.

 

    Ən sonuncu BBC röportajınızda sizdən "Türkmüsünüz?" Deyə soruşmuşlar, siz də olduqca hirslənmisiniz...

     - Hirslənirəm ona, çünki bunlar Allahın gavurudurlar, oranı qarışdırdılar yüz il əvvəl, hələ qarışdırırlar. İngiltərədə neçə növ etnik qrup var, mən səndən soruşa bilirəmmi? ABŞ-da Katoliklər var, almanı olub, İngilisi var. Haralısan deyincə "Amerikalı" deyir, bu qədər. Onlar mütləqdir, kürdmüsən, ərəbmisən yoxdur.

 

   Sizdən "Kürdmüsünüz, yoxsa ərəbmı" deyə soruşuldu?

   - İlk sualı oydu".

 

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 "Təbiəti qorumaq, insanlığı qorumaqdır"
12 Oktyabr 2015 "Bəstələyirəm, ifa edirəm, konsertlər verirəm, amma yenə də tamaşaçı bazar musiqilərnə daha alışqandır"
07 Oktyabr 2015 "Azərbaycan dövləti multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşır"
06 Oktyabr 2015 "Adımı dəyişdirməyim ilk müqavimətçi hərəkətim idi"

Müsahibə

Köşə

Foto qalereya

Sağlamlıq

Sayğac