Xəbər lenti

 Şrift:


Con İrvinq

Çağdaş Amerika nəsrinin ən parlaq nümayəndələrindən olan Con İrvinqin "Paris review" jurnalına müsahibəsindən
  "Mən uzun romanlar yazmağa üstünlük verirəm"

"Əgər bəşəriyyəti ayaqda saxlamağa hələ də qadir olan hansısa dəyərin mövcudluğundan danışmaq mümkündürsə, həmin dəyər məhz ailədir"

Ardını oxu...

 Şrift:


“Persona.az” ın növbəti qonağı dəyərli söz adamı, yazıçı-tərcüməçi, maraqlı həmsöhbət Aslan Quliyevdir.

-Aslan bəy, xoş gördük!.. Yayın bu istisində Yardımlı dağlarından Bakıya üz tutub gəlməyinizə səbəb yəqin ki, şəhər ədəbi mühitindən ayrı qala bilməməyinizdir! O mənada ki, bu mühitdə xeyli dostlarınız var...   

-Sağ ol, qardaş. Yox, ədəbi mühitdən ayrı qala bilirəm, ayrı qaldığıma görə   elə bir sıxıntım, problemim  də olmur.   Doğrudur, sizlərdən, dostlarımdan ötrü darıxıram, amma məni yayın bu istisində qaynayan şəhərə gətirən, daha doğrusu gəlməyə məcbur eləyən ədəbi mühitdən ayrı qala bilməməyim yox, susuzluqdur.

Ardını oxu...

 Şrift:


 “Persona.az”ın bu dəfəki qonağı şair Baloğlan Cəlildir. Tapdım və  həmsöhbət oldum. Onunla, illərdir doğma yurd - yuvadan uzaq yaşaması, Vətəndən uzaq vətəndaş mövqeyindən yazılar yazması haqda bəhs etdik. Şairi milli ruhu özündə qoruyub saxlayan  şeirlərinə görə alqışladım, sağ ol dedim. 

Ardını oxu...

 Şrift:

Yevgeni Morozov 2008-ci ildə məskunlaşdığı ABŞ-da qısa müddətdə siber dünyada olub - bitənləri analiz etmək baxımından haqqında tez-tez danışılan bir intellekt kimi məşhurlaşıb.

Morozovun 2010-cu ilin sonunda nəşr olunan və internet və digər texnologiyaların avtoritar rejimləri gücləndirdiyini qeyd etdiyi "Net illüziya" adlı kitabı tez bir zamanda dünyada məşhurlaşıb. Kitab qısa müddətdə bir çox fərqli dilə çevrilib, yazıları və mühazirələri Amerika xarici siyasətində internetin gücü müzakirələrinə istiqamət verməyə başlayıb.

Twitterdən çox cidddi bir şəkildə istifadə edən Morozovun iki ildən qısa bir müddətdə təxminən 14 min izləyicisi olmuşdur.

Ardını oxu...

 Şrift:

“Persona.az” ın növbəti qonağı Azərbaycan Radio və Televiziyasının tanınmış peşəkar diktoru Eldost Bayramdır. Onunla söhbətin oxucularımız üçün maraqlı olacağına inanırıq.

-Eldost müəllim, uzun illərdir radio dalğalarından, televiziya ekranlarından sehrli səsinizin sehrinə düşür, sizi sevərək dinləyirik. Bir diktor olaraq işinizdən, taleyinizdən razısızmı?

-Ümumiyyətlə, Ulu Yaradanin mənə ayırdığı bu 67 illik ömür payindan son dərəcə raziyam.Həm oğul,həm qiz payi ilə təmin olunmuşam. Hərəsindən 2 nəvə sahibiyəm. Evləri, ailələri var, Allaha şükür. Qaldı, diktorluq məsələsi, məni ən çox xoşbəxt edən də budur. 1972-ci il aprel ayinin 1-dən Azərbaycan radiosunda diktor işləyirəm.

Ardını oxu...

 Şrift:

Qonağımız Sumqayıt şəhərindəki Əli Kərim adına poeziya klubunun direktoru,  demək olar ki,  günün iyirmi dörd saatını poetik ovqatda olan istedadlı şair  İbrahim İlyaslıdır.

-Xoş gördük! Sizə  kənardan baxdıqda çox səmimi və sadə xarakterli insan təsiri bağışlayırsınız. Bəs əslində, “sizin tanıdığınız” İbrahim İlyaslı necə insandır?  Özünüzlə yola gedə bilirsinizmi?

- Müşahidəniz bunu deyirsə, mən sizə ancaq təşəkkür edə blərəm. Mən sizin gördüyünüzdən də səmimi və sadə olmaq istəyirəm.

Ardını oxu...

 Şrift:

Paul Benyamin Auster 1947-ci ildə Amerikada doğulmuş yəhudi əsilli postmodernist yazıçı-tərcüməçi, senaristdir. Onunla müsahibəni, ixtisarla “Persona.az”ın oxucularına təqdim edirik!

 

-Hal-hazırda yeni bir kitab üzərində çalışırsınızmı?


- Bir şey qaralayıram, amma kitab olacaqmı, bilmirəm hələ. “Brooklyn dəlilikləri " kitabından sonra uzun müddət yazmağa bir mövzu tapa bilmədim, aylarla gözləmək gərək idi. Qəribədir ki, indi kitablar arasında daha uzun bir müddət gözləyirəm, amma daha sürətli yazıram.

-Olurmu ki, hər kitabınızı bitirdikdən sonra öz-özünüzə deyəsiniz: "Artıq yazmayacağam, bu son kitabımdır"?


- Eynilə elədir. Hər son cümlədə mən də eyni şeyi söyləyirəm. Çünki, yazdığınız müddətdə öz həyatınızı yaşamırsınız. Halbuki, yaşamaq lazımdır, yenidən yaza bilmək üçün.

Ardını oxu...

 Şrift:

Həmsöhbətimiz Azərbaycan ədəbi mühitində kifayət  qədər tanınan, istedadlı yazıçı Seyran Səxavətdir. 

- Seyran müəllim, siz xeyli sayda hekayə,  povest və roman  yazmısınız və yetərincə oxucunuz da var.  Ancaq  deyim ki,  bu əsərlərdən heç biri  “Daş evlər”romanı qədər oxucu toplaya və məşhurlaşa bimədi. Sizcə, bunu  “Daş evlər”in uğurlu və oxunaqlı bir əsər olması ilə bağlamaq olar, yoxsa bunun səbəbini son zamanlarda  oxucu marağının  deqradasiyaya uğraması  və s.  amillərdə axtarmaq lazımdır?

Ardını oxu...

 Şrift:

"Bizim yazıçıların Avropaya çıxmasında problemlər, maneələr çoxdur. Amma sizə deyim ki, sizdə olan maneələr elə Rusiyada da , Qazaxıstanda da var. Əvvəl dövlət ədəbiyyata dəstək verirdi. İndi dövlət deyir ki, söz azadlığıdır, ədəbiyyatla özünüz qazanın. Yəni, ədəbiyyat artıq bazara çıxıb, əmtəəyə çevrilib. Amma təəssüf ki, gəlir azdır". Bunu Kulis. az-a müsahibəsində tanınmış qazax yazıçısı Oljas Süleymenov deyib.

Ardını oxu...

 Şrift:

Qonağımız imzası oxuculara yetərincə tanış olan yazıçı Nisəbəyimdir.

- Bu gün Nisə Bəyimi daha çox klassik üslubda şeirlər yazan, eyni zamanda,  nəsrdə öz dəsti-xətti olan və artıq yaradıcılığını formalaşdırmış yazar adlandırmaq olar. O da məlumdur ki, ədəbiyyat, tarix boyunca, əsasən, mərkəzlərdə formalaşıb. Kənardan baxdıqda mərkəzin ədəbiyyatı necə görünür?

- Xoş gününüz olsun! Ya mərkəzin kənarı olsun, ya da kənarın mərkəzi-fərqi yoxdur, təki adam yerində, olmalı olduğu yerdə olsun.  Yadıma Pavlovun mərkəzdən qaçma və mərkəzə qayıtma nəzəriyyəsi düşdü.

Ardını oxu...

Sayğac