Xəbər lenti

 Şrift:
Qonağımız ədəbi-ictimai mühitdə yetərincə tanınan, istedadlı yazıçı Əyyub Qiyasdır.

 

-Xoş gördük! Əyyub Qiyas - şair, nasir, tərcüməçi, rejissor, ssenarist... Sizcə, sadalananlar çox deyil ki? İmzanızın qarşısında hansı titulun yazılmasında daha israrlısınız?

- Bu həyatda öyrənməklə, oxumaqla çox şeyə nail olmaq olar. Təcrübə, filan… Prinsipial adamlar tanıyıram, bir qohumum var- Telman həkim, sevdiyi qızın gitara çalan oğlanlardan xoşu gəldiyindən 2 ayın içində gitara çalmağı öyrənib, halbuki o vaxta qədər heç bir musiqi alətini əlinə almağı belə bacarmırmış.

Ardını oxu...

 Şrift:
Qırğız türkü böyük romançı Çingiz Aytmatov, ağrıların, faciələrin, təzyiqlərin, soyqırımların yazıçısıdır... Çölün qırğız romançısı... Onun əsərlərinin dünyanın bir çox dillərinə çevrilib oxunmasının, çox geniş kəsimlər tərəfindən tanınıb sevilməsinin sirrini, əvvəl yerli, ardından universal olmasında axtarmaq lazımdır. O, yoxsulluğu və əsarəti rədd edən, azadlıq aşılayan romanlarıyla Sovet İmperiyasının dağılmasında önəmli rolun sahibi idi. Ancaq gücünü ədəbiyyatdan alırdı, silahı romanları idi.

Ardını oxu...

 Şrift:
Ümid Çomak Türkiyədə yaşayır. Şair və bəstəçidir. Bəstələrini dinlədikdən, şeirlərilə tanış olduqdan sonra, bu mehriban, daim sənət və gözəl dost axtarışlarında olan, ürəyi Azərbaycan, Bakı üçün döyünən dostumuzu “Persona.az” – ın oxucularına da tanıtmaq istədik.

 

-Ümid Çomak kimdir, harada doğuldu?

-1965 -ci ildə Türkiyənin Burdur bölgəsində doğuldum.16 yaşında Universitet təhsilinə başladım. Bursa Uludağ Universitetinin məzunu olduqdan sonra həkim kimi fəaliyyətə başlamışam. Atam təqaüdçü müəllimdir. Anam ev xanımıdır. Qardaşım da həkimdir. 1993 -ci ildə ailə qurdum. 2010 -ci ildə xanımımdan ayrıldım və bu xanımımdan Yusuf adında 19 yaşında bir oğlum, Fadime adında 11 yaşında bir qızım var. 2011 -ci ildə azərbaycanlı bir xanımla ailə qurdum, təəssüf ki, bu evliliyimiz də 2013-ci ildə bitmək məcburiyyətində qaldı.

Ardını oxu...

 Şrift:
Kevin Mark Levron ABŞ-ın Baltimor şəhərində, Merilend ştatında, 1965-ci ildə, ana italyan, ata afşoş olan bir ailədə anadan olub. O, peşəkar idmançı, musiqiçi və aktyordur. Kevin, 10 yaşındaykən atasını itirib, 24 yaşı olarkən isə anası xərçəngdən ölüb.

Kevin 1990-cı ildə Dövlət Çempionatında uğurla çıxış edərək, birinci yeri qazanıb. 1991-ci ildə peşəkar İFBB olub. 2003-cü ildə bu idman növündən əl çəkərək, musiqi karyerasına başlayıb.

Persona.az – ın oxucuları üçün maraq doğuracağını güman edərək, bu müsahibəni dilimizə çevirərək, təqdim edirik!

Sual: “Blacklash” adlı bir filmdə oynamısınız. Bununla bağlı məlumat verərsinizmi?

Kevin: "Aktyorluq, mənim üçün yeni bir sahədir və həmişə mənə görə əlçatmaz bir zirvə olub. Bir sözlə bir çox şeyləri anlada bilən bir sənətdir.Blacklash” filmində mənim rolum, bir türk vətəndaşının obrazını canlandırmq ıdi. O, bir əsgər idi və sui-qəsd üçün hazırlanmışdı. Onun həyatının bir başqa tərəfi də vardı; yaradıcısı ilə əlaqə və  cənablar. Siyasətlə da bir problemi var idi".

Ardını oxu...

 Şrift:

Poliqon.az – ın qonağı yazıçı və müğənni kimi tanınan Zəka Vilayətoğludur. (Müsahibə "Poliqon.az" saytından götürülmüşdür).

 -Xoş gördük, Zəka bəy! Siz, həm ədəbiyyat, həm də musiqi sahəsində xeyli iddialısınız. Bir-birindən maraqlı nəsr əsərləri və könül oxşayan, sevilən mahnılar müəllifisiniz. İstər oxucu, istərsə də tamaşaçı sarıdan o qədər də “korluğunuz” yoxdur və belə bir məqamda kənara çəkilməyə üstünlük verirsiniz. Bu nədən irəli gəlir? Özünə inamsızlıqdırmı bu, yaxud, xarakterlə bağlı kompleks?

 -Nəsr əsərlərimin maraqlı, mahnılarımın sevilən, könül oxşayan olduğunu siz özünüz dediniz. İddia məsələsinə gəldikdə isə, lap doğrusunu deyim ki, bu iddia məsələsiylə bağlı heç bir fikrim, düşüncəm olmayıb, indiyəcən. Yəni musiqiyə, ədəbiyyata iddialı olmaq kimi bir fikir heç ağlımın ucundan da keçməyib və bu haqda bircə anlıq da olsa düşünməmişəm.

Ardını oxu...

 Şrift:
Persona.az – ın bu günki dəyərli qonağı tanınmış yazıçı-dramaturq, filosof Firuz Mustafadır.

 -Xoş gördük, Firuz müəllim. Sizin yaradıcılığınız yetərincə çoxşaxəlidir. Onlarla elmi-fəlsəfi əsərin, pyeslərin, tərcümə və şeir kitablarının müəllifisiniz. Sizcə, bu janrlardan hansını daha çox sizin yaradıcılığınıza şamil etmək olar?

-Doğrusu, mən, necə deyərlər, özümü hansısa janrın üstündə “kökləmirəm”. İş elə gətirib ki, mən hələ ilk gəncliyimdən elmi, bədii və pedaqoji fəaliyyətlə məşğul olmuşam.

Ardını oxu...

 Şrift:

   "Bir kəlam var: “İstedadlılara kömək edin, istedadsızlar onsuz da özlərinə çox tez yol tapa bilirlər". Deyəsən indi o vaxtdır. Bəzən oturub sakit bir yerdə və ya dəniz sahilində sakit bir guşədə elə ağlamaq istiyirəm ki. Dünyada olan haqsızlıqları həzm edə bilmirəm” növbəti müsahibimiz  Elçin İmanov belə düşünür.

Ardını oxu...

 Şrift:
Eşqi əvvəl romana, sonra da filmə çevirən fransız yazıçısı Frederik Bayqbeder, bir neçə il öncə Türkiyədə olarkən, türk yazarı İzzət Çapan ondan maraqlı bir müsahibə götürmüşdür. Həmin müsahibəni Persona.az-ın oxucularına təqdim edirik...

Ardını oxu...

 Şrift:

Vəfa Mürsəlqızının şeirləri ilə istər dövri mətbuatda, istərsə də, sosial şəbəkələrdə  tez- tez rastlaşırıq. Ədəbi mühitdə  xeyli fəal görünür. Bu yaxınlarda bir qrup gənc ilə birlikdə o da Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Vəfa xanımın ədəbiyyata, poeziyaya olan baxış bucağına nəzər salmaq,  mənəvi dünyası ilə tanış olmaq qərarına gəldik.

 

-Xoş gördük! Yaradıcılığa başladığınız uzun müddət olmasa da,yaradıcılıqda fəal olmağınız göz önündədir.  Vəfa Mürsəlqızıüçün ədəbiyyat hansı müstəvidə dayanır?

Ardını oxu...

 Şrift:

Müsahibim Azərbaycanın gənc istedadlarından, oynadığı rolların öhtəsindən məharətlə gələn, son zamanlarda Türkiyə seriallarının birində oynadığı rolla isə adından tez-tez söz açdıran, peşəsinə yaraşan və peşəsinin yaraşıqlıları siyahısında özünə yer tutan istedadlı gənc aktyor Nicat Əlidir.

Ardını oxu...

Sayğac