Xəbər lenti

 Şrift:


                                          Ennio Marrikone
                                 
(10 noyabr, 1928)
                              İtalyan bəstəkar, dirijor və aranjimançı



     Beş yüzə yaxın uzun metrajlı və televiziya filminə musqiqlər yazmış, dünyanın ən yaxşı rejissorlarıyla əməkdaşlıq etmiş və saysız "Golden Globe və Grammy" mükafatı almış dünya şöhrətli italyan bəstəkar, aranjimançı və dirijor .

Filmlərə yazılmış musiqisilərdən söz düşüncə ilk ağla gələn bəstəkarlar, Hans Zimmer və John Williamsla Ennio Marrikonedir. "Bir zamanlar Qərbdə", Yaxşı, pis və zalım" kimi əfsanəvi filmlərin bəstəkarı Marrikone, kino tarixinə düşmüş musiqilərin müəllifidir.

Kariyerası boyunca Brian De Palma, Sergio Leone, John Carpenter, Oliver Stone və Terrence Malick kimi istedadlı rejissorlarla çalışan Ennio Morrikone musiqilərini, 2001-ci ildən bütün dünya səhnələrində səsləndirir.
Parisdə on min adamın qarşısına çıxacağı konsertiylə bağlı Fransanın paytaxtında olan Morrikone, "Paris Match" jurnalı müxbirinin suallarını cavablandır. Həmin maraqlı müsahibəni təqdim edirik!


2001-ci ildən bəri dünyanın hər yanında səhnəyə çıxdınız. Konsertlərinizə necə hazırlaşırsınız?

Konsertlərimə gələn kütləylə, kino-teatrda filmləri izləməyə gedən kütlənin eyni olmadığından müəyyən bir tarazlıq əldə etməyə çalışıram. İnsanları təsirləndirən melodiyaları seçirəm.

Demək olar ki, 450 filmə musiqi bəstələmisiniz. Sənətinizi necə tanımlardınız?

Musiqinin, hekayəni ikinci plana atmadan və tamaşaçını narahat etmədən öz formasını alması lazımdır. Filmin psixoloji aspektlərini yaxşı anlayıb, ekranda görə bilmədiklərimizi ifadə etməsi lazımdır.


Filmlərin musiqilərində etnik alətlərdən və insan qışqırığı, zəng, qurd uluması kimi fərqli tembrlərdən istifadə edən ilk bəstəkarsınız. Ən çox qürur duyduğunuz şey nədir?

Qulaqlarımı hər cür səsə, tembrə açıram. Qabaqcıl olmaq, daim axtarışlarda olmaq xoşuma gəlir. Amma yenə də əvvəlcə məqsədim hisslərimizi, ola biləcək bir gərginliyi və ya bir fəaliyyət səhnəsini ən uyğun kompozisiya ilə ucaltmaqdır. Bir effektdən sırf istifadə xatirinə istifadə etmək səhv olar.

Rejissorlarla xüsusi bir iş metodunuz varmı?

Mənə filmin məzmununu anlada bilər, ssenarini oxuda bilər və ya bir öncə montaj göstərə bilərlər. Məsələn Sergio Leone musiqini çəkilişlərdən əvvəl yazmağımı istəyərdi. Beləcə çəkilişlər əsnasında musiqini səsləndirərək aktyorların atmosferi daha yaxşı anlamalarını təmin edərdi. Önəmli olan rejissorun sizə olan inamını qazanmaqdır, çünki filmin istehsalında nəzarət edə bilmədiyi şey musiqidir.

İlhamın gəlmədiyi, qısır dövrləriniz olurmu?

Sonuncu musiqimi iki ay əvvəl yazdım və o gündən bəri düşünürəm. Düşünmək də işin əsas bir hissəsidir. Bir bəstəkar, ağ kağızla üz-üzə oturan bir yazıçıya bənzər və yaxşı bir fikrin gəlməsini gözləyər. Bəzən bu müddət olduqca uzun ola bilir.


Oğlunuz Andreanın da bəstəkar olmağı ürəyinizcədirmi?

Hər vəchlə fikrindən daşındırmağa çalışdım, amma məni dinləmədi. Bu gün, həvəskar dünyamızda, bir orkestrdən çox, daha ucuz olan kompüterlərlə çalışan musiqiçilər, oğlum üçün ədalətli olmayan, pis bir rəqabət mühiti yaratdı. Nəticə olaraq öz tutumunun və ehtirasının altında çalışır.

Klassik musiqi nostaljisi yaşayırsınızmı?

Nostalgiya üçün nəyinsə əksik olması lazımdır. Odur ki, mənə əskik görünən klassik musiqi deyil, müasir musiqidir.

Hansı müasir musiqi?

"Tak tuk tata pium" kimi səs çıxaranlar (avanqard bir musiqi səsləndirir). Səsin sahəyə paylanmasını anlaya bilmək üçün kuantim mexanika haqqında məlumatlı olmaq lazımdır! Atonal və Elektroakustik musiqi məni çox həyəcanlandırır. Bəstələyirəm, ifa edirəm, konsertlər verirəm, amma yenə də tamaşaçı bazar musiqilərnə daha alışqandır.

Film musiqiləri və orkestr üçün yazdığınız yüzə yaxın bəstələrdən başqa 2013 bir ayin də bəstələdiniz. Bu fikir haradan gəldi?

Qəzetmi hər səhər bir kilsənin qarşısında olan dilerdən alıram. Bir səhər bir keşiş yanıma gəlib "hər cür musiqi bəstələyirsiniz. Niyə bir ayin bəstləmirsiniz?" - Dedi. Evə qayıdandan sonra xanımıma danışdım və o, mənə, "əgər belə bir şeyə qol qoyursansa, özünə "vəzifə" bilərək sonacan getməyin gərəkdir", - dedi. Mən də xanımımı dinlədim.

Həyatınızın ən böyük ehtiraslı musiqi. 85 yaşında hələ eyni zövqü ala bilirsinizmi?

Qürur duya biləcəyim bir fikir tapmaq məni həqiqətən çox yorur. Amma tapdıqdan sonra yorğunluğumu hiss etmirəm və işimə diqqətlə yanaşıram. Melodiya gecə - gündüz beynimdə səslənir. Özümü musiqiyə təslim edirəm.




Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

08 Oktyabr 2017 Haruki Murakami: "Musiqi və bədii əsərdə ən əsas şey ritmdir"
04 Oktyabr 2017 "Özümü musiqisiz təsəvvür edə bilmirəm, amma yazmasam da, bəlkə..."
23 Sentyabr 2017 "Elə bilirəm ki, sazı nəvəmin barmaqları ilə çalıram"
12 Sentyabr 2017 "Ürəyimdə sevgidən başqa heç nəyə yer olmayıb"
14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”

Sayğac