Xəbər lenti

 Şrift:

         
     Dünya şöhrətli Meksika şairi Oktavio Pazın 1990-ci ildə  Nobel mükafatı alarkən söylədiyi nitq:

 
    “Əlahəzrət, xanımlar və cənablar, qısaca çıxış edəcəm. Ancaq vaxtı uzatmaq mümkün olduğundan, qorxuram, məni 180 saniyə ərzində dinləmək məcburiyyətində qalasınız.

Yalnız bir əsrin deyil, tarixi bir dövrün də sona çatmağına şahidlik edirik. İdeologiyanın dağılması nəyə gətirib çıxaracaq? Bu universal uyğunlaşmanın və bütün insanların azad olduğu bir dövrün başlanğıcıdırmı, yoxsa ixtilaf və zorakılığa yol aça biləcək qəbilə bütpərəstliyi və dini fanatiklikmi canlanacaq? Azadlığa və rifaha çatan güclü demokratiya daha azmı eqoist olacaq və bunlardan məhrum olmuş cəmiyyətlərə daha çoxmu anlayış göstərəcək?

Bu məhrum olmuş cəmiyyətlər, bu uğursuzluğa səbəb olan, nəzəri zorakılığın natiqlərinə güvənməməyi öyrənə biləcəklərmi? Və dünyanın mənim aid olduğum hissəsində, Latın Amerikasında, xüsusilə də vətənim Meksikada, yalnız siyasi demokratiyaya, iqtisadi rahatlığa və sosial ədalətə qovuşduğumuz deyil, öz ənənələrimiz və özümüzlə uzlaşdığımız, həqiqi mənada bir modernləşmə yaşanacaqmı?

 

Bunu bilmək qeyri-mümkündür. Yaxın keçmişimiz bizə, kimsənin tarixin açarlarına sahib olmadığını göstərdi. Əsrimiz minlərlə sualla sona çatdı. Amma bir şeydən əmin ola bilərik, planetimizdəki həyat təhlükə altındadır. İnkişaf məsələsinə düşüncəsiz yanaşmağımız və təbiəti daha yaxşı istismar etmək səyimiz, bizi intihara hazırlayan bir yarış halına gətirdi. Qalaktikaların və atom parçalarının sirrini ortaya çıxarmağa başlamaqla, molekulyar biologiyanın və həyatın mənbəyinin sirlərini araşdırmaqla, təbiətin ürəyində bir yara açdıq. Elə buna görə ən təcili aradan qaldırılacaq mühüm problem, - cəmiyyətlər hansı ictimai və siyasi təşkilatı seçərlərsə seçsinlər, - təbiətin yaşam problemidir. Təbiəti qorumaq, insanlığı qorumaqdır.

Bu əsrin sonuna yaxınlaşarkən, bitkilərdən heyvanlara, hüceyrələrdən molekullara, atomlara və ulduzlara qədər uzanan böyük bir sistemin və ya bir sistemlər şəbəkəsinin hissəsi olduğumuzu kəşf etdik. Antik dövrlərdəki filosofların kainat olaraq təyin etdiyi o "böyük yaranma zənciri" nin bir parçasıyıq. Həyatın başlanğıcından bəri insanın hər gün təkrarladığı ən qədim davranışlarından biri, yuxarıya baxıb, ulduzlu səmaya heyrət etməkdir. Bu təfəkkür, böyük əksəriyyətlə kainata qarşı, qardaşlığa bənzər bir hissə yol açar. İllər əvvəl bir gecə çirkli bir yerdə oturub, buludsuz səmadakı ulduzlara baxıb xəyala getdiyim zaman, cırcırama böcəyinin qanadlarının çıxardığı metallik səsi eşitdim. Göy qübbənin gecə əks olunmasıyla o kiçik böcəyin yaratdığı musiqi arasında qəribə bir bənzərlik vardı. Bu sətirləri yazdım:

 

Göyüzü böyük,

Yuxarıda, dünyalar dağılır.

İnadkar və gecədən təsirlənməmiş,

bir cırcırama böcəyi: canlı və kiçik.

 

Ulduzlar, təpələr, buludlar, ağaclar, cırcıramalar, insanlar: hamısının öz dünyaları var, hamısı başlı - başına bir dünyadır və bu dünyalar bir-birləriylə uyğundur. Təbiətlə həmrəylik hissini yenidən qazana biləcəyimiz təqdirdə həyatı müdafiə edə bilərik. Bu mümkünsüz deyil: Qardaşlıq sözü, liberalizm və sosializm ənənələrinə, elmə və dinə aid olan bir sözdür.

Qədəh qaldırmaq da qardaşlığa aid qədim bir davranışdır. Mən də qədəhimi qaldırıram; Əzəmətli və ulu, zadəgan və sülhsevər İsveç xalqının sağlamlığının, xoşbəxtliyinin və rifahının şərəfinə içirəm.


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

08 Oktyabr 2017 Haruki Murakami: "Musiqi və bədii əsərdə ən əsas şey ritmdir"
04 Oktyabr 2017 "Özümü musiqisiz təsəvvür edə bilmirəm, amma yazmasam da, bəlkə..."
23 Sentyabr 2017 "Elə bilirəm ki, sazı nəvəmin barmaqları ilə çalıram"
12 Sentyabr 2017 "Ürəyimdə sevgidən başqa heç nəyə yer olmayıb"
14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”

Sayğac