Xəbər lenti

 Şrift:


  Etibar Nəcəfov: "Azərbaycan dövləti multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşır".

 

     Varşavada İnsan ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunan ATƏT-in müşavirəsi keçirilmişdir

    Xəbər verdiyimiz kimi, Polşanın paytaxtı Varşava şəhərində İnsan ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş ATƏT-in müşavirəsinin 29 sentyabr-1oktyabr tarixlərində keçirilən sessiyalarında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov iştiraketmişdir. Bu tədbirlə bağlı biz Etibar müəllimlə görüşüb ondan müsahibə almışıq.

 

     Sual: Yaxşı olardı ki, Siz əvvəlcə müşavirə haqqında oxucularımıza qısa məlumat verərdiniz.

    Bu suala cavab verməkdən öncə bir neçə söz ATƏT-in (Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı- Red.) insan ölçüsü konsepsiyası haqqında demək istərdim. İnsan ölçüsü - insan hüquqlarına, qanunun aliliyinə və demokratiyaya aid olan norma və fəaliyyəti özündə ehtiva edir. ATƏT-in İnsan ölçüsü konsepsiyası onun təhlükəsizlik konsepsiyasının əsasını təşkil edən 3 tərkib hissədən biridir.

Digər 2 hissə isə hərbi-siyasi və iqtisadi- ekoloji ölçülərlə bağlıdır. Başqa sözlə desək, təhlükəsizlik məsələləri ilə məşğul olan ATƏT təhlükəsizlik məsələlərinə üç ölçüdən (aspektdən) yanaşır: hərbi-siyasi, iqtisadi- ekoloji və insan ölçüsü. Təhlükəsizliyin siyasi- hərbi ölçüsünə aid olan tərksilah, silahlara nəzarət, münaqişələrin qarşısının alınması, terrorizmlə mübarizə, dövlətlər arasında etimadın güclənməsi və bu kimi digər məsələlər Vyanada hər həftə iştirakçı dövlətlərin nümayəndələri tərəfindən müzakirə olunur.

Təhlükəsizliyin iqtisadi və ekoloji aspektinə aid olan davamlı iqtisadi inkişaf, nəqliyyat və enerji təhlükəsizliyi, miqrasiyasiya proseslərinin tənzimlənməsi, ətraf mühitin qorunması, ekoloji təhlükələrin qarşısının alınması və digər bu kimi məsələlər Praqada ildə bir dəfə keçirilən ATƏT-in iqtisadi forumunda müzakirə olunur.

   Təhlükəsizliyin insan ölçüsü dedikdə, cəmiyyətdə insan hüquqlarının, qanunun aliliyinin və demokratiyanın təmin olunması nəzərdə tutulur. Daha konkret desək, təhlükəsizliyin insan ölçüsünə insan alverinə qarşı mübarizə, gender bərabərliyinin təmin olunması, etnik, dini azlıqların hüquqlarının qorunması kimi məsələlər daxildir. Hər il payızda Polşanın paytaxtı Varşava şəhərində bu məsələlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş yekun iclasında müzakirə olunur. Sözügüdən tədbirdə ATƏT-ə üzv olan ölkələr insan ölçüsünə dair konsensus yolu ilə qəbul etdikləri öhdəlikləri yerinə yetirilməsinə dair hesabat verirlər. Burada ATƏT-ə üzv olan 57 ölkə ilə yanaşı beynəlxalq təşkilatlar, QHT-lər iştirak edir. Forum iştirakçıları müxtəlif ölkələrdə insan hüquqları və demokratiyaya dair məsələləri müzakirə edir və bu sahədə mövcud problemlərin aradan qaldırılmasına dair təkliflər irəli sürür həmçinin mütərəqqi təcrübəni müzakirə edirlər.

 

   Sual- İndi isə bu tədbirdə iştirak etdiyiniz sessiyalar haqqında məlumat verərdiniz?

   Böyük məmnuniyyətlə. ATƏT-in İnsan ölçüsü üzrə builki görüşü öz işinə sentyabrın 21-də başlamışdır. İclas oktyabrın 2-dək davam etmişdir. Mən ATƏT-in bu tədbirinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin sahəsinə uyğun olan aşağıda göstərilən sessiyalarında iştirak etdim. Bu sessiyalar isə sentyabrın 29-da (“Nifrət zəminində törədilmiş cinayətlərə qarşı mübarizə və ayrıseçkiliyə qarşı səmərəli müdafiənin təmin edilməsi”); 30-da (“Tolerantlıq və qeyri- ayrıseçkilik, o cümlədən xristianlar və digər dinlərin nümayəndələrinə qarşı dözümsüzlük və ayrıseçkiliyə diqqət yetirməklə, irqçilik, ksenofobiya və ayrıseçkiliklə mübarizə; Antisemitizmlə mübarizə, Müsəlmanlara qarşı dözümsüzlük və ayrıseçkiliklə mübarizə”) və oktyabrın 1-də (“Tolerantlıq və qeyri- ayrıseçkilik, o cümlədən milli azlıqlara mənsub olan şəxslərin hüquqları; Aqressiv milliyyətçilik, irqçilik və şovinizmin qarşısının alınması”) oldu. Qeyd edim ki, bu sadaladığım sessiyalarda Azərbaycan dövlətini mən və Xuraman İsmayilova (Azərbaycan Respublikasının Polşadakı səfirliyinin 2-ci katibi) təmsil edirdi.

 

   Sual- Hansı sessiyalarda məruzə ilə çıxış etdiniz və məruzəniz nədən bəhs edirdi?

   Mən iştirak etdiyim hər bir sessiyada çıxış etdim. Çıxışımın məzmunu sessiyada müzakirə olunan məsələlərlə əlaqəli idi. 29 sentyabrda keçirilən “Nifrət zəminində törədilmiş cinayətlərə qarşı mübarizə və ayrıseçkiliyə qarşı səmərəli müdafiənin təmin edilməsi” adlı sessiyadakı çıxışımda Azərbaycan Respublikasının multikulturalizm siyasətindən danışdım. Müasir dövrdə, xüsusilə də miqrasiya böhranının kulminasiya həddini aşdığı bir dövrdə etnik- mədəni müxtəlifliyin tənzimlənməsinə yönəlmiş multikulturalizm siyasəti ciddi problemlərlə üzləşir. Dünyanın, o cümlədən Qərbi Avropanın bir çox dövlətləri hazırki dövrdə multikulturalizm siyasətinin fiaskoya uğradığını bəyan edərək bu siyasətin cəmiyyətdə sosial-iqtisadi məsələlərin yaranmasına səbəb olduğunu qeyd edirlər. Çıxışımda Azərbaycan Respublikasının belə bir çətin dövrdə multikulturalizmə özünün dövlət siyasəti kimi yanaşması və bu sahədə əldə etdiyi böyük nailiyyətləri iclas iştirakçılarının diqqətinə çatdırdım. Qeyd etdim ki, Azərbaycan dövləti multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşır. Konkret olaraq mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə multikulturalizm siyasətinin həyata keçirilməsi sahəsində həyata keçirdiyi böyük layihələr haqqında danışdım. Belə layihələrdən biri olan “Xarici ölkə universitetlərində Azərbaycan Multikulturalizmi fənninin tədris olunması” ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi böyük təcrübəyə marağın göstəricisidir. “Azərbaycan Multikulturalizmi” fənninin öz universitetlərində tədris olunmasına razılıq verən universitetlər ölkəmizin bu sahədə faydalı təcrübəsini elmi cəhətdən öyrənmək və tətbiq etmək istəyirlər. Qeyd olunan layihə ilə bağlı verdiyim məlumat müşavirə iştirakçılarının bir çoxu tərəfindən maraqla və ölkəmizə hörmətlə qarşılandı.

Sentyabrın 30-da keçirilən sessiyadakı çıxışımda yəhudilərin Azərbaycanda yaşamaları haqqında məruzə etdim. Çıxışımda yəhudi xalqının ölkəmizdə qədim dövrdən bəri yaşadıqlarını, burada heç vaxt anti-semitizm hallarının olmamasını, yəhudilərin ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdiklərini, onların Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın erməni işğalçılarından müdafiə olunmasında qəhrəmancasına vuruşduqları haqqında danışdım. Son dövrdə dünyanın, o cümlədən Avropanın bir sıra aparıcı dövlətlərində anti-semitizm dalğasının qalxması Azərbaycanın bu sahədəki təcrübəsinin yəhudi xalqına münasibətdə apardığı siyasəti əhəmiyyətini artırır. Buna görə də heç təsadüfi deyil ki, mənim məruzəmdə əks olunan məlumat müşavirə iştirakçıları, xüsusilə də müasir dövrdə ATƏT regionu ölkələrində yəhudi xalqının hüquqlarının müdafiə olunması məsələsini qaldıran qeyri-hökumət təşkilatları nümayəndələri tərəfindən maraqla qarşılandı.

Oktyabrın 1-də keçirilən sessiyada milli azlıqlara mənsub olan şəxslərin hüquqları müzakirə olunarkən mən çıxışımda ölkəmizdə yaşayan udinlərin din azadlığı hüquqlarının müdafiə olunması çərçivəsində Alban Apostol aftokefal kilsəsinin bərpası istiqamətində Azərbaycan hökumətinin gördüyü işlər haqqında məlumat verdim. Ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların din azadlığı hüquqlarının müdafiə olunmasına dövlətimiz xüsusi fikir verir. Bu məsələ Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin əsas məqsədlərindən biridir. 1836-cı ildə rus çarı I Nikolaydan Alban Apostol aftokefal kilsəsinin erməni-qreqorian kilsəsinin yurisdiksiyasına verilməsinə nail olan ermənilər udinlərin dini hüquqlarını pozmuşdular. Çıxışımda mən udinlərin dini hüquqlarının bərpa olunmasının vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırdım.

 

   Sual- Çıxışlarınızda əhatə olunan məsələlər olduqca maraqlıdır. Müşavirə iştirakçıları söylədiklərinizə necə yanaşırdılar? Yəni iştirakçılar Sizin dediklərinizə necə reaksiya verirdilər?

   Azərbaycana dost olmayan, xüsusilə də düşmən olan iştirakçılardan başqa digər iştirakçılar üçün mənim çıxışlarımda səslənən informasiyanı maraqla, hətta hörmətlə qarşıladılar. Müasir dövrdə cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsini təşkil edə bilməyən kimi, bundan başqa sosial-iqtisadi problemlərin artmasının əsas səbəbi kimi qələmə verilən və buna görə də aparıcı Qərb dövlətləri tərəfindən təkzib olunan multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti qismində təqdim etməyim iştirakçıların mənim çıxışıma maraqlarını artırırdı. Yaxud dünyanın bir sıra dövlətlərində anti-semitizmin baş qaldırdığı bir dövrdə Azərbaycanda yəhudilərin tarixən əmin-amanlıq şəraitində yaşamaları, burada heç vaxt anti-semitizm hallarının olmaması və yəhudilərin ölkəmizin inkişafında fəal iştirak etmələri bizə qərəzsiz münasibət bəsləyən heç bir iştirakçını maraqlandırmaya bilməzdir. Və nəhayət üçüncü çıxışımda ölkəmizdə yaşayan udinlərin istəyi ilə Alban Apostol aftokefal kilsəsinin bərpası istiqamətində Azərbaycan hökumətinin gördüyü işlər (Alban- Udi xristian icmasının dövlət qeydiyyatına alınması, Qəbələ rayonunda 3 Alban udi kilsəsinin bərpa olunması, 2013-cü ildə Albaniyada xristianlığın dövlət dini kimi qəbul olunmasının 1700 illiyinin qeyd olunması, 2015-ci ilin aprel ayında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü ilə İtaliyanın paytaxtı Roma şəhərində “Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)” mövzusunda beynəlxalq konfransın keçirilməsi, bərpa olunacaq Alban Apostol aftokefal kilsəsinin fəaliyyətini təmin etmək məqsədilə dini kadrların xarici ölkələrdə hazırlanması istiqamətində görülən işlər və s.) haqqında verdiyim məlumatı tədbir iştirakçıları diqqətlə dinləyirdilər.

 

   Sual- Bizə dost olmayan iştirakçıların çıxışlarınızdakı səslənən məsələlərə reaksiyası necə idi?

   Həmişə olduğu kimi Ermənistanın rəsmi nümayəndə heyəti mənim çıxışlarımda Azərbaycanı sülhsevər, multikultural, tolerant, demokratik, inkişaf etmiş bir ölkə olduğunu ifadə edən mühüm məqamlara qısqanclıqla yanaşaraq böhtan dolu, həqiqətə uyğun olmayan iddialarla bizə qarşı çıxış edirdi. Ermənistanın rəsmisi ölkəsinin insan hüquqları, demokratiya, multikulturalizm, etnik və dini azadlıqların qorunması sahəsində heç bir müsbət göstəricisi olmadığını ört-basdır etmək məqsədilə çalışırdı ki, mənim dediklərimi təkzib etsin, onlara öz etirazını bildirsin. O, hətta konkret, şübhə doğurmayan faktları da təkzib etmək istəyirdi. Məsələn, mən çıxışlarımının birində Ermənistanın Azərbaycanın işğal olunmuş ərazisindəki rejimi terrorist rejim adlandırdıqda, Ermənistanın rəsmisi mənim sözlərimi təhrif edərək bu ifadəyə öz iradını bildirərək “bütün xalqı terrorist adlandırmaq olmaz” kimi “irad” söyləmişdir.

 

    Sual- Və sonuncu sual. Bu kimi tədbirlərdə Azərbaycan nümayəndə heyətinin iştirakının əhəmiyyətini nədə görürsünüz?

    Yuxarıda qeyd etdiyim kimi, Varşava şəhərində 57 ölkənin, bir sıra beynəlxalq təşkilatların, QHT-lərin iştirakı ilə keçirilən bu iclasda ATƏT-ə üzv olan ölkələr insan ölçüsünə dair konsensus yolu ilə qəbul etdikləri öhdəlikləri yerinə yetirilməsinə dair hesabat verirlər. Burada müxtəlif ölkələrdə insan hüquqları və demokratiyaya dair məsələlər müzakirə edilir, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına dair təkliflər irəli sürülür, mütərəqqi təcrübəni müzakirə edirlər. Bu cür tədbirlərdə iştirak etməklə ölkəmiz ilk növbədə etnik, dini və mədəni müxtəlifliyin qorunması sahəsində əldə etdiyi böyük uğurlarını dünya ictimaiyyətinə çatdırmaq imkanını əldə edir. Məlum məsələdir ki, özümüz ölkəmiz haqqında həqiqətləri yaymasaq, bunu bizim yerimizə heç kəs etməyəcəkdir. Qeyd etdiyim kimi, dünyada Azərbaycana dost olmayan qüvvələr vardır. Onlar Azərbaycanın uğurlarını görmək istəmirlər, ölkəmizlə bağlı mövcud vəziyyəti istədikləri kimi təhrif edirlər. Müəyyən xırda bir çatışmazlığı şişirdərək ölkəmizin beynəlxalq aləmdə imicinə xələl gətirməyə çalışırlar. Azərbaycana dost olmayan qüvvələr bu cür tədbirlərdə ölkəmizə qarşı çox fəal iştirak edirlər. Indi isə təsəvvür edin, əgər nümayəndə heyətimiz bu cür beynəlxalq tədbirlərdə iştirak etməsə, onda bizə qarşı olan qüvvələrin qarşısını kim alar? Onların layiqincə cavabını kimi verər? Dediklərimlə bağlı Varşavada keçirilən bu tədbirdə baş vermiş bir hadisəni oxucuların nəzərinə çatdırmaq istəyirəm. Sessiyaların birində Almaniyadan olan bir erməni əsilli QHT-çi çıxışında qeyd edirdi ki, guya I Avropa oyunları zamanı Ermənistandan olan idmançılar Azərbaycanda ayrı- seçkiliyə məruz qalmışdılar, guya onları burada sıxışdırırdılar. Erməniyə cavab çıxışımda onun dediklərini bir ritorik sualla təkzib etdim- “Əgər Ermənistan idmançıları I Avropa oyunları zamanı Azərbaycanda belə problemlərlə üzləşmişdilərsə, onda onlar bu yaxınlarda Azərbaycana şahmat turnirinə yenidən niyə gəldilər?” Sözügedən tədbirdə keçmiş sovet respublikalarından Türkmənistan Respublikasının rəsmi nümayəndə heyəti iştirak etmirdi. Nəticədə tədbir zamanı bu ölkənin ünvanına yönələn ittihamlar cavabsız qalırdı. Bu isə öz növbəsində ölkə haqqında mənfi təsəvvürün yaranmasına səbəb olur.

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”
18 Oktyabr 2015 "Təbiəti qorumaq, insanlığı qorumaqdır"
12 Oktyabr 2015 "Bəstələyirəm, ifa edirəm, konsertlər verirəm, amma yenə də tamaşaçı bazar musiqilərnə daha alışqandır"
06 Oktyabr 2015 "Adımı dəyişdirməyim ilk müqavimətçi hərəkətim idi"

Müsahibə

Köşə

Foto qalereya

Sağlamlıq

Sayğac