Xəbər lenti

 Şrift:


                                                Pablo NERUDA



      30 Sentyabr, 1969-cu ildə Çili Kommunist Partiyasının prezidentliyə namizədi olan Pablo Neruda, o tarixlərdə etdiyi bir çıxışında "Həyatımı şeir və siyasət deyə ayırmağı heç düşünməmişdim," demişdi.

    Güclü bir namizəd olmasına baxmayaraq namizədlik kreslosunu Salvador Alyendeyə verən şair, "Mən, on illərdir ölkəmin milli mövcudiyyətinin təhlükələr və çətinliklər içində olduğunu bilərək yaşayan və insanlarının həm qayğısından, həm də sevincindən bir parça alan bir çililiyəm. Bunlara yad deyiləm, bunların içindən gəlirəm, o insanların bir parçasıyam. Fəhlə sinifindən olan bir ailədən gəlirəm ... Heç bir zaman iqtidarın yanında olmadım. Missiyamın və vəzifəmin Çili xalqına xidmət etmək olduğunu hiss etdim və bunu Hərəkətlərimə, şeirlərimə yansıtdım.

Onlarla birlikdə mahnılar oxuyaraq və müqavimət göstərərək yaşadım" demişdi.
    Dörd ay davam edən çətin kampanyalardan sonra solçuların bölünməməsi üçün namizədliyini geri götürən Neruda, Xalq Birliyinin namizədini dəstəkləmək üçün istefa etmişdi.
 
   Oxucularımıza məşhur şairlə, istefasından əvvəl, 1970-ci ilin yanvarında, İsla Neqradaki evində götürülmüş müsahibəni təqdim edirik.
 

                                     

     Adınızı niyə dəyişdirdiniz, "Pablo Neruda" adını seçməyinizin səbəbi nədir?
 
     Xatırlamıram. 13-14 yaşım vardı. Atamın yazmaq istəyimlə bağlı keçirdiyi narahatlığı xatırlayıram. Elə zənn edirəm, tamamilə xoş niyyətiylə, yazıçılıq edərək ailəmə və özümə zərər verəcəyimi, xüsusilə də xeyirsiz bir övlad olacağımı düşündü... Belə düşünməyinin ailəvi səbəbləri vardı, amma bu səbəblərin mənim üçün bir dəyəri yox idi. Adımı dəyişdirməyim  ilk müqavimətçi hərəkətimdir.
 
   "Neruda" adını Çex şair Jan Nerudadanmı götürdünüz?
 
    Onun qısa bir hekayəsini oxumuşdum. Amma heç bir şeirini oxumadım. "Stories from mala Strana" (Mala Strananın hekayələri) adlı, Praqadakı qonşuluqlardan bəhs edən bir kitab vardı. Yeni adımın oradan gəlməsi ola bilər. Dediyim kimi, hadisənin hamısı xatırlaya bilməyəcəyim qədər keçmişdə qaldı. Buna baxmayaraq, Çex xalqı məni, onlardan biri olaraq, xalqının bir hissəsi kimi görür və onlarla çox səmimi bir əlaqəmiz var.
 
   Əgər prezident seçilsəniz yazmağa davam edə bilərsinizmi?
 
 Yazmaq mənim üçün nəfəs almaq kimidir. Nəfəs almadan yaşaya bilmədiyim kimi, yazmadan da yaşaya bilmərəm.
 
   Siyasətin uğurlu şairləri kimlərdir?
 
   Dövrümüzz idarəçi şairlərin dövrüdür: Mao Tse Tunq və Ho Çi Minh. Mao Tse-Tungun başqa bacarıqları da var: bildiyiniz kimi mükəmməl bir üzgüçü, mənim bacarmadığım bir şeydir. Seneqalın dövlət başçısı Leopold Senqhor da mükəmməl bir şairdir. Martiniquedə Fort-de-Franceın bələdiyyə başçısı Aime Cesaire də çox uğurludur. Mənim ölkəm Çilidə, bundan əvvəl heç şair dövlət başçısı olmamasına baxmayaraq, şairlər hər zaman siyasətə müdaxilə edərdi. Digər tərəfdə Latın Amerikasında Venesuelanın rəhbərlik etmiş yazarları var; Romulo Qalleqos bunlardan biridir.
 
   Prezident kampanyanızı necə yürüdürsünüz?
 
   Bir platforma quruldu. Əvvəlcə, hər zaman xalq mahnıları var və siyasi kampanyalarımızın məzmununu ictimaiyyətə çatdıran bir çoxları var. Daha sonra mən xalqla birbaşa, daha azad və daha az təşkil olunmuş, amma daha poetik bir şəkildə danışıram. Demək olar ki, hər çıxışımı şeirlə bitirirəm. Şeir oxumadığım vaxtlar insanlar xəyal qırıqlığına uğrayırlar. Təbii ki, siyasi düşüncələrimlə bağlı da eşitmək istəyirlər, amma siyasi və iqtisadi danışıqlardan çox yeni şeylər eşitməyə ehtiyacları var.
 
   Şeir oxuduğunuzda insanlar necə reaksiya verirlər?
 
   Məni çox sevirlər. Bəzi yerlərə girə bilmirəm və ya çıxmaqda çətinlik çəkirəm. Məni izdihamdan qoruyan xüsusi mühafizəçilərim var, çünki insanlar ətrafıma toplanıb təzyiq göstərirlər. Bu, hər yerdə olan bir şeydir.
 
 Əgər Çili dövlət başçılığı və Nobel Mükafatı arasında bir seçim etmək məcburiyyətində qalsanız, hansını seçərsiniz?


    Bunlar xəyali şeylərdir, bu suala bir cavab verməkdə çətinlik çəkirəm.
 
    İndi rəhbərliyi və Nobel Mükafatını müzakirəyə qoysalar?
 

    İndi onları düz önümə, bu masaya qoysalar, gedib başqa bir masada əyləşərdim.
 
 
    Nobel Mükafatının Samuel Beckettəmi verilməyinin gərək olduğunu düşünürsünüz?
 
    Bəli, elə düşünürəm. Beckett qısa, amma gözəl şeylər yazır. Nobel Mükafatı, yerə düşsə belə hər zaman ədəbiyyat üçün bir qürur olaraq qalacaq. Mən mükafatın doğru adama verilib-verilmədiyilə bağlı mübahisə etmədim heç bir zaman. Mükafatla əlaqədar əhəmiyyətli olan şey nədir - əgər bir dəyərə malikdirsə- yazara nüfuzlu bir ad bəxş edər. Əsl əhəmiyyətli olan budur.
 
    Ən güclü xatirələriniz hansılardır?
 
    Bilmirəm. Ən güclü xatirələrim, bəlkə də, İspaniyadakı yaşamıma aid xatirələrimdir. Şairlərlə aramızda müdhiş bir qardaşlıq vardı. Mən Amerika dünyasında belə bir yaxınlıq görmədim, Buenos - Ayres, söylədikləri kimi alacraneos (dedi-qodu) ilə dolu idi.



Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

12 Sentyabr 2017 "Ürəyimdə sevgidən başqa heç nəyə yer olmayıb"
14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”
18 Oktyabr 2015 "Təbiəti qorumaq, insanlığı qorumaqdır"
12 Oktyabr 2015 "Bəstələyirəm, ifa edirəm, konsertlər verirəm, amma yenə də tamaşaçı bazar musiqilərnə daha alışqandır"

Sayğac