Xəbər lenti

 Şrift:


-Azərbaycan nəsrində adıçəkilən, həm də, hay - küysüz, «birdəfəlik» öz yazı цслубуну müəyyənləşdirərək, yazı masasına sadiq qalan yazarlardan biri də sizsiniz. Xeyli təmkinli görünürsünüz. Belə bir təəssürat yaranır ki, Əlabbas müəllim artıq öz yolunu tapıb, işlərini qaydaya salıb, indi də rahatca yazmaqla məşğuldur. Həyatınız qaydasındadırmı, yoxsa xarakteriniz sizi sakitliyə kodlaşdırır?

 

-Ъаваба «Гийамчы»дан бир епизодла башлайаъам. Ясярин гящряманы Тябриз шящярли гонаьынын она вердийи  суалын  дярд эятирдийиня  ишаря иля дейир: «Сигарет чякяъям, гыз»  Инди дя мян… Кянардан щяр шей сиз дейян кими эюрцнцрся,   онда мяним индики щалымы хошбяхтликля  дя мцгайися етмяк олар ки.  Мян вя тямкин? Яэяр  ики ейнигцтблц вя юмцр-биллащ йола эетмяйян сюзц бу гядяр асанъа бир арайа эятиря билмисинизся, дцнйанын ишиди,  бялкя дя,  олар.

Ardını oxu...

 Şrift:

-Sizi bütövlüklə ədəbiyyata bağlı insan da adlandırmaq olar. Xeyli tərcümə kitablarınız və bədii əsərləriniz var. Yazçı Kamal Abdulla sizin “Yolçu” romanınızı “möhtəşəm əsər” adlandırıb. Ancaq nədənsə, xeyli “neytral” görünürsünüz. Kənardan baxanda elə təəssürat yaranar ki, ədəbi arenada baş verənlərin Nəriman Əbdülrəhmanlıya, qətiyyən dəxli yoxdur. Bu, nədən irəli gəlir, laqeydlikdən, təmkinlilikdən, yoxsa mühafizəkarlıq?..

Ardını oxu...

 Şrift:

- Paşa bəy necəsiniz?

- Çox şükür Tanrının bu gününə- yaxşıyam.

- Paşa Qəlbinurun iş qrafikasının yoğun olması heç kimə sirr deyil. Bəs necə dincəlirsiniz?

-  İş zamanı yorulmuram, desəm yalan olar. Ailəmlə ünsiyyyətdə olanda və şeirlər,  essələr yazaraq, dincəlirəm.

-Ədəbi fəaliyyətə neçənci ildən başlamısınız?

Ardını oxu...

 Şrift:

Nə böyük arzularım vardı, illər öncə. Məşhur və sanballı bir müğənni olacağımı düşünərək, böyük səhnələrə can atırdım. Ürəyim tükənməz bir enerji ilə dolub-daşırdı. Elə bu həvəslə də 1994-cü ilin dekabrında şəhərimizin böyük konsert salonlarında konsert proqramıyla çıxış etmək qərarına gəldim. Seçdiyim məkan isə Bakı Dövlət Sirki idi. Bu seçim də təsadüfi deyildi; Respublikanın əksər populyar müğənniləri, məhz burda konsertlər verirdilər. Bu məqsədlə də konsert günü təyin olundu, afişalar, konsetlə bağlı televiziyada reklamlar… Amma heç düşünmürdüm də, konsertimə kimlər gələcək.

Ardını oxu...

 Şrift:

"27 il canımı qoyduğum bu yeri tərk edib getsəm, kim buranı saxlaya biləcək, bax, o da məni çox düşündürür"

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar "Ədəbiyyat qəzeti"nə müsahibə verib.

- Anar müəllim, bu il həm Azərbaycan Yazıçılar Birliyinin tarixinə, həm də şəxsən sizin həyatınıza əlamətdar hadisələrlə daxil oldu. Əskişəhərdə keçirilən toplantıda Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçildiniz. Qarşıdan isə Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı və 80 illik yubileyi gəlir. Söhbətimizə hardan başlayaq?

Ardını oxu...

 Şrift:

Qonağımız, istər dəqiq, istərsə də humanitar elmlər sahəsində xeyli uğurlar əldə   etmiş, 100-dən artıq elmi-texniki, fəlsəfi, kütləvi-publisistik məqalənin, iki monoqrafiyanın ( “Muğam poetikası və idrak”, “Bilik qapısının açarları”) və bir neçə şeir və nəsr kitablarının müəllifi Əli Aslanoğludur.

Ardını oxu...

 Şrift:


-Teymur
əmi, sizi Persona.az portalında xoş gördük! Sizinlə hər görüş, hər söhbət maraqlı və  yaddaqalan olur. Ümid edirik ki, bu gün söhbətimiz alınacaq və ürəkaçan olacaq. Açığı, bir neçə cəhdimin uğursuz olduğunu görüncə, sizinlə müsahibədən daşınmaq qərarına gəlmişdim... Teymur əmi niyə mətbuatdan qaçır?

Ardını oxu...

 Şrift:

Persona.az saytının “Tam Səmimi” layihəsi müxtəlif sənət və peşə sahəsində çalışan insanlardan müsahibə almağı və onların həyat yoluna güzgü tutmağı planlaşdırıb.

Persona.az – ın növbəti maraqlı qonağı hüquqşünas Heydər Əsgərovdur. O, 1954 – cü ildə Göyçay şəhərində anadan olub. Onun, bir insan və bir hüquqşünas olaraq, həyatının bəzi maraqlı məqamlarından söhbət açacağıq.

- Bütün sənətlər maraqlıdır, hər birinin öz spesifik xüsusiyyətləri var. Ancaq prokurorluq sahəsi elədir ki,burada birbaşa insan taleyinin qaranlıq sahələrinə işıq salınır, bütövlüklə  insan həyatı əsas obyekt olaraq götürülür. Heydər müəllim, necə oldu ki, öz insan taleyinizi bu sahəylə bağladınız? Bir qədər həyat yolunuz barəsində danışardınız.

Ardını oxu...

 Şrift:

PERSONA.AZ – ın qonağı tanınmış telejurnalist, şair - publisist Telli Pənahqızıdır.  

- Bir vaxtlar Telli Pənahqızı xeyli populyar idi. Ciddi və maraqlı söhbətləri, həm də cazibəli görünüşü ilə tez-tez TV ekranlarında görünürdü. O vaxt televiziya  verilişləri də az idi deyə, hər kəsin gözü sizdəydi, hamı sizi tanıyırdı, sizdən danışırdı. Amma sonralar görünmədiniz. Bir müddət sonra isə şeirlərinizlə, şeirlərinizə yazılmış mahnılarla gündəmə gəldiniz. Hansında daha çox iddialısınız: telejurnalistikada, publisistikada, yoxsa poeziyada? Ümumiyyətlə, bölünməkdən qorxmursunuz ki?

Ardını oxu...

 Şrift:


Persona.az - ın qonağı  tanınmış  rəssam, UASB –in Azərbaycan təmsilçisi və Rəsm Komitəsinin sədri Nəvai Metindir. 

- Rəsm əsərlərinizdə çoxlu boyalardan istifadə olunur. Bir qədər naşı adam çaşıb qala bilər, rənglərin içərisində. Amma həyatın rəngləri real və dəqiqdir. Həyatı necə,  olduğu kimi görə bilirsiniz, yoxsa rəssam gözüylə baxırsınız?

- Bilirsiniz, rəssam həyata baxanda ilk gördüyü şey rənglər olur, musiqiçi ilk anda səsi duyur və həyata baxış beləcə, sənətə görə dəyişir.Yəni hər bir sənət sahibi həyatdan özünə doğma olan  elementləri axtarır. Mən də həyatı öz koloritimdə, öz duyduğum boyda görürəm. Belə bir lətifə yadıma düşdü: Bir rəssamın çəkdiyi mənzərə müzakirə olunur, hərə öz fikrini deyir. Təriflər, tənqidi fikirlər səsləndirilir. Bu zaman bir çoban ordan  keçirmiş, çobanı da çağırıllar ki, sən də fikrini de. Çoban xeyli baxır və deyir ki, bu mənzərəyə bir söz deyəmmərəm, hər şey gözəldi amma rəssamdan soruşmaq istiyirəm ki, bu dağa qoyunlar hardan çıxır, dağın ətəyində cığırlar yoxdu...

Ardını oxu...

Sayğac